Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə17/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

__________________Milli Kitabxana__________________ 
51 
 
Rusiyadadır. Planlaşdırmada  əsas yeri beynəlxalq elmi əməkdaşlıq, 
əməyin beynəlxalq bölgüsü və biofizika sahəsində inteqrasiyanın 
inkişaf etdirilməsi tutur. Hazırda institutun işləyib hazırladığı bir sıra 
metodlar müvəffəqiyyətlə xalq təsərrüfatında geniş  tətbiq olunur. 
Məsələn, kənd təsərrüfatı heyvanlarına infraqırmızı və ultrabənövşəyi 
şüalanma ilə təsir edərək onların məhsuldarlığını və alınan məhsulun 
keyfiyyətini artırmaq məqsədilə hazırlanmış metod indi 
müvəffəqiyyətlə  tətbiq olunur. Bunun kimi də  bəzi dənli bitkilərin 
toxumalarının səpinqabağı, az dozalı yumşaq qamma-şüalarla 
şüalandırılması da müvəffəqiyyətlə tətbiq olunur. Bu metod taxıl tipli 
bitkilərin məhsuldarlığını artırmağa, məhsulun keyfiyyətini 
yaxşılaşdırmağa və yetişmə vaxtını azaltmağa imkan verir. 
Qırğızıstan, Qazaxıstan və Moldaviyada həmin metodun tətbiqi 10—
12% artıq taxıl götürməyə imkan vermişdir. Biofizika institutunun 
yaranmasından cəmi 25 il keçməsinə baxmayaraq bu institutun 
nailiyyətləri və şöhrəti bütün dünyaya yayılmışdır. 
Bu iailiyyətlər öz əksini məktəb kursunda da tapmalıdır. Çünki 
sovet ümumtəhsil məktəblərinin vəzifəsi geniş biliklərə malik, 
hərtərəfli inkişaf etmiş  gənclər yetişdirməkdir. Bu isə  məktəb 
kursunun daim qəkmilləşdiririlməsini, elm və texeikanın son 
vəziyyətinə yaxınlaşdırılmasını tələb edir. Bundan əlavə, son vaxtlar, 
şagirdlərdə  dünyagörüşünün yaradılmasında təbiət elmlərinin 
nüfuzunun və rolunun da artdığını qeyd etsək, biofizika elementlərinin 
məktəb kursuna daxil edilməsinin nə qədər zəruri olduğunu görərik. 
Hər bir müəllim elmin nəbzini tutmağı bacarmalı, onun inkişaf 
tərzi haqqında düzgün   təsəvvürə malik olmalıdır. 
Hazırda partiya və hökumətimiz biologiya elmlərinin tərəqqisinə 
xüsusi fikir verir. Molekulyar biologiya və molekulyar genetikanın 
inkişaf sürətini artırmaq və onların nailiyyətlərindən xalq 
təsərrüfatında istifadə etmək tədbirləri haqqında qanun qəbul 
edilmişdir. Elmin bu sahəsindəki görkəmli kəşflərin kənd təsərrüfatı, 
tə- 
 
 


__________________Milli Kitabxana__________________ 
52 
 
babət və bir sıra sənaye sahələrinin inkişafı üçün böyük əhəmiyyəti 
vardır. Hər bir gələcək alim və ya mütəxəssis təbiətin sirlərini açmaq 
yolunda ilk təkanı, başlanğıc impulsu orta məktəbdə alır. Çox vaxt 
onların aldığı biliyin bu və ya başqa bir hissəsi bütün həyatları boyu 
öz təsirini göstərir və  hətta, yaradıcılıq imkanlarını  ən yaxşı  şəkildə 
açıldığı istiqamətə yönəldir. Bunu nəzərə alaraq tədris prosesini elə 
şəkildə aparmaq ləzımdır ki, məktəb kursunun əsas fənni, fizika, 
kimya, biologiya və  s.  kimi  ayrı-ayrı  fənlər deyil, bütövlükdə 
götürülmüş təbiətşünaslıq olsun. 
 
§ 2. MƏKTƏB KURSUNDA BİOFİZİKA 
 
Elmi-texniki inqilab informasiyaların miqdarını o qədər artırmışdır 
ki, bunu artıq bir nəfərin qəbul etməsi imkan xaricindədir. Ona görə 
də indi hər bir alim müəyyən tədqiqat sahəsində özünü 
məhdudlaşdırmışdır. O, bəzən qonşu otaqda nə  iş görüldüyü ilə heç 
maraqlanmır və ya buna imkan tapa bilmir. Beləliklə, dar ixtisaslı 
mütəxəssislər, məsələn, fizik -akustik, həkim—kardioqraf, bioloq—
ixtioloq və s. yetişir. Bu isə mütəşəkkil  şəklə düşmüş ayrı-ayrı bilik 
sahələri arasında «boşluqlar», «sahibsiz ərazilər» yaranmasına səbəb 
olur. Bu onu göstərir ki, ixtisasın getdikcə daralması müxtəlif bilik 
sahələri arasındakı üzvi əlaqəni sarsıdır, elmin kompleks inkişafına 
mane olur. Kibernetikanın atası sayılan Norbert Viner həmişə 
ixtasasın getdikcə daralmasını elmin inkişafı üçün böyük bir fəlakət 
hesab etmişdir. O özü riyaziyyatçı olmasına baxmayaraq, biologiya, 
təbabət, fiziologiya, fizika, elektronika və bir sıra başqa elmlərlə 
həmişə maraqlanmışdır. O həmişə çalışmışdır ki, müasir elmin ümumi 
məsələlərinin həlli üçün sintetik yollar araşdırılıb müəyyən edilsin. 
Ancaq bu yolla elmdəki «sahibsiz» əraziləri aradan qaldırmaq olar, 
«boş yerlər» isə biofizika, bionika, kibernetika, radiobiologiya, 
bioritmologiya, heliobiologiya, aqrofizika, biogeokimya, biogeofizika, 
maqnitobiologiya və bir sıra başqa sintetik elmlərin biliklərilə dolar. 
Elmin son illərdəki inkişaf tarixi belə bir yanaşmanın doğru olduğunu 
təs- 
  


__________________Milli Kitabxana__________________ 
53 
 
diq etdi. Onu göstərmək kifayətdir ki, müasir kəşflərin əksəriyyəti iki 
və daha çox elmlərin qovuşduğu yerdə baş verir. Deməli, sintetik 
elmlərin inkişafı ixtisasın daralmasına mane olur. Hələ vaxtilə 
Radişev «Peterburqdan Moskvaya səyahət»  əsərində öz obrazlarının 
dililə ixtisasın daralmasına istehza etmişdir. Xəstə  həkimə  şikayət 
edərək sağ burun deşiyində iltihab prosesi olduğunu bildirir. Həkim 
isə xəstəyə: Mən sol burun deşiyi iltihabını müalicə edən həkiməm, N 
isə Volqa sahilində yaşayır, siz gedin oraya və ona sağ burun deşiyi 
iltihabını müalicə edən həkim muraciət edin, deyir. 
Son illərin elmi nailiyyətləri göstərir ki, fizika, kimya, elektronika, 
riyaziyyat və s. kimi dəqiq elmlərin biologiyaya müdaxiləsi nəinki 
bioloji elmlərin üfüqlərini xeyli genişləndirmiş, həm də onu keyfiyyət 
elmindən kəmiyyət elminə çevirmişdir. Biologiya lap yaxın keçmişdə 
təcrübə  və müşahidələr nəticəsində toplanmış faktları qeyd etməklə 
kifayətlənərdi. Indi isə müasir biologiya kitablarının səhifələrində 
düsturlara, qrafik təsvirlərə, qanunauyğunluqlara tez-tez rast gəlmək 
olur. Fiziki təsəvvürlərin, ideyaların, qanunların və metodların 
biologiyaya hərtərəfli nüfuz etməsi nəticəsində indi yeni mütəxəssislər 
yetişir. Eyni zamada dəqiq elmlər üçün yeni tədqiqat obyektləri 
yaranır, onlar özü inkişaf edir, təkmilləşir və imkanlarını artırır. Canlı 
orqanizmlərdə baş verən bütün bioloji proseslər fiziki hadisələrlə 
müşayiət olunur. Bu hadisələr fiziki cihazların köməyi ilə tez və 
asanlıqla qeydə alına bilir, bioloji hadisələri isə qeydə almaq olmur. 
Ona görə də hər bir bioloji hadisənin fiziki tərəfini öyrənməklə onun 
əmələ  gəlmə mexanizmi və  təbiəti haqqında müəyyən mühakimə 
aparılır. 
Elmi-texniki tərəqqi təbabətin bir sıra mürəkkəb məsələlərini 
dərindən öyrənmək və  həll etmək üçün zəngin imkanlar yaratmışdır. 
Insan orqanizmində baş verən prossslərin dərinliklərinə girmək, 
onların sirlərin və  əsas xüsusiyyətlərini aşkar etmək,  əmələ  gəlmə 
səbəblərini və mexanizmlərini aydınlaşdırmaq mümkün olmuşdur. 
Bütün bu nailiyyətlərin əldə edilməsində müxtəlif elm sahələrinin bir-
birilə əlaqəsi və qarşılıqlı təsiri əsas yer tutmuşdur. Bu elmlər heç 
 
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə