Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə4/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   2   3   4   5   6   7   8   9   ...   119

 

11

9-12. QARAÇUXA 



 

Dədəm  deyir  ki,  filan  yerdə  qoyun  otarerdim.  Yorğunuydum, 

elə mürgüləmişdim. Bir də gördüm kimsə çağırır ki, ay Baxış, qoyun 

getdi.  Ay  Baxış,  qoyun  getdi.  Durdum  ki,  heyvan  yoxdu.  Neçə  bə-

rəni aşıb gedif güjnən tapmışam. Demə, qaraçuxam məni oyaderdi.  

Payızdaxda olordux. Onda da qoyun elə arxaşda yatışardı. Biz 

də  uşağıydıx.  Gejənin  bir  aləmi  görürdük  dədəm  deyir,  hey,  hey. 

Elə bil kimsə çağırır, bu ona hay verir. Tez durordux ki, dədə, kim 

çağırer? Deyirdi, ay bala, məni çağırellar. Ayağa durordux ki, qoyun 

gedif. Dədəm deyirdi, məni oyadam qaraçuxamdı.  

 

10.  

Telli Həsən bizdə (Tatalılarda – top.) kalxoz sədri oluf. Onun 

özünün  xüsusi  heyvanı  oluf.  Bir  çoban  da,  –  bizə  qohumluğu  da 

çater, – bunun heyvanın otarermış. Çoban bir gecə qalxer ki, qoyun 

yoxdu.  Hay  saler  ki,  sürü  yoxdu.  Durollar,  gəzellər  aana-baana. 

Səhərə  yaxın  həmən  çoban  qoyunu  taper.  Qoyuna  yaxınnaşanda 

görör  ki,  qoyunun  içində  qara  yapıncı  da  çiynində  bir  kişi  var.  Bu 

baxır ki, elə Həsən kişi özüdü. Ona oxşader da. Geder, geder, qoyu-

na  çatanda  görör  ki,  kişi  yox  oldu.  Hərrəner  aana-baana:  “Balam, 

bu kişi nejoldu, hara getdi?” Qoyunu  yığır gətirer. Kişidən soruşor 

ki,  bəs  sən  orda  qoyunun  içindəydin.  Nejoldun,  haraya  getdin  ki, 

səni tapmadım?  

Deyir: 

– Nədi?  



Deyir: 

– Getdim ki, qoyunun içində yapıncı çiynində gəzinersən.  

Deyir: 

–  O  mən  döyüldüm,  mən  getməmişdim.  O  mənim  qaraçu-



xamdı, orda qoyunu salamat saxlıyıb.  

Sürünü  gətirer,  qoyunun  birin  də  qaraçuxasının  ehsanına 

kəser. 

    



 

12

11.  

Qırx üçüncü il idi. Babam maa dedi ki, subay qoyunun içində 

qal. Axşamları çox qoyun doğdu. Sulux bişirdih, yedih. Gejə yatdıx. 

Bir zaman durdux ki, doğan qoyunlar balasının yanında qalıf, qalan 

qoyunlar  hamısı  qaçıf.  Öyün  üstünə  bir  çırax  qoydular.  Dedilər, 

hərəmiz bir  tərəfə  gedək,  kim qoyunları  tapsa,  bu  işığa gəlsin.  Maa 

dedilər ki,  sənin  itdərin qoyunnan gedif.  Oları səslə,  bəlkə  sənə  hay 

verələr.  Nəysə,  çağırdım,  heyvannar  çox  uzaqlaşmışdı  deyə  itlər 

gəlmədi. Üş nəfər idik, hərəmiz bir istiqamətə getdik. Bir də gördüm 

ki, qancıx gəldi ayağıma dəydi, getdi. Bunun istiqamətiynən mən də 

getdim.  Getdim  ki,  babam  qoyunun  içindədi.  Babamdan  hamımız 

qorxurdux, bir söz deyə bilmirdik. Qoyunun bir tərəfin mən yığdım, 

bir tərəfin bu kişi yığdı. Sən demə bu qaraçuxaymış. Qoyunu gətdim 

arxaca.  Mən  nə  hərəkət  elerəm,  bu  da  heylə  eler.  Mən  çatan  kimi 

çırağı  aşağı  düşürdüm.  Yoldaşdarım  da  bildi  ki,  qoyun  tapıldı,  olar 

da qayıtdılar. Maa dedilər, nejoldu qoyunu tapdın? Dedim ki, getdim 

ki, Ələsgər babam qoyunun içindədi. Əslində, Ələsgər babam həmin 

gün evdə oluf, qoyunu qaytaran onun çeşnisi oluf, qaraçuxası.  

 

12.  

Peyğəmbərin

4

 yanı  babam  Maşadı  Allahyarın  yeri  oluf.  Qoja 



nənəm  söhbət  eliyirdi  ki,  Maşadı  Allahyarın  erkək  sürüsü  gejə 

ağıldan  qaçıf.  Bir  neçə  gün  gəziflər,  sürünü  tapmıyıflar.  Kişi  hər 

gejə  yuxusunda  qaraçuxasını  görörmüş.  Görörmüş  ki,  qaraçuxası 

yatıf. Səhər duruf deyirmiş, ovala, mənim qaraçuxam yatıf hələ. Bir 

səhər də deyir ki, ayağına vurdum, qaraçuxam oyandı, amma ayağa 

qalxmadı.  Bir  səhər  də  deyir  ki,  ovala,  qaraçuxam  bu  gejə  oyandı, 

mənim sürüm tapılajax. Ağacı aldı çiyninə, getdi.  

Erkək sürüsünün çobanları göröllər ki, bir çoban qoyunu xama 

buraxıfdı. Söyə-söyə gediflər. Buna yaxınnaşanda görüflər yoxa çıxdı. 

Görüllər özlərinin erkək sürüsüdü. Sanıyıllar, biri də kəm olmur.  

Qaraçuxa  düzdü,  var.  Hər  adna  axşamı  gərək  qaraçuxaya 

ehsan verəsən, dara düşəndə onun adına Quran oxudasan.  

                                                

4

 Cərciz peyğəmbərin kümbəzi nəzərdə tutulur. 




 

13

13-14. CİN  



 

Nənəm  söylüyürdü  ki,  otuz-qırx  atımız  vardı.  İçində  də  göy 

ürgə  vardı.  Hər  axşam  nökər  atları  qapıya  gətirəndə  at  qan-tərin 

içində gəlerdi. Babam Fətullah kişiyə deyir ki, vəziyyət bu yerdədi: 

atın  irtməyi  hörülür,  saçı  hörülür,  qan-tərin  içində  gəler.  Deyir, 

Salman, atını cinnər minir. Qırı ərit, sürt belinə.  

Nənəm deyirdi, Əhmədalı kişi axşam atı gətirəndə gördük atın 

üstə  qız  uşağı,  yapışıb  qıra.  Bunu  qırdan  azad  elədik.  Fətullah  kişi 

dedi ki, Xannisə, iynə sanc üstünə. Nənəm gətdi iki-üç iynəni sanc-

dı  üstünə.  Gördüm,  deyir,  həmlidi.  Çörəyi  bişirer,  qutarmır.  “Suya 

tez get” deyəndə gej gəler, “gej get” deyəndə tez gəler.  

Bir dəfə suya gedəndə öz  yığnaxları düşər bunun üstünə. De-

yəllər öyə çatanda çığır deynən ayağıma  tikan  batıb. Öydəki  arvad 

dunuxdu


5

. Üstünnən iynəni çəkif tikanı çıxardanda sən qaç.  

Nənəm, deyir, suyu gətdi, uşax da yüyrükdə, babam yüyrüyür. 

Gəldi sənəyi yerə qoyan kimi çığırdı. Dedim, aaz, nədi? Dedi, aya-

ğıma  tikan  batıf.  Mənim  axlıma  nə  gəlir.  Bunun  üstünnən  iynəni 

çıxardanda gördüm bu yoxdu.  

– A kişi, uşağı, a kişi, uşağı tut.  

Kişi onda qalxar ki, evdə uşaq nə gəzer.  

Nənəmgil də gəvə toxuyanmış. Bular (cinlər – top.) gələr gejə 

bizim gəvəmizi sökər. Babamızın qaynı varmış, buna ismarış eliyil-

lər. Gətdi, deyir, ojax qaladı, iki şiş qoydu ojağa. Gəvə tərəfə başın 

qoydu. Bular gejə gəldi muncuğu çıxartdı xanadan asdı, başdadılar 

hananı  sökməyə.  Şiş  də  qızarıf.  Hərəsinin  yanbızına  şişnən  vuruf 

yandırer, bular duruf qaçanda muncuq qaleır burda. Gedif ordan ça-

ğırellar nənəmi ki, 

Yandı yanım, yançağım, 

Hanada qaldı muncuğum. 

Görüllər  muncuğu  hanada  qalıb.  Kişiyə  orda  and  içellər  ki, 

sizin  yeddi arxa dönənizə toxunmuyajağıx, bizi buraxın gedək. Elə 

onnan da çıxıf gedellər.  

                                                

5

 Dunux – key 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə