Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   2   3   4   5   6   7   8   9   ...   33

 
24 
Səxavət göstərib, mərhəmət etdi. 
Verdi xəzinədən ona gövhər, zər. 
Tutdu hər ölkədən, hər yerdən xəbər. 
Alim söhbət açdı gəzdiyi yerdən, 
Qürbət şəhərlərdən, qərib ellərdən. 
Şah düşündü: bunu eyləsəm vəzir, 
Ölkəyə göstərərçox gözəl təsir. 
Sonra fikirləşdi: yox tezdir hələ, 
Soltanlar hər işi görər təmkinlə. 
Qoy bunu yaxından öyrənim, mənə 
Böyüklər gülməsin, vurmasın tənə. 
Görüm dərrakəsi, hünəri varmı? 
Səltənət işindən xəbəri varmı? 
Sınaqsız iş görsə bir insan əgər, 
Çəkər nəticədə, şübhəsiz, zərər. 
Bir hökmü fikirlə yazmasa qazı, 
Şikayətçi ondan qalarmı razı? 
Yusifin ürəyi olsa da təmiz
Ancaq qırx yaşında olmuşdu əziz. 
İnsanı sınaqdan çıxarır əyyam, 
Gərək təcrübədən çıxsın hər adam. 
Alimi sınadı bir müddət soltan, 
Gördü qəlbi safdır, özü mehriban. 
Əxlaqı təmizdir, mərifətlidir, 
Xisləti gözəldir, mərhəmətlidir, 
Hər işdə çox düzgün, doğru rəyi var. 
Baş vəzir eylədi onu hökmdar. 
Az zamanda oldu ölkənin gözü, 
Təsir göstərirdi hikmətli sözü. 
Elə qüdrətliydi ondakı qələm, 
Qoymurdu bir qəlbi incitsin ələm. 
Bədxahlar ağzını aça bilmədi, 
Araya bir fitnə saça bilmədi. 
Arpa qədər zərər görməsə paxıl, 
 
25
Yenə çalışar ki, bitməsin taxıl, 
Çünki ürəyini paxıllıq əzir… 
Vardı bu sarayda köhnə bir vəzir, 
O, təzə vəzirə kin bəsləyirdi
Qəlbini həsəddən qurdlar yeyirdi. 
Lakin mübarizə deyildi asan, 
O, təzə vəzirdə tapmırdı nöqsan. 
Hökmdarın iki kənizi vardı. 
Gözəllikdə günə, aya oxşardı. 
Birisi huriydi, birisi pəri. 
Onlar sayılırdı saray dilbəri. 
Vardı bir-birinə elə oxşarı, 
Sanki bir almadı bölünüb yarı. 
Hikmətli vəzirin şirin sözləri 
Məftun eyləmişdi iki dilbəri. 
Ağıllı vəziri görüb mehriban, 
Ona dost olmuşdu bu iki canan. 
Vəzir də başqa bir hissi-hörmətlə, 
Saf qəlblə, bəşəri bir məhəbbətlə 
Bu iki gözəli sevirdi, ancaq 
Yoxdu ehtirasa qəlbində maraq. 
Kghnə vəzir bunu duydu, gizlicə 
Gedib şaha xəbər verdi bir gecə. 
Xəbisliklə dedi: bilmirəm nədən 
Bu gəlmə adamı vəzir etmisən? 
Çoxşöhrətpərəstdir, xəyanətkardır, 
Saray qızlarıyla arası vardır. 
Kimin ki, peşəsi olub səyahət, 
Nə ölkə düşünər, nə də ki, dövlət. 
Belə bir insanda olmaz sərəncam, 
Təxti-səltənəti eyləyər bədnam. 
Şahın nemətini unutmaram mən, 
 Odur gördüyümdən, eşitdiyimdən 
Gəlib səni gərək edəm xəbərdar. 


 
26 
Həm də, şah sağ olsun, əldə sübut var! 
Açıb bir nökərim onun sirrini
Ağuşunda görüb qızın birini. 
Mən işi yoxladım, bildim, indi sən, 
Hökmdar sağ olsun, özün bilərsən, 
Kələklə bu sözü elə anlatdı, 
Yaxşını pislədi, şahı aldatdı. 
Bədxahlar bir işi elə qandırar, 
Şahların qəlbini alovlandırar. 
Hiylə işlədərsə əgər bir azğın, 
Kiçik bir atəşdən doğurar yanğın. 
Soltan elə qızdı bu pis xəbərdən, 
Qəzəbdən az qaldı atılsın yerdən. 
Yazığın qanını tökmək istədi… 
Sonra o, qəlbində düşünüb dedi: 
Öz yetirməsinə mərd olan qıymaz. 
Soyuqqanlı olmaq yaxşıdır bir az. 
Əlinlə ucalıb əgər bir insan, 
Onu məhv etməyin sayılar nöqsan. 
Görməsəydim əgər mərifət, hünər, 
Ona tapşırmazdım mən böyük işlər. 
Bəlkə bu sözləri uydurur düşmən, 
Hər işin məğzini bilməliyəm mən. 
Sirri ürəyində saxladı pünhan, 
Saldı bu hikməti yadına soltan: 
Könül bir zindandır saxlar gizlin raz, 
Lakin sirr açılsa zəncir saxlamaz. 
Şah təzə vəziri sınadı bir də, 
Şübhəli hal gördü təzə vəzirdə. 
Bir gün ay çöhrəli kənizin biri 
İncə gülüşdərlə süzdü vəziri. 
Sevənlər eşqini anlatmaz sözlə, 
Ürək sözlərini deyər qaş-gözlə. 
İstəsən ki, qədrin daim ucalsın, 
 
27
Qoyma ayüzlülər qəlbini çalsın. 
Sevgidən həzər et, ziyan görərsən! 
Eşqin axırını yaman görərsən! 
Necə sakit sular axmaqdan doymaz, 
Göz də gözəl görsə baxmaqdan doymaz. 
Daha yer qalmadı şübhəyə bir an. 
Qəzəb atəşilə odlandı soltan, 
Yenə də bu işdə gözləyib tədbir, 
Coşmadı, ahəstə söylədi: vəzir! 
Mən səni ağıllı bir adam sandım, 
Ölkəni tapşırdım sənə, inandım. 
Sanırdım ki, vardır dəyanət səndə, 
İndi mən görürəm xəyanət səndə. 
Sənə layiq deyil belə ucalmaq, 
Neyləyim ki, xəta məndədir ancaq. 
Olmasaydım əgər sənə arxayın, 
Mənim ailəmə çıxmazdın xain. 
Vəzir şaha dedi: böyük hökmdar! 
Mənim öz qəlbimə etibarım var. 
Fitnəkar adamlar qursa min fitnə, 
Qorxum yoxdur,əsər eyləməz mənə. 
Madam ki, özümə şübhəm yoxdur, mən 
Çəkinib qorxmaram heç bir kimsədən. 
Ona məsələni anlatdı soltan. 
Söylədi: bəlkə də uydurur düşman. 
Köhnə vəzir belə deyir barəndə, 
İndi öz fikrini aç. Söylə sən də. 
Vəzir barmağını dişləyib güldü. 
Yağının işini anlayıb bildi. 
Dedi: ondan mənə gəlir hər bəla, 
Nə desə təəccüb etmərəm əsla. 
Mən onun yerinə olmuşam vəzir, 
Odur ki, paxıllıq qəlbini əzir. 
Artıb yüksəlincə mövqeyim mənim 


 
28 
O zamandan oldu qatı düşmənim. 
Mərhəmət edəndən hökmdar mənə, 
Bir yağı kəsildi o qəddar mənə. 
Görsə mənə hörmət bəsləyir soltan, 
Ardımca gəzəcək daima düşman. 
Hörmətin gətirsə hər kimə zillət, 
Gözləmə sən ondan əsla məhəbbət. 
Hansı kitabdasa mən oxumuşam
Kim isə yuxuda görür bir axşam: 
İblis gözəllikdə huriyə bənzər. 
Üzü gün kimidir, boyu sənubər. 
İblisə heyrətlə söyləyir ki, sən 
Məncə mələklərdən daha gözəlsən. 
Sənin ki, ay kimi gözəlliyin var, 
Nədən çirkin deyir sənə insanlar? 
Şahın eyvanında sənin surətin 
Çəkilib olduqca yöndəmsiz, çirkin. 
Şəklin hamamlarda olur eybəcər, 
Kimsə surətinə salmayır nəzər. 
Elə ki bu sözü iblis dinləyir. 
Yanıqlı ah çəkib bədxah inləyir. 
Deyir: mənim şəklim o deyil, ancaq 
Düşmən əlindədir qələm, budur bax! 
Eybəcər göstərir şəklimi düşmən, 
Çıünki qovdurmuşam onu cənnətdən. 
Ey soltan adım pak, qəlbimdir təmiz
Mənə ləkə vurmaq deyil səbəbsiz. 
Yerini tutduğum vəzirdən gərək  
Mən qaçım bir ağac, o qurur kələk. 
Lakin mən qorxmuram qəzəbindən, şah, 
Çünki yoxdu məndə əsla bir günah. 
Malı əskik satan darğadan qorxar, 
Düz olan adama kim qara yaxar? 
Düz yazır əlimdə hər sözü qələm, 
 
29
Yüz böhtançı olsa mənimçin nə qəm. 
Eşidib bu sözü şah qəzəbləndi, 
Elə bil göylərə qalxıb o endi. 
Dedi: təqsirini yuma dilinlə, 
Sözün pərdəsində gizlənməz hiylə. 
Düşmənin deməyib bu qüsurunu, 
Özüm gözlərimlə görmüşəm bunu. 
Mən fikir vermişəm sənə əzəldən
Gözünü çəkmirsən iki gözəldən. 
Kişi gülüb dedi: doğrudur bu söz. 
İnsan həqiqətə yuma bilməz göz. 
,mrün uzun olsun sənin, hökmdar. 
Lakin bu işdə bir incə nüktə var. 
Yaxşı bilirsən ki, aydındır bu iş, 
Baxar qüdrətliyə həsrətlə dərviş. 
Keflə, əyləncəylə keçib zamanım. 
Getdi artıq mənim gənclik dövranım, 
Zövq alıb bunların gözəlliyindən, 
Gənclik zamanımı düşünürəm mən. 
Bir zaman gül kim yanağım vardı, 
Şəffaf biddur kimi tənim parlardı. 
İndi ağ kəfənə layiqəm ancaq, 
Belim bükülübdür, saçım qardan ağ. 
Bir zamanlar idi saçlarım qara, 
Kürəyim sığmırdı mənim paltara. 
Düşüb ağzımdakı səf-səf mirvari, 
Ağzım xatırladır uçuq divarı. 
Anıb keçən ömrü indi riqqətlə, 
Baxıram gənclərə böyük həsrətlə. 
Keçdi o günlərim toyda, düyündə, 
Ötüb keçəcəkdir şəksiz bu gün də. 
O hikmət sahibi saçınca gövhər, 
Şaha təsir etdi dediyi sözlər. 
Şah dedi: olsa da məndə çox qüdrət, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə