Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə12/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   8   9   10   11   12   13   14   15   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



25

24.  Велиева К.А. Формальное описание синтеза слова АКД, М., 1971,  20 cтр. 

25. Велиев А.Г. Переходные говоры Азербайджанского языка. АДД. Б., 1975, 65 s. 

26 Mahmudov M.Ə. Azərbaycan mətnlərinin avtomatik  işlənməsi  sistemi,DDA,  B.,  1994,        

64 s. 

27. Vəliyeva K.A.,Məmmədova M.H.   Mətnlərin avtomatik redaktəsi. B., 2003, 80 s. 



28. Vəliyeva K.A. Azərbaycanda riyazi dilçiliyin müasir vəziyyəti. Türkologiya 1, 2014. 

(s.51-56). 

29. Vəliyeva K.A. Kompüter dilçiliyinin aktual məsələləri (s.126-132). Dilçilik İnstitutunun 

Əsərləri, B., 2015, 195 s. 

30. Vəliyeva K.A., Mahmudov M.Ə. Linqvostatistika: Fərziyyə və reallıq. B., Tədqiqlər 1, 

2000, 56-63 s. 

31. Vəliyeva K.A., Mahmudov M.Ə. Pines V.İ., Rəhmanov S.Ə., Sultanov V.S. “Kitabi-

Dədə Qorqud”un statistik təhlili (ilkin nəticələr) B., 1999, 248 s. 

32. Vəliyeva K.A., Mahmudov M.Ə., Sultanov V.S. M.Füzulinin  nəzm əsərlərinin əlifba-

tezlik sözlüyü. B., 2004, 548 s. 

33. Рахманов Дж. Ф. Статистико-дистрибутивный анализ азербайджанского текста (на 

уровне графем и фонем). Автореферат канд. дисс. Б., 1988, 23 s. 

34. Мамедова М.Г. Автоматизированный отбор лексики в информационно - поисковый 

тезаурус на основе анализа терминологических словарей. Авт. дисс. канд. тех.наук М., 1984, 

20 стр.  

35. Мамедова М.Г. О cоздании банка терминологических данных азербайджанского 

языка – Советская тюркология, 1990, 2, 84-89 стр. 

36. Şıxıyeva İ.X. Kitabi-Dədə Qorqud dastanın linqvostatistik xüsusiyyətləri.Filologiya elm. 

nam.,, Avtoreferat, B.,1995. 

37. Mahmudov M.Ə. Azərbaycan dili qlobalaşma şəraitində (s.34-39). Dilçilik İnstitutunun 

Əsərləri,   B.,2012 176 s. (xüsusi buraxılış). 

38. Vəliyeva K.A. Ehtimal-statistik metodlarının Azərbaycan dilçiliyində tətbiqi ( s.142-

145), Dilçilik İnstitutunun Əsərləri, B., 2012  (xüsusi buraxılış).     

 

İnternet resursları 



39. htts//ru.wikipedia.org 

40.  http://www/soylem.K2 

 

The Issues of Computational Linguistics in Turkology 



The main trends of computer linguistics- natural language processing, corpus linguistics, dictionary 

compiling, learning and recognition of languages through a computer, matters of machine 

translation have been analyzed in this article. 

Key words: computational linguisties,  natural language processing, machine translation, korpus 

linguisties. 

 

 



 

Nərgiz Əliyeva, t.ü.e.d. 

AMEA  Milli Azərbaycan Tarixi Muzeyi 

 

ŞİRVANDA ELM, ŞİRVANŞAHLAR İSƏ ONUN QORUYUCUSU ROLUNDA 



 

Yaxın Şərq və Cənubi Qafqazda ən böyük  və inkişaf etmiş  yarımüstəqil dövlətlərdən biri 

olan Şirvan həm də  elm mərkəzlərindən biri idi. Güclü dövlət kimi, Şirvanın hakimiyyəti öz 

ərazisindən savayi Arran və Muğan, bəzən isə hətta bu ərazilərdən də uzağa gedərək Xalxala qədər 

uzanırdı (1, s.318; 25, 360). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



26

Şirvan hakimi (əmir) məzyədilər süraləsindən olan Yəzid ibn Məzyəd (763-788) xarakterinə, 

həyat tərzinə görə əsl bədəvi idi. Abbasi xəlifələri Mansurdan Harun ər-Rəşidə qədər onu ə`rabi 

(bədəvi) adlandırırdılar. Geniş ürəkli, həddən ziyadə səxavətli və müharibə olmayan adi vaxtlarda 

böyük “bon-vivant” (22, c.9-10) olan Yəzid döyüş cəbhəsində şirə dönür, sərt,  amansız bir hərbçiyə 

çevrilirdi. Tez- tez dövlətin paytaxtı Bağdadda olmasına, farsların güclü mədəni təsirinə məruz 

qalan saray əyanları ilə ünsiyyət saxlamasına baxmayaraq, bütün ərəblərin, xüsusilə ərəb 

zadəganlarının böyük məhəbbət bəslədiyi şeirlərdən xəbərsiz və ya etinasız idi. Buna baxmayaraq 

Xilafətin müxtəlif ucqarlarından belə onun yanına gəlmiş və ya onun sarayında yaşayan şairlərə, o 

cümlədən gürkəmli şair Müslim ibn əl-Validə səxavətlə mukafatlar verirdi (22, c.9-10). İbn 

Xəlliqan yazır ki, Harun ər-Rəşid iki dəfə Yəziddən Yəzidin özünə həsr olunmuş şeirlərin 

müəlliflərinin kim olması barədə soruşarkən, hər iki dəfə də bilmədiyini demişdi. Xəlifə əvəzində 

demişdi: Ayıb olsun.  Bundan sonra sən necə qəbilə başçısısan (seyyidi) ki, belə şeirlərlə səni 

tərifləyirlər, sən isə müəllifi tanımırsan (36, s.423; 22, c.10). Bu məlumat bir tərəfdən şairlərə qarşı 

xəlifə və saray əyanları tərəfindən diqqəti göstərirsə, digər tərəfdən, Yəzid ibn Məzyədin igid bir 

sərkərdə kimi çox məşhur olmasını təsdiqləyir. 

 Lakin hələ X əsrdə Şamaxıda Şirvanşah Əhməd ibn Məhəmmədin (h.345/956-981) sarayında 

Ruhi Şirvani kimi  məşhur alim və şairin xidmət etməsi burada ədəbi və elmi mühitin olmasından 

xəbər verir.  Onun ərəb və fars dillərində yazdığı  şeirləri Britaniya Muzeyinin Şərq şöbəsində və  

Türkiyədəki Su Tərlan kitabxanasında saxlanır (11, s.22).  

Şirvanın özünün hətta dəfələrlə hücumlara məruz qalmasına baxmayaraq zəngin təbii 

sərvətləri, inkişaf etmiş sənətkarlıq istehsalı, əlverişli yeri, geniş ticarət əlaqələri, sayəsində onun 

iqtisadi və mədəni həyatı tezliklə bərpa edilmişdir (14, c.9).  

X-XII əsrlərdə islamın mərkəzi olan Bağdad şəhərində hədis bilicilərindən olan Əhməd ibn 

İbrahim ibn Musa ibn Abdulla əl-Cənzini (Gəncəli-N.Ə.) atası Əbu Əmr ibn Mundaverhin 

məclisinə gətirməsi haqqında əs-Səmaninin məlumatı da vardır (33, v.21; 29, s.172). 

Professor V.Beylisin Şirvanşahların siyasi cəhətdən tərəqqisinin başlanğıcını məhz XII əsrdən 

hesab etməsi təsadüfi deyildir (16, c.52). Məhz bu dövrdə bir çox tanınmış tarixçi və şairlər 

Şirvanda elm və mədəniyyətin çiçəklənməsini xüsusi vurğulayırlar. Şirvanşah II Mənüçöhr 

(489//1096-498-514//1105-1120) digər güclü feodal hakimləri kimi öz ətrafında ziyalılarının 

toplanmasına səy göstərmiş, Şirvanın siyasi, qismən də o dövrün elmi fikir mərkəzinə çevrilməsi 

üçün lazımi şərait  yaratmışdı (21, c.10).  

Arxeoloq V.Kvaçidzenin I Bəndovan yaşayış məskənində tapdığı bir qaibın üzərindəki yazı 

göstərir ki, yüksək elmi biliyə malik şirvanlı sənətkar öz əməyilə elmi vəhdətdə görmək istəyini qab 

üzərinə köçürmüşdür (23). Şirvan bölgəsi əsasən  Qurani Kərimdə adı çəkilən Musa qayası 

haqqındakı rəvayətlə yanaşı çox sayda ziyalıların olması ilə məşhur olmuşdur.  Məşhur 

coğrafiyaşünas tarixçi- səyyah Yaqut əl-Həməvi bu barədə məlumat verərək yazır: “Deyirlər ki, 

[Şirvanın] yaxınlığında Musa (ə.s.), qayası var. Burada o Allah Təalanın sözləri ilə deyilsə: 

“Görürsənmi, biz [həmin yerdə] qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum” (8). 

Deyirlər ki, [haqqında Quranda söhbət gedən] qaya Şirvandakı qayadır, dəniz Gilan dənizidir, kənd 

Bacərvan kəndi [Musa peyğəmbərin (ə.s.)] rast gəldiyi xidmətçi oğlanın onu öldürdüyü kənd isə 

Cizan kəndidir (30, s.339).  

Bu dövrlərdə zəmanənin bir çox tarixçi və şairləri Şirvanşah II Mənüçöhr digər güclü feodal 

hakimləri kimi öz ətrafında Şirvanın o dövrdəki mədəni qüvvələrinin toplanmasına səy göstərmiş, 

Şirvanın siyasi, qismən də o dövrün elmi fikir mərkəzinə çevrilməsi üçün lazımi şərait  yaratmışdı 

(26, c.10). Onlar Şirvanda elm və mədəniyyətin çiçəklənməsini xüsusi olaraq qeyd edirlər. Onların 

arasında  Əbu Tahir əs-Siləfi Şirvan alimlərinin ziyarətinə gələnlərdən olmuşdur. 

Arxeoloq V.Kvaçidzenin I Bəndovan yaşayış yerindən tapdığı bir qabın üzərindəki yazı 

göstərir ki, şirvanlı sənətkarlar belə elmə yüksək qiymət vermişdir. O, əməklə elmi bir yerdə 

görmək istəyini qab üzərinə köçürmüşdür (23). Bu bölgədən tapılan arxeoloji materiallar, 

sənətkarlıq nümunələri üzərindəki yazılar, eləcə də epiqrafik naxışlar, şəhər sakinlərinin savadlı 

olduğuna dəlalət edir (6, s.105). Ərəbdilli bioqrafik ƏDƏBIYYATda (əs-Sübki, əs-Səmani, ibn 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə