Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə33/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   25   26   27   28   29   30   31   32   33

 
200 
müaşiqəsi Nizaminin «Xosrov və  Şirin» poemasında və yenə 
bu mövzuda yazılmış bir sıra poemalarda təsvir edilmişdir. Bu 
əsərlərə görə,  Şiruyə gecə ikən Xosrovun yataq otağına girib 
onu öldürmüş, özü də beş-altı ay hakimiyyət sürəndən sonra 
taun xəstəliyindən ölmüşdür. 
Xütən - Şərqi Türküstanda yerləşən  şəhər («Xosrov»dan 
sonra) 
Xəlil – İbrahim Xəlil peyğəmbər.  Əfsanəyə görə, zalım 
padşah bütpərəst Nəmrud Xəlili, bütləri qırdığı üçün, oda atıb 
yandırmağı  əmr etmiş, od Xəlili yandırmamışdır: allah 
Cəbrayılı göndərmiş, o da od tonqalını gülşən çevirmişdir. 
İskəndər – Zülqərneyn ləqəbi ilə  məşhur Makedoniyalı 
İskəndər. Eramızdan 330 il qabaq Daranı  məğlub edib, İranı 
fəth etmişdir. O, orta əsrlərdə Yaxın Şərqdə ən ağıllı hökmdar 
kimi  şöhrət tapmışdır. Nizaminin «Şərəfnamə» və « 
İqbalnamə»si İskəndərin həyatını təsvir edir. 
İsfəndiyar – İranın  əfsanəvi padşahlarındandır. Keylər 
sülaləsi  şahlarından Kəştasbin oğludur. Məşhur Rüstəm Zalın 
rəqibi olmuşdur. Firdovsinin «Şahnamə»sində  İsfəndiyarın 
Rüstəm ilə davası təsvir olunmuşdur. 
Kərx  yaxud  Kərxi-Firuz – Bağdadın yaxınlığında bir 
yerdir. Rəvayətə görə, məşhur zahid Məruf Kərxi buradan 
çıxmışdır. 
Kəsra – farsca Xosrov sözünün ərəbcə şəkilidir – sasanilər 
sülaləsinə mənsub hökmdarlara (226-651) verilən ad. 
Qarun – əfsanəvi dövlətli bir adam. Tövratda da Musa 
peyğəmbərin  əleyhinə olan üsyanın başçısı kimi adı  çəkilir. 
Çox məğrur və  rəhmsiz adam imiş.  Əfsanəyə görə, Qarun 
Musaya düşmənçilik etdiyi üçün yer onu, bütün qızıl sarayları, 
xəzinələri və adamları ilə bərabər udmuşdur. 
Qızıl Arslan – Azərbaycanda 1136-1225-ci illərdə 
hakimiyyət sürmüş Eldənizlər nəslindən bir hökmdar. 
Hakimiyyət dövrü 1186-1191-ci illərdir. Xaqaninin 
müasirlərindən məşhur  şair Zəhir Faryabi Qızıl Arslanın 
 
201
məddahı olmuşdur. 
Mustafa – Məhəmməd peyğəmbərin adlarından biri. 
Məmun – Əbbasilər sülaləsindən 813-833-cü illərdə 
xəlifəlik etmiş yeddinci xəlifə. 
Mənat – İslamiyyətdən  əvvəl  ərəblərin sitayiş etdikləri 
bütdən birinin adı. 
Məruf  yaxud  Məruf Kərxi – Əbu Məhfuz ibn Firuz – 
xristiyanlıqdan dönüb müsəlman olmuş  və 815-ci ildə  vəfat 
etmiş məşhur sufi və zahid. 
Nil - Afrikanın  Şimal-Şərqində axan çay («Mustafa»ddan 
sonra). 
Rum – Bizans; Anadolu. 
Rüknabad – Deyləmi hökmdarlarından Rüknüddövlənin 
Şirazda çəkdirdiyi kanal. 
Rüstəm – İran xalqlarının Rüstəm Zal adı ilə  məşhur 
əfsanəvi pəhləvanı; «Şahnamə»nin Keylər tarixi hissəsinin baş 
qəhrəmanı. 
Rəxş – Rüstəm Zalın məşhur atının ləğəbi. 
Sana (Səna) – Ərəbistanda Yəmən vilayətinin mərkəzi 
olmuş qədim bir şəhər adıdır. Bu adda Dəməşqin yaxınlığında 
da bir şəhər olmuşdur. 
Sindbad – kitab adı. Bu kitab «Min bir gecə»yə  bənzər 
hekayələr məcmuəsidir. Əsli, başlığından anlaşıldığı üzrə, hind 
dilində olmuş, onuncu əsrdə farscaya tərcümə edilmişdir, on 
birinci əsrdə şair əzrəqi bu tərcüməni nəzmə çəkmişdir. Nə ilk 
mənsur tərcümə, nə də Əzrəqinin mənzum tərcüməsi bizə gəlib 
çatmamışdır. On ikinci əsrdə bu əsər yenidən nəsr ilə 
işlənmişdir. Sədi ya bundan yaxud Əzrəqinin tərcüməsindən 
istifadə etmiş olmalıdır. 
Sistan – İranın Zabilistanla sərhəd vilayətlərindən biri. 
Sumnat – Hindistanda ay allahı ayinlərinin mərkəzidir. 
Süleyman – əfsanəvi Süleyman peyğəmbər; eyni zamanda 
padşah olmuşdur. Rəvayətə görə, Süleymanın sehrli bir üzüyü 
varmış ki, onun vasitəsilə bütün heyvanlara, quşlara, küləyə və 


 
202 
cinlərə hakim imiş. Bəzi qədim tarixçilərin fikrincə, Fars 
vilayəti Süleyman məmləkətinin mərkəzi hissəsi olmuşdur. 
Səba – qədim Yəmən  şəhərlərindən biri və qadın padşah 
Bilqeysin (Bəlqis) məmləkətidir. Rəvayətə görə. Nuhun 
nəvələrindən olan Səba tərəfindən salındığı üçün belə adlanır. 
Şam – Suriya; Dəməşqin ikinci adı. 
Şiraz - İranın mərkəz şəhərlərindəndir («Şəğad»dan sonra) 
Şirin - Nizami Gəncəvinin «Xosrov və  Şirin» poemasının 
qəhrəmanlarından biri. 
Şiruyə – Bax: Xosrov. 
Şəğad – Rüstəm Zalı xaincəsinə öldürmüş ögey qardaşı. Bu 
cinayətin qüvvətli bədii təsviri « Şahnamə»də verilmişdir. 
Tatar davası – Sədinin dövründə moğolları tatar 
adlandırırdılar. Demək, bu hekayədə «tatar davası» deyildikdə, 
moğol istilasından bəhs edilir. 
Toğrul (Doğrul) – Səlcuq sülaləsinin birinci hökmdarı, 
1038-1063-cü illərdə hökmdarlıq etmişdir. 
Təkəş – Xarəzmşahlar sülaləsindən 1172-1200-cü illərdə 
hökmdarlıq etmiş, Reyi və İsfahanı fəth etmiş bir hökmdar. 
Ümman – şərqi Ərəbistanın sahil boyu vilayəti. 
Yunan - Avropanın Cənub-Şərqində yerləşən ölkədir. 
Yusif – Yəqub peyğəmbərin kiçik oğlu, «Yusif və Züleyxa» 
və «Qisseyi-Yusif» poemalarının qəhrəmanı. Misrin əzizi 
ləqəbilə  də  məşhurdur. Rəvayətə görə, Yəqub Yusifi o biri 
oğlanlarından artıq istədiyi üçün, qardaşları paxıllıqdan onu 
gəzinti vaxtı bir quyuya atmışlar, Yəquba isə: «Yusif bizdən 
ayrılıb meşəyə getdi, canavar onu parçaladı» demişlər. 
Yəmən - Ərəbistanda kiçik ölkə. Qasimilər dövründə İrana 
tabe idi. («İsfəndiyar»dan sonra) 
Zabilistan və Zabülüstan – Rüstəm Zalın və onun nəslinin 
malikanəsi. 
Zal – Pəhləvan Rüstəmin atası. 
Zindərud – İsfəhan şəhərinin içindən axan bir çay. 
 
203
L Ü Ğ Ə T 
 
Afət – 1) bəla, müsibət, 2) məc.gözəl («arami-can»dan sonra) 
Badiyeyi-hicran – ayrılıq badəsi («badi-səba»dan sonra) 
Bədnam – pis ad, təhqir («bədr»dən sonra) 
Bədxah – pis niyyətli 
Biqərar – aramsız bişək – şüğhəsiz («bihasil»dən sonra) 
Qəzal – ceyran («qəddar»dan sonra) 
Vəsf – tərif («bünyad»dan sonra) 
Vəfakar – vəfalı 
Vizrüvəba – günah 
Dəvvar – dövredən, fırlanan («dəbilqə»dən sonra) 
Dərbədər – avara 
Dəf – uzaqlaşdırma 
Dilistan – valeh edən («dildiar»dan sonra) 
Dilşad – şən («dilruba»dan sonra) 
Ehsan – xeyirxah, mərhəmət («düşvar»dan sonra) 
Ədavət – düşmənçilik («etidal»dan sonra) 
Ələf – ot («ələst»dən sonra) 
Ənam – bəxşiş 
Əndişə – fikir 
Əğyar – rəqib, yad(«əncam»dan sonra) 
İzzəti-ikram – mənlik («qamət»dən sonra) 
İztirab – həyəcan 
İzhar – etiraf 
Gəbr – dinsiz («kuy»dan sonra) 
Giryan – ağlar («giriban»dan sonra) 
Gümbəd – gümbəz («güləndan»dan sonra) 
Günbədi-dəvvar – fələk, asiman 
Məlhəm – dərman («məlal»dan sonra) 
Mehman – qonaq 
Mehrab – kəbəyə istiqamətlənmiş lövhə 
Mərəz –xəstə 
Məhzun – kədərli, hüznlü («məskən»dən sonra) 


 
204 
Məcruh – yaralı 
Mizraq – nizə 
Müəmma – gizli söz («müğilan»dan sonra) 
Mürüvvət – insanlıq («musəvvir»dən əvvəl) 
Müflis – varı əldən getmiş 
Müxənnəs – qorxaq 
Nadan – xəbərsiz («mücavir»dən sonra) 
Neysan – yaz yağışı («neyistan»dan sonra) 
Nədamət – peşmançılıq («nəcib»dən sonra) 
Niqab – örpək («nəsimi-səba»dan sonra) 
Para – yaralı («pasiban»dan sonra) 
Parqu – qu tükü 
Pərivari –pəri tək («peyman»dan sonra) 
Pəriçöhrə – pəri üzlü 
Pəst –alçaq («pəsənd»dən sonra) 
Röya – yuxu 
Ruzigar – dövran 
Ruxsar – üz 
Sarıq – əmmamə 
Sahib-camal – gözəl, camallı 
Sənubər – gözəl («səna»dan sonra) 
Sərvər – başçı («sərv»dən sonra) 
Sərgərdan – avara («sərvinaz»dan sonra) 
Səccadə – səcdə olunan yer 
Təbil – nağara («təbər»dən sonra) 
Təvazö – başıaşağı («təvan»dan sonra) 
Təmbur – musiqi aləti («tən»dən sonra) 
Təhəmmül – dözüm 
Tifil – uşaq 
Fəda – qurban («fəqih»dən sonra) 
Fəttan – heyrətləndirici («fərman-rəva»dan sonra) 
Xacə – ağa («xar(2)»dan sonra) 
Xəfiyyə –gizli agent («xətər»dən sonra) 
Xilqət – yaranış («xirqə»dən sonra) 
 
205
Xudpəsənd –özünüsevən («xislət»dən sonra) 
Hədyan – sayıqlama («həbib»dən sonra) 
Həmdərd –dost 
Hümmət –cəhd 
Cəhl – avamlıq («cəng»dən sonra) 
Comərd – ürəyi geniş 
Cövr- zülm («cövşən»dən sonra) 
Şəbnəm – şeh («şaxə»dən sonra) 
Şətarət – şux 
Abi-heyvan – əfsanəvi dirilik suyu. 
An – vaxt, ləhzə, saniyə. 
Arami-can – can rahat edən; məşuqə, sevgili. 
Ahəstə– yavaş, asta. 
Bad – külək, yel, ruzgar. 
Badi-səba – xəfif yel, nəsim. 
Beytülhəram – kəbə, məkkə şəhərində müsəlmanların  məbədi. 
Bəqa – daimilik, əbədilik. 
Bədr – dolğun ay, on dörd gecəlik ay, bax: hilal. 
Bərəhmən – hindlilərin qədim dini olan brahma dininə tabe  
adam; bu dinin ruhani rəisi. 
Bərbət – çalğı aləti, qopuz. 
Bidad – amansızlıq, zülm, ədalətsizlik. 
Bidil – ürəksiz, qəmli; aşiq, eşqdən əriyən. 
Bikar – işsiz; avara; mənasız. 
Bimar – xəstə, azarlı. 
Bisəmər – faydasız; səmərəsiz; mənasız. 
Bihasil – nəticəsiz, səmərəsiz. 
Bünyad – bina, əsas, təməl. 
Qazi – dini məhkəmə rəisi. 
Qəddar – mərhəmətsiz, zalım; xain. 
Qəzəlxan – qəzəl oxuyan. 
Qəmər – ay. 
Darüssəlam – bağdad şəhərinin köhnə adı. 
Dəbilqə – hərbilərə məxsus dəmir papaq, miğfər. 


 
206 
Dilaram – ürək sakit edən, könlü rahatlandıran gözəl. 
Dildar – snvgili, məşuqə. 
Dinar – qədimdə qızıl pul. 
Dilruba – ürək açan, könül alan, hər kəsi özünə  məftun edən   
gözəl, dilbər. 
Dirhəm – dəyəri iyirmi qəpiyə yaxın köhnə gümüş pul. 
Düşvar – çətin, müşkül. 
Ehtizaz – titrəyiş, titrəmə. 
Ezaz – əzizləmə, çox hörmət etmə. 
Etidal – ədalətlilik, hər iki tərəfdə  bərabərlik; orta hal, 
mötədillik. 
Əyyar – hiyləgər, hiyləbaz, xalqı aldadan, fırıldaqçı;  məc. 
aldadıcı gözəl. 
Ələst – dini təsəvvürə görə insan yaradılışının ibtidası; əzəl. 
Əncam – son, nəhayət, nəticə. 
Ərməğan – hədiyyə, peşkəş. 
Əsəs – gecə qarovulçusu. 
Əfkar – fikirlər, niyyətlər. 
Əcz – acizlik, zəiflik. 
Zarü zəlil – zəif, bədbəxt, biçarə, zillətdə olan. 
Zəqqum – ağu ağacı; meyvəsi acı bir ağac; müsəlmanlığa görə 
cəhənnəmdə bitən meyvəsi zəhərli ağac. 
Zər – qızıl. Altun. 
Zəhi – nə gözəl. Nə yaxşı! (nida.) 
Zinhar – aman, ehtiyatlı ol, gözlə! 
Zir-zəbər – zir ərəb əlifbasında qısa «i» səslisini bildirən   işarə, 
kəsrə; zəbər – «ə» səslisini bildirən işarə, fəthə.  Burada:  
dəyişdirə bilməz ziri-zəbərdən. On min adam gəlib versə 
əl-ələ. – yəni yazıya pozu, olacağa çarə yoxdur.  
Zünnar – xristiyan ruhanilərinin bağladığı müəyyən rəngli  
qaba qıldan qurşaq.  
Zühəl – günəş aləmi ulduzlarının altıncısı; gözlə   görünənlərin 
ən ucasıdır,  əsatirə görə, nəhslik və      bədbəxtlik 
ulduzudur. 
 
207
İbarət – ibarə; bir ifadənin mənasından kənar şəkli. 
İblis – şeytan; xəbis adam; quranda şər allahı. 
İqamət – oturma, sakin olma. 
İstiğfar – günahlarının əfvini istəmə; tövbə etmə. 
İffət – namus, qadının isməti. Abırı. 
Kərəm – comərdlik, lütf, alicənablıq. 
Kərgədən– (kərgədan) – buynuzu burnu üstündə olan böyük   
vəhşi heyvan. 
Kirdar – əməl, iş, hərəkət tərzi, davrvnış. 
Kuy – yurd. Yer, vətən. 
Gənc – xəzinə. 
Giriban – yaxa; çaki-giriban – yaxanın yırtılması. 
Güləndam – bədəni gül kimi olan gözəl, dilbər. 
Güzər – keçmə, gəlib-getmə. 
Məlal – qəm, qüssə, kədər. 
Məsafət – məsafə, iki yer arasındakı uzaqlıq. 
Məskən – oturulan yer, yaşayış yeri. 
Munis – dost, yaxın yoldaş, mehriban adam. 
Müğilan – tikanlı kol növü, dəvətikanı; xari-müğilan – müğilan 
tikanı. 
Müərrif – bildirən, tanış edən, məlumat verən. 
Müztərib – iztirablı, əzab çəkən. 
Mümtaz – seçilmiş, seçilən, başqalarından fərqlənən; dilbəri- 
mümtaz – eşsiz gözəl. 
Müntəxəb – seçilmiş. 
Müsafir – qonaq; yolçu, səfər edən. 
Müsəvvir – təsvir edən; rəssam, surət çəkən. 
Mütrib – çalğıçı. Xanəndə, sazəndə. 
Mücavir – məbəddə yaşayıb, ibadət edən; qonşu. 
Nafə – müşk verən ceyranın göbəyində olan müşk kisəciyi. 
Neyistan – qamışlıq. 
Neyşəkər – şəkər qamışı. 
Nəqib – qəbilə  rəisi; qövm və ya qəbilənin  əcdadını  
(şəcərəsini) bilən. 


 
208 
Nəsimi-səba – bax: badi-səba və səba. 
Nigar – şəkil, rəsm; gözəl, sevgili. 
Nifrin – lənətlənmə, bəd dua. 
Nümayan və nəmayan – görünən, aşikar, göz qabağında  olan. 
Pasiban – qarovulçu; gecə qarovulçusu. 
Peykan – oxun, nizənin ucunda olan iti dəmir. 
Peyman – vəd. Vədə, şərt, söz verib-alma. 
Pərü bal – qanad, qol-qanad; məc. Azadlıq. 
Pəsənd – bəyənmə. 
Pünhan – gizli. 
Raz – sirr. 
Riqqət – incəlik, həssaslıq, qəlb incəliyi. 
Rizvan – cənnət bağı; cənnət bağlarının qarovulçusu. 
Ruhi-rəvan – gedən ruh; məc. Sevgili. 
Sariban – dəvəçi, karvan sürən. 
Seyd – ov. 
Səqlab – slavyanlar; slavyan ölkəsi. 
Səyyad – ovçu. 
Səməndər – odda yanmayan əfsanəvi bir heyvan. 
Səba – yüngül və sərin yel. 
Səna – tərif, mədh. 
Sərv – məc. Gözəl, uzun boylu, dilbər. 
Sərvi – həmişəbahar ağacı. 
Sərvnaz – boylu-buxunlu gözəl qadın. 
Sərfü nəhv – morfologiya və sintaksis, qrammatika. 
Sim – gümüş; simü zər – qızıl-gümüş. 
Sipər – qalxan. 
Sövdagər – tacir, gəzəyən tacir. 
Təbər – balta. 
Təvan – taqət, qüvvət; səbrü təvan və tabü təvan – dözüm,  
dözümlülük. 
Tən – bədən, vücud, əndam. 
Ud – hindistanda bitən bir cins ağac və onun odunu,  
yandırılanda xoş iy verir; çalğı aləti. 
 
209
Ümman – böyük dəniz. Bax: yuxarıda xüsusi adlarda:  ümman. 
Fəqih – islam hüquqşünası, şəriət qanunları alimi. 
Fərzanə – alim, bilikli, ağlı, elmi ilə seçilən. 
Fərmanrəva – hökmdar; əmri yeriyən. 
Xar
1
 – alçaq, həqir, zəlil. 
Xar
2
 – tikan, gül tikanı. 
Xərzöhrə – eşşək, qatır kimi ot yeyən heyvanlar üçün yarpağı 
zəhərli bir ağac.  
Xətər – təhlükə. 
Xirqə – dərvişlərin üst geyimi; köhnə qaba paltar. 
Xislət – təbiət, xasiyyət. 
Həbib – dost; sevilən, sevgili. 
Hərami – yol kəsən; hərami göz – ürəyi məftun edən gözəl  
gözlər. 
Hilal – aypara; lakin mətndə: «dönür insanların bədri hilalə» 
misrasında bədr – kök, tox insanların dolğun, girdə sifəti; 
hilal – aclıqdan arıqlamış insanların zəif, incəlmiş üzü 
deməkdir. 
Huşyar – ayıq; ağıllı; açıq fikirli. 
Çak (eyləmək) – yırtmaq, paralamaq. 
Çah – quyu; çahi-zənəxdan – çənə ortasındakı çuxur. 
Çəng – arfa növündən musiqi aləti; pəncə, caynaq. 
Çövgan – cıdırda at üstündən top tutub almaq və qaçırmaq üçün 
işlədilən ucu əyri ağac. 
Canbaz – canından qorxmayan, canı ilə oynayan. 
Aşiqi-canbaz – eşqi uğrunda hər dərdə, hər təhlükəyə qatlaşan 
aşiq.  
Cəng – müharibə, vuruşma. 
Cövşən – dəmir geyim, zireh. 
Şam – axşam; gecə. 
Şaxə – budaq. 
Şəhriyar – hökmdar, şah, məlik. 
Şikar – ov. 


 
210 
KİTABIN İÇİNDƏKİLƏR 
 
Sədi və onun «Bustan» əsəri Ə.Cəfər 
BUSTAN 
Bu kitabın yazılmasının səbəbi 
Birinci fəsil 
Ədalət və insaf haqqında 
 
Ənuşirəvanın vəsiyyəti 
Pələngi ram etmiş insan 
Xosrov və Şiruyə 
Şapurun Xosrova məktubu 
Ağıllı vəzir 
Adil hökmdar 
Bulaq başında 
Dara və çoban 
Qızıl üzük 
Qəhətlik 
Bağdadda yanğın 
Kəllə və alim 
Zülmün sonu 
Ata nəsihəti 
İki qardaş 
Qızıl Arslanın qalası 
Alp Arslanın ölümü 
İbrət dərsi 
Zalım hökmdarla yoxsul kəndli 
Məmun haqqında hekayə 
Haqq söz 
Həyatın sonu 
Faydalı nəsihət 
Hikmətli sözlər 
Dəyərli sözlər 
Ağıllı nəsihət 
 
211
 
 
İkinci fəsil 
Səxavət haqqında 
 
Comərd insan hekayəsi 
Səxavətli oğul 
Səxavətli yoxsul 
 Aslan və çolaq tülkü 
Hatəmin səxavəti 
Yəmən hakimi ilə Hatəmin dastanı  
Xəsis və oğlu 
Yaxşılığın sonu 
Arılar 
Səxavətin gücü 
Təmsil 
 
Üçüncü fəsil 
Eşq haqqında 
 
Səmərqənd gözəli 
Məhəbbət 
Paltarı yanan gözəl 
Həqiqi aşiq 
Susuzluqdan ölən 
Gəlinin şikayəti 
Mərvli təbib 
Məcnunun sözləri 
Soltan Mahmud və Ayaz 
Təmsil 
Pərvanənin eşqi 
Şam və pərvanə 
 
Dördüncü fəsil 


 
212 
Təvazö və sadəlik haqqında 
 
İnci 
Yoxsul fəqih 
Arif və sərxoş 
Məruf haqqında hekayə 
Lovğa şagird 
Hatəm haqqında hekayə 
Loğman haqqında hekayət 
Həqiqi aşiq 
Mərhəmətli qoca və oğru 
 
Beşinci fəsil 
Təslim və itaət haqqında 
 
Tale və qüvvət 
Ərdəbilli pəhləvan 
Xəstə və həkim 
Çirkinlik və bəzək 
Çalağan və tərlan 
 
Altıncı fəsil 
Qənaət haqqında 
 
Qaşqabaqlı adam 
Qarınqulu haqqında hekayə 
Şəkər satan 
Qürurlu yoxsul 
Qarının pişiyi 
Ağıllının tikdiyi ev 
 
Yeddinci fəsil 
Tərbiyə haqqında 
 
 
213
İbrətli sözlər 
Təkəş və qulları 
Acıdilli olmağın zərəri Xəstə oğul 
Təsirsiz nəsihət 
Qeybət haqqında 
Oğru və dükançı 
Firidunun vəziri 
Xoşxislət qadın 
Gəncin şikayəti 
Oğul tərbiyəsi 
Hər məclisdə oturma 
Başqasına nöqsan tutma 
Boqrat və həqiqi aşiq 
 
Səkkizinci fəsil 
Sağlamlıq haqqında 
 
Dustağın halı 
Sağlam bədən 
Sumnat bütxanasında 
Nəsihət 
Toğrul və keşikçi 
Bilikli həkim və lovğa şahzadə 
 
Doqquzuncu fəsil 
Qocalıq və tövbə haqqında 
 
Qocanın dedikləri 
Həkim və qoca 
Düşmənlər 
Uşaqkən 
Ata nəsihəti 
Cəmşidin sevgilisi 
Züleyxanın eşqi 


 
214 
Sərxoşluq bəlası 
Ata ilə qız 
Sümük qəfəs 
Qəsidə 
 
 
215
LİRİK ŞERLƏR 
Qəzəllər 
 
Ey sariban, ahəstə get, arami-canımdır gedən 
Gördün eşqində dünən mən nə pərişan oldum 
Ey nəfəsi nəşəli badi-saba 
Ey deyən ən müşkül iş yalnız fəraqi-yar olur 
Mehriban olmasa kimin yarı 
Nə zaman mümkün olur vəslini, canan, görmək 
Gəl, ey gözəl mələkim, gəl ki, macəramız var 
Ay surətindi gövhəri məna xəzinədən 
Heç qibtə etmədim mən, nə mənsəbə, nə malə 
Görüşündü qəlbə rahət, gülüşündü afət, ey yar! 
Hər kimin iltifatı var canə 
Xoşdur nə qədər cəfa qılır yar 
Mənim hicrim sənə dərdü qəm olmaz 
Can istə, sənə verim bu canı 
Mən sənin tək incə dilbər görmədim 
Xəbərin varmı ki, sənsiz mənim aramım yox 
Ətrafa ətir saçanda gülzar 
Etdi o daş ürəkli, dün qəlbimi pərişan 
Hər yerdə gözəl görsəm, göz çəkmək olur müşkül 
Canı tərk eyliyə bilər insan 
Səfərindən yenə yarım qayıdıb tazə gəlib 
Sənə olsam fəda, könüldür şad 
Gəldi bahar, öt nəğməni, ey bülbülü-şirinnəfəs 
Bir tiflsən öz-özünə heyran  
Görürük indi də xohbəxtliyi falında onun 
Yar odur hər nə eyləsə dildar 
Bülbüllərin nəvası həmişə səhər olur 
Bir aşiqin olmuşsa sevda yeri bostanlar 
Arifləri əzməkdə hər zərbeyi-cövganın 
Nə qanad qalıbdı məndə, nə könüldə uçmaq halı 
Biz bu şəhr içrə qəribik, bu mülk içrə fəqir 


 
216 
Şəm yanır, sən hələ getmə, dayan, ey qulam 
Keçmiş gecə, ya rəb nə mübarək səhər oldu 
Rübailər 
Qitələr 
Qeydlər 
Lüğət 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə