Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

 
72 
Qoca cavab verdi: soltan sağ olsun! 
Sənin hikmətinlə bu cahan dolsun. 
Mən yalandan dedim ölüb hökmran
Ölümdən qurtuldu bir yazıq insan. 
Bu sözlər soltanın xoşuna gəldi, 
Qocaya dinmədi, qəlbi köyrəldi. 
Üz qoydu qaçmağa o yazıq cavan, 
İstədi ölümdən o qurtarsın can. 
Biri dedi: kimsə əcəldən qaçmaz, 
Ölümdən kim səni eyləyib xilas? 
Cavan bu adama söydlədi ki, mən 
Qurtarmışdım yazıq qocanı dərddən. 
Çətinlikdə tutdu o da əlimdən, 
Odur xilas oldum vaxtsız ölümdən. 
Toxumu insanlar səpir torpağa, 
Bir gün o torpaqdan məhsul yığmağa. 
Sən eşitməmisən bu sözü yoxsa: 
Bir divi öldürüb kiçik bir əsa. 
Bu bir hədisdir ki, deyib Mustafa: 
Bəxşiş dəf eyləyir insandan bəla. 
  
 
73
ARILAR 
 
Zəhərli arılar evə dolmuşdu, 
Bu işdən kişi çox qəmgin olmuşdu. 
Arvad dedi: kişi, gəl toxunma sən, 
Arılar bu evi edibdir məskən. 
Kişi çıxıb getdi, arılar birdən, 
Axışıb arvadı sancdı yer-yerdən. 
Arvad dama çıxıb eylədi fəryad, 
Qışqırıb ərindən istədi imdad. 
Kişi dedi: arvad, eyləmə nalə, 
Sən saldın özünü bu ağır halə. 
Səndən bir yaxşılıq görsə də alçaq, 
Sənə yamanlığı artırar ancaq. 
Sən xalqı incidən bir zalım görsən, 
Vur qılıncla,düşsün başı bədəndən. 
Döyüş vaxtı əsgər neyi neyləyər
Bir nizə min neyə olar bərabər. 
Bu məsəl çox gözəl deyilib bişək: 
Təpik vuran ata ağır yük gərək. 
İt nədir ki, ona açasan süfrə, 
Köpəkçin bir parça sümük at yerə. 
Pişiyə xoş baxsan göyərçin qapar. 
Canavar bəsləsən Yusifi yırtar. 
Yaxşılıq eyləsə gözətçi hər kəs 
Oğrunun əlindən rahatlıq görməz. 
Yaxşı layiq olar mala, hörmətə, 
Yaman düşməlidir dərdə, zillətə. 
Əgər bir binada olmasa əsas
Göyə yüksəlsə də faydası olmaz. 
 


 
74 
 SƏXAVƏTİN GÜCÜ 
 
Bir dəfə çekirdim yol qırağından, 
Bir qoyun aparır gördüm bir cavan. 
Dedim: öz xoşilə qoyun yol getmir, 
Arxanca qoyunu çəkir bu kəndir. 
Ansızın gənc oğlan qoyunu açdı, 
Qoyun yenə onun dalınca qaçdı. 
Qoyunu günlərcə bəsləmişdi gənc, 
Sevib məhəbbətlə səsləmişdi gənc. 
Yanında keçmişdi körpəlik çağı, 
Sanırdı qoynunu ana qucağı. 
Gənc dedi: bu kəndir çəkməyir onu, 
Verdiyim yemlərdir əyən boynunu. 
Filə yaxşı baxsa əgər bir filban, 
Fil hücum eyləməz ona heç zaman. 
Köpəyə yal versən, tanıyar səni, 
Kərəmlə basarsan güclü düşməni. 
İki gün yem versən şir aram olar, 
Üstünə atılmaz, sənə ram olar. 
 
 TƏMSİL 
 
Yaxşı söyləmişdir Bəhram hökmran
Səhrada dəyəndə yerə atından: 
Əmrimdə olmadı mənim bu köhlən, 
Sürüdən başqa at tutmalıyam mən. 
Dəclə sakit ikən bağla səddini, 
Coşanda azmasın o öz həddini. 
Kəməndinə düşdü qurd, vermə aman, 
Öldür azad olsun sürün qorxudan. 
Gözləmə səcdəni azğın iblisdən. 
Yaxşılıq gözləmə heç zaman pisdən. 
Saxla düşmənini sən əndişədə, 
 
75
Olsun divin yeri gərək şişədə. 
İlana rast gəlsən axtarma ağac, 
Başını daşla əz tapmasın əlac. 
Qələm əhli bədxah olursa əgər
Qələm deyil, tutur əlində xəncər. 
Qanunsuz iş görür əgər bir vəzir, 
Səni oda salır tökdüyü tədbir. 
Demə belə vəzir ölkəmə bəsdir, 
Sarayda saxlamaq onu əbəsdir. 
Sədinin sözünə eyləsən əməl, 
Şahlığında olar möhkəm bir təməl. 
 


 
76 
Ü Ç Ü N C Ü      F Ə S İ L 
 
EŞQ HAQQINDA 
 
SƏMƏRQƏND GÖZƏLİ 
 
Vardı Səmərqənddə incə bir dilbər, 
Dodaqları baldı, sözləri şəkər. 
Günəşə bənzərdi o sahibcamal, 
Hüsnü gətirərdi dinə min zaval. 
Dünya yaranandan belə bir afət 
Hələ görməmişdi heç yerdə xilqət. 
Yol gedəndə hamı ona baxırdı, 
Eşqi könülləri oda yaxırdı. 
Onu bir aşiqi izləyən zaman, 
Acıqla baxaraq dedi o canan: 
Ey azğın, mən sənə vurulmuşammı? 
Ya sənin toruna düşən quşammı? 
Geri dön, sən məni izləsən əgər, 
Xəncərimlə qanın tökülər hədər. 
Birisi söylədi: o qızdan əl çək, 
Get axtar özünə başqa bir çiçək. 
Sanmıram çatasan bir gün murada, 
Qanın itib gedər sənin arada. 
Sədaqətli aşiq düşüb məlalə, 
Qopardı ürəkdən yanıqlı nalə. 
Dedi: yar qılıncı məniməhv etsin, 
Al qanım qoy axıb torpağa getsin. 
Düşmənin yanında deyilsin barı. 
Bunu öz əliylə öldürüb yarı. 
Abırım getsə də, öz sevdiyimdən 
Ayrıla bilmərəm bir dəqiqə mən. 
Mənə söyləmə ki, sevməkdən çəkin
Gəl özün bu sözü deməkdən çəkin. 
 
77
Qanımı töksə də dilbər sevgilim, 
Yenə razı qalar, inan ki, qəlbim. 
Yandırsa atəşdə gecələr məni, 
Xoş ətri dirildər hər səhər məni. 
Sevgi meydanında duran qoçaqlar, 
Sədi eşq yolunda ölsə də sağdır. 
 
 MƏHƏBBƏT 
 
Xohdur məhəbbətin sevinci, qəmi, 
Xoşdur yaraları, xoşdur məlhəmi. 
Sevənlər istəməz şahlıq, səltənət, 
Səbirlə, ümidlə yaşayar fəqət. 
Eşqin badəsinə kim verib könül
Acılıq duysa da edib təhəmmül. 
Aşiqlərə meyin xumarı xoşdur. 
Gülzarın həm gülü, həm xarı xoşdur. 
Dost yolunda səbir sanma zəhərdir, 
Dostun zəhəri də dosta şəkərdir. 
Eşqin sərxoşunu qorxutmaz kədər, 
Dəvə məst olanda yaxşı yük çəkər. 
Aşiqə xoş olur düşsə də bəndə. 
Qorxmaz bağlansa da aşiq kəməndə. 
Sevər tənhalığı eşqin soltanı, 
Ona xoş görünər eşqin hər anı. 
Dirilik suyudur sevgi zülmətdə, 
Böyük müəmmalar var məhəbbətdə. 
Beytülmüqəddəsə bənzəyir aşiq, 
Xaraba olsa da saçır nur, işıq. 
Aşiqlər bənzəməz ipək qurduna, 
Yanar pərvanətək eşqin oduna. 
Aşiqin yanında olsa dilaram 
Yanar susuzluqdan qəlb, olmaz aram. 
Susuzluq aşiqin deyil niskili, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə