Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə63/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   59   60   61   62   63   64   65   66   ...   256

131 

 

çatdırılması,sazişin müddətinin ingilis-sovet   İttifaqı   müqaviləsinin müdətinə 



uyğunlaşdırılması ilkin layihədə nəzərdə tutulurdu. 

SSRİ Xarici İşlər Komissarlığında hazırlanan layihədə Sovet-Türk sazişininə 

açıq maddələrdən əlavə üç gizli qərarın da daxil edilməsi təklif edilirdi. Bunlardan 

birincisi, Qara dənizə münasibətdə mümkün təcavüzü dəf etməyə qabaqcadan 

hazırlıq  məqsədilə Türkiyə  və Sovet hərbi dəniz qərargahlarının Boğazlar 

zonasını birgə qorumaq tədbirləri haqqında  xüsusi Saziş imzalanmasına aid idi. 

Əlavə kimi nəzərdə tutulan gizli qərarın ikincisində Boğazların qorunmasında 

qabaqlayıcı  tədbir kimi Türkiyə hökumətinin dəvəti  əsasında Sovet dəniz 

qüvvələrinin təhlükə zonasına göndərilməsi nəzərdə tutulurdu. Üçüncü gizli 

əlavədə isə söhbət Türkiyənin Boğazlarda Montrö sazişinə görə qurduğu rejimi 

Sovetlərlə razılaşdırmasından gedirdi. Göründüyü kimi, Sovet ekspertinin təklif 

etdiyi saziş layihəsi və ona əlavə olaraq nəzərdə tutulan gizli sənədlər SSRİ-nin 

nəinki Boğazların qorunmasında iştirakını təmin edir, daha dəqiq desək,Bosfor və 

Dardanellin ələ keçirilməsinin başlanğıcını qoyurdu. 

Bu layihənin müəllifi kim A.Miller özü də başa düşürdü ki, onun təklif etdiyi 

ağır  şərtlər türklər tərəfindən müqavimətlə qarşılanacaqdır. Çünki bu layihə  ən 

yaxşı halda birtərəfli xarakter daşıyırdı  və Sovetlərin üzərinə elə bir öhdəlik 

qoymurdu. Lakin o, güman edirdi ki, əvvəl-axır türklər Qara dəniz və Boğazlar 

zonasını  əhatə edən regional qarşılıqlı    yardım paktı ilə razılaşacaqlar. Bu halda 

A.Miller təklif edirdi ki, Sovet İttifaqı bir sıra risqlərə gedib Boğazları hər hansı 

təhdiddən müdafiə etmək istiqamətində öz üzərinə öhdəliklər götürməlidir, heç 

olmasa ona görə ki, "Türkiyəyə münasibətdə olan təhdidlər bizim üçün həqiqi 

təhlükə sayılmayacaqdır". 

Sovetlərin Boğazlarda maraqlarını  təmin edəcək Türkiyə ilə Sazişdən  əlavə 

A.Miller belə hesab edirdi ki, 1946-cı ildə Montrö sazişinə baxılmağın növbəti 

müddəti tamam olduğundan Sovet İttifaqı bu imkandan istifadə edib Sazişə bir 

sıra düzəlişlər etməlidir. Onun fikrincə, Millətlər Cəmiyyətinə olan bütün 

istinadların Sazişdən çıxarılması, Yaponiyanın iştirakçı dövlətlər sırasından azad 

edilməsi, yeni müstəqil Aralıq dənizi dövlətləri kimi Misir və Livanın Montrö 

sazişinə qoşulmasının mümkünlüyü, 21-ci maddə ilə bağlı  əgər Qara dəniz 

dövlətlərindən hər hansı biri özünü müharibə  təhlükəsində hesab edərsə, 

Boğazların qeyri-qara dəniz dövlətlərinin hərbi gəmiləri üçün müvəqqəti olaraq 

bağlanması ilə bağlı Türkiyənin öhdəliklərinin tamamlanması, Qara dəniz 

dövlətlərinin gəmilərinin Boğazlardan keçməsi üçün xəbərdarlıqların müddətinin 

8 gündən 3 günə endirilməsi, hazırkı müharibədə baş vermiş hadisələrdən çıxış 

edərək Boğazları keçən hərbi və yardımçı gəmilərin xarakterinin dəqiqləşdirilməsi 

və s. məsələlər müzakirəyə çıxarılmalı idi. 

Qara dəniz Boğazları ilə bağlı mövcud qaydalarda arzu olunan dəyişikliklər 

haqqında A.Miller öz mülahizələrini V.Dekanozova ünvanlasa 

 



132 

 

da,sənəd ciddi  maraq   doğurduğu   üçün   onun   surətləri   Molotov Vışinskiyə 



və Kavtaradzeyə də göndərilmişdi (62). 

Boğazlar məsələsi ilə bağlı M.Litvinov və A.Millerin hazırladığı sənədlərdən 

başqa altında adı göstərilməyən anonim müəllifin hazırladığı üçüncü bir sənəddə 

1945-ci ilin əvvəllərində SSRİ xarici işlər komissarının müavini S.Kavtaradzenin 

katibliyinə daxil olmuşdu. Bu sənəddə  əvvəl təhlil edilən sənədlərin bir sıra 

müddəaları eyni ilə təkrar edilsə də SSRİ-nin Bosfor və Dardanell boğazlarının iş 

rejiminin təhlükəsizliyinə  nəzarət prosesində  iştirakı haqqında müxtəlif yolları 

nəzərdə tutan bir sıra yeni maraqlı  məqamlar var idi. Sənədin müəllifi 

S.Kavtaradzeyə yazırdı ki, Boğazlara münasibətdə Türkiyəyə qarşı güc tətbiq 

edilməsi, eyni zamanda Boğazların beynəlmiləlləşdirilməsi məqsədəuyğun 

deyildir. O yazırdı: "Bu ona gətirib çıxarar ki, bir Türkiyənin yerinə Boğazlar 

üzərində sahiblərin sayı çoxalar. Məsələnin belə  həlli bizi təmin etmir. Sənəd 

müəllifi Boğazlara birgə nəzarət haqqında Türkiyə ilə ikitərəfli saziş bağlanmasını 

təklif edirdi. Onun fikrincə, vaxtilə 1939-cü ilin Moskva danışıqları zamanı Sovet 

rəhbərləri belə bir sazişi Türkiyəyə  təklif etmişdi, lakin o zaman həmin təklif 

Ş.Saracoğlu tərəfindən rədd edilmişdi (63). 

Krım konfransı  ərəfəsində Xarici İşlər Komissarlığının Boğazlar haqqında 

təkliflərinin hazırlanmasında hər üç sənəddən istifadə edilmişdi. Krım 

konfransında Boğazlar haqqında məsələnin qoyulacağına ciddi şəkildə hazırlaşan 

və Türkiyə ilə bağlı bir sıra məsələlərin müzakirəyə  çıxarılacağını planlaşdıran 

Sovet rəhbərliyi Ankaradakı səfir S.Vinoqradovu Moskvaya çağırmışdı. Üç böyük 

dövlət başçısının Yalta konfransı başlandıqdan iki gün sonra 1945-ci il fevral 

ayının 6-da Bosfor və Dardanell haqqında SSRİ Xarici İşlər Komissarlığının 

hazırladığı geniş təkliflər S.Kavtaradze və S.Vinoqradovun imzası ilə V.Molotova 

təqdim edildi. Xarici İşlər Komissarlığının qeydlərində rus-türk münasibətlərinin 

tarixinə  və  İkinci Dünya   müharibəsinin təcrübəsinə istinadən Montrö sazişinin 

ləğv edilməsinin zəruriliyi  əsaslandırılırdı. Sənədin maraqlı  cəhətlərindən biri 

ondan ibarət idi ki, Xarici İşlər Komissarlığı ümumiyyətlə Boğazlar rejimi 

üzərində  Qərb ölkələrinin iştirakı ilə  hər hansı formada beynəlxalq nəzarətin 

qurulmasından imtina etməyi təklif edirdi. S.Kavtaradze və S.Vinoqradov etiraf 

edirdilər ki, Boğazlarla bağlı  məsələnin həlli ikitərəfli Sovet-Türk sazişindən 

keçir. Qeyd edilən Sovet-Türk sazişinə qarşı müttəfiqlərin müqavimətini qırmaq 

üçün onlar təklif edirdilər ki, həmin sazişə münasibətdə  İngiltərə  və ABŞ-la 

üçtərəfli sazişlər imzalanmalıdır. Bu üçtərəfli sazişə görə Türkiyə hökumətinə 

ABŞ və Britaniya tövsiyə etməli idilər ki, Boğazlarda Sovet İttifaqına hərbı baza 

və hava qüvvələri bazası verilməsinə razılaşsın. SSRİ-nin maraqlı dövlət kimi 

Bosfor və Dardanell zonasında aviasiya və hərbi-dəniz bazaları saxlaması nəzərdə 

tutulan yeni Sazişin həyata keçirilməsinə effektli nəzarətın zəruriliyi ilə 

əsaslandırılırdı. İkitərəfli Sovet-Türk sazişi baş tutmayacağı 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə