Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

 
66 
Yaxşılıq görərsən sən də dünyada. 
 
 HATƏMİN SƏXAVƏTİ 
 
Deyirlər ki, Hatəm ilxı saxlarmış, 
Onun yel yerişli bir atı varmış. 
Qaçışda ildırım,yerişdə yorğa, 
Çatmazmış tozuna tufan, qasırğa. 
Çöllərə şeh səpəronun qaçışı, 
Elə bil yağarmış neysan yağışı. 
Keçib dərələrdən coşqun sel kimi
Düzlərdən ötərmiş güclü yel kimi. 
Hatəmin vəsfində eldən-obadan, 
Rumda rəvayətlər eşidir soltan. 
Deyirlər səxavət əkizdir ona. 
Bir atı vardır ki, gəlsə cövlana, 
Suda gəmiləri buraxar dalda. 
Göydə uçuşana çatmaz qartal da. 
Şah dedi: hər sözə sübut lazımdır. 
Sübut olmayanda sükut lazımdır. 
Hatəmdən atını istəyərəm mən. 
Versə bilərəm ki, səxavətindən 
Gedən söhbətlərin hamısıdüzdür; 
Hatəmin kərəmi bir deyil, yüzdür. 
Verməsə, bilərəm boş təbildir bu. 
Çalınır, ətrafa salır gurultu. 
Bir alim kişini eyləyib rəhbər, 
Ona yoldaş etdi soltan on nəfər. 
Susuz səhralardan gözü dumanlı, 
Əzablı yol keçib ürəyi qanlı 
Zindərudə çatan susuzlar kimi 
Gələrək tapdılar məşhur Hatəmi. 
Hatəm bir at kəsib ziyafət verdi
Gələn qonaqlara çox sərvət verdi. 
 
67
Gecəni keçirib elçilər, səhər 
Şahın istəyini ona dedilər. 
Hatəm sərxoş kimi oldu pərişan, 
Gözündən od çıxdı, başından duman. 
Söylədi: ey adlı-sanlı kişilər! 
Dünən bunu demək olmazdı məgər? 
O külək yerişli atı kəsib mən 
Kabab bişirmişəm sizinçin dünən. 
Yağan yağışlardan, çağlayan seldən 
Mal gətirmək mümkün olmadı çöldən. 
Qapımda yox idi inəyim, kəlim, 
Yalnız ata çatdı, qonaqlar əlim. 
Rəva bilmədim ki, qonağım gəlsin, 
Ac yatıb, səhər ac yola düzəlsin. 
Ellərin içində adım-sanım var. 
Atsız da dünyada dolanmaq olar. 
Gələn qonaqlara Hatəm zər verdi, 
Yaxşılıq eyləyib hörmət göstərdi. 
Elçilər Hatəmi çox comərd sandı. 
Ona vida edib, Ruma yollandı. 
Danışdı Hatəmin səxavətindən, 
Rum soltanı ona söylədi əhsən. 
 
YƏMƏN HAKİMİ İLƏ HATƏMİN 
 DASTANI 
 
Bilmirəm danışıb bu dastanı kim. 
Yəmən ölkəsində varmış bir hakim. 
Səxavət sahibi, sərvət sahibi, 
Oldüqca əlaçıq, hörmət sahibi. 
Xalq ona deyirdi bulud kərəmi, 
Yağış tək səpirdi zəri, dirhəmi. 
Yanında çəkilsə Hatəmin adı, 
Elə bil sınırdı qolu-qanadı. 


 
68 
Deyirdi: Hatəmdən danışmayın çox, 
Onun mənim kimi mülkü, malı yox. 
Bir dəfə bu soltan qurur ziyafət, 
Sazlar dilə gəlir, başlanır işrət. 
Bir nəfər söhbəti açır Hatəmdən, 
Danışır ondakı lütfü kərəmdən. 
Paxıllıq hakimə göstərir əsər, 
Çağırır bir adlı-sanlı dilavər. 
Deyir: yaşadıqca Hatəm ellərdə, 
Adım yaxşılıqla gəlməz dillərdə. 
Heç bir kəs, heç yerdə danışmaz məndən. 
Get onun başını ayır bədəndən. 
Hatəmi məhv etsin deyə pəhləvan 
Silaha qurşanıb çıxır saraydan. 
Çox gəzir, rast gəlir gözəl bir gəncə. 
Yatır ürəyinə onu görüncə. 
Bilikli, xoşsifət, şirindil cavan 
Gecə pəhləvanı saxlayır mehman. 
Səxavət göstərir, edir çox hörmət
Oyadır qəlbində sonsuz məhəbbət. 
Öpür ayağından, əlindən səhər. 
Deyir: burda qalsan bəxtin gülümsər. 
Pəhləvan söyləyir: vacib işim var, 
Tapşırıq veribdir mənə hökmdar. 
Cavan deyir: mənə söyləsən əgər, 
O işi görərik bu gün bərabər. 
Pəhləvan söyləyir: şübhəsiz ki, sən 
Bu sirri kimsəyə açıb deməzsən. 
Yəqin tanıyırsan məşhur Hatəmi. 
Tutub bu elləri onun kərəmi. 
Hökmdar göndərib məni Yəməndən, 
Başını ayırım onun bədəndən. 
Lütf elə, Hatəmi gəl mənə göstər. 
Düşməni amansız düşmənə göstər. 
 
69
Cavan gülüb deyir: mənəm o Hatəm. 
Bu qılınc, bu da sən, gəl öldür bu dəm. 
Gündüz başlanmamış sən işə başla. 
Durmuşam qarşında mən canla-başla, 
Pəhləvan bu sözü eşidən kimi, 
 Titrəyir nanə tək qəlbinin simi. 
Hatəmin önündə düşür torpağa
Deyir: canım olsun sənə sadağa. 
Atır qılıncını, atır kamanı, 
Deyir: sənin kimi gözəl cavanı 
Gül qədər incitsəm, çox pis arvadam. 
İgidlər içində mərdliyə yadam. 
Hatəmlə öpüşüb yola düzəlir, 
At çapıb pəhləvan Yəmənə gəlir. 
Baxıb simasından anlayır soltan, 
Səfərdən əliboş gəlib pəhləvan. 
Şah deyir: işindən mənə ver xəbər, 
De, neçin göstərə bilmədin hünər? 
Hansı igid sənə eyləyib həmlə, 
Döyüşdə taqətsiz düşmüsən belə. 
Pəhləvan torpağı öpür şörmətlə, 
Deyir çox təmkinlə, çox sədaqətlə: 
Hatəmdə mən gördüm elə xoş sifət, 
O qədər səxavət, elə mərifət, 
Onun mərdliyinə qəlbən inandım, 
Etdiyi hörmətdən elə utandım. 
Məniqılınc kimi kəsdi ehsanı, 
Kim qıyıb öldürər elə insanı? 
Pəhləvana qızıl verir hökmran, 
Söyləyir: hələlik bu qoca dövran 
İkinci Hatəmi yetirməyibdir, 
Ellər barəsində çox düz deyibdir: 
Hatəm səxavətlə yaranıb əkiz, 
Onun kərəmidir sonsuz bir dəniz. 


 
70 
 
 XƏSİS VƏ OĞLU 
 
Bir nəfər çox xəsis pul yığan vardı. 
Yeməzdi, içməzdi, qızıl yığardı. 
Nə dost-aşnaya xəbər verərdi, 
Nə də özü yeyib xoş gün görərdi. 
Qızılı, gümüşü yığıb hər gecə 
Küpdə basdırardı yerə gizlincə. 
Pusquda dayanır oğlu bir kərə, 
Baxır qızılları qoyduğu yerə. 
Torpaqda çıxarıb sovurur yelə, 
Yerinə daş qoyur çox məharətlə. 
Oğlan xəzinəni yeyir müxtəsər, 
Qalmayır qızıldan, gümüşdən əsər. 
Oğlanda bax belə bədxərclik vardı, 
Tez-tez papağını rehin qoyardı. 
Ata pul yığandı, oğul xərcləyən. 
Ata ac qalandı, övladı yeyən. 
Gecəni yatmayıb ata inləyir. 
Səhər oğlu gülüb ona söyləyir: 
Yeməyə, içməyə sərf olunar zər. 
İstər qızıl saxla,daş saxla istər. 
Qızılı insanlar çıxarır daşdan. 
Yesin, gizlətməsin yardan-yoldaşdan. 
Dünya görmüşlərin əllərində zər 
Bir parça dəyərsiz kəsəyə bənzər. 
Etsən ailənlə sən yaman rəftar, 
Sənin ölümünü istəyər onlar. 
Damdan da yıxılıb əzilsən əgər, 
Çəkməz sənin üçün ailən kədər. 
Hər xəsis varlı ki qızıl yığandır, 
Xəzinə üstündə yatan ilandır. 
Başında olmasa xəsisin ilan, 
 
71
Yığdığı illərcə qalmazdı, inan. 
Əcəlin qılıncı ilanı kəsər, 
Özgəyə yetişər o xəzinələr. 
Yığma qarışqa tək, dünyada kef çək
Qəbr içində səni qurdlar yeyəcək. 
Sədinin sözləri bir nəsihətdir, 
Onun hər kəlməsi dərin hikmətdir. 
Yazıq o şəxsə ki, sevmir nəsihət, 
Nəsihət sevənlər qazanar sərvət. 
 
 YAXŞILIĞIN SONU 
 
Bir gənc bir qocaya hörmət etmişdi, 
Kərəm göstərmişdi, xidmət etmişdi. 
Bir gün bədbəxtliyə düşdü bu cavan, 
Onu öldürməyə göndərdi soltan. 
Yığışıb hər yandan gəldi adamlar, 
Doldu başdan-başa küçələr. Damlar. 
Qoca gördü o gənc olubdur əsir. 
Başının üstünü cəlladlar kəsir. 
Alicənab şəxsə ürəyi yandı, 
Çünki ona hörmət edən cavandı. 
Şivən qopardı ki, heyf, öldü soltan
Qaldı hökumətsiz, hakimsiz cahan. 
Qılınc çəkmiş türklər bunu eşitdi, 
Şahın ölümünə təəssüf etdi. 
Hamının göylərə qalxdı fəryadı, 
Vurub üz-gözünə onlar ağladı. 
Başlarında alov, dillərində ah, 
Gəldilər, gördülər səlamətdir şah. 
Aradan çıxartdı bu gənci tədbir. 
Ağıllı qocanı tutdular əsir. 
Qəzəblə şah dedi: söylə görüm sən 
Ölüm diləmisən mənimçin nədən? 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə