Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   2   3   4   5   6   7   8   9   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
12 
lərdə təsnif olunmasına baxmayaraq, onun təminatı fikrimizcə, 
qlobal miqyaslı vahid iyerarxik təhlükəsizlik sisteminin fəaliy-
yət göstərməsini tələb edir. Lakin etibarlı təhlükəsizliyin təmin 
edilməsinə nail olmaq üçün bu sistem beynəlxalq, regional və 
milli səciyyəsindən asılı olmayaraq, hər bir səviyyənin özünə-
məxsus xüsusiyyətlərini, təhlükə  mənbələrini, vasitələrini və 
mexanizmlərini nəzərə almaqla fəaliyyət göstərməlidir. Müasir 
beynəlxalq təhlükəsizlik sisteminin bu cəhətlərini və xüsusiy-
yətlərini  nəzərə alaraq, Azərbaycanın milli inkişaf və təhlükə-
sizlik siyasətinin  beynəlxalq, regional və milli səviyyələrinin 
əsas cəhətlərini, hər səviyyə üzrə hədəflərini, prioritetlərini və 
istiqamətlərini müəyyənləşdirmək vəzifəsi müasir dövrdə 
xüsusi aktuallıq və əhəmiyyət daşıyır.  
Azərbaycanın milli, regional və beynəlxalq təhlükəsizliyin 
bərqərar olunmasına yönəlmiş xarici siyasət strategiyasının 
əsas vəzifələrindən biri ölkənin dinc şəraitdə inkişafı, suveren 
dövlət hüquqlarının qorunması, dünya birliyi və beynəlxalq 
münasibətlərin subyektləri ilə qarşılıqlı  əlaqələrinin yaradıl-
ması  və milli maraqlarının təmin edilməsindən  ibarətdir.  
Müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu 
mövqe və qazandığı nüfuz onun beynəlxalq, regional və milli 
səviyyələrdə reallaşdırdığı  təhlükəsizlik siyasətinin çevikliyin-
dən və səmərəliliyindən asılı olur. Buna görə də ölkənin milli 
təhlükəsizliyinin bütün səviyyələrdə  təmin olunması ilə bağlı 
xarici siyasət fəaliyyətinin öyrənilməsi, qarşıda dayanan məq-
səd və  vəzifələrin elmi-konseptual baxımdan araşdırılması 
Azərbaycan siyasətşünaslığında xüsusi aktuallıq kəsb edir.  
Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunika-
siya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
13 
və geoiqtisadi cəhətdən əhəmiyyət kəsb edən, enerji qaynaqları 
ilə zəngin məkanda – Avrasiyada yerləşməsi onun milli inkişa-
fına, beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsas 
vəzifələri, istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə 
həlledici təsir göstərir. Bununla bağlı, həm də  Xəzər hövzəsi 
və  Cənubi Qafqazın hərbi-strateji və  təhlükəsizlik sisteminin 
formalaşmasında Azərbaycanın yürütdüyü  milli, regional və 
beynəlxalq təhlükəsizlik siyasəti xüsusi rol oynayır. Məlumdur 
ki, bu istiqamətdə  həyata keçirilən milli siyasətin  əsas istiqa-
mətlərindən biri ölkənin regionda gedən  əksər geosiyasi və 
geoiqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi və bütün 
sahələr üzrə milli maraqlarının qorunmasıdır. Son iki əsrə ya-
xın müddət  ərzində  Cənubi Qafqaz və  Xəzər hövzəsi Rusiya-
nın geosiyasi təsiri və  nəzarəti altında olmuş, bu ölkə üçün 
xüsusi hərbi-geostrateji əhəmiyyət daşımışdır. Sovet İttifaqının 
dağılmasından sonra Cənubi Qafqaz və Xəzər hövzəsində nisbi 
“geosiyasi boşluğun” yaranması bu məkanda bir müddət etnik 
separatizmə, milli qarşıdurmalara və dezinteqrasiya prosesləri-
nə təkan vermişdir. Bu regiona nəzarət Avrasiyanın daha geniş 
ərazilərini təsir dairəsində saxlamağa imkan verdiyindən, 
Cənubi Qafqaz və  Xəzər-Qara dəniz hövzəsi müxtəlif bey-
nəlxalq “güclərin”, böyük dövlətlərin geosiyasi, geoiqtisadi və 
hərbi-geostrateji maraqlarının kəsişdiyi məkana çevrilmişdir. 
Bundan başqa, Xəzər-Qara dəniz hövzəsi və  Cənubi Qafqaz 
həm də transkontinental enerji, nəqliyyat-kommunikasiya  əla-
qələndiricisi və beynəlxalq enerji təhlükəsizliyi sisteminin tə-
siredici mərkəzlərindən biri kimi çıxış etməyə başlamışdır. 
Hazırda regionda hərbi-geostrateji, enerji, geoiqtisadi, diplo-
matik və s. sahəsində iki əsas ölkə – Rusiya və ABŞ; bir neçə 


 
ƏL İ  H ƏS ƏNOV  
 
14 
digər geosiyasi aktor- Avropa Birliyi, regionun və dünyanın 
böyük ölkələri və s. öz milli maraqlarını reallaşdırmağa çalışır. 
Odur ki, bu məkanda hərbi-geostrateji güclərin təsnifatının 
aparılması, təhlükəsizlik mühitinin formalaşmasına, hər bir 
dövlətin milli təhlükəsizlik siyasətinə  təsir göstərən amillərin, 
regionda maraqları olan dövlətlərin və beynəlxalq güclərin 
hərbi, enerji, informasiya və iqtisadi təhlükəsizlik strategiyala-
rının, geosiyasi proseslərin mümkün inkişaf ssenarilərinin araş-
dırılması elmi-nəzəri və praktiki cəhətdən getdikcə aktuallaşır 
və əhəmiyyət kəsb edir.  
Azərbaycanın milli inkişaf və  təhlükəsizlik siyasətinin 
başlıca məqsədlərindən birini ölkənin pozulmuş ərazi bütövlü-
yünü bərpa etmək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin həllinə nail olmaq, Cənubi Qafqazda davamlı 
sülh yaratmaq və s. təşkil edir. Dağlıq Qarabağ münaqişəsinin 
həlli və bölgədə sülhə nail olunması təkcə Azərbaycanın milli 
inkişafının və  təhlükəsizliyinin yolunu açmır, həm də bütöv 
regionun sosial-iqtisadi inkişafına, dünyada etibarlı sülhün və 
təhlükəsizliyin  möhkəmlənməsinə təsir göstərir. Buna görə də 
Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin bey-
nəlxalq hüququn verdiyi imkanlar çərçivəsində aradan qaldırıl-
ması üçün fəal və ardıcıl siyasət aparır. Münaqişənin  əsl ma-
hiyyətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, er-
mənilərin işğalçılıq siyasətinin ifşa edilməsi, ATƏT-in Buda-
peşt və Lissabon sammitlərində onun həlli prinsipləri və mexa-
nizmləri ilə bağlı beynəlxalq sənədlərin qəbul edilməsi, BMT, 
ATƏT, İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əmək-
daşlıq Təşkilatı-  Ə.H.), Avropa Şurası  və Avropa Parlamenti 
kimi təşkilatların problemin həllinə aid qətnamələrinin, çağırış-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
15 
ları və müvafiq qərarlarının verilməsi və s. həmin fəal siyasətin 
nəticəsi kimi dəyərləndirilə bilər. Lakin, Azərbaycan Prezidenti 
İlham Əliyevin qeyd etdiyi kimi: Ermənistan tərəfindən Azər-
baycanın  ərazilərinin işğal edilməsi faktı Azərbaycanın milli 
maraqları əleyhinə yönəlmiş akt olmaqla yanaşı, həm də bütün 
bölgədə sülhə  və sabitliyə qarşı  ən ciddi təhlükə olaraq qalır. 
İyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ 
də Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz 
boşaldılması haqqında BMT qətnamələrininin heç birinə məhəl 
qoymur, öz işğalçı siyasətini, danışıqlar prosesində qeyri-
konstruktiv mövqeyini davam etdirir ki, bu da Dağlıq Qarabağ 
münaqişəsinin həllini yubadır.
2
  Göründüyü kimi, Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu milli 
və regional vəziyyətin öyrənilməsi, yaranmış problemlərin həl-
li yolları və perspektivlərinin araşdırılması həm Azərbaycanın 
milli inkişaf və  təhlükəsizliyi, həm də regional və beynəlxalq 
sülhün, təhlükəsizliyin təmin olunması kontekstində  xüsusi 
aktuallıq kəsb edir.  
 Məlumdur ki, hər bir dövlətin milli inkişaf strategiyasında 
onun siyasi, iqtisadi, hərbi, sərhəd, enerji, nəqliyyat, ərzaq, in-
formasiya, ekologiya və digər həyati sahələrinin təhlükəsizlik 
tələbləri də öz əksini tapır. Göstərilən sahələrdə elmi-nəzəri 
cəhətdən dövlətin rəsmi təhlükəsizlik siyasətinin  əsas prinsip-
lərinin, məqsəd və vəzifələrinin, rastlaşdığı problemlərin araş-
dırılması və qiymətləndirilməsi, müvafiq elmi-praktiki tövsiyə-
lərin verilməsi Azərbaycan siyasətşünaslığının qarşısında du-
ran ən vacib məsələlərdən biridir. Çünki, hər bir ölkədə yürü-
                                                 
2
 Bax: İlham  Əliyev. Koreya Respublikasının “Diplomacy” jurnalına müsa-
hibəsi // “Azərbaycan” qəz., 25 aprel 2012. N89.s.2. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə