Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   2   3   4   5   6   7   8   9   ...   33

 

Asiyanı, Afrikanın  şimalını, - Hindistandan Mərakeşə  qədər 
həm quru, həm su yolları ilə gah dərviş geyimində, gah başqa 
qiyafədə  gəzib dolaşmış, hər cür insanlarla oturub-durmuş, 
rəngarəng həyati təcrübələr qazanmışdır. Sədinin  əsərlərini 
oxuduğumuz zaman görürük ki, o bəzən Kaşğar məclisində 
qrammatiklərlə mübahisə edir, bəzən  Ərəbistanın qızğın 
çöllərində karvanları izləyir, bəzən Trablis xəndəklərində 
yəhudilərlə birlikdə daş-torpaq daşıyır, bəzən Sumnatın 
hindular bütxanasında onların dinini öyrənməyə çalışır. Bu 
dövr Sədi həyatının ikinci dövrünü təşkil edir. 
Mükəmməl təhsildən sonra bu uzun səyahətlər Sədinin 
dünyagörüşünü genişləndirmiş, onun şüurunu o dövrün 
feodalizm dünyagörüşü, üsul-idarəsi, qanun və prinsipləri ilə 
mübarizə aparan ictimai təbəqələrin ideologiyası  səviyyəsinə 
yüksəltmişdir. 
Bu səyahətlərdən sonra sədi 1257-ci ildə  vətəni  Şiraza 
qayıtmış, ömrünün axırına qədər öz doğma  şəhərində böyük 
hörmətlə yaşamış, mühitinin müdrik filosofu, alimi kimi şöhrət 
tapmış, 1291-ci ildə vəfat etmişdir. 
Sədinin yaşadığı dövr Yaxın  Şərq tarixində ictimai 
keşməkeşlər, qanlı çarpışmalar, qırğınlar dövrü olmuşdur. Bu 
dövrün əsas böyük tarixi hadisələri – əhli-səlib müharibələri və 
moğol istilalarıdır. Sədi səlib müharibələrində  iştirak etmiş, 
Suriyada fransızlara  əsir düşmüş, moğolların dağıdıcı 
hücumlarının şahidi olmuş, müxtəlif şahlıqların məhv olmasını, 
vətəninin yadellilər istilasına məruz qalmasını görmüşdür. 
Zamanının bu səhnələrini şair bircə misrada çox gözəl obrazla 
təsvir edir: 
 
Cəhan bər-həm oftade çun muy-e zəngi. 
 
(Dünya zəncinin saçı kimi bir-birinə qarışmışdı). 
Bütün bu dəhşətli tarixi hadisələr qarşısında Sədi alimanə 
və  həkimanə  şüurunu, həyati təcrübələrini inkişaf etdirib 
 
7
zənginləşdirmiş, sonra bunları yeddi əsrdən bəri müxtəlif 
dillərə  tərcümə edilib yayılan və milyonlarlainsanların malı 
olan məşhur qiymətli əsərlərində əks etdirmişdir. 
«Gülüstan»da olan bir hekayəsindən anlaşıldığına görə, 
Sədi ədəbi fəaliyyətə hələ gənc ikən başlamışdır. 1210-cu ildə 
Kaşğara səyahəti zamanı bir adam ondan haralı olduğunu 
soruşur.  Şair:  şirazlıyam, – deyə cavab verdikdə, o adam: 
Sədinin əsərlərindən bilirsənmi? – deyir. 
Bundan anlaşılır ki, hələ iyirmi altı yaşında ikən onun 
əsərləri Kaşğarda yayılmış və Sədi adı orada məşhur olmuşdur. 
Buna baxmayaraq böyük şairin  əsil yaradıcılıq fəaliyyəti 
həyatının üçüncü dövrü ilə bağlıdır. Özünün dediyinə görə, 
«Bustan»ı 1257-ci ildə, yəni 63 yaşında, «Gülüstan»ı isə 1258-
ci ildə, 64 yaşında ikən yazmışdır. 
Sədi  əsərlərini  əsasən farsca yazmışdır, lakin ərəbcə 
qəsidələri və farsi-ərəbi müləmmələri də vardır. Məşhur 
iranşünas E.Braunun dediyinəgörə, Sədi urdu dilində də şerlər 
yazmışdır. Bundan başqa onun bəzi İran qəbilələrinin işlətdiyi 
«farsi-ye bum» adlanan dildə də şerləri vardır. Mşhur şərqşünas 
Hammer-Purqştallın göstərdiyinə görə Sədi latın dilini də yaxşı 
bilirmiş. 
Sədinin əsərləri: «Bustan», «Gülüstan», qəsidələr, qəzəllər, 
bədaye, təyyibat, xəvatim müləmmələr, tərci-bəndlər, rübailər, 
şitələr, müfrədlər, müxtəlif şerlər, həzllər və sairədən ibarətdir. 
Lakin qəsidədə  və xüsusən qəzəldə böyük ustad sayılan lirik 
şair Sədi dünya ədəbiyyatına böyük moralist şair və nasir kimi 
«Bustan» və «Gülüstan» əsərləri ilə daxil olmuşdur. 
Sədinin böyük şair və mütəfəkkir kimi tanınmasında  əsas 
keyfiyyətlərdən biri də ondakı böyük demokratik ruh, dərin 
xəlqilikdir. 
 
An ke pay əz sər-e nəxvət nə nehadi bər xak, 
Aqebət xak şod-o xəlq bər u miqozərənd.  
 


 

(Təkəbbür və dikbaşlıqdan ayaqları yerə  dəyməyən hakimlər 
torpağa döndülər və xalq indi o torpağı tapdalayıb keçir). 
Sədi həmişə  rəiyyəti xalqı soltanlardan, hakimlərdən 
yüksək tutur: 
Rəiyyət çu bixənd, soltan derəxt, – 
Derəxt, ey pesər, başəd əz bix səxt! 
(Hakim bir ağac isə, xalq o ağacın köküdür, – ey oğul, ağac 
kökdən möhkəm olar). 
 
Mkon ta təvani del-e xəlq riş, 
 Və gər mikoni mikəni bix-e xiş. 
 
(Bacardıqca xalqın qəlbini yaralama, əgər yaralasan, öz kökünü 
qoparmış olarsan). 
Sədi bir sıra  əsərlərində insanları  ədalətsizliyəqarşı 
mübarizəyə dəvət edir: 
 
Məkon səbr bər hakem-e zolm-dust! 
 
(Zalim hakimin zülmünə səbr eləmə). 
Sədini səciyyələndirən xüsusiyyətlərdən biri də onun bir 
para məddah şairlər kimi hakimlərə yaltaqlıq etməməsidir. O öz 
qədrini, əsil şair qiymətini yaxşı bilirdi. Yaltaq şairlər özlərini 
dövrünün hakimindən alçaq tutaraq deyirdilər: «Mən 
xoşbəxtəm ki, sənin dövründə yaşayıram!». Sədi isə Fars 
hakimi  Əbu-Bəkr ibn Səd Zəngiyə ithaf etdiyi «Bustan»ın 
müqəddiməsində çox haqlı olaraq özünü hakimdən yüksək 
tutur, ona xitab edir: «Sən nə xoşbəxtsən ki, mənim dövrümdə 
doğulmusan, çünki mənim 
əsərlərimdə 
həmişəlik 
yaşayacaqsan!». 
«Bustan» 4200 beytə yaxın, on fəsildən ibarət mənzum 
əsərdir. hƏr fəsildə şairin öz fəlsəfi və ictimai fikirlərini ifadə 
edən bir sıra gözəl, maraqlı hekayə və nəsihətlər vardır. 
«Bustan» Yaxın  Şərq  ədəbiyyatında didaktik poema 
 
9
janrının  ən parlaq nümunəsidir. Bu əsər yazıldığı dövrün və 
mühitin bütün məişət məsələlərini, cəmiyyətin müxtəlif 
təbəqələrinin  əxlaq qaydalarını,  əsrin  əsas ictimai-tarixi 
səciyyəsini konkret həyati misallarla əks etdirir. «Bustan»da 
göstərilir ki, orta əsrlər  İranında  əsas istehsal qüvvələri və 
zəhmət adamları: kəndlilər, sənətkarlar, nökərlər (qulamlar), 
ticarət işləri vəalları isə tacirlərdir. Sədi hekayələrində 
cəmiyyətin bu qüvvələrini müdafiə edir, hakimlərdən onlara 
qayğı  və hörmət bəsləməyi tələb edir. Pulun ağalığını  Sədi 
keçici və qüdrətsiz bilir, sənətkarlığı ondan daha davamlı  və 
güclü sayır. Sədi ağıllı qadının ailə həyatındakı müsbət roluna 
böyük qiymət verir. Ata-ananı uşağın tərbiyəsinə fikir verməyə 
çağırır, uşuğu faydalı peşə öyrətməyi tələb edir. 
Burası çox maraqlıdır ki, «Bustan»da din və dinitəbliğ 
mövzuları yoxdur. Sədinin məfkurəsincə, insan göylərə deyil, 
öz vicdanına səcdə etməlidir. 
Bu qiymətli  əsəri mütaliə edən oxucu onda yalnız orta 
əsrlər üçün deyil, bizim əsrimiz üçün də  hələ  əhəmiyyət və 
təsirini itirməyən ağıllı öyüdlər, ibrətamiz fikirlər, tərbiyəvi 
nəsihətlər tapır. Buna görədir ki, «Bustan» indi də dünyanın 
müxtəlif dillərinə  tərcümə edilib yayılmaqda və xalqlar 
tərəfindən sevilə-sevilə oxunmaqdadır. 
Rus dilinə Oktyabr inqilabından qabaq «Bustan»ın yalnız 
ayrı-ayrı parçaları  tərcümə edilmişdi. Bunlardan bəyənilən 
Xolmoqorovun Sədi  Şirazi haqqında dissertasiyasındakı 
«Bustan»dan parçalar tərcüməsidir. Bu əsərin rusca ən yaxşı, 
əslində çox yaxın tərcüməsi K.Çaykinin 1935-ci ildə etdiyi və 
son illərə  qədər dəfələrlə yenidən nəşr edilmiş  mənzum 
tərcüməsidir. Lakin bu da dolğun deyil: 700 beyti ixtisar 
edilmişdir. 
Azərbaycan dilinə 1912-ci ildə «Bustan»ın təxminən 
dörddə bir hissəsi «Mizanül-ədalət» adı ilə  şair Seyid Zərgar 
tərəfindən tərcümə edilmişdir. Əsasən zəif olan bu tərcümənin 
bir müsbət cəhəti var ki, onda orjinalın vəzni (mütəqarib bəhri: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə