Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

 
158 
Yetişdi can boğaza, kamə çatmadıq əfsus, 
Yetişsə kamə könül, söylərik şəfamız var. 
 
Sənin əziz canına Sədi and içir, ey dost, 
Deyir cahanda bizim bircə aşinamız var. 
 
 * 
 
Ay surətindi gövhəri məna xəzinədən, 
Eşqin bu qəlbə dağ çəkibdir dəfinədən. 
 
Yanmışların olar əsər ahında, şübhəsiz, 
Qoyma səmayə nalə çıxa odlu sinədən. 
 
Ziynət verir gözəl üzə mərcan dodaqların, 
Yox zülfünün təfavütü güldən neçin? nədən?! 
 
Baş əymərəm zəmanədə heç padişahə mən, 
Olmaz qul ozgəyə, gözəlim, bu kəminədən. 
 
Baxsa əgər gözün yada məndən xəta olar, 
Sənsiz keçən ömür sayılarmı qərinədən? 
 
Yalnız böyük o şəxs deyildir ki, olmasın 
Qəlbində heç zaman bir əsər mehri kinədən. 
 
Sədi gözəllər eşqinə oldunsa bir misal, 
Aşiqliyin sorağı gəlir hər mədinədən. 
 
 *  
 
Heç qibtə etmədim mən, nə mənsəbə, nə malə, 
Uydu cahanda könlüm, yalnız mənim vüsalə. 
 
 
159
Bilsən cahanda vəsfə layiqdi hansı sərvət, 
Gözlər ki hər dəqiqə baxmaqda bir cəmalə. 
 
Şad olsun öylə aşiq, çatmış vüsali-yarə, 
Yox ehtiyacı əsla bir sorğuya, sualə. 
 
Yağ-bal kimi qovuşsa cananə aşiq hərgah, 
Munis olar könüllər, batmaz daha məlalə. 
 
Yalnız gülər o cahil keyf əhlinə ki, bədbəxt 
Ömründə uymayıbdır bir keyfə, əhli-halə. 
 
 
Yarımdan ayrı düşdüm,çəkdim mən öylə qüssə, 
Döndü zəif vücudum cansız quru xəyalə. 
 
Düşdü kəməndi-yarə könlüm mənim əzəldən, 
Uymazdı yoxsa aşiq böylə bir ehtimalə. 
 
Yardan düşəndə ayrı hər gün mənə bir ildir
İl gün qədər gödəkdir çatsam əgər vüsalə. 
 
Vardır ay üzlü yarın daim iki hilalı, 
Ayda dönür fəqət ay tək bir dəfə hilalə. 
 
Zahid uyar cahanda mövhum xəyalə ancaq, 
Sədi deyir qəzəllər yalnız belə qəzalə. 
 
 * 
 
Görüşündü qəlbə rahət, gülüşündü afət, ey yar! 
Nə qədər gözəl var aldın hamıdan məlahət, ey yar! 
 
Hanı Çində öylə rəssam çəkə böylə incə surət. 


 
160 
Sənə ilk baharmı vermiş bu qədər lətafət, ey yar! 
 
Sənin eşqin hər ürəkdə özünə tutanda bir yer, 
O könüldə hakim oldun, elədin xilafət, ey yar! 
 
Güzər eylə mərhəmətlə bizə sərv tək xuraman, 
Görək ay üzündə vardır nə qədər təravət, ey yar! 
 
Dedilər uzaq düşəndə olar hicrə səbrim, ancaq 
Görürəm ki, sevgi bilmir arada məsafət, ey yar! 
 
Edəsən ölümdə vədə əgər aşiqə, əminəm, 
Ölümə gedər ürəklə, eləyər cəsarət, ey yar! 
 
Həvəs etsə Sədi hərgah, sevə bir zərif nigarı, 
Onu məhv edər cahanda belə bir zərafət, ey yar! 
 
 * 
 
hər kimin iltifatı var canə, 
demə var mehri nazlı cananə. 
 
Məni bimar edən təbibimdir, 
Ehtiyacım yox özgə dərmanə. 
 
Səni salsa kəməndə cananın, 
Qıl itaət hər əmrə, fərmanə. 
 
Neyləsin tabe olmasın əmrə, 
Baş əyir qul həmişə sultanə. 
 
Aşiqə yüz desən ki, yardan keç
Hər sözündür ona bir əfsanə. 
 
 
161
Kim dənizdə batır nə fərq edəcək, 
Düşə ya düşməyə o tufanə. 
 
Gül açıldı, gərək edib nalə, 
Başlasın bülbül indi dastanə. 
 
Nə qədər olsa da ağıl güclü, 
Eşq qalib gələr hər insanə. 
 
Ağlayar bir uşaq kimi aşiq, 
Sevgidən düşsə dərdi-nalanə. 
 
Qaşına uydu, sevgilim, hər kəs, 
Oldu qəlbi hədəf o peykanə. 
 
Eşqdən açma söz, əgər açsan, 
Çıx sübut eylə mərd-mərdanə. 
 
Sədi yarsız keçirsə bir anı, 
Dönər aləm gözündə zindanə. 
 
 * 
 
Xoşdur nə qədər cəfa qılır yar, 
Var meydə xumar, güldə də xar. 
 
Hər söz çıxa bal dodaqlarından, 
Şirin olar, ey sevimli dildar! 
 
Səndən kimə eyləyim şikayət? 
Səndən sənə min şikayətim var. 
 
Gülsən mənə eyb tutmaram, ah, 
Göz yaşlarım eyləyib məni zar. 


 
162 
 
Göydə bulud ağlayan zamanlar, 
Gülməzmi çəmən, çiçəkli gülzar. 
 
Qəlbin gözü var sənin dalınca, 
Qəlbinsə sənin deyil xəbərdar. 
 
Can versəm əgər ayaqlarında, 
Mən incimərəm, sözümdür aşkar. 
 
Həsrət çəkirəm ölüb dirilsəm
Bir də qabağında ölsəm, ey yar! 
 
Bir daş kimi mən bucaqda qalsam, 
Ya olsam əgər önündə divar, 
 
Susmam yenə çünki daş da görsə, 
Eylər sənə min məhəbbət izhar. 
 
 
163
Sədi çəkilən deyil bəladən, 
Zəncirlə hara gedər giriftar. 
 
 * 
 
Mənim hicrim sənə dərdü qəm olmaz, 
Yanında başqa yarsız bir dəm olmaz. 
 
Əlindən aləmə mən tutmuşam üz, 
Sənin hüsnün kimi bir aləm olmaz. 
 
Düşüb eşqə sevənlər çoxdur, amma, 
Mənim tək bu cahanda möhkəm olmaz. 
 
Düşünməzdim cahan mülkündə əsla, 
Pərinin sevdiyi yar adəm olmaz. 
 
Yetər məcruh qıldın könlümü sən
Sağaltmaqçın onu heç məlhəm olmaz 
 
Verim gəl canımı, ey yar, yolunda, 
Xəsisliklə məhəbbət bir dəm olmaz. 
 
Mənə sənsiz cahanda can nə lazım, 
Məhəbbət olmasa bir həmdəm olmaz. 
 
Kimə salmış nəzər Sədi deyirlər, 
Mənə yar ilə qəm çəkmək qəm olmaz. 
 
Deməz dost sirrini heç düşmənə dost, 
Rəqib insanə əsla məhrəm olmaz. 
 
 * 
 


 
164 
Can istə, sənə verim bu canı, 
Asan görürəm hər imtəhanı. 
 
Canınçın, inan ki, vermərəm mən, 
Tək bir tükünə bütün cahanı. 
 
Yox kimsəyə mehrin, ancaq aləm 
Sanmış səni yar mehribanı. 
 
Ay üzlü, nə fitnələr törətdin, 
Yıxdın yerə sonsuz asimanı. 
 
Təşbih edir, heyf, görməyənlər, 
Şimşada o sərvi-dilsitanı. 
 
Görsə qaşını əgər hər ovçu
Almaz ələ seyd üçün kəmanı. 
 
Sədi sənin eşqinə düşəndən, 
Zülfün kimi nazik oldu canı. 
 
 * 
 
Mən sənin tək incə dilbər görmədim, 
Çox çiçək gördüm, belə tər görmədim. 
 
Yox sənin tək yer üzündə bir gözəl, 
Hüsnünə hurini bənzər görmədim. 
 
Ay sənə olmaz bərabər, ay gözəl, 
Gözlərin tək parlaq ülkər görmədim. 
 
Mən sənin ləlin kimi al-qırmızı, 
Bir dəyərli ləli, gövhər görmədim. 
 
165
 
Yırtılar qarşında dinin pərdəsi, 
Sən kimi heç yerdə kafər görmədim. 
 
Çox gözəl gördüm cahan mülkündə mən
Hüsnünə lakin bərabər görmədim. 
 
Uymayırsan, Sədi, sən səccadəyə, 
Mən sənin tək bir qələndər görmədim. 
 
 
 
 * 
Xəbərin varmı ki, sənsiz mənim aramım yox, 
Ayrılıqdan, gözəlim, xoş keçən əyyamım yox. 
 
Vəsfini söyləyirəm hər zaman hər yerdə sənin, 
Təkcə sənsən, mələkim, başqa güləndamım yox. 
 
Meylim ancaq o qara xala nəzər salmaq idi, 
Tora düşdü bu könül, çıxmağa əncamım yox. 
 
Gecələr fikrim odur bir daha gün doğmayacaq, 
Gündüz ancaq görürəm sevgilim axşamım yox. 
 
Mənə düşmən kəsilə aləm əgər, nazlı nigar, 
Səndən ilham alıram, başqa bir ilhamım yox. 
 
Hiylə ilə qapına gəlməmişəm, tənə yetər, 
Sənə mən bir köləyəm, izzəti-ikramım yox. 
 
Canına and içirəm, sevgili dostum, gözəlim, 
Düşmənin sözlərini dinləmək imkanım yox. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə