Microsoft Word Sadi Bustan doc


L İ R İ K     Ş E R L Ə R



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 
152 
L İ R İ K     Ş E R L Ə R 
 
QƏZƏLLƏR, RÜBAİLƏR, QİTƏLƏR 
 
 
 Q Ə Z Ə L L Ə R 
 
Ey sariban, ahəstə get, arami-canımdır gedən, 
Yar könlümü çəkmiş mənim, ruhi-rəvanımdır gedən. 
 
Səy eylədim əfsun ilə pünhan qılım mən dərdimi, 
Pünhan işim çıxdı üzə, seyr eylə, qanımdır gedən. 
 
Qaldım belə zarü zəlil, biçarəyəm qəlbim əlil, 
Düşdüm o dilbərdən uzaq, asudə anımdır gedən. 
 
Yox əhdinin bünyadı heç, bitməz onun bidadı heç. 
Çıxmaz könüldən yadı heç, ən xoş zəmanımdır gedən. 
 
Bir an dayan, ey sariban, qoyma gedə bu karivan, 
Ol sərvə uymuşdur könül, sərvi-rəvanımdır gedən. 
 
Bir dön geri, ey nazənin, göz məskənin olsun sənin, 
Sənsiz bu sonsuz göylərə, ahü fəğanımdır gedən. 
 
Can tərk edəndə cismini, insan açar öz hissini, 
Yoxdur sözüm, görmüş gözüm, bu xəstə canımdır gedən. 
 
Sədi, sənə layiq deyil yardan giley, ey bivəfa, 
Gördüm mən ondan çox cəfa, səbrü təvanımdır gedən. 
 
 * 
 
Gördün eşqində dünən mən nə pərişan oldum, 
 
153
Tərk edərkən məni bir surəti-bican oldum. 
 
Səni vəsf eyləməyi sanma unutmuş bu könül, 
Hüsnünü gördüm, əzizim, sənə heyran oldum. 
 
Sənsiz, ey gül, çəmənin seyrinə mən çıxmaram heç, 
Söylə bəs çöldə neçin xari-muğilan oldum. 
 
Vəslin ümmidi dirildərdi məni, sevdiciyim, 
Lakin hicrində verib canımı qurban oldum. 
 
Gecələr sübhə kimi yatmadım ümmid ilə mən, 
Sevgilim, bəlkə səhər vəslinə mehman oldum. 
 
Sədi hicrində yanarkən bunu söylər hər gün: 
Əhdini qırsa da yar, mən ona canan oldum. 
 
 *  
 
Ey nəfəsi nəşəli badi-saba, 
Yarımı gördüm, sənə yuz mərhəba. 
 
Ver bizə, hüdhüd, gecədən bir xəbər, 
Söylə necə halə düşübdür Səba. 
 
Söylə yenə kinlimi cananımız, 
Yoxsa olur qəlbimizə aşina. 
 
Sülhə uyur, yoxsa ədavətlidir, 
Xofa düşək, yoxsa edək biz rica. 
 
Bir də əgər kuyinə etsən guzər
Söylə bizim yarə, nəsimi-səba: 
 


 
154 
Öylə zəifəm ki, bitib qüvvətim, 
Cansız olan cismdə olmaz bəqa. 
 
Çatsam əgər vəslinə yarın bu gün, 
Qalmaz o keçmişki uzun macəra. 
 
Çəkmərəm əl mən ətəyindən sənin 
Tutsa yaxamdan ölüm, ey dilrüba. 
 
Dostmu deyərlər elə insanə ki, 
Çəkməyə öz dostu yolunda cəfa. 
Xəstəlik olmaz o qədər qorxulu, 
Bilsən əgər dərdinə var bir dəva. 
 
Hər səhər eşqindən açıb söhbəti, 
Ertəsi gün mən görürəm macəra. 
 
Dərdimin əhvalı tutub aləmi 
Dinləməyir sözlərimi aşina. 
 
Sədi, əgər dağ eşidə naləni, 
Nalədən ətrafa salar min səda. 
 
 * 
 
Ey deyən ən müşkül iş yalnız fəraqi-yar olur, 
Olsa vəsl ümmidi, hicran, sanma ki, düşvar olur. 
 
Gözlərim yaşı dedim xalqa həram eylər yuxu, 
El yatanda ağladım, qorxdum hamı bizar olur. 
 
Ox kimi kirpiklərin əlvan edir ağ çöhrəmi, 
Könlümün dərdi bu xətlə aləmə izhar olur. 
 
 
155
Getdi könlüm eyb qıldıqca yetən bidillərə, 
Çox günah etsə cahanda kim, yəqin ki, xar olur. 
 
Afərin söylə, nəsimi-sübh, sən dildarimə, 
Yarını tərk eyləmiş çünki o, qeyrə yar olur. 
 
Çox peşimanlıq çəkib üz tutmuşam divarə mən
Hər kəsə açsam könül dərdin, dönüb divar olur. 
 
Mən onun söhbətlərindən açmıram söhbət hələ, 
Sanmayın bais bizim söhbətlərə əğyar olur. 
 
Qadir olsan da məni incitməyə qəlb inciməz, 
Boynuma qoysan qılınc, sanma mənə azar olur. 
 
Kim sevir dildarını, dərd çəkmək asandır ona, 
Yıxdı Fərhad Bisütun, Şirin ona dildar olur. 
Ay sənə bənzər gözəllikdə. Fəqət yoxdur dili, 
Sərvdə sanma sənin tək böylə xoş rəftar olur. 
 
Könlüm eşqindən əgər divanəsə, eyb eyləmə, 
Ayda nöqsan, zərdə nöqsan, gül yanında xar olur. 
 
Sərvi boylum, kim səni görsə deyər yüz afərin, 
Hüsnünə heyran sənin bu gümbədi-dəvvar olur. 
 
Söyləyir dostlar mənə, Sədi, gözəl gülzarə çıx, 
Mən sevən gül başqadır, sanma yeri gülzar olur. 
 
 * 
 
Mehriban olmasa kimin yarı, 
Tutar afaqı naleyi-zarı. 
 


 
156 
Nə qədər söyləsə acı sözlər, 
Yenə şirindi yarə dildarı. 
 
Getməyə taqət olmayır məndə, 
Hər görəndə o nazlı rəftarı. 
 
Dirilib qəbrdən durar ayağa 
Aşiqin olsa bir vəfadarı. 
 
Bir cavab tapmıram verim ona mən, 
Sözüdür bir dəyərli mirvarı. 
 
Eşqi gizlin qalırdı, bitdi səbir, 
Pərdə yırtıldı, açdı əsrarı. 
 
Yarımın xidmətində olsam mən, 
Xidmətin olmaz həddi, miqdarı. 
 
İtirər ağlını bütün aləm, 
Yerisə sevgilim pərivarı. 
 
Sədiyə görmək olmasın qismət 
Nazlı yar ilə birgə əğyarı. 
 *  
Nə zaman mümkün olur vəslini, canan, görmək, 
Yox bu qəlbimdə daha taqəti hicran görmək. 
 
Kuyuna gəlsəm əgər xislətin olsa bu təhər, 
Qismətimdir, gözəlim, cövrü firavan görmək. 
 
Məni tərk eylədi eşqində ağıl, qalmadı huş, 
İstəyər kim özünü bisərü səhman görmək. 
 
Hər qədəm atsan, ona canımı qurban verərəm, 
 
157
İstəmirsən məni sən, bəs niyə qurban görmək. 
 
Görürəm mən o qara zülfünü röyada gecə, 
Mənə zəncir kimidir zülfü pərişan görmək. 
 
Sərvi boylum, çəmənin seyrinə çıxsan sən əgər, 
İstəməz kimsə, inan, sərvi-xuraman görmək. 
 
O xumar nərgisinə baxsa gözüm, qəlb açılar, 
İstəməz bir də könül baxçada reyhan görmək. 
 
Sədi, bihudə yerə qəm yeyib axtarma əlac, 
Bir əlac var ki, verib canını canan görmək. 
 
 *  
 
 Gəl, ey gözəl mələkim, gəl ki, macəramız var, 
Çəkinmə, söylə bizə, bəlkə bir xətamız var. 
 
Rəva deyil bu qədər qəlbi cəzb edib getmək. 
Əgər bir inmana zülm eyləsək, cəzamız var. 
 
Yetişdi düşmənimiz kamə, keçdi çox günlər, 
Gəlib fəqətdemədi dostlar aşinamız var. 
 
Nə dərd bilən tapılır ölkədə, nə də kimsə 
Gəlib demir bu ağır dərdinə dəvamız var. 
 
Şikəstə könlümüzü min dəfə bulandırsan, 
O hüsni dilbəri gördükdə xoş səfamız var. 
 
Yaxıbdır atəşimiz sərbəsər bu dünyanı, 
Gəlib müsəvvir edir cəhli kimyamız var. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə