Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

 
78 
Sönməz eşq yanğısı axıtsan Nili. 
Torpaqdan yaranmış incə bir sənəm, 
Alır aramını, verir qüssə, qəm. 
Oyaqlıqda salır fitnələr xalı, 
Yuxuda incidir səni xəyalı. 
Hörmətlə öpürsən ayaqlarından, 
Yarsız heç görünər gözündə cahan. 
Sevgilin edəndə qızıldan həzər, 
Sənin nəzərində torpaq olar zər. 
Canansız qəlbini sənin heç bir kəs 
Oxşayıb bir an da ovuda bilməz. 
Gözündür mənzili sevimli yarın, 
Göz yumsan, qəlbində olur dildarın. 
Aşiqsən, qorxmazsan rüsva olmaqdan, 
Cananın yolunda fəda olmaqdan. 
Canını verərsən istəsə canan, 
Çəksə qılıncını, keçərsən başdan, 
Eşqin binası ki, belə havadır, 
Fitnələr saçandır,fərmanrəvadır. 
Həqiqi aşiqlər eşqin bəhrində, 
Tufanlar qopsa da, üzər dərində. 
Aşiqi məst edir eşqin naləsi
Aşiqçin bir heçdir aləmin səsi. 
Canan olan yerdə nəyə lazım can, 
Cananla xoş olur aşiqə cahan. 
Təbiblər acizdir eşq əlacından, 
Aşiqin dərdinə tapılmaz dərman. 
Aşiq həqiqətə, haqqa tez qoşar, 
Eşqin şərabilə məst olub yaşar. 
Əzəldən, Ələstdən bir səs yüksəlir, 
Eşqin fəryadıdır hər zaman gəlir. 
Aşiqə tənhalıq olur daim xoş, 
Ayağı torpaqdır, ürəyi atəş. 
Aşiq nərə çəksə, yerdən qopar dağ, 
 
79
Naləsindən olar şəhərlər torpaq. 
Aşiq gah daş kimi eyləyir sükut
Gah dönür küləyə, gah olur bulud. 
Səhərlər yaş axır onun gözündən, 
Sanki sellər axır gedir üzündən. 
Eşq yolunda çapır gecə atını, 
Məhəbbətdən alır qol-qanadını. 
Sevənicəzb edir sevdiyi nigar, 
Oxşamaz qəlbinibaşqa bir dildar. 
Gecəsi gündüzdür, gündüzü gecə, 
Məhəbbət odunu sanır əyləncə. 
Aşiqlər unudur iki dünyanı, 
Aşiqin sevdiyi canandır canı. 
 
 PALTARI YANAN GÖZƏL 
 
Məclisdə rəqs edir incə bir dilbər
Ona məftun olur bütün könüllər. 
Donunun ətəyi birdən odlanır, 
Onu sevənlərin qəlbi tək yanır. 
Canan kədərlənir, olur pərişan, 
Onun bu halını görüb dostlardan 
Biri söyləyir ki, paltarınçın sən, 
Neçin dərdə düşüb kədərlənirsən. 
Sənin bir ətəyin yanıbsa mənim 
Od tutub yanıbdır bütün xərmənim. 
Sevənlər bir candır iki bədəndə, 
Yar yolunda yarın varı gedəndə, 
Özünü düşünüb çəkməz qəm, kədər. 
Eşqini düşünər sevimli dilbər. 
 
 HƏQİQİ AŞİQ 
 
Xatirimdədir ki, bir cavan oğlan 


 
80 
Səhraya qaçmışdı halı pərişan. 
Hicrindən atası düşmüşdü dərdə, 
Yuxusuz qalırdı il gecələr də. 
Etdilər oğlana dostlar məzəmmət, 
Dedi: eyləməyin siz mənə töhmət. 
Yar çağırdı, oldu məskənim səhra, 
Olmaram heç kəsə daha aşina. 
Həqqin cəmalını görəndən bəri 
Bir xəyal sanıram bütün göyləri. 
Pərişan aşiqçinbir olur fələk, 
Ya div bil aşiqi, ya dilbər mələk. 
Sevənlər eşqdə olur pəri tək, 
Lakin vəhşi kimi həyat sürür tək. 
Olur əli gödək, qolu qüvvətli, 
Özü sərxoş olur, sözü hikmətli. 
Bəzən bir guşədə tənha dolanır, 
Bəzən bir məclisdə odlanıb yanır. 
Nə qorxur kimsədən, nə sevda bilir, 
Həyat aləmini o röya bilir. 
Olur ağlı-huşu çox pərakəndə, 
Dinləmir nəsihət, töhmət edəndə. 
Ördəklər batarmı dəryada məgər? 
Yananda qorxarmı oddan səməndər? 
Aşiqdə çox olur səbr, hövsələ, 
Gəzir səhraları o, mətanətlə. 
Yayınır hər zaman xalqın gözündən, 
Danışmaq istəmir əsla özündən. 
Meyvəli bir bağdır gətirir çox bar, 
Həyat aləmində deyil günahkar. 
Aşiqdir sədəfdə pünhan mirvarı, 
Coşmayır dərya tək gur dalğaları. 
Xoşbəxtsən, qaçma, ol aşiqə həmdəm, 
Aşiq div cildində deyildir adəm. 
İnsanlıq deyildir sümüklə, ətlə, 
 
81
İnsan gözəl olmaz gözəl surətlə. 
Aşiq bir soltandır çox qüdrəti var,  
Olmaz hər kənizə, qula xiridar. 
Şehin hər damlası olsaydı gövhər,  
İncidə, gövhərdə olmazdı dəyər. 
Aşiqçin ən uca dağlar pəst olur, 
Bir damla şərabla aşiq məst olur. 
Qorxmaz eşq yolunda kəskin qılıncdan, 
Aşiq haqdan dönüb qaçmaz bircə an. 
 
 
 SUSUZLUQDAN ÖLƏN 
 
Biri susuzluqdan can verən zaman 
Deyirdi xoşbəxtdir suda boğulan. 
Bir yolçu soruşdu: fərq varmı bunda, 
Ya quruda ölsün adam, ya suda? 
Can verən dedi ki, məqsəd başqadır, 
Mənim susuzluğum ancaq eşqədir. 
Aşiq ol, cananın ətəyindən tut. 
Canını qurban ver, aləmi unut. 
O zaman alarsan sən gözəl cənnət– 
Məhəbbət yolunda çəksən əziyyət. 
Kəndli tum səpəndə çəkir çox zillət
Xərmən zamanında alır bol nemət. 
 
 GƏLİNİN ŞİKAYƏTİ 
 
Qocaya şikayət edib növcavan 
Gəlin, dedi: ərim deyil mehriban. 
Keçir bu oğlanla həyatım acı, 
Keçir hər dəqiqəm, saatım acı. 
Bu mənzildə vardır çoxlu yaşayan. 
Heç biri mənim tək deyil pərişan. 


 
82 
Elə mehribandır arvadla əri, 
İki canda vardır bir ürəkləri. 
Ərim bir dəfə də üzümə gülməz, 
Halımı soruşub, dərdimi bilməz. 
Dünya görmüş qoca bunu eşitdi, 
Əvvəlcə bir anlıq xəyala getdi. 
Sonra söylədi ki, ər olsa göyçək
Ay qızım, sən onun cəfasını çək. 
Madamki tapmazsan elə bir gözəl, 
Gərək üzməyəsən o gözəldən əl. 
Qəlbini oxşayan canandan qaçma, 
Sənə həyat verən insandan qaçma. 
 
 MƏRVLİ TƏBİB 
 
Vardı pəri üzlü bir təbib Mərvdə, 
Qaməti, duruşu olmazdı sərvdə. 
Eşqin xəstəsinə qaragöz dilbər 
Baxıb əhvalından tutmazdı xəbər. 
Hekayət eyləyir dərdli bir qərib: 
«Cəzb etdi bir zaman məni bu təbib. 
Deyirdim: məbada ki, mən sağalım 
Onu görmək üçün qoy xəstə qalım. 
Çatmaz eşqə ağlın gücü, qüdrəti, 
Məhəbbət yaşadır əbədiyyəti. 
 
 MƏCNUNUN SÖZLƏRİ 
 
Bir nəfər Məcnuna dedi: neçin sən 
Leylinin kuyuna daha gəlmirsən? 
Sənə yad kimidir nazənin Leylin. 
Yoxsa sevgilinə qalmayıb meylin? 
Bu södən ağlayıb Məcnun inlədi: 
Ey xacə, yaxamdan əl götür, dedi. 
 
83
Yaralı könlümü çəkiblər dara, 
Yaramın üstündən gəl vurma yara. 
Sanma ki. uzaqlıq səbrdən olur, 
Elə uzaqlıq var cəbrdən olur. 
Dedi müsahibi: ey vəfalı yar, 
Leyliyə bəlkə bir sifarişin var? 
Məcnun söylədi ki, dostolan yerdə, 
Gəl mənim adımı sən çəkmə bir də. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə