Microsoft Word Sadi Bustan doc


İ K İ N C İ     F Ə S İ L



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

 
60 
İ K İ N C İ     F Ə S İ L 
 
SƏXAVƏT HAQQINDA 
 
COMƏRD İNSAN HEKAYƏSİ 
 
Bir comərd qocaya dedi bir nəfər: 
Əngələ düşmüşəm, yamandır işlər. 
On dirhəm borc aldım bir əclafdan mən, 
İndi ağlım çaşıb tənələrindən. 
Gecələr halımı edib pərişan, 
İzləyir gündüzlər məni hər zaman. 
Tikanlı sözlərdən yaradır könlüm, 
Od vurulmuş kimi paradır könlüm. 
Elə bil anadan o doğulan dəm, 
Tanrı vermiş ona yalnız on dirhəm. 
İnsanlıq dərsindən bir hərf də bilmir, 
Sanki pul görməsə gözləri gülmür. 
Günəş dağ başından hələ çıxmadan 
Hər gün qapımızı döyür o nadan. 
Bu daşürəklinin əlindən, görən, 
Tapılarmı məni xilas eyləyən? 
Bu sözdən köyrəldi qəlbi olduqca, 
Verdi on dirhəmi xeyirxah qoca. 
Fırıldaqçı alıb qızılı həmən 
İtdi qızıl kimi bir anda gözdən. 
Qocaya bir nəfər dedi: bilirsən 
O kimdir? Çıxarıb qızıl verirsən. 
Elə kələkbazdır, fırıldaqçıdır, 
Ölsə, ağlamasan ona yaxşıdır. 
Elə hiyləgərdir görsə şiri-nər
Min kələklə qoyar üstünə yəhər. 
Əbu-Zeydə kələk gələr şahmatla, 
Aldadar bir anda vəziri atla. 
 
61
Qoca qəzəblənib ona dedi sus! 
Dinməsən yaxşıdır sən, ey uğursuz. 
Heç insaf deyil ki, dərdli bir insan, 
Sənə boyun əysin, boş qaytarasan. 
Əgər düz idisə dediyi sözlər, 
Qoymadım abırı tökülsün hədər. 
Əgər kələk gəlib mənə o nadan, 
Yenə tutduğumdan deyiləm peşman. 
Hiylə ilə məndən o qızıl alıb, 
Çox şükür üzümdə abırım qalıb. 
Yaxşıya, yamana payla simü zər, 
Sənə xeyir verər, şərri rədd edər. 
Ağıllı insanla edəndə söhbət
Çalış öyrənəsən yaxşı nəsihət. 
Əgər dərin ağlın. Huşun varsa, sən 
Sədinin sözünə qiymət verərsən. 
O çox vaxt danışır belə hallardan, 
Bəhs etmir qaş-gözdən, qara xallardan. 
 
 SƏXAVƏTLİ OĞUL 
 
Tərk edib dünyanı getdi bir nəfər, 
Oğluna irs qaldı yüz min dinar zər. 
Etməyib sandıqda qızılı pünhan, 
Geniş bir ürəklə xərclədi oğlan. 
Qızıl toplamağa etmədi maraq, 
Gəlirdi evinə yoxsullar qonaq. 
Süfrəsində olur çox qohum, çox yad. 
Hamının qəlbini eyləyirdi şad. 
Biri tənə ilə söylədi ona: 
Külək tək sovurma pulu hər yana. 
Bir ildə düzəlir böyük bir xərmən
Ona bircə anda od vurarsan sən. 
Hər zaman əlində qalmaz bu nemət, 


 
62 
Vardır çox hikmətli doğru hekayət. 
Bir zahid oğluna söyləyib: oğlum, 
Comərd ol səfərdə, qurbanın olum. 
Əlin açıq olsun, səxavət göstər, 
Xərclə, sən hər yerdə kəramət göstər. 
Uzağı görəndi ağıllı oğlan, 
Hörmətlə zahidə deyib: ata can, 
Cibini saxlasan əlin boş qalmaz. 
Qənaət eyləsən varın azalmaz. 
Qızına söyləyib kəndli bir qadın; 
Çalış qara günçün məhsulun qalsın. 
Kuzən boş olmasın gərək heç zaman, 
Həmişə su axmaz kəndin arxından. 
Şirin pəncəsini zərlə əzərsən. 
Olar o dünyanı almaq zər versən. 
Bir anda dostların xərcləyəndə zər, 
Dəyər düşmənlərdən sənə çox zərər. 
Varın olsa, dostlar qapını açar, 
Olmasa, yar-yoldaş yanından qaçar. 
Əlin boş olanda yüz qat əyilsən, 
Yenə də heç kəsə gərək deyilsən. 
Zər olsa cini də tora salarsan. 
Divi kor eyləyib, satın alarsan. 
Zərlə sevər səni bütün gözəllər, 
Zərsiz qaçıb səndən kənar gəzərlər. 
Əliboş ümidin tez çıxar boşa, 
Zərlə döndərərsən ağ divi daşa. 
Varını ovcuna qoysan bir anda, 
Çətinlik çəkərsən cib boşalanda. 
Yoxsullar səyinlə varlanmaz, ancaq 
Düşüb yoxsulluğa qalarsan çılpaq. 
Bu sözlər oğlanı yandırdı, yaxdı, 
Başında elə bil ildırım çaxdı. 
Dedi: gəl eyləmə mənə nəsihət, 
 
63
Babamdan atama qaldı bu sərvət. 
Atam da, babam da getdi həsrətlə, 
Qaldım yerlərində mən bu sərvətlə. 
Mən getsəm, oğluma çatacaq malım, 
Xəsislik eyləyib neçin alçalım. 
Verirəm xalqıma bu gün neməti, 
Xəsis gizlətməsin sabah sərvəti. 
Yaxşı ye, yaxşı gey, yaxşı bağışla, 
Səni qarşılasın hamı alqışla. 
Ağıllı həm yeyər. Həm verər yada
Həsrətlə can verər xəsis dünyada. 
 
 SƏXAVƏTLİ YOXSUL  
 
Biri xərcləyəndi, sərvəti yoxdu. 
Kərəm sahibiydi, qüdrəti yoxdu. 
Gərək səxavətli çəkməsin zillət, 
Olmasın alçağın əlində sərvət. 
Lakin mərd olanlar çatmır murada. 
Yüksəlmir, alçalır daim dünyada. 
Uca dağ başında sel tutmaz qərar, 
Aşır qayalardan tökülür sular. 
Odur ki bu comərd kərəm sahibi 
Olmamışdı dinar, dirhəm sahibi.  
Çətinliyə düşüb, çəkib dərdi-sər. 
Məktub göndərmişdi ona bir nəfər. 
Məktubda yazırdı: ey comərd insan, 
Pulçun olmuş yerim qaranlıq zindan. 
Alicənab adam məktubu alır, 
Bir az fikrə gedir, qanı qaralır. 
Görür əli boşdur, çəkir qəm, kədər. 
Dustağı tutana göndərir xəbər: 
Tutduğun dustağı zindandan burax, 
Mən zamin olaram düşməsin qaçaq. 


 
64 
Sonra tez o durub gəlir zindana, 
Deyir: bu şəhərdən qaç get bir yana. 
Əgər sərçə görsə açıqdır qəfəs, 
Tez uçar,fürsəti əlindən verməz. 
Dustaq külək kimi qaçır bir anda, 
Çatmayır tozuna onun tufan da. 
Kərəm sahibini tutub deyirlər: 
Onu sən bu saat tapmasan əgər 
Pulu verməlisən, heç görən olmuş 
Qayıtsın qəfəsdən uçub qaçan quş? 
Qaçan tapılmayır, bu comərd insan 
Tutulub zindanda qalır bir zaman. 
Olur gecə-gündüz həyatı bərbad, 
Nə şikayət edir, nə də ki fəryad. 
Bir ağıllı onu görüb deyir: sən 
Neçin tutulmusan? Oğru deyilsən. 
O deyir: əyrilik bilmərəm əsla. 
Bir yazıq insançın çəkirəm bəla. 
Kömək edib zamin dayandım ona, 
Düşdüm əvəzində qara zindana. 
O kərəm sahibi ölürsə, ancaq 
Onun yaxşı adı daim qalacaq. 
Əgər sağ insanın ölübsə qəlbi, 
Yaşayır o canlı bir məzar kimi. 
Qəlbi diri olsun insanın gərək, 
Can nəyə lazımdır olmasa ürək. 
 
 ASLAN VƏ ÇOLAQ TÜLKÜ  
 
Biri çolaq tülkü görüb çəməndə, 
Dedi: yoxmu, tanrı, ədalət səndə! 
Bunun nə əli var, nə də ayağı. 
Dolana bilməyir çəməni, dağı. 
Görəsən bəs yazıq burda nə yeyir? 
 
65
Bu an nərə çəkib yetişdi bir şir. 
Bir çaqqal ovlayıb gəlmişdi aslan, 
Onun qabağından qalan bu ovdan 
Tülkü də doyunca yeyərək yatdı. 
Çolaq tülkünün də ruzusu çatdı. 
Kişi fikirləşdi: haqq verir ruzi; 
Odur dolandıran dünyada bizi. 
Bir qarışqa kimi girərəm küncə, 
Fil də ruzi yemir qüvvətlə məncə. 
Evdə boş oturub buraxdı işi, 
Ruzini tanrıdan gözlədi kişi. 
Otaqda oturub saydı günləri, 
Axırda bir sümük oldu, bir dəri. 
Onda zəiflikdən qalmadı nəfəs, 
Mehrabın ardından yüksəldi bir səs: 
Nə çıxar çolaq bir tülkü olmaqdan! 
Çalış ol qüvvətli igid bir aslan. 
Yemə tülkü kimi sürdən-sümükdən. 
Güclü aslan kimi get ov gətir sən. 
Kimdə aslan kimi olarsa qüvvət, 
Çəkməz tülkü kimi heç kəsdən minnət. 
Qabaqdan qalana dikmə gözünü, 
Qazan, comərd göstər daim özünü. 
Qoy səni doydursun çəkdiyin əmək, 
Sənə öz hünərin eyləsin kömək. 
Yadın çörəyini yeyər müxənnət
Kişini saxlayar çəkdiyi zəhmət. 
Demə başqasına yapış əlimdən, 
Ey gənc. Zəiflərin sən tut əlindən. 
Hər kəsdən amanlıq görsə yer üzü, 
Tanrı verər ona həmişə ruzi. 
Səxavətli şəxsin olar kamalı, 
Xəsis başı boşdur, çoxsa da malı. 
Yaxşılıqla salsan gücsüzü yada, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə