Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

Elmira Fikrətqızı 
 
43
birini Kıbrıs türk şairi Osman Türkaya ithaf etməyi qərarlaşdırır. 
(Varlık, 1974: 1) 
1976-cı ildə Kembricin “Qitələrarası Bioqrafiya Mərkəzi” ona 
“üzvlük” vəsiqəsi verir və bundan sonra adının sonunda F.İ.B.A. 
(Fellow Intercontinental Biographical Assocation – Qitələrarası 
Bioqrafiya Cəmiyyətinə Üzvlük) hərflərindən istifadə etmək hüqu-
qu qazanır. 
İngiliscə də şeirlər yazan müəllifin 1978-ci ildə “Beethoven and 
Other Poems” (“Bethoven və digər poemalar”), 1982-ci ildə “Poet-
ry Türkay” (“Türkayın poeziyası”), 1986-cı ildə “Variations” 
(“Variasiyalar”), 1989-cu ildə “Symphonies for the World” (“Dün-
ya üçün simfoniyalar”), 1995-ci ildə “Poetry Türkay and Ephitaphs 
for the Dying World” (“Türkayın poeziyası  və ölən dünya üçün 
efitapiyalar”), 1998-ci ildə “Roaming About Universe” (“Kainatda 
bir gəzinti”), 1999-cu ildə “Cosmorama” kitabları İngiltərə, Hindis-
tan və ABŞ-da çap olunur. Onun şeirləri rus, İsveç, yapon, ərəb, 
Hind, rumın, çex, Koreya, Azərbaycan
16
 və s. dillərə tərcümə edilir. 
10 sentyabr 1979-cu ildə Nyu-Yorkdakı Danziq Universiteti ilə 
qardaş elan edilən Hindistan Dünya Universiteti ona “Ədəbiyyat 
doktoru” fəxri adını verir. 
1981-ci ildə Dünya Sənət və  Mədəniyyət Akademiyası  tərə-
findən keçirilən Dünya Şairlərinin Beşinci Qurultayında  şeirdəki 
mükəmməlliyinə görə “Beynəlxalq Ozanlar Sultanı” adını alır.  
1983-cü ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Kosmos 
əsri şerinə xidmət” mükafatına layiq görülür. 
1984-cü ildə isə həmin institut onu ömrünün sonuna qədər Fəxri 
üzvlüyünə  və Beynəlxalq Müşavirliyə seçir, 1985-ci ildə isə “Xa-
tirə” şərəf medalı ilə təltif edir. 
Qitələrarası Dünya Şeir Dərnəyi və Dünya Sənət və Mədəniyyət 
Akademiyası  tərəfindən 29 dekabr 1986-cı ildən 3 yanvar 1987-ci 
                                                           
16
 Türkayın “Şair çocuğun sabah duası” əsəri tərəfimizdən Azərbaycan türkcəsinə 
uyğunlaşdırılaraq, “Azərbaycan” jurnalında (Bakı, 2003, 11, s. 157 ) çap olunmuş-
dur.  


Osman Türkayın poetik irsi 
 
 
44
ilə  qədər Hindistanın Mədrəs  şəhərində  təşkil olunan Dünya Şair-
lərinin IX Qurultayında ingiliscə yazdığı “Variasiyalar” kitabına 
görə 1986-cı ilin “Dünya Şeir Birinciliyi” mükafatını alır.  
1987-ci ildə Beynəlxalq Şairlər Akademiyası ona “Variasiyalar” 
əsərinə görə  “Şeirdə  Bərabərsizlik” mükafatını verir. Həmin ildə 
İtaliyada “Gümüş  Zəncirli Beynəlxalq  Şeir” mükafatını, “KKTC 
Cümhurbaşqanlığı  şərəf” mükafatını alır. 1988-ci ildə isə  həmin 
kitabın yüksək müvəffəqiyyəti və  şairin kosmos əsri  şerinə yeni 
dəyərlər bəxş etməsi münasibətilə o, Qitələrarası Dünya Şeir Dər-
nəyi tərəfindən Nobel ədəbiyyat mükafatına namizəd göstərilir, 
İtaliya Milli Mədəniyyət Mərkəzi “PelleD Luna” tərəfindən təşkil 
olunan Beynəlxalq Şeir Müsabiqəsində “Bir portretdə çağımızın üç 
üzü”  şeri ilə birincilik qazanır, Sinqapur XV Sənətlər və  Əlaqələr 
Qurultayında beynəlxalq  şeirdə göstərdiyi uğur və qüsursuzluğa 
görə, Asiyalı Şairlər Federasiyasının “Qızıl Şeir Medalyonu”na la-
yiq görülür. 
1990-cı ildə Kenyanın Narobiya şəhərində 8-15 iyul tarixləri 
arasında keçirilən XVII Beynəlxalq Sənətlər və  Əlaqələr 
Qurultayında “Afrika” şerinə görə “Afrika Şeir Kralı” mükafatına 
və “Dünyamızın portreti - 1990” poemasına görə “Qızıl Zürafə” 
mükafatına layiq görülür. Həmin ildə ikinci dəfə Nobel mükafatına 
namizəd göstərilir.  
1991-ci ildə “Yunis İmrə Sevgi, Sülh və Xoşgörü Xüsusi” mü-
kafatını, Avstraliyadan “Qəhrəmanlıq” adını, İngiltərədən “Viktori-
ya  Şeir Medalyonu”nu alır. “Dünya üçün simfoniya” kitabı ilin 
“Avropa Şeir Kitabları Birincisi” seçilir. 
1997-ci ildə “Kainatda bir gəzinti” adlı kitabı ilə, Amerika Nai-
liyyətlər  İnstitutunun “İlin Adamı  və Min İlin  Şöhrətlər Sarayı” 
mükafatlarını, Amerika Bioqrafiya İnstitutunun “Qızıl Val”, “Baş-
qanlıq” Şərəf Möhürünü, Avstraliyada “Uçan Qızıl Qumru” müka-
fatını alır. 
1998-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən həmin ilin 
“adamı” seçilir. 


Elmira Fikrətqızı 
 
45
1999-cu ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “Türk di-
linə xidmət” və KIBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk Ədə-
biyyatları Qurumu) tərəfindən “Ədəbiyyata xidmət” mükafatlarına 
layiq görülür. 
2000-ci ildə Beynəlxalq Şeir Akademiyası ona “Millenium şairi” 
adını verir. 
2000-ci ildə 73 yaşına qədəm qoyan Osman Türkay artıq ömrü-
nün ahıllıq mərhələsini yaşayır və maddi dünya ilə  əlaqəsi yavaş-
yavaş kəsilməyə başlayır. Şöhrətinin zirvəsini yaşayan şair xəstələ-
nir və 14 noyabr tarixində Şimali Kipr Türk Respublikasının (Ku-
zey Kıbrıs Türk Cümhuriyeti) xüsusi dövlət qərarı ilə  İngiltərədən 
vətəninə  gətirilərək, Girnə  Ağçiçək xəstəxanasında xüsusi otaqda 
yerləşdirilir. 22 yanvar 2001-ci ildə səhər saat yeddidə “Yenə gələ-
cəyəm”, - deyərək gözlərini bu dünyaya qapayır. Beləliklə, şöhrətli 
və  şərəfli bir ömür yaşamış  şairin həyat tarixçəsi sona yetir və 25 
yanvar 2001-ci ildə saat 12-də doğulduğu qəsəbədə (sonradan onun 
şərəfinə bu yer Ozanköy adı ilə dəyişdirilmişdir – E.F.) dəfn olunur.  
Böyük şair verdiyi müsahibələrdən birində bu dünyadakı həyatı 
barədə deyirdi: “Ben cennette doğdum, cennet gibi bir doğa ve tarih 
içinde, ama cehennemde yaşadım! Niçin? Hayatımda, bütün dün-
yayı gezdim... Benim çektiklerim insanın daha henüz tam insanlaş-
mamış olmasından, doğa ve yaşam içindeki çelişkilerden kaynak-
lanmıştır hep. Hayatımda hiçbir kimseye en küçük kötülüyü yapma-
dım, yapmayı da düşünmedim. Fakat, en yakın dost bildiklerimden, 
en büyük fenalıkları gördüm. Doğadaki kaos, insan ruhundaki ka-
os...hep bunlara karşı koymak için çalıştım”. (Toplumun Sesi, 1993: 
27) Onun şəxsi üzüntüləri yaradıcılığının ilk dövründə, “bəşəri kə-
dəri” isə sonrakı mərhələdə öz əksini tapdı.  
Osman Türkay bədii yaradıcılığa hələ  məktəb illərindən başla-
mışdır. Ümumiyyətlə, şairin yaradıcılığı onun mühitinin, dünyagö-
rüşünün, intellektinin, bədii-estetik zövqünün dəyişməsi ilə bağlı üç 
mərhələdən gəlib-keçmişdir: 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə