Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə12/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   8   9   10   11   12   13   14   15   ...   244

 

23 


 

hüquq normalarının məcmusundan ibarət olan Azərbaycan Respublikasının hüquq sisteminin 

sahələrindən biridir. 

nzibati hüququn aşağıdakı məqsədləri mövcuddur: 

  insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi; 



  icra hakimiyyətinin demokratik təşkilinin təmin edilməsi; 

  icra hakimiyyətinin fəaliyyətinin effektivliyi üçün şəraitin yaradılması; 



  idarəetmə sahəsində vətəndaşların və onların birliklərinin hüquq və azadlıqlarının 

həyata keçirilməsi üçün şəraitin yaradılması; 

  vətəndaşların  və  cəmiyyətin  inzibati  özbaşınalıqdan,  sui-istifadədən, 



diqqətsizlikdən,  səriştəsizlikdən,  dövlət  idarəetmə  aparatının  vəzifəli  şəxslərinin 

özbaşınalığından müdafiəsinin təmin edilməsi. 

nzibati hüquq Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz hissəsi olaraq, 

hüquq sisteminin bütün sahələri ilə sıx bağlıdır: 

  inzibati  hüququn  konstitusiya  hüququ  ilə  əlaqəsi  ondan  ibarətdir  ki,  konstitusiya 

hüququ, hüququn bütün sahələrinin, o cümlədən də inzibati hüququn prinsiplərini özündə əks 

etdirir.  ″Konstitusiya  hüququ″nun  əsas  mənbəsini  təşkil  edən  Azərbaycan  Respublikasının 

Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, referendumla qəbul edilən 

qanunlar  dövlət  quruculuğu  sahəsində  yaranan  ictimai  münasibətləri,  şəxsiyyət  və  dövlətin 

qarşılıqlı  münasibətini,  dövlət  hakimiyyətinin  təşkili  məsələlərini  və  onun  dövlət 

hakimiyyətinin  bölünməsi  prinsipi  əsasında  (yəni  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyətlərinə bölünməsi) həyata keçirilməsini bilavasitə nizamlayır. Bu münasibətlər də 

Konstitusiya hüququ″nun nizamasalınma predmetini təşkil edirlər; 



  inzibati hüququn maliyyə hüququ ilə bağlılığı ondan ibarətdir ki, maliyyə hüququ 

dövlətin  maliyyə  fəaliyyəti  sahəsindəki  ictimai  münasibətləri,  Azərbaycan  Respublikasının 

milli gəlirini təşkil edən pul vəsaitlərinin toplanması və bölüşdürülməsi prosesində yaranan 

ictimai  münasibətləri  nizamlayır.  nzibati  hüquq  isə  maliyyə  və  vergi  orqanların 

səlahiyyətlərini  müəyyən  edir  və  onların  təşkili  və  fəaliyyətləri  qaydasını  nizamlayır,  yəni 

maliyyə sahəsində idarəetmə münasibətlərini nizamlayır; 

  inzibati  hüququn  mülki  hüquqla  əlaqəsi  isə  ondan  ibarətdir  ki,  hüququn  bu  iki 

sahəsi  əmlak  münasibətlərinin  nizama  salınma  məsələlərinə  görə  onlar  bir-biri  ilə  sıx 

bağlıdırlar. Lakin bu münasibətlərin nizama salınma metodları eyni deyildir.  nzibati hüquq 

ə

mlak  münasibətlərini  sərəncamvermə  qaydasında  hakimiyyət-tabeçlik  metodu  ilə 



nizamlayır.  Məsələn:  idarəetmə  orqanının    sərəncamına    görə  bir  təsərrüfat  təşkilatı 

avadanlığı  və  əmlakı  digər  təsərrüfat  təşkilatına  verir.  Belə  halda  idarəetmə  orqanı  dövlət-

hakimiyyət  metodu  ilə  əmlak  münasibətini  nizama  salır. Bir çox hallarda isə  idarəetmə  

aktların  icra  edilməsi  üçün  təsərrüfat və digər təşkilatlar mülki  hüquq  normalarını  rəhbər 

tutaraq    müqavilə    bağlayırlar.  darəetmə  aktı  təşkilatla  (hüquqi  şəxslə)  və  vətəndaş  (fiziki 

şə

xslə) arasında müqavilə bağlanmasına  əsas  kimi  xidmət edə bilər. Məsələn: vətəndaşla 



mənzil-istismar  təşkilatı  arasında  icarə  müqaviləsi    vətəndaşda  yaşayış  sahəsinə  orderin  

olduğu  halda  bağlanır.  Mülki-hüquqi nizama salma metodu inzibati-hüquqi  nizama  salma 

metodundan  fərqli  olaraq,  tərəflərin  bərabərliyi  ilə  xarakterizə  olunur.  Bazar 

münasibətlərinin  genişlənməsi,  iqtisadi    fəaliyyətin    azadlığı,  dövlət,  xüsusi  və  bələdiyyə 

mülkiyyət formalarının mövcudluğu şəraitində əmlak münasibətlərinin nizama salınmasında 

mülki hüququn rolu daha da artır. Lakin onların sahələri inzibati  tabeçiliyə,  inzibati-hüquqi 

nizama salmaya əsaslanaraq yarana biləcək əmlak münasibətlərini istisna etmir; 



 

24 


 

  inzibati  hüququn  əmək  hüququ  ilə  əlaqəsi    ondan    ibarətdir    ki,  fəhlə  və  

qulluqçuların    bir    çox    əmək    münasibətləri  inzibati  və  əmək  hüquq  sahələri  ilə  nizama 

salınır.  Məsələn:  dövlət  orqanları  qulluqçuların  əmək  prosesində  yaranan  münasibətləri, 

qulluqçuların təqaüdə çıxdıqda, xəstələndikdə, əlil olduqları hallarda sosial təmin edilmələri, 

həmçinin qulluqçuların  əməyinin  mühafizəsi  ilə bağlı məsələlər əmək hüququ ilə nizama  

salınır.  darəetmənin    bir    sıra    sahələrində    (müdafiə,    daxili    işlər            və  s.)    dövlət  

qulluğunun  keçirilməsi,  vəzifəli  şəxslərin  vəzifə  və  hüququları inzibati  hüquq  normaları  

ilə  müəyyən  edilir.  Dövlət  qulluqçuları xidməti hüquq  və  vəzifələrini  həyata  keçirərkən  

inzibati  hüquqla nizamlanan dövlət-xidməti  münasibətlərə  girirlər.  Bununla yanaşı, şəxsi 

hüquq daşıyıcıları qismində onlar əmək münasibətlərinin iştirakçıları kimi çıxış edirlər və bu 

münasibətlər də əmək hüququ ilə nizama salınır; 

  inzibati  hüququn  cinayət  hüququ  ilə  əlaqəsi  ondan  ibarətdir  ki,  inzibati    hüquq  

normaları  hansı  əməllərin  inzibati  xəta  olduğunu  və  onu törədən  şəxsə  qarşı  tətbiq  

edilən  tənbeh  tədbirlərini  müəyyən  edir.  Cinayət  hüququ  isə  hansı əməllərin cinayət 

olduğunu  və  onların  törədilməsinə    görə    cəzanın    növlərini    müəyyən    edir.    nzibati  

hüquqla cinayət hüququ hüquqmühafizə sahəsində birgə fəaliyyət göstərirlər. Yəni törədilən 

ə

məlin  xarakterindən,  şəraitindən,  yerindən,  vaxtından  və  sair  amillərdən  asılı  olaraq  o,  ya 



inzibati xəta, ya da cinayət əməli kimi qiymətləndirilə bilər.; 

  inzibati  hüququn  cinayət-prosessual  və  mülki-prosessual  hüquqla,  həmçinin  

məhkəmələr  haqqında  qanunvericiliklə  (″Məhkəmələr və hakimlər haqqında″ Azərbaycan 

Respublikasının Qanunu, 1997-ci il) əlaqəsi ondan ibarətdir ki, inzibati hüququn normaları 

icra  fəaliyyəti  ilə  ədalət  mühakiməsinin    həyata    keçirilməsi    arasında    mövcud      olan   

fərqləri    müəyyən    edirlər.  Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  məhkəmələr  inzibati-

hüquqi    xarakterli  işlərə  baxarkən  inzibati-prosessual  normaları  rəhbər    tuturlar.  Məsələn:  

idarəetmə  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  qanuna  zidd  hərəkətləri  barədə 

ş

ikayətlərə baxarkən. 



Azərbaycan Respublikasının hüquq sistemində inzibati hüququn yeri inzibati hüquqla 

nizamlanan ictimai münasibətlərin xarakteri və zəruriliyi ilə müəyyən edilir. Digər tərəfdən 

isə onun xüsusiyyəti və hüququn digər sahələrindən fərqi ondan ibarətdir ki, inzibati hüquq 

idarəetmə münasibətlərini nizama salır. 

Birinci  sualı  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  bu  sualda  aşağıdakı  kimi 

müddəalar açıqlanmışdı: 

 

1.  nzibati  hüquq  -  icra  hakimiyyətinin  təcrübi  cəhətdən  həyata  keçirilməsi    və  



məqsədi  ilə  əlaqədar  olaraq  yaranan  ictimai  münasibətləri nizama  salmaq  üçün  təyin  

edilmiş  hüquq  normalarının  məcmusundan  ibarət  olan  Azərbaycan  Respublikasının  hüquq 

sisteminin sahələrindən biridir. 

2.  nzibati hüququn aşağıdakı məqsədləri mövcuddur: 

  insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi; 



  icra hakimiyyətinin demokratik təşkilinin təmin edilməsi; 

  icra hakimiyyətinin fəaliyyətinin effektivliyi üçün şəraitin yaradılması; 



  idarəetmə sahəsində vətəndaşların və onların birliklərinin hüquq və azadlıqlarının 

həyata keçirilməsi üçün şəraitin yaradlması; 

  vətəndaşların  və  cəmiyyətin  inzibati  özbaşınalıqdan,  sui-istifadədən, 



diqqətsizlikdən,  səriştəsizlikdən,  dövlət  idarəetmə  aparatının  vəzifəli  şəxslərin 

özbaşınalığından müdafiəsinin təmin edilməsi. 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə