Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə16/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

__________________Milli Kitabxana__________________ 
48 
 
dim metodikası elmin inkişaf səviyyəsindən geri qalır. Mövcud 
metodikalar zamanın tələbini ödəmir. Bunların bir qismi köhnəlmiş
digər qismi isə müasir tələblər səviyyəsində deyil. 
Prinsipcə yeni təlim metodlarına ehtiyac gündən-günə artır. 
Təcrübə göstərir ki, şagirdləri böyük zehni gərginlik tələb edən, onları 
tədqiqat aparmağa sövq edən, yaradıcı  fəallığa alışdıran təlim 
metodları daha çox cəlb edir. Belə  təlim, biliklərin dərindən dərk 
edilməsinə, onların zavod sexlərində  və ya kolxoz tarlalarında 
bacarıqla və müvəffəqiyyətlə  tətbiq edilməsi imkanlarının 
artırılmasına,  şagirdlərin müstəqil olaraq elmi-texniki nailiyyətləri 
öyrənməyə alışmasına səbəb olur. Bu nöqteyi-nəzərdən orta məktəbdə 
təbiət elmlərinin tədrisində inteqrasiyanı  və koordinasiyanı inkişaf 
etdirmək problemi xüsusi əhəmiyyət kəsb edir. 
Məlumdur ki, hər bir proses və ya hadisənin inkişafının  əsasını 
əksliklərin vəhdəti və mübarizəsi təşkil edir. Bu, olduğu kimi müasir 
təbiətəşünaslığa da aiddir. Çünki burada da vəhdət təşkil edən və bir-
birinə zidd olan iki istiqamət səciyyəvidir. Bunlardan biri, əvvəlcə 
deyildiyi kimi, sintetik, ikincisi isə analitik istiqamətdir. Analitik 
istiqamətdə yeni elm sahələri, yeni qanunauyğunluqlar kəşf olunur və 
müəyyən mütəşəkkil şəklə düşən elm şaxələri əmələ gəlir, yəni elmdə 
difsrensiasiya gedir. Yeni yaranmış elm sahələrinin tədqiqat obyekti 
məhdudlaşır. Məktəb təcrübəsində bu, fənlər üzrə  təlimdə özünü 
göstərir. Elmlərin vəhdəti təlim prosesində  də özünü büruzə 
verməlidir. Məsələn, yaxşı oxuyan orta məktəb məzunlarından birinə 
belə sual verilmişdir: toxumdan iri bir bitki əmələ gəlir, bu, enerjinin 
və maddənin saxlanması qanununa zidd deyilmi? O, bitkinin 
böyüməsi prosesilə  əlaqədar olan bütün bioloji məsələləri düzgün 
danışmış və enerjinin saxlanması qanununu da düzgün şərh etmişdir. 
Lakin bunları üzvi surətdə  əlaqələndirə bilməmişdir. Bircə onu qeyd 
etmişdir ki, enerjinin və maddənin saxlanması qanunu ümumidir, 
deməli bitkilər üçün də doğrudur. Bu suala düzgün cavab vermək 
üçün nəinki kimyəvi və bioloji biliklər lazımdır, həm də bunlar 
arasında müəyyən əlaqə yaratmağı da bacarmaq lazımdır. 
 
 
 


__________________Milli Kitabxana__________________ 
49 
 
elm və texnikanın tərəqqiyə maddi-texniki bazanın yaranması    kimi 
baxır. Müasir sənaye və   kənd təsərrüfatı həmişəkindən daha çox elm 
və texnikanın   inkişafından asılıdır. 
Hər bir müəllimin keyfiyyətli işi, yüksək bilik səviyyəsinə malik 
dərin mühakimə aparmağı, biliklərini istehsalatın müxtəlif sahələrində 
müvəffəqiyyətlə  tətbiq etməyi bacaran gənclər yetişdirməkdir. Bu 
məsul vəzifənin yerinə yetirilməsində təbiət elmlərinin əlaqəli şəkildə 
öyrədilməsi probleminin həlli xüsusi rol oynayır. 
 
II  FƏSİL 
 
ORTA MƏKTƏB KURSUNDA BİOFİZİKİ 
TƏHSİLİN   TƏKMİLLƏŞDİRİLMƏSİ 
PROBLEMLƏRİ 
 
§ 1. BİOFİZİKANIN İNKİŞAF TARİXİ 
 
Biofizika ilk dəfə biologiya və fizikanın ümumi məsələlərini 
öyrənən bir elm sahəsi kimi meydana gəlmişdir. Adətən, bu elmin 
yaranma tarixini XVIII əsrin axırlarında iki məşhur italyan alimi 
Qalvani və Volta arasında gedən, həm də uzun müddət davam edən 
mübahisənin tarixi ilə bağlayırlar. Qalvani elektrikin ancaq canlı 
orqanizmlərdə, Volta isə cansız təbiətdə əmələ gəldiyini iddia edirdi. 
Lakin elmin sonrakı inkişafı göstərdi ki, elektrik həm canlı 
orqanizmlərdə, həm də cansız təbiətdə yaranır. Beləliklə, bu tarixi 
mübahisədə  iştirak edən tərəflərin hər ikisi qalib gəldi.  İndi elmə 
çoxdan məlumdur ki, sinir lifi oyanmış haldadırsa, yəni ondan 
mərkəzi sinir sisteminə siqnal verilirsə, bu, bilavasitə elektrik 
cərəyanının keçməsilə  əlaqədardır və bu cərəyanı xüsusi cihazların 
köməyi ilə qeyd etmək olar. Həmin cə- 
 
 


__________________Milli Kitabxana__________________ 
50 
 
rəyanın gərginliyi indi voltlarla ölçülür. Voltanın kəşf etdiyi 
cərəyandan isə indi cib fənəri batareyalarında istifadə edilir və onlara 
qalvanik elementlər adı verilmişdir. Göründüyü kimi, sonrakı nəsillər 
hər iki alimin adını  əbədiləşdirməklə mübahisəyə obyektiv yekun 
vurmuşdur. 
Biofizikanın yaranma tarixinin bu qədər qədim hesab edilməsinə 
baxmayaraq, o əsasən Böyük Vətən müharibəsindən sonra sürətlə 
inkişaf etməyə başlamışdır. Hazırda biofizika elminin məşğul olduğu 
məsələlər o qədər çoxalmışdır ki, onun indiki məzmunu heç əvvəlki 
adına belə uyğun gəlmir. Biofizika indi özünü biologiya elmlərinin 
inkişafına təkan verən hərəkətverici qüvvə kimi aparır. Müasir 
biologiya molekulyar səviyyədə  tədqiqat işi aparır. 1950-ci illərin 
əvvəllərində biologiyada mühüm və böyük gələcəyi olan dəyişikliklər 
baş verdi. Mühüm kəşflər və bununla əlaqədar olaraq aparılan nəzəri 
ümumiləşmələr həyat haqqındakı elmə münasibətin kökündən 
dəyişməsinə, bir sıra yeni elm sahələrinin yaranmasına və xüsusilə, 
molekulyar biologiya və molekulyar genetikanın sürətlə inkişafına 
səbəb oldu. Fiziki və fiziki-kimyəvi metodlar, təsəvvürlər, fikirlər 
nəzəri və eksperimental biologiyaya nüfuz edərək biofizika və 
biokimyanın inkişafını daha da sürətləndirmək üçün əlverişli  şərait 
yaratdı. Fiziklər, riyaziyyatçılar və kimyaçılar bioloji problemlərin 
həllində fəal iştirak etdilər. 
Bu, biologiyanın yeni mərhələdə inkişafı üçün böyük təkan idi. 
Ikinci mühüm təkan, kənd təsərrüfatı, təbabət və bioloji sənayenin 
tələblərilə  əlaqədar olaraq yarandı. Sənaye miqyasında vitaminlər, 
fermentlər, antibiotiklər, amin turşuları  və zülallar əlınmasına olan 
ehtiyac bioloji sənayenin sürətlə inkişaf etməsini tələb edirdi. 
Biofizika institutu indi biofizika sahəsində aparılan tədqiqat işlərində, 
Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) üzrə əməkdaşlıq edən bütün 
sosialist ölkələri üçün koordinasiya mərkəzi hesab olunur. İnteqrasiya 
proqramının həyata keçirilməsində yüz elmi tədqiqat müəssisəsi və 
kafedralar iştirak edir ki, bunlardan 19 -u ancaq  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə