Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə23/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 
134 
Hicazə yollandım keçib Yəməndən. 
Duydum acısını mən o yerlərin
Hələ indi olur təlx ağzım şirin. 
 
 
135
 NƏSİHƏT 
 
Çətinlik görməsə dünyada hər kəs 
Xoş keçən günlərin qədrini bilməz. 
Yoxsul qış günündə çəkir əziyyət, 
Varlını qışda da saxlayır sərvət. 
Xəstəlik çəkməsə əgər bir nəfər, 
Bilməz nələr çəkir dərddən xəstələr. 
Olsa hər insanın gücü, qüvvəti, 
Əlsiz-ayaqsıza olsun hörməti. 
Varlılar yoxsula şəfqət etsinlər, 
Gənclər qocalara xidmət etsinlər. 
Ceyhun sahilində yaşasa hər kəs 
Çağlayan suların qədrini bilməz. 
Günəşli çöllərdə susuz qalanlar 
Axar su qədrini dərk edib anlar. 
Dəclə sahilində olan ərəblər 
Tutmaz şorandakı susuzdan xəbər. 
Əgər qızdırmaya düşməsə insan 
Sağlamlıq qədrini bilməz heç zaman. 
Yatsan parğu kimi yataqda əgər, 
Sənə cansıxıcı olmaz gecələr. 
Bir xəstə görəndə gülməsin üzün, 
Xəstəyə gecələr görünər uzun. 
Təbil sədasından oyanan xacə, 
Bilməz gözətçilər nə çəkir gecə. 
  
 
 
 TOĞRUL VƏ KEŞİKÇİ 
 
Bir xəzan gecəsi Toğrul hökmran 
Görür ki, küçədə hindli pasiban 
Yağan yağışlardan,qardan titrəyir. 


 
136 
Ona rəhmi gəlib hökmran deyir: 
Al bu arxalığı, azacıq dayan, 
Kürkümü göndərim sənə mən bu an. 
Şah öz sarayına qayıdan kimi, 
Əsir yavaş-yavaş səhər nəsimi. 
Şahın sarayında bir kəniz varmış, 
Qəlbinə hakimmiş, bəxtinə yarmış. 
Toğrul elə uyur o pərizadə, 
Zavallı hindlini salmayır yadə. 
Toğrulun verdiyi kiçik paltarmış, 
Əyninə olmayır, hindliyə darmış. 
Bir yandan soyuğun bərk şiddətindən, 
Bir də intizarın əziyyətindən 
Hindli əldən düşür; sarayda Soltan, 
Qəflətlə kef çəkir yanında canan. 
Bir qadın Toğrula söyləyir səhər: 
Gecə ağuşunda yatdı bir dilbər, 
Daldın sübhə kimi eyşə-işrətə
Bilmədin yoxsullar düşüb zillətə. 
Bir karvan başçısı kef etsə əgər, 
Quma batanlardan tutmaz bir xəbər. 
Kapitan gəmidə yatsa asudə, 
Bilməz zavallılar boğulur suda. 
Gəl dalma yuxuya gecə karvanda, 
Dəvənin yüyəni qalıb sarvanda. 
Yolun dağ yoludur, qumsallıq, daşlıq, 
Geri qalanlara eylə yoldaşlıq. 
Dağ kimi dəvəyə minib gedirsən, 
Piyadələrdən də bir xəbər tut sən. 
Budur bax dünyada ən böyük bəla
Toxun acdan olmur xəbəri əsla. 
 
BİLİKLİ HƏKİM VƏ LOVĞA ŞAHZADƏ 
 
 
137
Bir şahzadə atdan yıxılıb yerə 
Zərb ilə dəymişdi boynu yəhərə. 
Fil kimi keçmişdi bədənə boynu. 
Bu hal əldən-dildən salmışdı onu. 
Həkimlər tapmırdı dərdinə dərman, 
Böyük bir filosof gəldi Yunandan. 
Çalışıb düzəltdi əyri damarı, 
Dərddən xilas etdi ağır bimarı. 
Tamam sağalınca cavan şahzadə, 
Qoca filosofu salmadı yadə. 
Bir gün həkim gəldi onun yanına. 
Şahzadə baxmadı xoş üzlə ona. 
Bu iş filosofa çox ağır gəldi, 
Sıxılıb kədərlə yola düzəldi. 
Söylədi: boynunu sağaltmışam mən, 
Çevirmişdir indi üzünü məndən. 
Həkim saraya bir toxum göndərdi, 
Udla yandırmağa tapşırıq verdi. 
Tumu alan kimi həmən şəhriyar  
Əmr etdi ud ilə bir yandırsınlar. 
Ucadan asqırdı şahzadə birdən, 
Yenə boynu çıxdı əvvəlki yerdən. 
Şahzadə həkimçün göndərdi xəbər
Yüyürüb heycanla gəldi elçilər. 
Gördülər həkimdən yoxdur bir nişan, 
Döndülər saraya onlar kor-peşman. 
 
 
 
 
 


 
138 
D O Q Q U Z U N C U     F Ə S İ L 
 
QOCALIQ VƏ TÖVBƏ HAQQINDA 
 
QOCANIN DEDİKLƏRİ 
 
Gənclik zamanında yığışıb gecə 
Dostlarla qurmuşduq şən bir əyləncə. 
Gül kimi təzəydik, bülbül kimi şən, 
Gözəl nəğməmizlə dolmuşdu gülşən. 
Fələgin cövründən saçları düm ağ 
Bir qoca durmuşdu məclisdən uzaq. 
Biz püstə kimiydik dodağı xəndan, 
O bir fındıq kimi sakitdi hər an. 
Bir gənc gedib ona dedi: ay qoca, 
Nədən kədərlisən, qəmlisən bunca? 
Burax dərdi-qəmi. Gəl bu çəməndə 
Əylən cavanlarla, kef elə sən də. 
Dünya görmüş qoca baxıb diqqətlə, 
Dedi bu sözləri xeyli riqqətlə: 
Səhər küləkləri gəzər bağları, 
Oynadar həmişə tər budaqları, 
Yaz çağı otlarda olur təravət. 
Payız yetişdimi, solur təravət. 
Bahar ətir verir yaşıl yarpağa, 
Saralmış yarpaqlar düşür torpağa. 
Ömrümün qışıdır,keçib güllü yaz, 
Gənclərlə oturmaq mənə yaraşmaz. 
Olmuşam qanadı bağlı bir tərlan, 
Gərək öz halımı düşünüm hər an. 
Əl çəkdim nemətdən, işrət sizindir. 
İndi əylənməyə növbət sizindir. 
Başına qondumu qocalıq tozu, 
Gülməz gənclər kimi insanın üzü. 
 
139
Ala qarğa kimi qanadlarım ağ. 
Mənə bülbül kimi layiq deyil bağ. 
Tovuz cilvələnər, gəzər bağ, çəmən, 
Qanadı qırılmış bir şahinəm mən. 
Mən nəyəm–saralıb biçilmiş başaq, 
Cavanlıq tər-təzə sünbüldür ancaq. 
Çiçəklər soldumu, lətafət gedər, 
Qalmaz gülüstanda təravət, gedər. 
Əsasız büdrəyir ayağım mənim, 
Həyat ola bilməz dayağım mənim. 
Günəş batan zaman olur sapsarı, 
Solur qocanın da gül yanaqları. 
Uşaqlar oyuna etsə də həvəs, 
Qoca əyləncəyə uymasın əbəs. 
Nə gözəl deyibdir bu sözü Loğman: 
Ölüm daha xoşdur pis yaşamaqdan. 
İstəsən sərmayən getməsin əgər, 
Evin qapısını bağla hər səhər. 
Gənclər nur saçınca qaranlıq yerə, 
Qocalar girəcək qaranlıq qəbrə. 
 
 HƏKİM VƏ QOCA 
 
Həkimin yanına gəldi bir qoca, 
Bədəni zəifdi onun olduqca. 
Dedi: bir nəbzimi yoxla mənim, bax, 
Güclə ayağımı çəkirəm ancaq. 
Elə bil batmışam palçığa-zığa, 
Bir əlac, bir dərman tap mən yazığa. 
Həkim dedi: çatıb son günlərin, sən 
Qiyamətdə zığdan çıxa bilərsən. 
Qocaldın, bəsləmə gənclik duyğusu. 
Qurumuş çaylara gəlməz bir də su. 
Gənclik çağlarında tərpəndin zirək, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə