Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə9/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   ...   5   6   7   8   9   10   11   12   ...   244

 

17 


 

 Cinayətkarlığa qarşı mübarizə və hüquqpozmaların xəbərdar edilməsi  sahəsində polis 

ə

məkdaşları  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada  məcburetmə  təsir 



tədbirlərini  tətbiq  edərkən  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarına  hörmətlə 

yanaşmalıdırlar. Əks halda polisin cəmiyyət qarşısında nüfuzu aşağı düşər və vətəndaşlarla 

qarşılıqlı münasibəti zəifləyə bilər. Digər tərəfdən belə hərəkətlərə yol verən  polis əməkdaşı 

qanun qarşısında məsuliyyət daşımalıdır. 

ğ

)  D O-nun  fəaliyyətində  vətəndaşlar,  orqan  və  ictimai  birliklərlə  qarşılıqlı  əlaqə 



prinsipi 

D O  fəaliyyətinin  xüsusiyyətlərindən  asılı  olaraq  D O  ilə  vətəndaşlar  arasında 

qarşılıqlı əlaqənin aşağıdakı formaları mövcuddur: 

  polisin ştatdankənar əməkdaşı qismində ; 

  hal şahidləri qismində və s. formada iştirak. 

D O-nun vətəndaşlarla, orqan və ictimai birliklərlə qarşılıqlı əlaqəsinə başqa formaları 

da  göstərmək  olar.  Məsələn,  müxtəlif  məzmunda  mühazirələrin  oxunması,  yeni  qəbul 

olunmuş qanunların izah edilməsi.   

d) Avtoritarlıq prinsipi D O-nun fəaliyyətində daha qabarıq şəkildə özünü biruzə verir. 

Avtoritarlıq bir tərəfdən hakim iradənin formalaşmasını, digər tərəfdən ona sözsüz tabeçiliyi 

tələb  edir.  Nüfuz  və  tabeçilik  dövlət  idarəetmə  prosesində  yaranan  münasibətləri 

möhkəmləndirir. Daxili işlər sahəsində idarəetmə nüfuz və tabeçilik əsasında ardıcıl olaraq 

həyata keçirilir. . 

Ə T   C Ə 

 

 Mühazirənin  mövzusunun  planını  təşkil  edən  sualların  açıqlanması  vasitəsi  ilə  əldə 



etdiyiniz  nəzəri  biliklərin  mahiyyəti  və  əhəmiyyəti  ondan  ibarətdir  ki,  Sizin  hər  biriniz 

müvafiq bir hüquq mühafizə  orqanlarında xidmət göstərəcəksiniz və həmin xidmətin həyata 

keçirilməsi zamanı idarəetmənin mövcud olan elementləri simasında çıxış edəcəksiniz.  kinci 

tərəfdən  isə  öz  xidməti  vəzifələrinizi  yerinə  yetirən  zaman  idarəetmənin  və  dövlət 

idarəetməsinin    qarşısında  duran  vəzifələrin  yerinə  yetirilməsində  qanunçuluq  və  dövlət 

intizamına ciddi riayət etmiş olacaqsınız. 

 

Hüquq mühafizə  orqanlarının hər bir əməkdaşı, o cümlədən də Siz necə bir gələcəyin 



ali  təhsilli  hüquqşünasları  kimi  bu  mövzu  vasitəsi  ilə  əldə  etdiyiniz  anlayışlara  və  əsas 

müddəalara  riayət  etməklə,  onların  tələblərini  yerinə  yetirməklə  birinci  növbədə  idarəetmə 

və  dövlət  idarəetməsi  sahəsində    qarşıda  duran  vəzifələrin  yerinə  yetirilməsinə,  ikinci 

növbədə  isə      xidmət  göstərəcəyiniz    sahənin  qarşısında  duran  vəzifələrin  yerinə 

yetirilməsinə nail olmuş olacaqsınız. 

 

Mühazirəni  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  mühazirə  prosesində  əldə 



etdiyiniz  nəzəri  bilikləri,  ümumi  anlayışları,  əsas  müddəaları  dərindən  mənimsəməklə  və 

onları  təcrübədə  düzgün  tətbiq  etməklə,  Azərbaycan  Respublikası  Prezidentinin  09  avqust 

1994-cü il tarixli ″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq 

qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında″ və 22 fevral 1998-ci il tarixli ″ nsan və 

vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər  haqqında″ 

Fərmanlarından irəli gələn tələblərin yerinə yetirilməsinə nail olmuş olarsınız. 

 

 

 



 


 

18 


 

Mövzu  2: ″″″″ nzibati hüquq – hüququn sərbəst bir sahəsi kimi″″″″ 

 

P L A N : 

G   R   Ş  

1.

  nzibati hüququn anlayışı, predmeti və məqsədi. 

2.

  nzibati hüququn sistemi, prinsipləri, metodları və funksiyaları. 

3.

  nzibati hüququn mənbələri anlayışı və onların növləri. 

4.

  nzibati hüquq elminin predmeti, sistemi, vəzifələri və onun inkişafı. 

Ə T   c Ə 

 

Ə



 D Ə B   Y Y A T: 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası. 



2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi. B., 2000. 

3.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 



haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il. 

4.

  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının 



möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı. 09 avqust 1994-cü il. 

5.

   A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



6.

   E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

7.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 



2007.      

8.

  ″ nzibati  hüquq″  (sxemlərdə).  Dərs  vəsaiti.      Azərbaycan  Respublikası  D N-in  Polis 



Akademiyası. Bakı, 2002.  

9.

   A.P.Korenev. “Administrativnoe pravo Rossii″. Dərslik.      Moskva, 1999. 



G   R   Ş 

 

Azərbaycan  Respublikası  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra,  xalqının  özünün 



çoxəsrlik  dövlətçilik  ənənələrini  davam  etdirərək  demokratik,  hüquqi  və  dünyəvi  dövlət 

quruculuğuna başladı. 

12  noyabr  1995-ci  il  tarixində  ümumxalq  səsverməsi  -  referendum  yolu  ilə  qəbul 

edilmiş  ilk  Milli  Konstitusiyamız  Respublikamızda  aparılan  dövlət  quruculuğunun 

məqsədini,  istiqamətlərini  və  prinsiplərini  dəqiqliyi  ilə  müəyyən  etdi.  Konstitusiyamızın 

maddələrinə əsasən dövlətçiliyimizin əsasları müəyyən edilmişdir. 

Konstitusiyaya 

ə

sasən 



Azərbaycan 

Respublikasında 

dövlət 

hakimiyyəti 



hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: 

  qanunvericilik  hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi  həyata 

keçirir; 

  icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; 

  məhkəmə  hakimiyyətini  Azərbaycan  Respublikasının  məhkəmələri  həyata 

keçirirlər. 

Mühazirənin  mahiyyəti  ondan  ibarətdir  ki,  dövlət  hakimiyyətinin  istiqamətlərindən 

biri  olan  icra  hakimiyyətinin  təşkili  və  həyata  keçirilməsi  prosesində  yaranan,  dəyişən  və 

xitam olunan ictimai münasibətlər ″ nzibati hüquq″ fənni vasitəsi ilə öyrənilir. Bundan əlavə 



Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə