Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   71

 
234
Lilli və çöküntülü nümunələr seçilən vaxtdan kimyəvi
fiziki və bioloji dəyişkənliklərə uğrayırlar.  
Nümunələrin emalı, konservləşməsi və saxlanılması elə 
aparılmalıdır ki, onlarda kimyəvi ya da bioloji aktivliyi azalsın 
və çirklənmə minimuma endirilsin, lilli qalıqların və 
çöküntülərin qiymətləndirilməsi üçün çox vaxt xüsusi 
konservləşmə texnikası lazım olur. Elə konservləşmə üsulu 
yosdur ki, hamısına tətbiq edilə bilsin. Konservləşmə və emal 
texnikası seçmə proqramı  və  tətbiq edilən analitik metodları 
təyin edir. Kimyəvi tədqiqatlar lilli ya çöküntülü maddələrin 
adsorbsiya, ya da adsorbsiya edilənlərin təbiətini, miqdarını 
müəyyən etmək imkanını yaradır. Kimyəvi maddələrin bərk və 
su fazasının paylanmasına bir neçə amillər təsir edir, məsələn, 
hissəciklərin ölçüləri, üzvi materialın miqdarı, pH, oksidləşmə-
bərpa potensialı, ya da minerallaşma. Nümunənin seçmə 
məqsədi bu amillərin öyrənilməsi ola bilər və odur ki, 
konservləşmə üsullarına da analitik üsullara tələb olan diqqət 
edilməlidir. (Analitik) 
Müasir  əsaslama komponentlərin lilli ya da çöküntülü 
fazalarında olan ciminin təyin edilməsinə aiddir, əgər başqası 
göstərilməyibsə.  
Nümunənin dərhal dodurulma üsulu ilə konservləşdiril-
məsi çirkləndiricilərin hüceyrələrin dağılması  nəticəsində 
dəyişməsinə səbəb olur.  
Nümunədə sabitlik olmasa əsas çirkləndirilmələrin daima 
mikrobioloji keçməsinə səbəb olar. Üzvi maddələrin parçalan-
masına  əlavə olaraq uçan komponentlərin  əsas itirilməsi 
mexanizmi, nümunənin emalı zamanı buxarlanma olur. 
Oksigensiz nümunələr xüsusi konservləşdirmə üsulu tələb edir- 
oksigensiz emal nümunələrin dondurulması mümkün olmadıq
B
-
B
da məsələn, havanın yüksək temperaturunda, nümunələrin 
konservləşməsi sulfidin təyini üçün onda pH-ı 10.5-ə 
qaldıraraq onu mümkün etmək olar. Analizi olduqca tez etmək 
lazımdır. Qurudulması, dondurulması və dondurma ilə qurudul-


 
235
ma oksigensiz nümunələrində  əlaqələrin yeri dəyişdirilir. 
Məsələn, ağır metallarda bu birləşmiş formaların dəqiq tədqiqi-
nin aparılmasını imkansız edir.  
Əgər məsamələrdə olan suyun sürətli drenajı baş verirsə, 
fiziki tədqiqatlarda strukturu, teksturası çöküntülər üçün 
qatların  əmələ  gəlməsi çöküntünün strukturu dəyişir. Lilin və 
çöküntünün tədqiqatı üçün tam olması  və münasib 
konservləşmə  və emal üsullarının seçilməsi çox vacibdir. 
Ümumiyyətlə nümunənin dağılması minimal olmalıdır.  Əgər 
nümunənin tam olması vacibdirsə, onda onun çalxalanması və 
vibrasiyası 
nəqletmə vaxtı minimuma endirilməlidir. 
Nümunənin tam olmasını saxlamaq üçün lilli qalıqların və 
çöküntülərin tez dondurulması əlverişli ola bilər.  
Bioloji tədqiqt toksikoloji, ekotoksikoloji və ekoloji 
etaplarından ibarətdir. Kimyəvi tədqiqatlar üçün nümunənin 
emalı maddələrin bioyararlığı və və toksiklik dəyişir. Saxlama 
müddətində kimyəvi birləşmələr buxarlana bilər, oksidləşər, 
biodeqradasiyaya ya da fotolizə  uğraya bilər. Saxlama üçün 
şərait yaradaraq bunları nəzərə almaq lazımdır.  
Nəzərə alınmalıdır ki, lilin çirkləndiriciləri 
qiymətləndirəcək laboratoriya bioloji nümunələr üsulu ilə elə 
konservləşmə texnikasını  tələb edir ki, o ekoloji və 
mikrobioloji tədqiqatlarda istifadə olandan texnologiyadan 
fərqi olar. 
Ekoloji tədqiqatlara adətən fiksə edilmiş lilin ya da 
çöküntünün üzərində  və daxilində olan təsnifatı  və miqdarı 
daxil edilir.  
Digər tərəfdən mikrobioloji aktivliyi də (maraq yaradan 
nümunənin xarakterizəsi kimi) fiksasiyasız təyin etmək olar. 
Mikrobioloji aktivlik nitrit-, nitrat-, ammonium nitratın 
miqdarını  dəyişdirə bilər. Oksigenin biokimyəvi istifadəsini 
azaldar, ya da sulfatı sulfidə  qədər bərpa edə bilər. 
Mikrobioloji aktivliyin belə  dəyişkənliyə yol verməməsi üçün 
nümunələrə analiz etməzdən əvvəl soyutma tətbiq edirlər.  


 
236
Bakterioloji tədqiqatlar apararkən steril şüşə 
konteynerlərdən istifadə edilir. Konteynerlər sterilizasiya 
zamanı 175 
P
0
P
C-yə 1 saat ərzində dözümlü olmalıdır və bioloji 
aktivliyə təsir edən heç bir maddə ayırmamalıdır. Əgər analizin 
gedişinə mane törədən təsir etmirsə, plastik qablardan istifadə 
etmək olar. 
Nümunələr üçün çox vaxt müxtəlif emal və optimal 
üsulun seçilməsi tədqiqatın məqsədindən asılıdır.  
Lilli qalıqların çoxlu potensial təhlükəli olan nümunələr 
seçilməsi zaman təhlükəsizlik texnikasının tədbirlərinə riayət 
edilməlidir. Patogen orqanizmlərdən ya çirkləndiricili 
maddələrdən mühafizə üçün respiratorlardan, qoruyucu 
eynəklərdən, 
əlcəklərdən istifadə edilir. Lilin ilk 
buxarlanmasında metan əmələ gəlir, qığılcım olarsa yanğın ya 
partlayış baş verə bilər. Konteynerləri suburaxmayan 
yapışqanlı lentlə yapışdırılır, bu da konteynerin dağılmasını 
partlayış olarsa, minimuma endirir. Lilli və çöküntülü 
nümunələri seçərkən və  nəql edilməsi zamanı konteynerdə 
qazın təziqi  əmələ  gələrsə xüsusi tədbirlər görülməlidir.  Əgər 
uzun müddət saxlamaq lazım olsa onda nəql vaxtı və sonralar 
zərurət yaransa qazı əllə ləğv edirlər.  
Nümunə üçün konteynerlər elə materialdan seçilməlidir 
ki, nümunənin təbii xüsusiyyətini saxlasın və eləcədə gözlə-
nilən çirkləndiricilərə diqqət yetirməlidir. Çirkləndiricilərdən 
təmizlənməsinə və utilləşməyə nümunə davamlı olsun. Kontey-
nerlərin yarıqları islanma, qurudulma və dondurulmaya 
davamlı olsun, dağılmasın, oxunan olsun. Markirovka sistemi 
sudan qoruyucu olmalı və sahədə istifadə olmalıdır.  
Hər bir tədqiqata nümunənin xüsusi emalı  tətbiq olunur. 
Çox vaxt monipulyasiya lazım olur. Nümunədən toksiki 
olmasını təyin və laboratoriya eksperimentləri üçün, homogen-
ləşmək üçün qarışdırmaq,  ələkdən keçirmək, konsentasiya 
effektini təyin etmək, konservantların  əlavə edilməsi-bunlar 
başlanğıc vəziyyətin qiymətləndirilməsini mürəkkəbləşdirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə