Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

 
84 
 SOLTAN MAHMUD VƏ AYAZ 
 
Qəznə soltanına dedi bir nəfər: 
Məncə Ayaz deyil o qədər dilbər. 
Gözəl ətri, rəngi yoxsa bir gülün, 
Yersiz sanılmazmı eşqi bülbülün? 
Mahmuda bu sözlər yaman toxundu, 
Gözlərində onun kədər oxundu. 
Dedi: cəzb etməyir qəddü qaməti, 
Xoş gəlir Ayazın mənə xisləti. 
Dərədə yıxıldı dəvə bir səhər, 
Sandıqdan töküldü yerə incilər. 
Sürətlə atını Mahmud səyritdi, 
Mirvari dağılan dərədən getdi. 
Nökərlər gördülər gedibdir Soltan, 
Hamı qaçdı yığsın mirvari, mərcan. 
Şahın arxasında Ayaz qaldı tək, 
Şah görüncə onu oldu sevincək. 
Dedi: sünbül saçlım, o incidən sən, 
Nə qədər toplayıb yığa bilmisən? 
Ayaz dedi: gəldim sənin dalınca, 
Mənə min gövhərdən dostluqdur uca. 
Nəyimə lazımdır mirvari, inci, 
Şahın xidmətidir könül sevinci. 
Çox yanlış olardı təriqət əhli, 
Haqdan üz döndərsin, haq bilsin cəhli. 
Dostdan gözləyirsən əgər sən nemət
Dostluq deyil, səni cəzb edir sərvət. 
Hər insan tamahçın açsa ağzını, 
Eşitməz qəlbilə qeybin razını, 
Həqiqət bəzəkli otağa bənzər, 
Tamahkarlıq toza, torpağa bənzər. 
Nə qədər də iti olsa gözləri, 
Görə bilməz insan tozanaq yeri. 
 
85
 


 
86 
 TƏMSİL 
 
Atəşböcəyinə dedilər ki: sən 
Neçin gündüz çıxıb işıq vermirsən? 
O, cavab verdi ki: dostlar, gündüz də 
Oluram hər zaman mən bağda, düzdə. 
Lakin günəş çıxır, parlayır göylər, 
Mənim varlığımdan görünmür əsər. 
 
 PƏRVANƏNİN EŞQİ 
 
Biri pərvanəyə söylədi ki, sən 
Halına münasib yar sevməlisən. 
Gəl salma özünü çətin yollara, 
Şamın eşqi hara, yazıq, sən hara. 
Səməndər deyilsən, atəşə girmə. 
İgidliyin yoxdur, döyüşə girmə. 
Günəş görsə qaçar yarasa, durmaz; 
Ağıllı özündən güclünü vurmaz. 
Ağıllı düşməni sevməz heç zaman. 
Dost olmaz düşmənlə ariflər, inan. 
Əgər canın yanıb gedirsə hədər, 
Kim deyər yaxşıdır tutduğun işlər? 
Şahdan qız istəsə əgər bir gəda, 
Döyülüb qovular, baş tutmaz sövda. 
Şahlar məclisini bəzəyən nigar 
Sənə vurularmı, olarmı dildar? 
Sanma ki, şam gəlib belə məclisə 
Uyar sənin kimi yazıq müflisə. 
Bütün məclisləri işıqlandırar, 
Zavallı, o səni odda yandırar. 
Yanıqlı pərvanə cavab verdi: mən 
Qorxmuram yanmaqdan, oddan, atəşdən. 
Qəlbimdə Xəlil tək bir atəşim var. 
 
87
Bu alov görünür gözümə gülzar. 
Sanma ətəyini çəkir cananın, 
Sevgisi ayrılmaz qəlbidir canın. 
Sanma öz rəyimlə girərəm oda
Eşqin zənciridir mənim boynumda. 
Sanma yalnız indi alovlanmışam. 
Oddan uzaqda da oda yanmışam. 
Sevgili aşiqə eyləyəndə naz, 
Aşiq zahidlərin sözünə uymaz. 
Dostun ayaqları altında ölsəm, 
Bunu eyib sanar hansı bir sərsəm? 
Cananın yolunda getsə də canım. 
Var olsun qoy mənim dilbər cananım. 
Əgər yanmağımdan xoşlanırsa yar, 
Qoy məni yandırıb kül etsin odlar. 
Demə ki, özünə bir həmdərd ara, 
Könül vurulmuşdur sevdiyim yara. 
Bu ona bənzər ki, əqrəb sancana 
Desinlər inləyib düşmə həycana. 
Hər kəsə nəsihət əsər eyləməz, 
Ona dil tökmək də əbəsdir, əbəs. 
Cilovu əlindən gedən yazığa, 
Demə asta yeri, batarsan zığa. 
Bu söz Sindbadda deyilib gerçək 
Ki, sevgi atəşdir, həvəs bir külək. 
Küləkdən atəşin qüvvəti artar, 
Pələngi vurarsan, hiddəti artar. 
Özgəyə yamanlıq eyləsən əgər, 
Axırda sən özün çəkərsən zərər. 
Çalış sən özündən gözəl yar axtar, 
Özün tək insanla sürmə ruzigar. 
Xudpəsənd yar tapar özünə bənzər, 
Xətərli yerlərdə sərxoşlar gəzər. 
Sevda yollarına düşdüyüm andan


 
88 
Əl çəkdim dünyada mən başdan, candan. 
Həqiqi aşiqsən sən, başından keç,  
Başından keçməyən aşiq deyil heç. 
İndi ki üstünü alacaq əcəl, 
Qoy səni öldürsün sevdiyin gözəl. 
Madamki dünyada ölür hər insan, 
Qoy səni öldürsün nazlı bir canan. 
Madam bir gün sənin çıxacaq canın, 
Ayağı altında çıxsın cananın. 
 
 
 ŞAM VƏ PƏRVANƏ 
 
Yuxu gözlərimdən çəkildi axşam, 
Eşitdim pərvanə dedi ki, ey şam, 
Mən aşiqəm, yansam əgər rəvadır, 
Sənin yanmağında nə məna vardır? 
Şam ona söylədi: ey havadarım! 
Əlimdən getmişdir sevimli yarım. 
Bal kimi o şirin yarım gedəndə 
Fərhad tək yanaram odlara mən də. 
Şamın sellər kimi daşqındı dərdi, 
Göz yaşı üzündən axıb gedərdi. 
Deyirdi: baxma ki, nur saçıram mən, 
Gör necə yaş axıb gedir gözümdən. 
Hünərin deyildir sənin məhəbbət
Səndə nə səbir var, nə də ki cürət. 
Sənin bir qanadın od tutur ancaq, 
Mən başdan-ayağa odlanmışam. Bax. 
Sən kiçik şölədən qaçırsan axşam, 
Mənsə dayanmışam, yanıram tamam. 
Gecə keçmişdi ki, bax, birdən-birə, 
Söndürdü şamı da bir pəriçöhrə. 
Şam başı tüstülü, kədəri daşqın, 
 
89
Deyirdi: bax, sonu belədir eşqin. 
Aşiqlik istəsən əgər sən, odlan! 
Məhv ol, eşq odunda axıradək yan. 
Aşiqin qəbrində ağlamaq boşdur, 
Şadlıq et ki, ölüm aşiqə xoşdur. 
Həqiqi aşiqsən olma mərəzsiz, 
Yaşa Sədi kimi kinsiz qərəzsiz. 
Başına od yağsa hər yandan əgər, 
Çəkinməz meydandan yenə igidlər. 
Çəkinsin, girməsin dənizə insan. 
Girdi, qorxutmasın gözünü tufan. 
 
 


 
90 
D Ö R D Ü N C Ü     F Ə S İ L 
 
TƏVAZÖ VƏ SADƏLİK HAQQINDA 
 
İNCİ 
 
Buluddan dənizə düşdü bir damla. 
Onu utandırdı sahilsiz dərya. 
Dedi: dərya olan yerdə nəyəm mən? 
Dəryanın yanında heç bir şeyəm mən! 
Damla kiçikliyi boynuna aldı; 
Bir sədəf damlanı qoynuna aldı. 
Gün gəldi bu damla bir inci oldu, 
Dilbər gözəllərin sevinci oldu. 
Sadəlik göstərib damla alçaldı; 
Odur ki axırda belə ucaldı. 
 
 YOXSUL FƏQİH 
 
Köhnə paltar geymiş fəqih deyirlər, 
Qazının evinə gəldi bir səhər. 
Keçdi yuxarıda əyləşdi…Qazı 
Onun bu halından oldu narazı. 
Müərrif yapışıb ətəklərindən, 
Danlayıb kişini ona dedi: sən 
Bilmirsən yuxarı deyildir yerin? 
Axı yoxdu sənin qiymətin. Qədrin. 
Ya keç aşağıya, ya çıx get burdan, 
Yeri rütbəsilə tutur hər insan. 
Mənim sözlərimə daha nə hacət, 
Yerini bilməyən çəkər xəcalət. 
Mövqeini bilib anlarsa hər kəs. 
Xar olub yüksəkdən aşağı enməz. 
Pəncən yoxdur sanma özünü aslan, 
 
91
Böyüklük hər kəsçin deyildir asan. 
Yoxsul arif gördü iş düşüb ləngə, 
Talei girişib onunla cəngə. 
Gözündən od çıxdı, başından tüstü, 
Aşağı tərəfə keçdi əlüstü. 
Məclisdə fəqihlər girişdi bəhsə
Gurultu qoparıb verdi səs-səsə. 
Fitnə qapısını açıb yer-yerdən, 
Qarışıqlıq düşdü araya birdən. 
Cəngi xoruz kimi hamı vuruşdu. 
Qışqırıb hiddətlə, qabardı, coşdu. 
Biri sərxoş kimi qəzəblənirdi, 
Biri göyə qalxıb yerə enirdi. 
İşə salmışdılar elə bir düyün. 
Onu həll eyləmək deyildi mümkün. 
Köhnə paltar yoxsul aşağı başdan, 
Şir kimi meydana atıldı bir an. 
Dedi: ey qanun və şəriət əhli! 
Davadan iş çıxmaz, buraxın cəhli. 
Dəlildə, sübutda olur güc qüvvət, 
Qanun olan yerdə iş görməz hiddət. 
Bilin ki, məndə də var topla çövkan, 
Dedilər: çıx danış, bu sən, bu meydan. 
Qabağa yeriyib arif təmkinlə,  
Danışıb qəlbləri aldı o, ələ. 
Oldu sübutları o qədər möhkəm
Bütün davalara çəkildi qələm. 
Hər yandan dedilər ona: afərin! 
Doğrudan da varmış böyük hünərin. 
Arif söz atını elə oynatdı, 
Qazı eşşək kimi palçığa batdı. 
Sarığı göndərdi ona hörmətlə, 
Mərhəmət göstərib, dedi şəfqətlə: 
Bağışla bilmədim mən hünərini, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə