Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   25   26   27   28   29   30   31   32   33

 
172 
Mən sevmişəm bir dilbəri, çox eşqə düşməkdir əbəs. 
 
Sən karivanın halını məndən soruş, ey sariban, 
Yat sən, oyanma, yat əgər, zəng salsa da ətrafa səs. 
 
Bağlanmışam bir bəndə ki, etməz nəsihətlər əsər, 
Qaçsam ayıq ollam, mənim olmaz yerim bir də qəfəs. 
 
Hər kəslə əyləşsəm bir an, yad etməsə yarı könül, 
Sanki günəşsizdir günüm, müşkül olur çəkmək nəfəs. 
 
Olsa yanımda dost mənim, vursa qılıncla düşmənim, 
Bir yarə məftunəm, mənə təsir edərmi başqa kəs! 
Mən karivanda müflisəm, kim qəsd edir, etsin mənə, 
Qoymaz yanımda mütribi olduqca azğındır əsəs. 
 
İstər nəsihət qıl mənə, istər kəməndə sal məni, 
Divanəyə bir fərqi yox, heç bir şeyə etməz həvəs. 
 
Dünyada saldın Sədini fəryadə, ey arami can, 
Yetməzmi fəryadı onun, çat dadına fəryadı kəs. 
 
 * 
 
 
Bir tiflsən öz-özünə heyran, 
Tərifinə vardı çoxlu dastan. 
 
Cövlan eləyib çəməndə heç sərv, 
Olmaz belə sən kimi xuraman. 
 
Hər kimsəyə söyləsəm inanmaz,– 
Sinəndən olub günəş nümayan. 
 
 
173
Səbr eyləmişəm nə görməsəm mən 
Sənsiz mənə səbr yoxdu bir an. 
 
Oldun nə üçün belə vəfasız, 
Ey qaşı kəman, hanı o peyman. 
 
Ümmid bizimlədir həmişə
Çəkdikcə uzun bu dərdi-hicran. 
 
Var qorxu bu işdə ki, nəhayət, 
İskəndərə çatmaz abi-heyvan. 
 
Hicran qəmini çəkən sağalmaz. 
Duymazsa ətir o gül yanaqdan. 
 
Bir dilbər əlində qaldı könlüm, 
Aldı canımı sevimli canan. 
 
Aqil gərək etməsin  şikayət. Dərdə tapılarsa yaxşı 
dərman. 
 
Eşq atəşinə yananda Sədi, 
Rəhm etməz ona, ay üzlü canan. 
 
 * 
 
Görürük indi də xoşbəxtliyi falında onun, 
Könül əndişədədir, göz də xəyalında onun. 
 
Güzgüdə yar görər ancaq özü tək bir gözəli, 
Olmaz aləmdə gözəl hüsni-cəmalında onun. 
 
Yüz könül cəzb eləyir eşqi o dilbər sənəmin, 
Hamının meyli olur daneyi-xalında onun. 


 
174 
 
Can verir, baş verir aşiq onun hər addımına,  
Kimdə var cürət ola meyli vüsalında onun. 
 
Düşsə bir quş, tələyə çırpına yüz dəfə əgər, 
Qaçmağa qüvvət olarmı pərü balında onun. 
 
Leylini hər sevənə söyləmək olmaz Məcnun, 
Dəlilik olmalıdır eşqdən halında onun. 
 
Peşəsi qanımı tökməkdi hərami gözünün, 
Dostluğum tutmaz, həram vardı həlalında onun. 
 
Xoş olar dərdimi vəsl günü yarə desək
Yoxsa məşuqə qalar vizrü vəbalında onun. 
 
Sədinin dərdini bilmək sənə müşkül görünər, 
Dərd çəkənlər olar, əlbəttə ki, halında onun. 
 
  
 
175

 
Yar odur hər nə eyləsə dildar, 
Deyə əlbəttə ixtiyarın var. 
 
Qaç o kəsdən ki, görsə qəmli səni, 
Yadlara eybini edə izhar. 
 
Yar üçün yük daşı, gülün ətəyi, 
Ehtimal eylə ki, olur dolu xar. 
 
Eşqə mənzil olubdu meyxanə
Orda şöhrət təmam olub inkar. 
 
Uyma öz nəfsinin həvasına sən, 
İt sümük eyliyər həmişə şikar. 
 
Gecədə bir gözəl yanında olan, 
Olar hər gün, yəqin ki, məsti-xumar. 
 
Məncə aşiq odur həmişə sevə, 
Yalnız bir gül üzlü incə nigar. 
 
Sədidir indi eşq sultanı, 
Eyləyib ən gözəl qəzali şikar. 
 
 * 
 
Bülbüllərin nəvası həmişə səhər olur, 
Kim yatsa sübhdən əbədi bixəbər olur. 
 
Hər ox atanda sevgili canan kəman ilə. 
Biçarə aşiqin sinəsi bir sipər olur. 
 


 
176 
Eşqin yolunda aşiq olan can verib keçər, 
Can verməyənçin eşq yolunda xətər olur. 
 
Hüsnün verir günəş tək işıq cümlə aləmə, 
Kimdə sənin kimi, gözəlim, xoş nəzər olur. 
 
Varmı görüb gözəl üzünü verməyən könül, 
Varsa onun həyatı bütün bisəmər olur. 
 
Yar qaşqabaq töküb acı söz söyləyəndə də 
Hər cümləsi onun, elə bil ki, şəkər olur. 
 
Aqil həmişə dərdi-bəladən uzaq gəzər, 
Aşiqlərinsə sevdiyi hər an kədər olur. 
 
Sədidə yoxdu yol yerimək taqəti, inan, 
Quş tək sınıb qanadları, ömrü hədər olur. 
 
 * 
 
Bir aşiqin olmuşsa sevda yeri bostanlar, 
Bişübhə edər bihuş güllər onu, reyhanlar. 
 
Gah nərə çəkir bülbül, gah köksünü yırtır gül, 
Sən yadə düşən anda təsirsiz olur onlar. 
 
Ey mehrin ürəklərdə, möhrünsə dodaqlarda, 
Başlarda gəzir şurun, sirrinlə dolub canlar! 
 
Uydum sənə əhd etdim, hər əhdi qırıb getdin 
Sevdim səni, ey canan, getdi heçə peymanlar. 
 
Xari-qəmi-eşqinlə dolmuş ətəyim, ey gül, 
Verməz mənə bir şadlıq, bişübhə, gülüstanlar. 
 
177
 
Düşsə belə bir dərdə kim xəstə olub yatsa, 
Təsir eləməz əsla versən ona dərmanlar. 
 
Axtarmağa mən yarı çəksəm də əziyyətlər, 
Yormaz məni, incitməz düzlərlə biyabanlar. 
 
Ox uçsa kamanından, bir qəlbi edər yarə, 
Vardır sənə, ey canan, mən tək neçə qurbanlar. 
 
Yay qaşlı, kaman qaşlı yar sevsə əgər aşiq, 
Olmuş o sipər, uçsa, dəysə ona peykanlar. 
 
Sədiyə demə: yazma eşqindən onun bunca, 
Eşqdən dediyim itməz, keçsə neçə dövranlar. 
 
 * 
 
Arifləri əzməkdə hər zərbeyi-cövganın, 
Hər top düşə qoymaz ki, çıxsın onu meydanın. 
 
Çıxsa günəş hər kəsçin dağdan ya düzənlikdən, 
Olmuş günəşim lakin ağ sinəsi cananın. 
 
Can təndə gələr rəqsə, şövqünlə əsib yellər 
Bir şaxəni titrətsə yar hüsnü gülüstanın. 
 
Yanmırsa mənə əsla daşdan yaranan qəlbin
Cəzb etdi neçin qəlbi bəs çahi-zənəxdanın. 
 
Can vermək olar asan eşqində sənin, lakin 
Layiq deyil olsun can, ey sevgili qurbanın. 
 
Nəqqaş nəyə lazımdır qəsrində vura ziynət, 
Oldun belə hüsnünlə sən ziynəti eyvanın. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə