Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   2   3   4   5   6   7   8   9   ...   61

 
12
Fakültə  rəhbərliyi tələbə  qəbulu məsələsinə çox həssaslıqla yanaşır, qəbulun 
azalmaması üçün universitet rəhbərliyi və dövlət orqanları qarşısında məsələ 
qaldırırdı. Fakültənin bu səyi nəticəsiz qalmadı. 90-cı illərin ikinci yarısından 
başlayaraq tələbə qəbulu tədricən artmağa başladı. Artıq 90-cı illərin axırında 
hər il fakültəyə 130 nəfər tələbə  qəbul edildi. 90-cı illərin  əvvəllərində 
fakültədə iki ixtisas üzrə: kitabxanaşünaslıq-biblioqrafiya, kitabşünaslıq və 
kitab ticarətinin təşkili ixtisası üzrə kadr hazırlandı. 1997-ci ildə Azərbaycan 
Respublikası Təhsil Nazirliyi kitab əmtəəşünaslığı ixtisası üzrə tələbə qəbulunu 
dayandırdı. Bu vəziyyəti düzgün hesab etməyən fakültə rəhbərliyi çox düzgün 
mövqe tutaraq, fakültədə kitab ticarətinin təşkili ixtisasının  əvəzinə, 
respublikamızda indiyə  qədər kadr hazırlanmayan, ancaq yüksək ixtisaslı 
mütəxəssis kadrlara böyük ehtiyac duyulan “Nəşriyyat işi və redaktə etmə” 
ixtisası üzrə şöbə yaratmağa müvəffəq oldu. Beləliklə, 1997-ci ildən başlayaraq 
Nəşriyyat işi və redaktəetmə ixtisasının gündüz şöbəsinə 30 nəfər tələbə qəbul 
edildi. Bu şöbənin ilk buraxılışı 2000-ci ildə oldu. Nəşriyyat işi və redaktəetmə 
ixtisası üzrə 2008-ci ilə kimi 387 nəfər yüksək ixtisaslı kadr hazırlanmışdır. 
Kadr hazırlığı  fəaliyyətini müvəffəqiyyətlə davam etdirən Kitabxanaçılıq-
informasiya fakültəsi 1991-2009-cu illərdə iki ixtisas: Kitabxanaşünas-
biblioqrafiya və Nəşriyyat işi və redaktəetmə ixtisasları üzrə 2481 nəfər yüksək 
ixtisaslı bakalavr kadr hazırlamağa müvəffəq olmuşdur. Fakültə  həmçinin 
müstəqillik illərində kadr hazırlığının keyfiyyətində böyük dəyişiklik etməyə 
müvəffəq oldu. İnformasiya cəmiyyətinin kitabxana işi qarşısında qoyduğu 
vəzifələrə müvafiq olaraq tədrisin təşkilində yeni keyfiyyət dəyişikliyi etmək 
üçün tədris planında dəyişikliklər edildi. Tədris planına cəmiyyətin informasiya 
tələbatını ödəmək üçün informasiya texnologiyasına, kitabxana işinin 
kompüterləşdirilməsinə dair yeni fənlər salındı. Bu mühüm problemi həll 
etmək üçün isə fakültənin adının dəyişdirilməsi ideyası irəli sürüldü. 2004-cü 
ildə fakültə elmi şurası fakültənin adının dəyişdirilib “Kitabxanaçılıq-
informasiya” fakültəsi qoyulması haqqında fikir irəli sürdü. Bu təklif son on 
ildə universitetin maddi-texniki bazasının yüksəldilməsində, universitet 
təhsilinin dünya standartları səviyyəsinə yüksəldilməsində böyük işlər görmüş 
rektor, akademik Abel Məhərrəmov tərəfindən müsbət qarşılandı  və 2004-cü 
ildən fakültə Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılmağa başladı. 
Fakültənin adının dəyişdirilməsi ilə  əlaqədar, fakültədə informasiyaya aid 
fənlərin keçirilməsinə geniş  şərait yarandı. Fakültənin tədris planına müasir 
informasiya cəmiyyətinin tələblərini ödəyə biləcək yeni fənlər salındı.  
 
Kitabxanaşünaslıq kafedrası üzrə: 
“Kitabxana işinin kompüterləşdirilməsinin 
əsasları”, “Kitabxana 
iqtisadiyyatı, kitabxana işinin texniki vasitələri”, “Uşaqlara və  gənclərə 
kitabxana xidməti”, “Dünya kitabxanalarının tarixi”, “Kitabxana marketinqi”, 


 
13
“Kitabxana informatikası”, “Patent və normativ texniki sənədlər”, 
“Kitabxanalarda patent informasiya texnologiyası”, “Dünya milli kitabxa-
naları”, “Kitabxanaşünaslığın tarixi, nəzəriyyəsi və metodologiyası”, 
“Kitabxanaşünaslığın müasir problemləri”. 
   Biblioqrafiyaşünaslıq kafedrası üzrə: 
“Biblioqrafik proseslərin texniki vasitələri və avtomatlaşdırılmış informasiya 
axtarış sistemləri”, “Normativ texniki və patent sənədlərinin biblioqrafiyası”. 
Kitabxana resursları və informasiya  axtarışı sistemləri kafedrası üzrə: 
“Mərkəzləşdirilmiş kitabxana sistemlərində (MKS) informasiya axtarış 
sistemləri”, “Kataloqlaşdırmanın müasir problemləri”, “Sənədlərin elmi 
sistemləşdirilməsi metodikası”, “Sənədlərin predmetləşdirilməsi”, “Predmet 
kataloqu və onun avtomatlaşdırılması”. 
 
Kitabşünaslıq və nəşriyyat işi kafedrası üzrə: 
“Kitabşünaslığın müasir problemləri”, “Kitabşünaslığın tarixi, nəzəriyyəsi və 
metodologiyasının əsasları”, “Kitab sosial və kütləvi kommunikasiya  sistemin-
də, Mətn nəzəriyyəsi”, “Nəşriyyat işində menecment və marketinq” və s. 
Azərbaycan Respublikasının Milli Məclisi 1992-ci ilin dekabrında 
“Azərbaycan Respublikasının Təhsil Qanunu”nu qəbul etdi. Respublikamızda 
təhsil islahatlarının aparılmasında bu qanunun mühüm rolu oldu. 6 bölmə 58 
maddədən ibarət olan bu qanunda təhsilin bütün sahələri: təhsil sahəsində 
dövlət siyasəti, vətəndaşların təhsil hüquqları, təhsilin dili, təhsil və din, təhsil 
sisteminin idarə olunması, təhsil prosesinin iştirakçıları, onların hüquqları, 
vəzifələri və sosial müdafiəsi, təhsil sisteminin maliyyələşdirilməsi, maddi-
texniki bazası, təhsil sahəsində beynəlxalq  əməkdaşlıq məsələləri  əksini 
tapmışdır. Burada ali təhsil sistemində ciddi dəyişikliklərin aparılması nəzərdə 
tutulmuş, Azərbaycanın tarixində ilk dəfə olaraq çoxpilləli təhsilə keçilmişdir. 
1992-1993-cü dərs ilində yeni Təhsil Qanunu respublikamızın ali 
məktəblərində tətbiq edilməyə başladı. 
BDU yeni Təhsil Qanununa keçən ilk tədris müəssisələrindən biri olmuşdur. 
Yeni təhsil sisteminə keçmək üçün universitetin bütün fakültələrində hazırlıq 
işləri görüldü, komissiyalar yaradıldı. Həm fakültələr, həm də universitet 
miqyasında qanunun əsas müddəalarını öyrənmək və onu tezliklə tətbiq etmək 
üçün müzakirələr, metodik müşavirələr, elmi şuralar keçirildi.  
Universitetin Elmi Şurası 1993-cü ildə bütün fakültələrdə çoxpilləli təhsil 
sisteminin ardıcıl həyata keçirilməsi üçün dördillik “Bakalavr” tədris 
planlarının tərtib edilməsi haqqında qərar çıxardı. Məlumdur ki, qərar qəbul 
edilənə  qədər Azərbaycanda ali təhsilli kadrların hazırlanması SSRİ ali təhsil 
sisteminə əsaslanırdı və təhsil birpilləli idi. Ali təhsil ali məktəbin tipindən asılı 
olaraq 4 və 5 illik idi. Bir qayda olaraq bütün universitetlərdə (o zaman 
universitetlər olduqca az idi, Azərbaycanda cəmi bir universitet BDU fəaliyyət 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə