Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

 
98 
Hardansa kişinin tapılır qulu, 
Tutduğu iş ona gəlir qorxulu. 
Yalvarır, yaxarır kişi Loğmana. 
Loğman gülümsəyib söyləyir ona: 
Bir il ürəyimi eyləmisən qan
Bir saatda necə çıxarım yaddan? 
Fəqət təqsirindən keçirəm yenə, 
Xeyr işindən zərər gəlməyib mənə. 
Səninçin zəhmətlə saray yaratdım, 
Hikmətdə özüm də yüksəldim, artdım. 
Mənim bir köləm var, ona bu gündən 
Daha çətin işlər gördürmərəm mən. 
Çəkdiyim zəhməti salaram yada, 
Onun həyatını vermərəm bada. 
Əziyyət çəkməsə böyükçün hər kəs, 
Yanmaz zəiflərçin, o qədər bilməz. 
İnciyən güclünün ağır sözündən. 
İncitməz zəifi heç vaxt özündən. 
 
 HƏQİQİ AŞİQ 
 
Bir nəfər Sədi tək ürəüi sadə 
Verib bir gözəlçin könlünü badə, 
Düşməndən cəfalar görürdü hər an. 
Kötəkdən olsa da onun bağrı qan, 
Acıqlanmayırdı bu işdən ancaq. 
Kimsə görməyirdi onda qaşqabaq. 
Dedilər ki, arın yoxmudur məgər, 
Susursan dəydikcə sənə kötəklər? 
Düşmən zərbəsinə miskinlər dözər. 
Əlini canından acizlər üzər. 
Aşiq cavab verdi elə sözlərlə, 
O sözlər layiqdir yazılsın zərlə: 
Könlümün mülkünü tutmuş məhəbbət, 
 
99
Orda yuva sala bilməz ədavət. 
 
 MƏRHƏMƏTLİ QOCA VƏ OĞRU 
 
Təbriz şəhərində bir qoca vardı, 
Gecələr yatmayıb oyaq qalardı. 
Bir gecə gördü ki, kəməndlə oğru 
Dırmaşır sürətlə düz dama doğru. 
O, səs-küy qoparıb xalqı oyatdı, 
Gələnlər ağaca, daşa əl atdı. 
Oğru görüb adam tutub hər yanı, 
Qorxuda-xətərdə qalıbdır canı. 
Yalnız bir tərəfdən yolu açıqdı. 
Sürətlə əkilib aradan çıxdı. 
Yumşalıb qocanın qəlbi oldu mum, 
Düşündü: oğrunu mən etdim məhrum. 
Qaranlıqda dönüb başqa tərəfdən, 
Oğruya yanaşıb dedi: dostum, mən 
Səndəki cürətə olmuşam heyran, 
Hələ görməmişəm sənin tək insan. 
İgidlik ikidir: biri düşməni 
Mərdliklə əzməkdir, ikinci, səni 
Düşmən bürüyəndə qaçmaqdır əlac, 
Gərək etməyəsən ömrünü tarac. 
Səndə var dediyim bu iki xislət
Həm çeviklik, həm də yaxşı cəsarət. 
Xətadan-bəladan var əmin yerim, 
Kərəm qıl, gəl gedək sənə göstərim. 
O bir saraydır ki, bağlı hər yanı, 
Heç kəsin o yerə gəlməz gümanı. 
Qoyum bir-birinin üstə neçə daş, 
Çıx mənim çiynimə saraya dırmaş. 
Əlinə nə keçdi ordan çırpışdır; 
Əliboş dönməkdən məncə bu xoşdur. 


 
100 
Şirin dilə tutub qoca oğrunu, 
Öz evinə tərəf apardı onu. 
Qəlbi açıq qoca evdə nə vardı, 
Oğruyçun tulladı, oğru apardı. 
Dedi: qəç, dayanma, ol duman, tüstü, 
Canını xətərdən qurtar əlüstü. 
Oğru qaçdı, qoca səs-küy qopardı. 
Dedi, var-yoxumu oğru apardı. 
Oğru dolu getdi, qoca oldu şad 
Ki, bir avaranı eyləyib dilşad. 
Yaxşının əlindən yaxşılıq gələr, 
Yaman adamı da xoşbəxt istəyər. 
 
101
 
B E Ş İ N C İ    F Ə S İ L 
 
TƏSLİM VƏ İTAƏT HAQQINDA 
 
TALE VƏ QÜVVƏT 
 
İsfahanda mənim bir dostum vardı, 
Yaman döyüşkəndi, həm də əyyardı. 
Xına tək qızarar qandan xəncəri, 
Kabab eyləyərdi o düşmənləri. 
Tərkində olardı hər gün kamanı, 
Qığılcım saçardı poladpeykanı. 
Elə dilavərdi, elə qəhrəman, 
Onun qüdrətindən qorxardı aslan. 
Elə ki kamanla hərbə gələrdi, 
Vurub düşmənləri iki bölərdi. 
Qalxanı deşərdi atdığı peykan. 
Sanki qızıl gülü deşir bir tikan. 
Gəlsəydi döyüşə neçə pəhləvan
Onun pəncəsindən qurtarmazdı can. 
Sərçə tək çəyirtçə ovlayar, gəzər, 
Yanında igidlər sərçəyə bənzər. 
Pələnglər olmuşdu bir əyləncəsi, 
Şirləriəzirdi güclü pəncəsi. 
Dağ tək igidlərin o kəmərindən 
Tutsa, qaldırardı dərhal yerindən. 
Zireh geyimliyə vursa bir təbər, 
Yəhərlə bərabər ikiyə bölər. 
Belə bir pəhləvan, belə bir insan 
Hələ görməmişdi bu geniş cahan. 
Arif adamlara edərdi hörmət, 
Mənə də qəlbində vardı məhəbbət. 
İş belə düşdü ki, səfərə getdim, 


 
102 
O yaxın dostuma mən vida etdim. 
İraqdan ayrılıb bir neçə müddət, 
Mən Şam şəhərində etdim iqamət. 
Gah rahatlıq gördüm, gah zillət çəkdim, 
Ümidlə yaşadım, əziyyət çəkdim. 
Şamda yaşamaq da bezdirdi məni. 
İstədim yenə də görüm vətəni. 
Qəzadən dəyişdi yenə səfərim, 
İraq ölkəsinə düşdü güzərim. 
Bir gecə düşünüb xəyala daldım, 
O igid dostumu yadıma saldım. 
Onun hicranından sıxıldı ürək, 
Düşdü xatirimə keçmiş duz-çörək. 
Görüş arzusuyla yola düzəldim
İsfahana onun yanına gəldim. 
Gördüm ki, dostumun halı yamandır, 
İki qat bükülüb, beli kamandır. 
Qarlı dağlar kimi ağarıb başı. 
Axır qocalıqdan gözünün yaşı. 
Qüvvətli qəlbinə dağ çəkib fələk, 
Onun əl-qolunu bağlayıb fələk. 
Çıxarıb başından qüruru dövran, 
Hünəri qalmayıb, olub natəvan. 
Dedim ki, aslanlar ovlayardın sən, 
Qoca tülkü kimi nədən düşkünsən? 
Gülüb cavab verdi: tatar davası 
Qoymadı başımda döyüş sövdası. 
Hər yer qamışlığa döndü nizədən, 
Od rəngində gördüm bayraqları mən. 
Çökdü gözlərimə qatı bir duman, 
Talei sönəndə neyləyər insan? 
Hücum eyləyəndə mən igidlərə, 
Mizraqla üzüyü salardım yerə. 
Taleim etmədi döyüşdə kömək
 
103
Dövrəyə alındım üzük qaşı tək. 
Meydandan qaçmağı bildim qənimət, 
Nadanlar buraxar əlindən fürsət. 
Köməklik etsə də polad cövşənim, 
Bəxtimin ulduzu gülmədi mənim. 
Qələbə açarı əldə olmasa, 
Zəfərin qapısı açılmaz əsla. 
Pələnglər sarsıdan güclü bir ordu 
Qarşımızda polad dağ kimi durdu. 
Gördük ki, göylərə qalxıb toz-torpaq, 
Dəmir dəbilqəni eylədik papaq. 
Sürdük bulud kimi ərəb atını, 
Al qana boyadıq yerin qatını. 
Hücuma keçəndə bu iki ləşkər, 
Elə bil toqquşdu göylərlə yerlər. 
Oxlar dolu kimi döydü hər yanı, 
Coşdu hər tərəfdə ölüm tufanı. 
Dumandan elə bil yer asimandı, 
Qılınclar ulduz tək parladı, yandı. 
Piyada rast gəldik atlı düşmana, 
Vuruşduq onunla qalxan-qalxana. 
Qılıncla, mizraqla döyüşdüksə biz, 
Yenə gətirmədi dönük bəxtimiz. 
Tale yar olmasa döyüşdə əgər
Kişilər qüvvətlə necə iş görər? 
Bizim qılıncımız olsa da kəskin, 
Nədənsə bəxt bizə bəsləyirdi kin. 
Odur ordumuzda heç bir pəhləvan 
Qalmadı, olmasın qanına qəltan. 
Sünbül dəni kimi dağılıb yerə. 
Döyüşdə səpildik geniş düzlərə. 
Qaçdıq tordan qaçan balıqlar kimi, 
Qaldıq ayaq altda yağan qar kimi. 
Zindanı deşərdik oxumuzla biz, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə