Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   24   25   26   27   28   29   30   31   32

91 
 
vəziyyəti yüksək səviyyədə pul – kredit siyasətinin vəziyyətindən asılıdır. Pul – 
kredit sferasının mövcud vəziyyətini isə pul bazarı, pula məcmu tələb, məcmu pul 
təklifi, kredit bazarı, valyuta bazarı və digər bu kimi amillər səciyyələndirir. Bu 
baxımdan hökumətin iqtisadi siyasətində mühüm yer tutan və pul – kredit 
tənzimlənməsinin əsas təminedici olan Mərkəzi Bankın qarşısında duran əsas 
vəzifə bu parametrləri iqtisadi inkişafın davamlılığı və makroiqtisadi sabitlik 
baxımından yolverilən səviyyədə saxlamaq və tənzimləməkdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3.2.Pul bazarının təkmilləşirilməsində Mərkəzi bankın rolu 


92 
 
Fond təklif və tələbi arasındakı axınları nizamlayan qurumlar, axını saxlayan 
maliyyə alətləri və bunları nizamlayan hüquqi və idari qaydaların mövcud olduğu 
və maliyyə alətlərinin birbaşa və ya dolayı olaraq, fond transfer əməliyyatlarının 
reallaşdığı bazarlara “Maliyyə bazarları” adı verilmiş və maliyyə bazarları 
tərkibinə pul və kapital bazarları daxildir. 
Müddətindən asılı olaraq maliyyə bazarı pul bazarı və sərmayə bazarı kimi iki 
yerə bölünür. 
Sərmayə bazarı uzunmüddətli fond təklifləri ilə uzun müddətə olan fond 
tələblərinin qarşılaşdığı bir bazardır. Burada uzunmüddətli fondlar satılır və alınır. 
Uzunmüddətli fondlar sonradan hüquqi şəxslərin amortizasiya ayırmaları və 
mənfəətləri hesabına ödənilir. 
Qısa fond təklifləri ilə qısa müddətə olan fond tələblərinin bir araya gəldiyi 
bazarlara “pul bazarları” (money markets) deyilir.  
Yəni, pul bazarı -  elə pul vasitələri bazarıdır ki, burada pula tələb və pulun 
təklifinin qarşılıqlı əlaqəsi nəticəsində pulun miqdarının müvazinət kəmiyyəti və 
müvazinət faiz dərəcəsi müəyyənləşir. Diqqət edilməsi lazım gələn ən önəmli 
nöqtə, bu bazarın qısamüddətli fondlardan təşkil edilməsidir.  
Banklar pul bazarlarında fəaliyyət göstərən ən önəmli qurumlardır. 
Kommersiya banklarının mənbələrini təşkil edən əmanətlər qısamüddətli olduğu 
üçün bankların satdıqları fondlar da (kreditlər) qısamüddətli olmaqdadır. Pul bazarı 
alətləri sırasına hökümətlərin ixrac etdiyi xəzinə bonoları, dövlət istiqrazları, özəl 
sektor qurumlarının ixrac etdiyi xəzinə bonoları, dövlət istiqrazları, özəl sektor 
qurumlarının ixrac etdiyi maliyyə fondları, bankların ixrac etdiyi depozit 
sertifikatları, repo razılaşmaları aid edilə bilər. 
Pul bazarı pul bazarına və kapital bazarına bölünür. Pul bazarı məfhumu 
altında qısamüddətli (bir ilə qədər) kredit əməliyyatları bazarı başa düşülür. Pul 
bazarı öz növbəsində uçot, banklararası və valyuta bazarlarına bölünür.Aşağıdakı 
şə
kildə Maliyyə bazarının strukturunu aydın şəkildə görmək mümkündür. 


93 
 
Sxem 3.Maliyyə bazarının strukturu 
Maliyyə bazarı (borc kapitalları bazarı) 
 
 
 
 
 
 
Uçot bazarına əsas aləti xəzinədarlıq və kommersiya vekselləri, qısamüddətli 
öhdəliklərin (qiymətli kağızlar) digər növləri olan bazalar aiddir.  
Banklararası bazar – borc kapitalları bazarının bir hissəsidir, burada kredit 
müəssisələrinin müvəqqəti azad pul resursları cəlb olunur və bankların öz 
aralarında əsasən banklararası depozit formasında qısa müddətə yerləşdirilir.  
Valyuta bazarları müxtəlif ölkələrin pul öhdəliklərinin ödənilməsi ilə əlaqədar 
beynəlxalq tədiyyə dövriyyələrinin ödənilməsinə xidmət edir. Burada ümumi tələb 
və təklif əsasında valyuta alışı və satışı baş verir (bütün ölkələr üçün ümumi 
tədiyyə vasitəsi olmadığından). 
Orta və uzunmüddətli fond təklif və tələbinin bir araya gəldiyi bazara “kapital 
bazarları” adı verilir. Başqa sözlə, kapital bazarı orta və uzunmüddətli kreditləri, 
həmçinin səhmlər və istiqrazları ehtiva edir. Kapital bazarını pul bazarından ayıran 
ə
sas xüsusiyyət orta və uzunmüddətli (bir ildən çox olmaq şərti ilə) fondlardan 
meydana gəlməsi və bu fondların şirkətlərin vəziyyətlərinin digər bir ifadə ilə sabit 
sərmayə ehtiyaclarının qarşılanmasında istifadəsidir. Qaynaqlar pul bazarındakı 
kimi yığım olub, alətləri isə aksiya və istiqraz kimi qiymətli kağızlardır. Bu 
bazarlardakı əməliyyatlarda müddət uzun, risk və faiz nisbətləri də aşağıdır. O, 
qiymətli kağızlar bazarına ( orta və uzunmüddətli) və orta və uzunmüddətli bank 
Pul bazarı 
Kapital bazarı 
Uçot 
bazarı 
Bank 
lararası 
bazar 
Valyuta 
bazarı 
Qiymətli 
kağızlar 
bazarı 
Qısa və 
uzunmüd
dətli 
bank 
kreditləri 
bazarı 


94 
 
kreditləri bazarına bölünür. Qısamüddətli tələbatlarının təmin olunması üçün 
yüksək likvidlikli vəsaitlərinin realizə olunduğu pul bazarından fərqli olaraq 
kapital bazarında maliyyə resurslarına olan uzunmüddətli tələbatlar ödənilir.  
Pul bazarında qaynaqlar müddətli və müddətsiz əmanət, kapital bazarlarında 
isə davamlılıq təklif edən yığımlardır. Pul bazarının başlıca xüsusiyyəti bu 
bazarların qısamüddətli fondlardan təşkil olunmasıdır. Pul bazarında saxlanan 
fondlar kreditlərdir və bu kreditlər daha çox şirkətlərin dövriyyə vəsaitlərinin 
maliyyələşdirilməsi üçün istifadə edilir.  
Pul bazarı mexanizminin (bunun mühüm elementləri pula tələb və onun 
təklifidir) fəaliyyət göstərməsi iqtisadiyyatın pul sisteminin vəziyyətində özünü 
göstərən ümumi vəziyyətinin təsiri altındadır.  
Pul bazarında pul başqa əmtəələrdən fərqli olaraq “satılmır” və “alınmır”. 
Faiz dərəcəsinin səviyyəsi sanki pulun “qiyməti” qismində çıxış edir. Pul bazarının 
özünəməxsusluğu bundadır. 
Pul bazarı mexanizminin ən mühüm elementləri pulun qiyməti, pula tələb və 
pul təklifidir. 
Pul bazarında kredit əməliyyatları üçün bank tərəfindən müəyyənləşdirilən 
nominal faiz dərəcəsi sanki pulun “qiyməti” qismində çıxış edir.  
M0 və M1 aqreqatları üçün likvid aktivləri daha az aktivlərdən üstün sayan 
pulu saxlayanın almayacağı gəlir hesablanır. Bu alınmamış gəlir belə hesablana 
bilər: 
i = r + 
 ࣊

 
burada i – nominal faiz dərəcəsi; 
            r – real faiz dərəcəsi; 
ߨ

 – inflyasiyanın gözlənilən tempidir. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə