Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə5/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   2   3   4   5   6   7   8   9   ...   119

 

14

14.  

Belə danışıllar ki, bir adam Söydümallar körpüsünnən addıyıf 

gəler.  Möhkəm  də  ajıfmış.  Deyir  ki,  mən  çörək  də  götürmədim. 

Körpüdən  bəri  keçəndə  görör  ki,  burda  surfa  sərilif  o  baş-bu  baş. 

Yemək o qədərdi ki. Düşör, atın bağler. Surfa da sərilif, hər şey də 

üstündə  var.  Bizdər  əlimizi  çörəyə  uzadanda  “pismillah”  deyirik 

axı. Elə bardaşqurma oturor, əlin uzadıf “pismillah” deyəndə bir də 

baxer ki, heş nə yoxdu. Deyir: 

– Sən öl, bu cin yığnağıdı.  

Duror,  nə  ajdıx  yadına  düşör,  nə  susuzdux.  Atı  miner,  qoyur 

üsdə ey. Gedif öydə deyir hal-qəziyə belə-belə. Deyiflər: 

–  Hə,  yaxşı  ki  “pismillah”  demisən.  Əgər  oların  tamınnan 

dadsaydın, olara qoşuluf gedərdin.  

 

15-19. HAL ANASI 

 

Mənim  ana  babam  tutuf  halı,  barmağın  da  kəsif.  Zənənnərin 

bəziləri  ağır  doğanda  çağırerdılar,  hal  barmağın  aparerdi,  uşaqdan 

azad olordu. Bir dəfə Şirvan tayınnan gəlermiş atdı. Ağgöl deyirik, 

oroynan  gəlermiş.  Çox  da  ürəkli  adammış.  Üstündə  xançalı  olor-

muş. Görör səs-küy var: haldı, üç də uşağı, ojax qalıyıflar. Hal ba-

bamı görör, bu  tərəfdən hərrəner ki, qabağın kəsə, tuta. Babam tez 

atdan  düşür,  atı  bağler.  Xançalı  çıxardır,  haldan  geri  addıyıf  orda 

yerə sinir. Hal çıxer yola ki, aana-baana baxa. Babam daldan sıçreer 

bunun  döşdərinnən  tutor.  Hal  görör  baho,  vəziyyət  ağırdı.  Ay  and 

belə, Quran belə, sənnən işim yoxdu, məni burax. Deyir: 

– Yox, barmağının birin kəsif səni buraxajam.  

Baş  barmağını  kəser,  buraxır.  O  da  çığıra-çığıra  çıxıf  geder. 

Babam  halın  kəsilmiş  barmağın  deşmişdi,  boğazına  taxerdi.  Xəstə 

olanda çağırerdilər, aparerdi üstünə. 

 

16.  

Əhmadalı  kişi  vardı,  kalxozun  malına  gederdi.  Bunun  arva-

dının ağrısı tutar. Uşağı olordu. Arvadının anasına ismarış eliyillər, 




 

15

gəler  qızının  yanına  uşağı  tutmağa.  Bunun  bir  cüt  ekiz  uşağı  olor. 



Xeylax  da  uşağları  var.  Bir  azdan  soora  uşaxlar  çığrışer.  Nənələri 

deyir: 


– Ay bala, niyə çığrışersiz?  

Deyillər: 

– Ay nənə, ora bax ey.  

Görör  bir  balaca  dəvə  balasıdı.  Qapıdan  girdi,  yatdı  zahının 

ayağı  altında.  Arvad  daşı  götürör,  bunun  alnının  arasına  vurur  ki, 

çıx burdan. Çıxer çölə. Əhmədalı kişi deyir: 

– Arvad, o nə idi heylə? 

Deyir: 


– Heş zad, neynirsən? 

Deyir: 


– Axı ağlıya-ağlıya getdi o kim idisə.  

Deyir: 


– Belə iş vardı, vurdum getdi.  

O  hal  idi.  Köşək  şəklində  gəlif,  girif  qapıdan  zahının  ürəyin 

çıxartmağa. Arvad daşnan vurmasaydı, gəlini öldürəjəydi.  

 

17.  

Mənim  böyük  anamın  babası  hal  tutufmuş.  Zahı  qadınları 

sancı  tutanda,  gedif  arvadın  yaylığın  gətirif  onun  başına  bağlıyar-

dılar.  Onda  qadına  heş  nə  olmazdı.  Bir  də  görürdün  qadın  halsız 

oldu. Tez qapını açırdılar, üzünə şillə vururdular, öz adın yox, ayrı-

ayrı addar çağırırdılar. Adın çəkmirdilər ki, hal qadının adını öyrə-

nər, onu çağırar aparar. Çöldə də kişilər güllə atırdılar. Onnan soora 

o  qadın  özünə  gəlirdi.  Deyirdilər,  hal  gəlif  onu  aparmağa.  Güllə 

atırdılar,  onnan  soora  deyirdilər  ki,  qayıtdı  getdi.  Mən  böyük  ba-

cımda da görmüşəm, belə şeylər olufdu. 

 

 



18.  

Bir  dəfə  anamın  babası  gəlir  görür  ki,  at  töölədə  qan-tərin 

içindədi. Bu fikirrəşir ki, ə, bu niyə belə olsun. Bir gün belə, iki gün 



 

16

belə. Deyir, bunu güdəjəm, görüm bu nə hak-hesafdı. Güdür, görür 



ki, insana bənziyən bir hal gəlir. Bu gəlir atı açır, töölədən çıxardır. 

Çapır,  çapır,  çapır  çöldə,  səhərə  yaxın  gətirir  gənə  ora.  Özü  də  bu 

kadın olur. Deyir, bunu mən nətər tutum saxlıyım? Kişi gətirir qırı 

əridir, bir əysinin üstünə tökür, bağlıyır. Bu gəlib ata minəndə yapı-

şıb qalır orda, nə qədər eliyir qır buraxmır. Deyir, bu atı niyə belə 

eliyirsən?  Kişi  bilir  bu  haldı.  And  verir  buna.  Deyir,  məni  burdan 

azad elə, sizə mən qulluq eliyəjəm. And içir. Anda da çox möhkəm 

olullar  onlar.  Bunu  gətirir  evə.  Evdə  yaxşı  bərəkət  əmələ  gəlir. 

Deyirdin  get  su  gətir!  Uzax  yerə  getməyinnən  gəlməyi  beş  dəqiqə 

olmurdu,  gedif  gətirirdi  tez.  İki-üç  kilo  un  yoğururdu,  bunnan 

səkkiz-doqquz çörəy çıxırdı. Bax, belə bərəkəti var idi.  

Bunun uşaxları var imiş. Axşamlar çəpərin qırağında uşaxları 

ilə görüşürmüş, balacasına süd verirmiş. Uşaxlar çıxıf gedirdi, gənə 

qayıdıf gəlirdi.  

Xeylax qalır. Bir gün evin arvadı bunu görür.  Ərinə deyir ki, 

hal-qəziyə belə, bunun uşaxları var. Buraxax, çıxsın getsin. Kişinin 

də ürəyi  yumuşax imiş, bunu buraxır. Deyir, get azad  yaşa, bizi də 

unutma.  Bu  arvad  gedəndə  deyir  ki,  bu  qədər  mən  sizdə  yaşadım, 

amma  maa  sual  vermədiz  ki,  cavan  ölmək  nədəndi,  sarımsax  nəyə 

dərmandı? Nə qədər eliyillər, deyir day demərəm. 

         

19.  

Qurban  kişi  varıdı,  mənim  bacımın  qaynatası  idi.  Kəntdə 

Nüvar addı bir gəlin uşağ üstündə rəhmətə getmişdi. Bu and içirdi ki

bizim  Daşkəntdə

6

 Sarıbulax  varıdı,  orda  heyvan  otarırdım.  Getdim 



ki,  bir  lüt  qadın bulaxda  ciyar  suya  çəkir. Əvvəlcə deyir,  elə bildim 

ki, bu insandı. Baxdım ki, yox e, saç tökülüf kürəyinin ortasına, lüt-

üryandı. “Aaz, belə dur”, – deyəndə deyir, mənim ağzımı əydi. Kən-

də  gələndə  soruşuf  ki,  kəntdə  kim  ölüf.  Deyiflər  ki,  Nüvar  arvaddı, 

uşax üstə ölüf. Onun ciyarını çəkif aparıf orda suya çəkirmiş. 

 

                                                



6

 Göyçə tərəfdə kənd adı. 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə