Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 
122 
Üst daşı olursan uzun gecələr. 
Sənə xoş gəlirsə bir gül, bir çiçək
Gülşəndə tikanın cövrünü də çək. 
Sənə fayda verir ağacın barı, 
Onun tikanından incimə barı. 
 
 OĞUL TƏRBİYƏSİ 
 
On birə girəndə oğlunun yaşı, 
Qoyma naməhrəmə qarışsın başı. 
Pambığa od vursan bir anda yanar, 
Göz yumub açınca evin odlanar. 
İstəyirsən səndən yalsın yaxşı ad, 
Elm öyrət oğluna, qoy olsun ustad. 
Oğlunun olmasa ağlı, kamalı, 
Sən öldün, neyləyir dövləti, malı. 
Əgər öz oğlundan ata çəksə naz, 
Oğlun çətinliyə dözümü olmaz. 
Oğluna bilik ver, sevdir zəhməti. 
Qoy olsun kamalı, ağlı, sənəti. 
Oğlunu sevirsən, ta uşaqlıqdan 
Onu çətinliyə öyrət hər zaman. 
Şagirdə xoş təsir eyləməz kötək, 
Ustaddan təhsinlə afərin gərək. 
Olsa da Qarun tək varın, sərvətin
Qoy oğlun işləsin, əziyyət çəksin. 
Güvənmə varına, qalmaz o nemət. 
Çıxar bir gün əldən yığdığın sərvət. 
Qurtarar yığdığın qızıl, gümüş, bax, 
Sənətsə tükənməz dövlətdir ancaq. 
Hər an bir gərdiş var bu ruzigarda, 
Oğlun olsa əgər qürbət diyarda, 
Ona çox köməklik eyləyər sənət. 
Yadlara əl açıb çəkməz əziyyət. 
 
123
Sədi nədən gəlib murada vardı, 
O nə səhra keçdi, nə dəniz yardı. 
Uşaqkən başı çox cəfalı oldu, 
Odur ki böyüyüb vəfalı oldu. 
Boyun qaçırmasa hər kəs fərmandan, 
Bir zaman özü də verəcək fərman. 
Ustadın cövrünü görməyən uşaq, 
Dövranın cövrünü görəcək ancaq. 
Övladı bəsləsə atalar özü, 
Olmaz yad əllərdə övladın gözü. 
Olmasan övladçün qüssədə, qəmdə, 
Övladın avara olar aləmdə. 
Əgər bir müəllim olsa bədəsil
Yetişdirə bilməz bəxtiyar nəsil. 
Xətti qaralmamış üzü qaralan 
Müxənnəsdən olmaz qəhrəman oğlan. 
Gərək o namərddən qaçasan uzaq  
Ki, abır tökməkdir peşəsi ancaq. 
Oğul qələndərlik eyləsə əməl, 
Elə bir oğuldan çəkməlisən əl. 
Qəm çəkmə, pis övlad olsa da tələf, 
Qoy ölsün atadan qabaq naxələf. 
Arif ol, eyb açmaq olmasın işin, 
Sən öz nöqsanını, eybini düşün. 
 
 HƏR MƏCLİSDƏ OTURMA 
 
Bir gecə qonaqlıq olmuşdu bizdə, 
Müxtəlif adamlar vardı məclisdə. 
Yüksəldi mütrübün incə nəğməsi, 
Tutdu hər tərəfi dostların səsi. 
Bir cananım vardı boyu sənubər, 
Ona söylədim ki, ey nazlı dilbər, 
Nə olar bizimlə əyləşərək sən


 
124 
Şam kimi məclisə işıq verəsən. 
Bu sözü eşidib sevimli dildar, 
Dedi: hər adamın öz məclisi var. 
Kişilər məclisi layiqdir mərdə, 
Gözəllər oturmaz o məclislərdə. 
Səniməhv eyləyər ev yıxan gözəl, 
Arvad ev yığmalı hər şeydən əvvəl. 
Olsa hər məclisdə şam kimi canan, 
Onun pərvanəsi olma heç zaman. 
Heç sevmək olarmı bir qızıl gülü 
Ki, vardır hər səhər başqa bülbülü? 
Gözəl, xoşxasiyyət, sevimli dilbər, 
Bir könül oxşayan qönçəyə bənzər. 
Bağçada qönçənin vardır səfası, 
Açılsa, gül kimi olmaz vəfası. 
Bir gözəl olmuşsa könül aldadan,  
Huri sayılmasın gərək o şeytan. 
Öpsən ayağından, o qədir bilməz
Üstünə toz atsan, qorxub çəkilməz. 
Xalqın övladına salsan kəc nəzər, 
Sənin övladına kəc baxar ellər. 
 
 
125
BAŞQASINA NÖQSAN TUTMA 
 
Vardı bir ağıllı fərzanə cavan, 
Natiqlikdə mahir mərdanə cavan. 
Yaxşı ad qazanmış, haqq tərəfdarı, 
Hüsnü andırırdıgülü, gülzarı. 
Sərfü nəhvi gözəl bilirdi qoçaq. 
«Ş» hərfini o düz demirdi ancaq. 
Dedim: düşüb onun qabaqdan dişi, 
Odur ki, tələffüz edə bilmir «ş». 
Bir ağıllı dostum bərk acıqlandı, 
Qəzəbdən gözləri od tutub yandı. 
Dedi: bir də bunu eyləmə təkrar, 
Onda nöqsan görmə, çox hünəri var. 
Qoy sənin beynində qalsın bu sözlər, 
Bil ki, eybi açmaq deyil çox hünər. 
Hər kimin var elmi, rəyi, tədbiri, 
Ağağı sürüşüb getsə də əyri, 
Ona bu qüsurçun çox da xor baxma. 
Böyüklər söyləyib bunu daima: 
Tikan da yetirir, gül də çəmənlər. 
Ağıllı tikanı dərməz, gül dərər. 
Əgər eyib görmək adət eyləsən, 
Tovuzda sən çirkin ayaq görərsən. 
Yaxşı nəzərlə bax bu insanlara, 
Güzgü göstərməyir ağ üzü qara. 
Bir yol tut, olsa da sənə əziyyət, 
Xeyirxahlıq görsün səndən cəmiyyət. 
Əvvəl gör özünün də nöqsanın var, 
Sonra başqasında sən eyib axtar. 
Madamki özündə az deyil nöqsan, 
Başqasında neçin eyb axtarırsan? 
Heç kəslə qabalıq etmə dünyada
Sən öz qüsurunu düşün, sal yada. 


 
126 
Madam yamanlıqdan gəlməyir xoşun, 
Səndə də yamanlıq görməsin qonşun. 
Əgər zahirindən görünür iffət, 
Onu pis göstərmək deyil məsləhət. 
Hamballıq eyləmək öz vərdişimdir, 
Yaxşıyam, yamanam, bu öz işimdir. 
Gözəlsə, çirkinsə əgər surətim, 
Haqdandır, neyləyim, budur qismətim. 
Sən get o şəxsə ver pis işçin əzab 
Ki, səndən gözləyir yaxşılıq, səvab. 
Yaxşılıq dünyada heç zaman itməz, 
Tanrı bir yaxşıya verər on əvəz. 
Ey oğul, hər kəsdə görsən bir hünər, 
Çalışıb göstərmə onu bisəmər. 
Bir eyib görəndə yayıb ellərə, 
Vurma dünya qədər elmi sən yerə. 
Necə ki, Sədinin şerinə yağı 
Çalışır nifrətlə vursun göz dağı. 
Yüz gözəl beytinə göz yumur düşman, 
Görsə bir eybini, qoparar tufan. 
 
 BOQRAT VƏ HƏQİQİ AŞİQ 
 
Bir aşiq sevmişdi incə bir dilbər, 
Məhəbbət salmışdı onu dərbədər. 
O qədər zavallı tərə batmışdı, 
Onu şəbnəm kimi tər islatmışdı. 
Boqrat at üstündə yoldan ötərkən, 
Soruşdu: bu halə düşübdür nədən? 
Dedilər: bir abid kişidir, əsla 
Əlindən çıxmayıb yazığın xəta. 
Məskəni olmuşdur onun çöl, meşə, 
Nədənsə insandan qaçır həmişə. 
Könüldən vurulmuş o bir dilbərə, 
 
127
Odur qəlbi batıb qəmə, kədərə. 
Hər kəs buna etsə əgər nəsihət, 
Ağlayıb söyləyir: yetər nəsihət. 
Belə inləməyim sanma hədərdir, 
Məni belə hala salan dəlbərdir. 
Görəndən o dilbər sevimli yarı 
Könlümün qalmayıb artıq qərarı. 
Boqrat bu sözləri eşidən zaman 
Dedi: məhəbbəti sanmayın asan. 
Göz görsə də könül sevməz hər kəsi, 
Hərənin bir eşqə olur həvəsi. 
Bunun da könlünü o salıb bəndə, 
Eşqindən bir taqət qalmayıb təndə. 
İncə qəlblilərdir gözələ uyan, 
Çin nəqqaşlarıdır gözəllik duyan. 
Sədinin hər sətri böyük kitabdır, 
Gözəllər üzündə şerim niqabdır. 
Necə ki ay olur qara buludda
Hər qara sətrimdə var aydın məna. 
Sədinin sözündə tapılmaz məlal, 
Var hər pərdəsində bir sahibcamal. 
Hər sözü məclisə yaraşıq verir, 
Hərarət gətirir,gur işıq verir. 
Düşmən tənəsindən incimərəm mən, 
Çünki qızdırmaya düşür sözümdən. 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə