Microsoft Word inzibati huquq doc



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə7/244
tarix08.09.2018
ölçüsü3,57 Mb.
#67060
1   2   3   4   5   6   7   8   9   10   ...   244

 

13 


 

hakimiyyəti  orqanları  Azərbaycan  Respublikasında  vahid  icra  hakimiyyəti  sistemini  təşkil 

edir. 

8.

  Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsinin  birinci  hissəsinə 

ə

sasən,  Azərbaycan  dövləti  unitar  quruluş  forması  əsasında  təşkil  edilmişdir.  cra 



hakimiyyəti    orqanlarının  səlahiyyətlərinin  Konstitusiya  və  digər  qanunvericilik  aktları  ilə 

dəqiq  müəyyən  olunması  onların  hüquqi  təbiəti  ilə  bağlıdır.  Məsələn:  Azərbaycan 

Respublikası  Konstitusiyasının  114-cü  maddəsinin  2-ci  hissəsinə  əsasən,  Nazirlər  Kabineti 

Azərbaycan  Respublikası  Prezidentinin  yuxarı  icra  hakimiyyəti  orqanıdır.  Milli 

Təhlükəsizlik  Nazirliyi,  Daxili  şlər  Nazirliyi,  Təhsil  Nazirliyi  və  s.  nazirliklər  icra 

hakimiyyətinin mərkəzi icra hakimiyyəti orqanlarıdır. 



9.

  cra  hakimiyyəti  inzibati  hakimiyyətlə  eyniləşdirilə  bilməz.  Beləki  inzibati 

hakimiyyət  məhkəmədən  kənar  səlahiyyətlərin,  yəni  inzibati  məcburetmələrin  yerinə 

yetirilməsi  ilə  bağlıdır.  nzibati  məcburetmə  icra  fəaliyyətinin  qarşısında  duran  məsələlərə 

nail olma  vasitələrindən  biridir.  Burada icra  hakimiyyətinin məzmunu  yalnız  xəbərdaredici 

tədbirlərin  tətbiq  edilməsi  ilə  bitmir.  Onun  subyektlərinin  malik  olduqları  hakimiyyət 

səlahiyyətləri bilavasitə məhkəmədənkənar qaydada həyata keçirilir.  



10.

  cra  hakimiyyəti  dövlət  hakimiyyətinin  bütün  vacib  atributlarını  özündə 

cəmləşdirməsi ilə xarakterizə olunur. Məsələn: maliyyə, ordu, polis, təhlükəsizlik xidmətləri, 

cəza çəkmə müəssisələri və s. 

Yuxarıda  qeyd  edilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  icra  hakimiyyəti  ilə 

müqayisədə  dövlət  idarəetməsi  daha  geniş  anlayışa  malikdir.  cra  hakimiyyəti  məlum 

mənada  dövlət  idarəetməsindən  törəmişdir.  O  dövlət  idarəetmə  mexanizmində  həyata 

keçirilən dövlət hakimiyyət səlahiyyətlərinin xarakter və həcmini müəyyən etmək üçün təşkil 

edilmişdir.  Digər  tərəfdən  dövlət  idarəetməsi  icra  hakimiyyətinin  təcrübi  cəhətdən  həyata 

keçirilməsinə yönəldilmiş fəaliyyət növüdür. 

   cra hakimiyyətinin əsas məqsədləri aşağıdakılardır: 

 vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi; 

 ölkə  iqtisadiyyatının  inkişafı,  vətəndaşların,  cəmiyyətin  və  dövlətin  rifahının 

yüksəldilməsi üçün şəraitin yaradılması; 

 insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi; 

 insan  və  vətəndaşların  mənəvi,  sosial,  iqtisadi  və  siyasi  hüquq  və  azadlıqlarının 

reallaşdırılması, idarə, müəssisə və təşkilatların normal fəaliyyəti üçün şəraitin yaradılması. 

Sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim: 

1.  cra  hakimiyyəti  müəyyən  dövlət  orqanları  və  vəzifəli  şəxslərin  icraedici-

sərəncamverici  fəaliyyətlərini  təşkil  edən  və  həyata  keçirən  dövlət  hakimiyyəti  qollarından 

biridir. 

2.  cra hakimiyyəti dövlət hakimiyyətinin digər qollarından aşağıdakı xüsusiyyətlərinə 

görə fərqlənir: 

  icra hakimiyyəti Azərbaycan Respublikası dövlət hakimiyyətinin nisbətən müstəqil 

qolu olub, dövlət hakimiyyətinin digər qolları olan qanunverici və məhkəmə hakimiyyəti ilə 

qarşılıqlı əlaqədədir. 

  icra hakimiyyəti funksional səlahiyyət mənasında müstəqildir. 

  icra hakimiyyəti dövlət hakimiyyət mexanizminin vacib atributudur. 



 

14 


 

  icra  hakimiyyəti  hakimiyyət  səlahiyyətlərinin  istənilən  digər  təzahürü  kimi 

başqalarının  fəaliyyətinə  və  davranışına  müəyyənedici  təsirlər  göstərmək  bacarığına  və 

imkanına malikdir. 

  icra  hakimiyyəti  dövlət  hakimiyyətinin  müstəqil  qolu  olub,  dövlət  fəaliyyətinin 

növü ilə eyniləşdirilə bilməz. Dövlət hakimiyyətinin müvafiq növü hakimiyyətin özü deyil, 

onun təcrübi olaraq həyata keçirilməsi formasıdır. 

  icra hakimiyyəti mahiyyətcə hüquq tətbiqedici fəaliyyət növüdür.  

  icra  hakimiyyəti  icraedici  səlahiyyətlər  ilə  təmin  edilmiş  xüsusi  subyektlərin 

fəaliyyətində özünü biruzə verir 

  icra  hakimiyyəti  orqanlarının  səlahiyyətləri  Konstitusiya  və  digər  qanunvericilik 

aktları vasitəsi ilə dəqiq  müəyyən edilmişdir. 

  icra hakimiyyəti inzibati hakimiyyətlə eyniləşdirilə bilməz. 

  icra  hakimiyyəti  dövlət  hakimiyyətinin  bütün  vacib  atributlarını  özündə 

cəmləşdirmasi ilə xarakterizə olunur. 

 3.  cra hakimiyyətinin əsas məqsədləri aşağıdakılardır: 

  vətəndaşların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi; 

  ölkə  iqtisadiyyatının  inkişafını,  vətəndaşların,  cəmiyyətin  və  dövlətin  rifahının 

yüksəldilməsi üçün şəraitin yaradılması; 

  insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi; 

  insan  və  vətəndaşların  mənəvi,  sosial,  iqtisadi,  siyasi  hüquq  və  azadlıqlarının 

reallaşdırılması, idarə, müəssisə və təşkilatların normal fəaliyyəti üçün şəraitin yaradılması. 

 

Sual IV.  

Daxili işlər sahəsində dövlət idarəetməsi 

Dövlət  idarəetməsi  müxtəlif  sahələrdə  həyata  keçirilir.  Dövlət  idarəetmə  sahəsinə 

təsərrüfat,  sosial-mədəni  və  inzibati-siyasi  quruculuğun  müxtəlif  istiqamətlərində  fəaliyyət 

göstərən, eləcə də bir-biri ilə obyektiv surətdə bağlı olan idarə, müəssisə və təşkilatların idarə 

olunması  daxildir. 

Daxili işlər sahəsində idarəetmə dövlət idarəetmə sahəsində  inzibati-siyasi idarəçiliyin 

nisbi-müstəqil istiqamətlərindən biridir. Daxili işlər sahəsində idarəetmə bir-biri ilə müxtəlif 

idarəetmə əlaqələrində olan sahələrə bölünür. 

 

  Daxili  işlər  sahəsində  idarəetmə  ictimai  qaydanın  qorunması  və  ictimai 



təhlükəsizliyin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının mühafizəsi, onların 

cinayət və digər hüquqazidd qəsdlərdən qorunması , eləcə də  dövlət orqanlarının və ictimai 

qurumların  normal  fəaliyyəti,  vətəndaşların  əməyi  və  istirahətləri  üçün  normal  şəraitin 

yaradılması üzrə səlahiyyətli dövlət orqanlarının fəaliyyətidir. 

 

  Daxili  işlər  sahəsində  idarəetmənin  məzmunu  çox  mürəkkəb  struktura  (quruluşa) 



malikdir.  Daxili  işlər  sahəsində  idarəetmənin  məzmununa  aşağıdakı    vəzifələrin 

(funksiyaların) yerinə yetirilməsi zamanı yaranan ictimai münasibətlər daxildir: 

  ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 

  cinayətlərin və digər hüquqpozmaların xəbərdar edilməsi; 

  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  və    mülkiyyətin 

hüquqazidd qəsdlərdən qorunması; 

  dövlət idarələri və digər obyektlərin mühafizəsi; 

  cinayətlərin üstünün açılması, qeydiyyatı və uçotu; 




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə