Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

 
140 
Qocalıqda sakit yatasan gərək. 
Qırxdan keçirdinmi sən öz ömrünü
Bilki, həyatının gəlir son günü. 
Bir insan ki, güclə çəkir nəfəsi, 
Başında qalarmı gənclik həvəsi? 
Sevinc ürkür məndən, qəmim qalmışdır. 
Başımın üstünü gecə almışdır. 
Yaşıl çəmənlərdən nə zövq alım mən? 
Çəmənlər bitəcək sabah qəbrimdən. 
Seyr edib görmüşük gülü gülzarı, 
Tapdayıb keçmişik bir çox məzarı. 
Dolanar fəsillər, gələr bir zaman, 
Keçərlər bizim də torpağımızdan. 
Boş keçdi gəncliyin günləri, heyhat! 
Dönməz bir də geri o keçən həyat. 
Ötdü şimşək kimi sürətlə dövran
Əfsus ki, o günlər dönməz heç zaman. 
Əfsus, batil işə həvəskar olduq, 
Haqdan-həqiqətdən biz kənar olduq, 
Tənbəl bir şagirdə deyib müəllim: 
Günün hədər keçdi, almadın təlim! 
Əfsus gözəl ömrü çırpmışıq daşa, 
Bu son günləri də vurarıq başa. 
Səadət mülkündə ömür sürənlər, 
Sədinin sözünü sanar bir gövhər. 
 
 DÜŞMƏNLƏR 
 
İki düşmən daim girişir cəngə, 
Bənzəyirdi şirlə kinli pələngə. 
Onlar bir-birindən ürkürdü hər an, 
Sanki başlarına dardı asiman. 
Birinin ömrünü qopardı əcəl. 
Onu torpaqlara apardı əcəl. 
 
141
Onun ölümünə sevindi yağı, 
Gəldi məzarına bir axşam çağı. 
Gördü ki, sarayda ömr edən insan 
Gordadır, qəm yağır məzar daşından. 
Sevinib xüraman-xüraman gəldi, 
Məzarın önündə dayanıb güldü. 
Dedi: nə xoşdur ki, düşməni ölsün, 
İnsan canan ilə kef edib gülsün. 
Düşməndən bir gün çox yaşasa hər kəs, 
Onunçun ağlamaq əbəsdir,əbəs. 
Bu sözü söyləyib o, kinlə birdən 
Bir yekə daş çəkdi təzə qəbirdən, 
Gördü ki, düşməni olmuşdur torpaq; 
İki gözü baxır, parlayır ancaq. 
Qurdlar bədənini yeyib tərtəmiz, 
Qalmayıb canından bir nişan, bir iz. 
Bədəni o qədər qalıbdır darda, 
Sümüyü sürməyə dönüb məzarda. 
Vücudu düşübdür elə bir halə, 
Fələkin cövründən dönüb hilalə. 
Qüvvətli biləyi düşüb qüvvədən. 
Bənd bənddən ayrılıb, çürüyüb bədən. 
Kişi kövrəklənir mərhəmətindən, 
Tökür göz yaşları o riqqətindən. 
Elə bil ki, şimşək çaxır başında. 
Əmr edir yazılsın məzar daşında: 
Ölümə sevinmə, gün gələr sən də 
Yatarsan qaranlıq torpaq içində. 
 
 
 
 UŞAQKƏN 
 
Uşaqlıq çağında bayram səhəri 


 
142 
Atamla gəzəndə böyük şəhəri 
Fikrim əyləncəyə qarışdı, birdən 
Atamı itirdim izdihamda mən. 
Qorxudan alışdı bağrımın başı, 
Ağlayıb inlədim, tökdüm göz yaşı. 
Atam yaxınlaşıb dedi: ay bala, 
Sənə deməmişəm qalma heç dala? 
Hələ dirçəlmədən, boy atmadan sən 
Möhkəm tut atanın ətəklərindən. 
Nəbələd olanlar itirər yolu, 
Bələdçi mənzilə gətirər yolu. 
Düşün, uşaq kimi sən də körpəsən, 
Arif insanların tut ətəyindən. 
Öz təmiz adına sən ləkə vurma
Alçaq adamlarla oturub durma. 
Təmiz insanlarla otur hər zaman, 
Arifdən görməzsən ömründə ziyan. 
Hər kəs ariflərlə oturub-durar, 
Cəhlin zəncirini sarsıdıb qırar. 
Diqqət ver, körpədən öyrən rəftarı: 
İlk addım atanda tutur divarı. 
Mərifət xirməni yığmaq istəsən, 
Sünbül topla, Sədi kimi işlə sən. 
 
 
 
 
 
 ATA NƏSİHƏTİ 
 
Çıxmaz xatirimdən ata zəhməti, 
Gəlsin haqqın ona böyük rəhməti. 
Aldı uşaqlıqda mənə lövh, dəftər, 
Bir də qızıl üzük,daşı ləl,gövhər. 
 
143
Məni bir xurmayla tacir aldatdı, 
Onu barmağımdan dartdı çıxartdı. 
Dərk edib tanımaz uşaq qaş-daşı, 
Bircə şirni ilə aldanar başı. 
Sənə bəlli deyil ömrün qiyməti, 
Odur ki sevirsən eyşü işrəti. 
Ömür dedikləri dəyərli gövhər, 
Qoyma ki işrətlə məhv olsun hədər. 
 
  


 
144 
CƏMŞİDİN SEVGİLİSİ 
 
Öləndə Cəmşidin sevdiyi dilbər 
Ona ağ ipəkdən kəfən biçdilər. 
Cəmşid yar qəbrini öpməyə gəldi
Ağlayıb göz yaşı tökməyə gəldi. 
Gördü ki, çürüyüb, tökülüb kəfən, 
Düşündü, bu sözlər keçdi qəlbindən: 
Qurdlardan alınan bu ipək yenə 
Məzarda qurdların keçdi çənginə. 
Həyat bağındakı bütün gülləri 
Sovurur heçliyə əcəl yelləri. 
Sönür könüllərdə şirin diləklər, 
Yıxır ağacları güclü küləklər. 
Bir səhər eşitdim belə bir nəğmə, 
Batdı sözlərindən ürəyim qəmə: 
Əfsus, biz ölərik, qalar ruzigar
Ətirli çiçəklər bitirər bahar. 
Bir gün biz yatarıq qara torpaqda, 
Aşıqlar sevişər, seyr edər bağda. 
Məndən sonra çıxar bu günəş, bu ay, 
Mənim kərpicimdən tikilər saray. 
 
 ZÜLEYXANIN EŞQİ 
 
Züleyxa içərək eşq badəsini, 
İtirdi ağlını, iradəsini. 
Sarsıtdı qəlbini şəhvət dərindən, 
Yapışdı Yusifin ətəklərindən. 
Misir xanımının bir bütü vardı, 
Onu tanrı bilib uca tutardı. 
Tez bir örtük asdı üzündən bütün 
Yayınsın pis işi gözündən bütün. 
Bir küncdə əyləşib Yusif ələmli, 
 
145
Şəhvətli qadına baxırdı qəmli. 
Öpüb əllərindən, ayaqlarından 
Yusifə söylədi: hanı o peyman? 
Gəl burax, əzizim, qəmi, məlalı, 
Xoş keçin, buraxma eşqi, visalı. 
Yusifin üzünə axdı göz yaşı, 
Dedi: sanma məni nanəcib, naşı. 
Sən utandın bütdən, daş parçasından, 
Mən utanmayımmı böyük tanrıdan. 
Ömür tələf oldu, qayıtmaz geri, 
Peşmanlıq düzəltməz çirkin işləri. 
Şərabı içirlər üz qızartmağa, 
Mey üzü döndərir sarı yarpağa. 
Üzrü bu gün istə, gələndə əcəl, 
Sənə danışmağa verməyir macal. 
 
 SƏRXOŞLUQ BƏLASI 
 
Biri taxıl biçib döymüşdü xərmən, 
Deyirdi: ruzimi toplamışam mən. 
Bir gecə mey içib məst oldu ancaq, 
Yandırdı taxılı zavallı axmaq. 
Səhər durdu gördü xərməndən çöldə, 
Qalmayıb bir dənə sarı sünbül də. 
Qəm, kədər bürüdü yoxsul dərvişi, 
Bir ağıllı ona dedi, ay kişi, 
Uyub sərxoşluğa neçin qudurdun? 
Taxıl xərməninə niyə od vurdun? 
Xərməni toplayıb sonra yandıran, 
Adama söyləyər hər görən nadan. 
İlqarı, imanı satıb dünyada 
Sovurma öz təmiz adını bada. 
Bir bədbəxt çəkəndə əzab, əziyyət, 
Olar xoşbəxtlərə bu halı ibrət. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə