Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə13/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

__________________Milli Kitabxana__________________ 
39 
 
və yarada bilər. Bu cür mühakimələr zəminində  həyata keçirilən 
inteqrasiyada biofiziki yanaşma bir vasitə rolunu oynayır və  təbiət 
elmlərinin  əlaqəli öyrənilməsi üçün şərait yaradır. Bu baxımdan 
Günəş-Yer hadisələri ilə də şagirdlərin yeri gəldikcə tanış olması çox 
maraqlıdır. 
Bizim eradan əvvəl III əsrdə yaşamış Roma yazıçısı Katon 
müşahidə etmişdi ki, Günəş «qaşqabaqlı» olduqda həmin ildə 
buğdanın qiyməti ucuz olur. XVII əsrdə Q. Qalileyin dostu Baliani 
yazmışdı ki, Günəşdəki ləkələr Yerə soyuducu təsir göstərir. Bu isə öz 
növbəsində bitkilərin həyat və  fəaliyyətini müəyyən dərəcədə 
dəyişdirir. Uran planetini kəşf etməklə şöhrət qazanmış məşhur ingilis 
astronomu Vilyam Harşel, iki yüz il müddətində Günəşdəki ləkələrin 
artıb-azalması ilə buğdanın bazar qiyməti arasındakı  əlaqəyə aid 
ədədləri toplamış və qərara gəlmişdir ki, ləkələr artdıqca buğda ucuz 
olur. Günəşdəki ləkələrin sayını balıqların çoxalması ilə, çaxırın 
qiymətini düşüb-qalxması ilə və digər hadisələrlə də əlaqələndirənlər 
olmuşdur. Lakin müşahidələr nəticəsində toplanan bu faktlar elmi 
cəhətdən əsaslandırılmamış və onların sirri uzun müddət açılmamışdır. 
Bu sahədə ilk dəfə dərin tədqiqat işi aparan sovet alimi A.L.Çijevski 
olmuşdur. Çijevskinin Fransada nəşr etdirdiyi «Günəş 
püskürmələrinin Yerdəki  əks-sədası» adlı kitabında Günəşdə dövri 
olaraq təkrar olunan şiddətli fəallıqla Yerdəki yoluxucu xəstəliklərin 
şiddətlə çoxalması arasında sıx əlaqə olduğunu astronomik tədqiqatlar 
və  xəstəlik tarixinə aid sənədlər  əsasında konkret faktlarla sübut 
etmişdir. O, topladığı faktlara görə kəmiricilərin artıb-azalması, kənd 
təsərrüfatı  məhsullarınıp bol və ya qıt olması, köçəri həyat sürən 
quşların öz səmtlərini itirərək kütləvi  şəkildə  tələf olması  və bir sıra 
başqa hadisələr müəyyən maksimum və minimumdan keçirlər, sanki 
Günəşdə baş verən dəyişmələri duyurlar. Bu əlaqədə insanlar da 
kənarda qalmır. Vəba, qarın yatalağı, poliomielit, qrip, vərəm və digər 
xəstəliklər tarix boyu gah şiddətlənərək insanları  həddindən artıq 
narahat etmiş, gah da müəyyən dövrdə xeyli azalmışdır. Statistikaya 
görə bu xəstəlikləri törədən mikrobların bəziləri Günəşin fəallığı 
 
  


__________________Milli Kitabxana__________________ 
40 
 
artan illərdə daha çox olmuşdur. Məsələn, vəba, qarın yatalağı, 
poliomielit kimi xəstəlikləri törədən mikroorqanizmlər həmin illərdə 
xeyli artmışdır. Vərəm və difteriya kimi xəstəlikləri törədən 
mikroorqanizmlər isə,  əksinə, Günəşin fəallığı azalan dövrlərdə 
şiddətlə çoxalmışlar. Qrip xəstəliyi isə Günəşin fəallığının maksimum 
və minimum vəziyyətlərindən uzaq olan orta şəraitdə yayıldığı 
müşahidə edilmişdir. 
Günəşin fəallığı artdıqda onun ətrafa səpdiyi ionlaşdırıcı şüalanma 
da xeyli güclənir. Həmin  şüalanmanın Yerə çatan hissəsi beyin 
qabığındakı dayanıqlı  və dayanıqsız elementlərin dinamik tarazlıqını 
pozur, dayanıqsız elementlərin sayı həddindən artıq çox olur, kimyəvi 
reaksiyalar güclənir, bununla əlaqədar olan bioloji proseslərin və 
nəhayət bütöv orqanizmin ümumi təbiətində  əsaslı  dəyişikliklər 
yaranır. Bu sahədə sovet alimi N.A.Şulsun apardığı  tədqiqat çox 
maraqlıdır. O, ölkəmizin müxtəlif rayonlarında yaşayan 300 000-dən 
artıq sağlam adamın qanını analiz edərək müəyyən etmişdir ki
Günəşin fəallığı artdıqda qandakı leykositlərin sayı azalır. Leykositlər 
isə insanı müxtəlif mikroblardan və viruslardan qoruyan 
müdafiəçilərdir. Leykositlərin azalması  həmin dövrdə yoluxucu 
xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Lakin qanın tərkibində 
insanı müxtəlif xəstəliklərdən qoruyan limfositlər də vardır. Məsələn, 
insanı vərəm və difteriya xəstəliklərindən limfositlər qoruyur. Şulsun 
tədqiqatlarına  əsasən Günəşin fəallığı ilə limfositlərin sayı arasında 
düz mütənasib asılılıq vardır. Belə ki, Günəşin fəallığı artdıqda 
limfositlərin sayı da artır, azaldıqda isə azalır. Ona görə də vərəm və 
difteriya xəstəlikləri Günəşin sakitlik dövründə yayıla bilər. Bunlardan 
əlavə Şuls müəyyən etmişdir ki, qütb yaxınlığında yaşayan adamlarda 
Günəş  fəallığının təsirləri daha güclü olur. Doğrudan da, həmin 
yerlərdə maqnit sahəsi Yeri daha pis qoruyur. Ona görə ki, coğrafi 
qütblərə yaxın olan maqnit qütbləri maqnit intensivlik xətlərinin daxil 
olduğu və  çıxdığı yerlərdir, həmin yerlərdən planetimizə daxil olan 
yüklü hissəciklərə təsir edən Lorens qüvvəsi olduqca zəifdir və yüklü 
hissəciklər asanlıqla planetimizə daxil olur. 
 
  


__________________Milli Kitabxana__________________ 
41 
 
Günəşin fəallığı artdıqda müxtəlif tezlik diapazonuna aid, 
elektromaqnit təbiətli dalğaların intensivliyi də sürətlə artır. Bu 
dalğalar da canlı orqanizmlərdə baş verək bioloji proseslərin gedişinə 
əsaslı  təsir göstərir. Günəşin fəallığı maksimuma çatdıqda 
radiodalğaların nntensivliyi min və hətta bəzən milyon dəfə artır. Yer 
atmosferi bu dalğalardan ancaq uzunluğu 30 m və ondan çox olanların 
qarşısını ala bilir. Qalan dalğalar isə atmosfer qatından keçərək canlı 
aləmə  və bitkilərə öz təsirlərini göstərir. Tədqiqatlar nəticəsində 
müəyyən edilmişdir ki, ən zəif maqnit sahəsi də suyun səthi gərilməsi, 
özlülüyü, elektrikkeçirməsi kimi fiziki xassələrində  əhəmiyyətli 
dəyişiklik yarada bilir. 
Insan orqanizminin üçdə iki hissəsi sudan ibarətdir. Deməli, Yerin 
maqnit sahəsi kimi zəif sahələr həmişə bitki və canlılar aləminə 
muxsus bioloji, elektrik və maqnit proseslərinə təsir göstərir. 
Günəşdən gələn  şüaların ümumi enerjisinin bir faizdən də azını 
ultrabənövşəyi  şüalar təşkil edir. Buna baxmayaraq onların yaratdığı 
bioloji təsir daha çox nəzərə çarpır. Bu şüaların intensivliyinin çox 
cüzi dəyişməsi dərhal öz təsirini canlı orqanizmlərdə əks etdirir. Dəri 
vasitəsilə udulan bu enerji istilik enerjisinə çevrilir, toxumaların 
temperaturu qalxır, molekul və ionların mütəhərrikliyi artır, bu isə öz 
növbəsində hüceyrədəki kimyəvi və bioloji prosesləri sürətləndirir. 
Beləliklə, ümumi maddələr mübadiləsi artır. Ultrabənövşəyi  şüaların 
təsiri ilə dəridəki erqosterin maddəsi D vitamininə çevrilir. Bu vitamin 
skeletin inkişafı üçün zəruri olan kalsium duzlarının yaxşı 
mənimsənilməsinə kömək edir. Ultrabənövşəyi  şüalar mərkəzi sinir 
sisteminə və qanın fiziki xassələrinə də müəyyən təsir göstərir. Bütün 
bu hallar ultrabənövşəyi  şüaların çox kiçik dozalarına aiddir. Əgər 
Günəşin buraxdığı ultrabənövşəyi  şüalar zəifləmədən Yerə çatsaydı 
planetimizin bütün canlı  və bitki aləmi dərhal məhv olardı. 
Xoşbəxtlikdən planetimizin ultraqısa dalğalı şüalardan qoruyan və Yer 
şəraitində qalınlığı 5 km olan ionosfer qatı var. Bu qatı  təşkil edən 
ozon molekullarının ultraqısa dalğaları buraxmaması yerdəki hə- 
 
 
  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə