Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 
146 
Üzr istə çəkməmiş sən hələ əzab
Döyüləndə fayda verməz iztirab. 
Bu gün varlığını sarmasa qəflət, 
Qızartmaz üzünü sabah xəcalət. 
 
147
 ATA İLƏ QIZ 
 
Gecəni yatmışdım etməkçin səfər. 
Böyük bir karvana qoşuldum səhər. 
Elə güclü külək qopdu, bir anlıq 
Toz-torpaq hər yanı etdi qaranlıq. 
Bu karvan əhlindən birinin qızı,  
Sildi atasının üzündən tozu. 
Atası dedi ki: qızım, bir zaman 
Bu torpaqda qopar böyük bir tufan. 
Uçar hər zərrəmiz sovrular düzə, 
Əcəl möhlət verməz bir an da bizə. 
Uçar külək kimi əcəlin atı, 
Olar mənzilimiz torpağın altı. 
 
 SÜMÜK QƏFƏS 
 
Xəbərin varmıdır, ey sümük qəfəs, 
Canın bir quşdur ki, adıdır nəfəs. 
Quş qaçıb olanda qəfəsdən azad 
Onu tuta bilmir bir daha səyyad. 
Fürsəti qaçırma, bir andır aləm. 
Arifə görünür bu cahan bir dəm. 
İskəndər aləmə oldu hökmran. 
O getdi, yerində qaldı bu cahan. 
İmkan tapmadı ki, versin aləmi
Qayıtsın ömrünün kiçik bir dəmi. 
Getdi, əkdiyini biçdi hər insan, 
Bir yaxşı, bir yaman ad qaldı ondan. 
Vəfasız dünyaya verməyək ürək, 
Dostlar getdi, biz də yollanaq gərək. 
Bizdən sonra güllər açar bu bağda. 
Olar dostlar yenə kefdə damağda. 
Bu dünya dediyin sevimli dilbər 


 
148 
Kimə həmdəm olsa onu məhv edər. 
Ayıl, sarsıtmasın səni bu qəflət, 
Sabah fayda verməz çəkdiyin zəhmət. 
Şiraza səfərdən qayıtmaq asan. 
Təmiz yuyunarsan səfər tozundan. 
Vaxt olar unudar səni bu şəhər, 
Sən başqa aləmə edərsən səfər. 
Axıt gözlərinin çeşməsindən su
Əgər bir günahın varsa təmiz yu. 
 
 QƏSİDƏ 
 
Nə yara könül ver, nə sev bir diyar, 
Dünyada çox torpaq, su, çox insan var. 
Şəhər köpəkləri cəfasız olmur, 
Çünki tula kimi etməyir şikar. 
Təkcə gözəlləri sanma gül üzlü, 
Yaşıldır ağaclar, güllüdür gülzar. 
Eşələnmə evdə toyuqlar kimi, 
Uç göyərçin kimi gəz diyar-diyar. 
Ağacdan-ağaca qon bülbül kimi, 
Könül tələsində olma biqərar. 
Eşşəyə, öküzə yer tapdaq olmuş
Çünki göylər kimi deyildir dəvvar. 
Min gözəl rast gəlsə bax keç yanından, 
Vermə heç birinə könül, olma yar. 
Çoxlarıyla ülfət eylə, gül, danış, 
Birinə bağlansan olarsan bizar. 
Uysan da çox uyma xəzə, atlasa. 
Çünki xəz və atlas doludur bazar. 
Səfər əhli bənzər yeriyən ata, 
Olmaz gözü bağlı öküztək bikar. 
Kimi varlığını eyləyir əsir, 
Kimi xəyalını edir tarümar. 
 
149
Sən qədir bilənin xidmətində ol, 
Qədrini bil, olma nəfsə giriftar. 
Bədəsil yarıyla gecələr yatır, 
Səhərlər dolanır yarından kənar. 
Elə bir adama sən könül versən, 
Özün olacaqsan onda günahkar. 
Varkən şirin meyvə əlimdə, neçin 
Bir ağac əkim ki, acı versin bar?! 
Nədən o şad olsun, mən çəkim kədər, 
Yatsın o, mən qalım oyaq, biqərar. 
Azad insanları eşqin kəməndi 
Bir piyada kimi sürüklər, yorar. 
Dostunun yükünə kömək edər dost, 
Yükləməz dostunu olsa vəfakar. 
Dost sənə vəfasız olarsa əgər
Onunla dost kimi eyləmə rəftar. 
Mənim dərdlərimi çəkmirsə biri, 
Mən onun dərdindən olmaram bimar. 
Mənə cövrü cəfa eyləyirsə dost, 
Böyük düşmənimdir yəqin o qəddar. 
Nanəcib dost öpsə ayaqlarından. 
İnanma, aldadır səni hiyləkar. 
İbadət edəndə oğru cib kəsir, 
Ovçu dən verəndə quşa tor qurar. 
Ömrünü sərf etmə vəfasız yara, 
Düşsən yoxsulluğa yanından qaçar. 
Bir anlıq zövq üçün düşmə yüz dərdə, 
Gecə şərab içən sübh olar xumar. 
Bir işi görəndə çox düşün əvvəl, 
Sonra peşmanlıqla olmayasan xar. 
Necə bütpərəstçin əzizdir bütü, 
Sən də öz xalqına ol pərəstişkar. 
Ağlın cilovunu nəfsin əlinə 
Verib uymaz eşqə, sevgiyə huşyar. 


 
150 
Sevgidən düşmüşəm çox bəlalərə
İlan vuran adam çatıdan qorxar. 
Göz görəndə könül sevər çarəsiz, 
Ürək ağla baxmaz, yarı axtarar. 
Aşiqə nəsihət, öyüd kar etməz, 
Hər şeydən əzizdir sevgili dildar. 
Atlının ardınca piyada qaçar, 
Ancaq atlı qovsa sürünər naçar. 
Nəfsimlə vuruşdum bütün gecəni, 
Məni əldən saldı axır bu əfkar. 
Düşündüm ki, neçin bir uşaq kimi 
Uyum oyuncağa, olum həvəskar. 
Az qalmışdı dostdan ayrılıb gedim, 
Ürəyim dönmədi,oldum vəfakar. 
Dedi bərkə, boşa sən çox düşmüsən
Min dəfə etmisən tövbə, istiğfar. 
Tutdu ətəyimdən dostluq söhbəti, 
Dedi öz əhdini unutma qəddar. 
Dostun peymanını dost tez unutmaz, 
Mürüvvət əhlində olmaz bu kirdar. 
Hansı dost dostunun eşqindən dönür, 
Yarının sözündən heç dönərmi yar? 
Hicranın ürəyi daşdan bərk olur, 
Səbr ilə vüsalə yetişir dildar. 
Min dərdə təhəmmül eyləsin gərək. 
Hər kəsin qəlbində bir yar eşqi var. 
Könül dözməlidir hər cür tənəyə
Gül dərən əllərə tikanlar batar. 
Pul nədir, din nədir, dünya nədir ki, 
Eylə dost yolunda hər şeyi inkar. 
Düşmən səni yardan ayırar, ancaq 
Sən öz sevgilindən ayrılma zinhar. 
Paxıla, bədxaha fikir vermə heç, 
Çalış razı qalsın sevdiyin nigar. 
 
151
Dostun inciyəndə şad olma əsla, 
Dost dosta eyləməz əziyyət, azar. 
Demə ki, sevgidən dönərəm, qazı– 
İqrardan sonra heç dinləməz inkar. 
Təbin dənizindən eşq aləmində 
Sevgisiz yaranmaz dürri-şahvar 
Məni sanma çox da sadəlövh adam, 
Ağıllı hər sözə etməz etibar. 
Demə pəhriz edir meyvədən qarı, 
Əli çatmır, yalan deyir o kaftar. 
Geniş hövsələli fəqət əli boş 
Sanma dost yolunda simüzər saçar. 
Şerin saf qızıldan yaxşıdır Sədi, 
Cəzb edərmi sənin qəlbini dinar. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə