115
Türkiyə Böyük Millət Məclisinin Almaniya ilə münasibətləri kəsmək haqqında
qərarı Ş.Saracoğlu və tanınmış qəzetçi Falih Rıfkı Atayın
birgə fəaliyyəti
nəticəsində avqust ayının 3-dən başlayaraq türk mətbuatının aparıcı mövzusuna
çevrildi. İstanbulda çıxan və Almaniyaya rəgbətlə yanaşan "Türkiş Post" və
"Beyoğlu" qəzetləri hökumətin qərarı ilə bağlandılar.
Böyük Millət Məclisinin avqust ayının 2-də verdiyi tarixi qərarı
dəyərləndirərək prezident İ.İnönü qeyd edirdi ki, xarici siyasətimiz bu il içərisində
yeni bir mərhələyə daxil olmuşdur. İngiltərə ilə ittifaqın çərçivəsi içində olaraq
Almaniya ilə iqtisadi və diplomatik münasibətlərin kəsilməsinə qərar vermişik. Bu
tarixi qərar öz əhəmiyyətinə görə gözlənilən nəticələri vermişdir. Şübhəsiz ki, bu
qərar milli iradənin çox önəmli və isbatlı bir əsəri olmuşdur (22).
1944-cü ilin 5 sentyabrında SSRİ-nin Bolqarıstana müharibə elan etməsi Sovet
Ordusunun Balkanlarda güclənmək və Türkiyə sərhədlərinə yaxınlaşmaq
təhlükəsini artırdı. Həmin ilin payızından başlayaraq kommunist təşkilatlarının
Balkanlarda fəallaşması və hakimiyyəti ələ keçirmək istiqamətində fəaliyyətləri
bölgənin gələcəyi baxımından Türkiyəni narahat etməyə başlamışdı.
Sovet Ordusunun Balkanlara yaxınlaşması müttəfiqlərin də müəyyən
narahatçılığına səbəb olmuşdu. Britaniya Baş naziri müvafiq idarələrə göstəriş
vermişdi ki, İtaliya və Balkanlarda ruslarla ixtilaf doğura biləcək məsələləri
araşdırsınlar. U.Çörçillə təqdim edilən raportda göstərilirdi ki ruslar Balkanların
və İtaliyanın kommunistləşdirilməsi xəttini götürüblər. Əgər bu xətt onların
məqsədidirsə və uzun nəzərdə tutulubsa, hadisələrin sonrakı gedişi elə də asan
olmayacaq (23).
1944-cü ilin ortalarından başlayaraq müttəfiqlərin hər biri ayrılıqda
müharibədən sonrakı dövr üçün Yaxın və Orta Şərqdə öz milli maraqlarını əks
etdirən konsepsiyalar hazırlamağa başlamışdılar. Müharibə sona yaxınlaşdıqca üç
böyük dövlətin İran və Türkiyəyə münasibətdə uzun müddə yeritdikləri vahid
siyasətdə fərqliliklər yaranmağa başlayırdı. Region uğrunda yanacaq və energetika
mənbələrinə sahib olmaq uğrunda başlanan gizli geosiyasi mübarizə müttəfiq
dövlətlərin bir sıra rəsmi orqanlar tərəfindən hazırlanan layihələrdə öz əksini
tapırdı. Müharibənin boyük ağırlığını çiyinlərində çəkmiş müttəfiqlər həmin
layihələrdə əks olunmuş milli maraqların cazibə dairəsində tədricən rəqiblərə
çevrilməyə başlayırdılar. 1944-cü ilin yayından başlayaraq Yaxın və Orta Şərqdə
təsir dairəsi, həmçinin neft uğrunda mübarizə müttəfiqlər arasında hələ möhkəm
görünən əməkdaşlığın çat verməsindən xəbər verirdi. Sovet Ordusunu döyüş
meydanlarında qələbəsi, ölkə ərazisinin alman faşist işğalçılarında təmizlənməsi,
SSRİ-nin gücünün və qüdrətinin, habelə beynəlxalq nüfuzunun artması onun
xarici siyasətini müəyyən edən mühüm amilə çev-
116
rilmişdi. Artan gücün təhlükəsi fonunda bir tərəfdən İngiltərə və ABŞ Sovet
İttifaqını Yaxın və Orta Şərqin enerji mənbələrinə, strateji baxımdan əhəmiyyətli
sayılan Aralıq dənizi rayonuna yaxın buraxmaq istəmir, digə tərəfdən İranın
şimalında Sovet hərbi hissələrinin olması,Qızıl Ordunun Bolqarıstana girməsi
qeyd edilən regionlarda Sovet İttifaqının güclənməsi üçün əlverişli şərait
yaradırdı. 1944-cü ilin yanvarında Xarici işlər komissarının müavini
İ.Mayskinin V.Molotovun adına hazırladığı "Gələcək sülhün arzuolunan əsasları
haqqında" qeydlərinə uyğun olaraq SSRİ Xalq Komissarları Soveti 1944-cü ilin
mart ayının 6-da "Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın
gücləndirilməsi haqqında"qərar qəbul etdi (24). Bu qərara uyğun olaraq İran
Azərbaycanındakı Sovet diplomatik idarələri, hərbi komendantlıqları, ticarət və
nəqliyyat nümayəndəlikləri Sovet Azərbaycanı vətəndaşları hesabına
gücləndirildi. İran və Türkiyəyə təsir imkanlarını genişləndirmək üçün Sovet
rəhbərliyinin razılığına uyğun olaraq 1944-cü ilin mart ayının 20-də Azərbaycan
K(b)PMK-sının Bürosu Qafqaz müsəlmanları Ruhani İdarəsmin yaradılması
haqda qərar qəbul etdi (25). Bundan bir qədər əvvəl,1943-cü ilin 20 oktyabrında
ÜİK(b)P MK Siyasi Bürosunun Eçmiədzin məsələsi üzrə bütün ermənilərin
katolikosu ilə SSRİ hökuməti arasında əlaqəni həyata keçirmək üçün Ermənistan
SSR Xalq Komissarları Soveti yanında erməni-qriqoryan kilsəsi üzrə Şuranın
yaradılmasına icazə verilməsi xaricdə, ilk növbədə isə Yaxın və Orta Şərqdə
yaşayan ermənilər içərisində fəal iş aparmaq niyyətləri ilə bağlı idi (26). 1944-cü
ilin martında müttəfiq respublikalarda, o cümlədən Zaqafqaziya respublikalarında
Xarici İşlər Komissarlıqlarının yaranması qonşu ölkələrə münasibətdə yeridilən
sovet siyasətinin tərkib hissəsi idi. Eyni zamanda 1944-cü ilin 19 mayında Xalq
Komissarları Sovetinin Ümumittifaq Mədəni Əlaqə Cəmiyyətinin filialı kimi
Təbərizdə Mədəniyyət evi açılması və iyunun 24-də V.Molotovun Təbərizdə
Azərbaycan dilində orta məktəb açılması haqqında qərarı imzalaması Sovet
İttifaqının Yaxın və Orta Şərqdə möhkəmlənmək niyyətinə xidmət edirdi (27).
Sovet İttifaqı Yaxın Şərq siyasətinin ilkin mərhələsində Amerika və
Britaniyanın bu regionda hansı addımları atacağında son dərəcə maraqlı idi.Uzun
illər ərzində Orta Şərqdə Rusiya və İngiltərə ənənəvi rəqabətinə 1944-cü ilin 18
yanvar Memorandumu ilə Birləşmiş Ştatlar "üçüncü xarici qüvvə kimi əlavə
olundu. Yaxın Şərqdə, ilk növbədə isə İranda güclənən Sovet siyasətinə qarşı
ingilis-amerikan əməkdaşlığının yaradılması istiqamətində ABŞ Dövlət
Departamenti bir sıra addımlar atdı. ABŞ Dövlət katibinın müavini E.Stetiniusun
1944-cü ilin aprel-may aylarında Londona səfəri zamanı Britaniya Xarici İşlər
Nazirliyinin müavini M.Peterson ilə Türkiyə istisna olmaqla Yaxın və Orta Şərqin
bütün ölkələri haqqında müzakirə apardılar. London görüşündə razılıq əldə edildi
ki, İranda neft konsesiyaları