Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

 
110 
 QÜRURLU YOXSUL 
 
Xütəndə bir dəfə böyük hökmdar 
Verdi bir yoxsula ipəkdən paltar. 
Təşəkkür eyləyib ağıllı insan, 
Şaha söylədi ki, var ol, hökmran. 
Sənin bəxşişindən şad oldu könlüm, 
Sandım ki, açıldı şətarət gülüm. 
Dəyərli olsa da, lakin, hədiyyən, 
Öz bezim yaxşıdır mənim ipəkdən. 
Məsləhət budur ki, quru yerdə yat, 
Gəbəyçin əyilmə yerə yeddi qat. 
 
 QARININ PİŞİYİ 
 
Qarının bir acgöz pişiyi vardı. 
Bu pişik həddindən çox tamahkardı. 
Əmirin qəsrinə getdi o, birdən 
Kölələr ox atdı ona yer-yerdən. 
Ağır yaralandı, qana bulaşdı, 
Pişik can hayında eşiyə qaçdı. 
Düşündü: bu oxdan qurtarsaydım can, 
Mən öz xarabamda tutardım siçan. 
Səni balçın arı sancmamış hələ, 
Keçin doşabınla, qənaət eylə. 
 
 AĞILLININ TİKDİYİ EV 
 
Tikdi bir ağıllı kiçik bir bina, 
Bir nəfər yanaşıb söylədi ona: 
Madamki əlində imkan var, nədən 
Özünçün gözəl bir saray tikmirsən? 
Dedi: çox yüksəlmək boşdur, əbəsdir, 
Mənə yaşamaqçın bu ev də bəsdir. 
 
111
Çayların, sellərin coşğun çağında, 
Ağıllı ev tikməz yol qırağında. 
Yüksək kaşanələr, uca qəsrlər 
Yıxıb dağıtmışdır uzun əsrlər. 
 


 
112 
Y E D D İ N C İ F Ə S İ L 
 
TƏRBİYƏ HAQQINDA 
 
İBRƏTLİ SÖZLƏR 
 
Dağ ətəyi kimi əyilsən yerə
Başın əzəmətlə qalxar göylərə. 
Saxlasan dilini, ey arif insan, 
Sən əziyyət çəkib görməzsən ziyan. 
Arif sədəf kimi gec ağız açar, 
Ancaq danışanda incilər saçar. 
Uzun söz qulağa verər əziyyət, 
Zəhləni aparar uzun nəsihət. 
Bir an dayanmadan danışsa hər kəs, 
Kimsənin sözünü eşidə bilməz. 
Hərzəkar, boşboğaz hazırcavabdan 
Yaxşıdır düşünüb danışan insan. 
Sözü düşünməmiş söhbətə keçmə, 
Yüz dəfə ölçməsən, bir dəfə biçmə. 
Arpa boyda kiçik bir müşkü ənbər, 
Yüz ətirsiz gülə olar bərabər. 
Az danışan adam xəcalət çəkməz
Peşimanlıq görüb, nədamət çəkməz. 
Arif ol, söhbəti müxtəsər eylə, 
Uzun danışandan qaç, həzər eylə. 
Yüz əyri ox atsan olmaz dəyəri. 
 Bir ox at–hədəfdən getməsin əyri. 
Gizlində bir elə söz danışma sən, 
Bir gün qızararsan xəcalətindən. 
Dörd divar içində eyləsən qeybət, 
Sözünü eşidən tapılar əlbət. 
Bir şəhər kimidir–sirr saxlar ürək, 
Darvazası açıq olmasın gərək. 
 
113
Ağıllı dilini saxlar dünyada, 
Şam dilindən yanar, sovrular bada. 
 
 TƏKƏŞ VƏ QULLARI 
 
Təkəş qullarına bir gün açdı raz. 
Tapşırdı, bu sirri danışmaq olmaz. 
Sonra məlum oldu açılmışdır sirr. 
Edib qullarını Təkəş müqəssir, 
Söylədi: sirrimi açdım bir ilə, 
Bir anda saldınız siz dildən-dilə. 
Sonra da qəzəblə qoparıb fəryad, 
Əmr etdi qulları öldürsün cəllad. 
Bir qul baş endirib dedi: hökmdar, 
Gəl bizi öldürmə, sənsən günahkar. 
Əgər o çeşməni bağlasaydın sən, 
Sel kimi coşmazdı öz mənbəyindən. 
Özün saxlayasan gərək sirrini, 
Açmasın başqası ürək sirrini. 
Ver xəzinədarda qalsın gövhərin, 
Lakin öz qəlbində olsun sözlərin. 
Sirr açılmadıqca hünər səndədir, 
Sirrin açıldımı–düşmənindədir. 
Ürək quyusunda sözü bəndə sal
Bağla bir div kimi, sən kəməndə sal. 
Bir divin əlini açıb buraxsan, 
Sanma ki, tutarsan onu çox asan. 
Bir div çıxsa əgər dəmir qəfəsdən, 
Qayıtmaz o geri, qaçıb məhbəsdən. 
Rəxşin yüyənini açar bir uşaq, 
Onü tuta bilməz yüz Rüstəm ancaq. 
Ömründə zərərli söz demə əsla, 
Çəkir insan oğlu dilindən bəla. 
Bir nadan kəndliyə dedi arvadı: 


 
114 
Sözünlə özünə güldürmə yadı. 
Gərək elə sözün, söhbətin olsun, 
Sənə qaytarılsa, taqətin olsun. 
Nə əkərsən tarlanda, onu biçərsən, 
Qəlbin təmiz olsa, sözü seçərsən. 
Bərəhmən söyləyib bu gözəl sözü: 
Hörməti yaradar insanın özü. 
Çox oyun oynasan olmaz hörmətin, 
Olmaz el içində qədrin, qiymətin. 
Xislətin tünd olsa, el səndən qaçar, 
Nə aciz ol, nə də azğın zülmkar. 
 
 ACIDİLLİ OLMAĞIN ZƏRƏRİ 
 
Biri söyüş söydü dava zamanı, 
Onu bərk döydülər, göyərdi canı. 
Paltarı cırıldı, qaldı lüt-üryan, 
Bir ağıllı dedi: ey xüdbin insan! 
Ağzını yumsaydın əgər qönçə tək, 
Sinən yırtılmazdı, yeməzdin kötək. 
Tənbur beyinsizdir, danışır hədyan, 
Rahatlıq verməyir kimsəyə bir an. 
Olmasaydı əgər alovun dili. 
Onu söndürməzdi suların əli. 
Hünər sahibini göstərir hünər
Hünərdir gün kimi parlaq bir gövhər. 
Xalis müşkün varsa, tərif etmə sən, 
Dəyəri bilinir müşkün ətrindən. 
Zərgərlər yanında boşdur and içmək, 
Zərin saflığını göstərər məhək. 
Min böhtan yağdırıb əbləhlər dedi: 
Söz duyan əhl adam deyildir Sədi. 
Kürküm də soyulsun əynimdən mənim, 
Lakin boş sözlərdən getməsin beynim. 
 
115
 
 XƏSTƏ OĞUL 
 
Ağır xəstə idi Əzədin oğlu. 
Oğlunun halını görüb qorxulu, 
Onun rahatlığı yoxdu bircə an. 
Əzədə dedi çox arif bir insan: 
İstəyirsən oğlun olmasın xəstə, 
Azad et quşları, qoyma qəfəsdə. 
Əzəd haqq sevəndi, bu sözə baxdı, 
Qəfəsdən quşları açıb buraxdı. 
Xoşsəsli bir bülbül saxladı bağda, 
Bülbülün qəfəsi asıldı tağda. 
Oğlu səhər-səhər bağçaya gəldi, 
Tək görüb xoşavaz bülbülü, güldü. 
Dedi: olmasaydı səndə xoş nəfəs, 
Bülbülüm, olmazdı məskənin qəfəs. 
Dinməsən toxunmaz sənə heç bir kəs, 
Dinəndə sözlərin təsirsiz keçməz. 
Susub danışmırdı Sədi bir zaman, 
Odur qurtarmışdı tənə oxundan. 
Yadın söhbətindən kim olsa kənar, 
Onun könül adlı bir həmdəmi var. 
Arif ol, eyb açmaq olmasın işin, 
Sən öz nöqsanını, eybini düşün. 
Dinləmə nadanın boş sözlərini, 
Bir çılpaq görəndə yum gözlərini. 
  
 TƏSİRSİZ NƏSİHƏT 
 
Huş əhli sözümə yetirsə diqqət, 
Ona xoş görünər etdiyim söhbət. 
Bir gün vida edib Beytülhəramə
Səfərə çıxmışdım Darüssəlamə. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə