Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   25   26   27   28   29   30   31   32   33

 
166 
Sevirəm mən səni, lütfün ola ya olmaya heç, 
Baxışın bəsdi mənə, bəxşişim, ənamım yox. 
 
Məncə heyvandır o insan ki, deyir: Sədi, mənim 
Sevgiyə yox həvəsim, incə dilaramım yox. 
 
 * 
 
Ətrafa ətir saçanda gülzar, 
Ətrin dəyəri olarmı, ey yar! 
 
Bülbüllər ötən kimi çəməndə, 
Qalxır yuxudan bütün çəmənzar. 
 
Zahidliyi atmışıq kənarə, 
Səccadəyə heç uyarmı xummar!? 
 
Bir məsləkə uysa cümlə insan
Nə xirqə qalar, nə büt, nə zinnar. 
 
Qalx uyqudan, ey xumar baxışlım, 
Min fitnə edir zəmanə izhar. 
 
Bir qəlbi alardı incə dilbər, 
Minlərlə könül alır bu əyyar. 
 
Nə getməyə iz, nə qalmağa üz 
Məşuqə kədərli, biz giriftar. 
 
Hər yarə vurursa, məncə xoşdur, 
Hər cövrünü çəkməyə gücüm var. 
 
Gəl al hər iki cahanımı sən, 
Yalnız mənə yarı ver, ey əğyar! 
 
167
 
Sədi deyir: uyma çox cahanə, 
Min zülm eləyib bu köhnə qəddar! 
 
 * 
 
Etdi o daş ürəkli, dün qəlbimi pərişan, 
Getdi könül dalınca, tən qaldı yerdə bican. 
 
Dürr saçdı gözlərimdən hicranı nazlı yarın, 
Dərya kimi yaş axdı, sildim qolumla mərcan. 
 
Yoxdu gümanım əsla gündüz ola qaranlıq, 
Oldu səhər zamanı dünya gözümdə zindan. 
 
Əsdi sərin küləklər, döndü behiştə hər yan, 
Etdə səhər nəsimi sanki cahanı rizvan. 
 
Gördüm nəsimi sübhün gəldikcə ehtizazə 
Bağlarda qönçələr də çak eyləyib giriban. 
 
Könlüm deyildi yalnız eşqə uyan cahanda, 
Gülçün düşübdür eşqə bülbül olub qəzəlxan. 
 
Bir dərd olub bu hicran, min nalədən sağalmaz. 
Yoxsa mən eyləyərdim naləmlə hicrə dərman. 
 
Qalxdı o gizli pərdə, razi büruzə verdim, 
Səbr ilə etmək olmaz qəlbində dərdi pünhan. 
 
Sığmaz iki məhəbbət bir qəlbə, Sədi, əsla, 
Tərk eylə canı getsin, qalsın könüldə canan. 
 
 * 


 
168 
 
Hər yerdə gözəl görsəm, göz çəkmək olur müşkül, 
Kim etsə nəsihət də, qalmış yenə bihasil. 
 
Yar olsa əgər dilbər. Hər cövrü bizə xoşdur, 
Görsəm üzünü bir an, hər dərdim olar zail. 
 
Pəhriz eləyirdim mən əvvəlləri hər yerdə. 
İndi görürəm olmuş hər söylədiyim batil. 
 
Qatil sanır alimlər zəhri, fəqət aldanma, 
Yar versə əgər zəhri, iç. Sanma onu qatil. 
 
Fərzanələr hər yerdə divanə desinlər qoy
Can tərki deyil asan, çox yaxşı bilir aqil. 
 
Hər kəs ki deyir baxma dilbər üzə, boş sözdür, 
Dilbər üzə baxmaqdan, söylə, kim olur qafil. 
 
Yüz mənzil uzaq salsa hicran məni canandan, 
Yar gözdən uzaq düşməz, könlümdür ona mənzil. 
 
Hər kəslə olar asan dostluq eləmək, Sədi, 
Peyvəndi fəqət qırmaq sonra görünər müşkül. 
 
 * 
 
Canı tərk eyliyə bilər insan, 
Yarı tərk eyləmək deyil asan. 
 
Acı söz söyləsən də aşiqinə, 
Bir şəkərdir sözün mənimçin, inan. 
 
Tövbə etdim görüb uca boyunu, 
 
169
Sərvdən bir söz açmayım, canan. 
 
Söyləyə bilmərəm nişanəni mən, 
Sənigörcək könül olur heyran. 
 
Salmısan bir kəməndə aşiqini 
Ki, deyə bilməyir əlindən aman. 
 
Vəsfini yazmaq istədim, amma, 
Özümə söylədim ki, yazma dayan. 
 
Elə şirinsən, ey gözəl dilbər, 
Sənə layiq deyildir hər dastan. 
 
Bülbül istərmi heç onun gülünə 
Söz qoşa bağça-bağda bir bağban. 
 
Hər kəsinvarsa yarına nəzəri. 
Sirrin bilməsin gərək sarban. 
 
Nə qədər eyləsə cəfa da rəqib, 
Demərəm dərdimi sənə bir an. 
 
Sözü yarə özün desən xoşdur, 
Nəyə lazımdı başqa bir insan. 
 
Sədinin etdiyi hekayələri 
Hər ağızda gəzər, bilər bu cahan. 
 
 * 
 
Səfərindən yenə yarım qayıdıb tazə gəlib. 
Misrdən şəkkərimiz bir daha Şirazə gəlib. 
 


 
170 
Canımı almağa qəsd eylədi şahin baxışın, 
Bir göyərçin kimi könlüm quşu pərvazə gəlib. 
Dinimiz, şöhrətimiz getsə də yoxdur zərəri, 
Dərd, bəla harda ola aşiqi-canbazə gəlib. 
 
Bu cigər yandırıcı dağ ki var sinəmdə
Dağa dəymiş alışıb dağ yanıb avazə gəlib. 
 
Mən o günki üzünü gördüm o dilbər gözəlin, 
Söylədim: aşiqi cəzb etmək üçün nazə gəlib. 
 
Nə qədər ağla gələn incə gözəllik var isə, 
Şübhə yoxdur ki, bizim dilbəri-mümtazə gəlib. 
 
Sən qayıtdın, gözəlim, oldu gözüm içrə yerin, 
Sədini gördü, hamı hörmətə, ezazə gəlib. 
 
 * 
 
Sənə olsam fəda, könüldür şad, 
Dostları etməyirsən əsla yad. 
 
Bizə lütf ilə baxmadın, keçdin, 
Sərv olmaz sənin kimi azad. 
 
Afərinlər elə ata-anaya 
Ki, yetirmiş sənin kimi övlad. 
 
Bəxt yaxşı olar, ümid olsa, 
Bədnəzər etməsə işi bərbad. 
 
Çəkdi nəqqaş sən kimi gözəli
Etdi dünyadə fitnələr icad. 
 
 
171
Tutaram şahı yolda mən bir gün, 
Çəkərəm yarımın əlindən dad. 
 
Almasa intiqamımı xosrov, 
Can verib ömrü eylərəm bərbad. 
 
O xumar gözlərin olub sərxoş. 
Etməyir könlümü mənim azad. 
Eşq ilə əğl bir yerə sığmaz, 
Muzdurun dərdini çəkər ustad. 
 
İstədim bağlayım səfər yükünü, 
Yerim olsun ya Bəsrə, ya Bağdad. 
 
Fars mülkündən özgə mənzil yox, 
Misr ola, Şam, Bəsrə, ya Bağdad. 
Məni cəzb eylədi bu Şirazın 
Torpağı, bir də ki bu Rüknabad. 
 
Eşq üçün torpağa düşən şəxsə 
Eşq qəsd eyləyib olar cəllad. 
 
Tələdən vəhşi quş ki hürkürdü, 
Onu seyd eylədi bu gün səyyad. 
 
Hamı yaddan çəkirsə dərd, Sədi 
Öz əlindən, yazıq, edir fəryad. 
 
 * 
 
Gəldi bahar, öt nəğməni, ey bülbüli şirinnəfəs, 
Sən də mənim tək aşiq ol, zindanın olsun bir qəfəs.  
 
Gündə sevir bir mehriban, namehriban canan hamı, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə