Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 
116 
Bir gecə mən yalnız qaldığım zaman, 
Gözümə sataşdı bir qara insan. 
Alıb ağuşuna ay üzlü canan
Gördüm, dodağını dişləyir nadan. 
Sanki o ifritdi, qadınsa Bilqis. 
Sanki bir mələkdi qucmuşdu İblis. 
Örtüb ağ ipəyi qara bir keçə, 
Sanki birləşmişdi gündüzlə gecə. 
Yanıb füzulluqdan od tutdu ürək. 
Dedim ki, bunları ayıram gərək. 
Döydüm o ifriti qızı buraxsın, 
Gün çıxsın buluddan, işığı axsın. 
Çəkildi gülşənin üstündən duman, 
Yumurta qarğanın çıxdı altından. 
İfrit qorxusundan qaçdı tez geri, 
Lənətlər yağdırdı mənə o pəri. 
Dedi: ey nanəcib riyakar insan! 
Ey dünyaya uyan gözü dar insan! 
İllərdi, könlümü vermişdim əldən, 
Can tək sevib ona vurulmuşdum mən. 
İndi bişirmişdim o xam tikəni, 
Neçin sevgilimdən ayırdın məni? 
Qadın bağıraraq söylədi: dəhşət! 
Qalmayıb arada mərhəmət, şəfqət. 
Bir gənc yoxmu mənim halıma yansın, 
Gəlib bu qocadan intiqam alsın. 
Eldə həyasızlıq artıb olduqca, 
Naməhrəm qadına əl atır qoca. 
Bu qadın o qədər səs-küy qopardı, 
Həyadan tər yuyub məniapardı. 
Ağlım söylədi ki, indi sən gərək 
Qabıqdan çıxasan bir sarımsaq tək. 
Əngəl baş verməsin deyə qorxudan, 
Soyunub lüt oldum çəkmədən bir an. 
 
117
Qadının yanından qaçdım lüt çılpaq; 
Dedim paltar qalsın, qurtulum ancaq. 
Bu işin üstündən keçdi bir müddət, 
Mənə rast gələrək dedi o afət: 
Məni tanıyırsan? Dedim: şübhəsiz! 
Hələ bir dəfə də savaşmışıq biz. 
Tövbə eləmişəm, inan ki, bir də 
Füzulluq etmərəm daha heçyerdə. 
Ağıllı elə iş görməz bir zaman, 
Böyük zərər çəkib olsun pəşiman. 
O günkü iş mənə bir ibrət oldu, 
O çəkdiyim bəla nəsihət oldu. 
Saxla öz dilini ağlın var əgər. 
Ya sus, ya Sədi tək saç sözdən gövhər. 
 
 QEYBƏT HAQQINDA 
 
Birisi edirdi dostlarla qeybət, 
Ona bir ağıllı verdi nəsihət: 
Yanımda pisləmə dedi özgəni, 
Onda pis nəzərlə görürəm səni. 
Xalqın pisliyini danışan bir kəs, 
Nanəcib adamdır,yaxşılıq görməz. 
 
 OĞRU VƏ DÜKANÇI 
 
Bir oğru səhradan Sistana gəldi, 
Nəsə almaq üçün dükana gəldi. 
Malı əskik verdi baqqal bir çərək. 
Oğru söylədi ki, ilahi, gərək 
Gecə oğruları yanmasın odda. 
Baqqal adam soyur gündüz-günorta. 
Qorxusu, ürküsü yoxdur kimsədən. 
Gecə qorxa-qorxa ev soyuram mən. 


 
118 
 
 FİRİDUNUN VƏZİRİ 
 
Firidun şahın bir vəziri vardı, 
Vəzir həqiqəti yüksək tutardı. 
Uzağı görəndi, fikri açıqdı, 
Şahın məclisində o yaraşıqdı. 
Biri gəlib şaha dedi bir səhər: 
Şahım, əsirgəsin səni bu göylər! 
Qərəzim yox, budur sözümün sağı, 
Sənə bu vəzirin kəsilib yağı. 
Ölkəndə nə qədər vardırsa ləşkər, 
Hamına borc verir ovuc-ovuc zər. 
Deyir: borc alanla belə şərtim var: 
Şah öləndən sonra borcu qaytarar. 
Bu xain vəzirin sevməyir səni, 
Taxtının, tacının olub düşməni. 
Şah baxıb qəzəblə dedi: ey vəzir, 
Söylə bu nə sözdür dillərdə gəzir
Əcəba nə pislik etmişəm sənə, 
Gizlincə araya salırsan fitnə? 
Üzdə görünür ki, dostumsan mənim, 
Həqiqətdə sənsən böyük düşmənim. 
Vəzir hökmranın öpdü taxtını, 
Dedi: uca görüm, şahım, baxtını. 
Qoy açıq söyləyim mən, ey şəhriyar! 
Bütün xalq olubdur sənə havadar. 
Sənin ölümünü şərt qoymuşam mən, 
Borcu qaytarmağın əndişəsindən 
Sənə gecə-gündüz olunur dua. 
Deyirlər, şahımız görməsin bəla. 
Ömrü uzun olsun şahın həmişə, 
Görməsin heç zaman kədər, əndişə. 
Şahın çiçək kimi açıldı üzü, 
 
119
Yatdı ürəyinə vəzirin sözü. 
Vəzirin daha da artdı hörməti, 
Artdı şah yanında qədri-qiyməti. 
Ancaq peşimanlıq çəkdi fitnəkar
Çünki cəza verdi ona hökmdar. 
Şeytanlıq eyləyib kim ara vursa, 
Bəxti üz döndərər, o görər cəza. 
Salır nadanlıqdan kim fitnə-fəsad, 
Edir iki dostu bir-birinə yad. 
Ancaq dostlar yenə birləşən zaman, 
O xəcalət çəkir, olur peşiman. 
Fitnə atəşini yandıran nadan 
Özü də qurtarmaz oddan-alovdan. 
Hər kəs Sədi kimi sevsə xəlvəti, 
Olmaz bu dünyaya hüsni-rəğbəti. 
Haqq sözü deməkdən gəlməz yamanlıq, 
Çəkməzsən dünyada sən peşimanlıq. 
 
 XOŞXİSLƏT QADIN 
 
Fərmanında olsa arvadı əgər, 
Öz yoxsul ərini padşah eylər. 
Yanında olarsa vəfalı yarın, 
Elə bil başından aşıbdır varın. 
Düşünmə, bütün gün yesən qüssə, qəm, 
Var gecə dərdini çəkən bir həmdəm. 
Kimin qadını xoş, evidir rahət, 
Bil ki, tanrı ona edib mərhəmət. 
Arvad olsa əgər həyalı dilbər, 
Sanki bir cənnətdə həyat sürür ər. 
Kimə yar olubsa incə bir nigar, 
Onun ürəyində qalmaz arzular. 
Çirkin də, idbar da olsa surəti, 
Arvadın xoş olsun gərək söhbəti. 


 
120 
Baxma gözəlliyə, çirkinliyə sən, 
Xoşlan arvadının nəcabətindən. 
Bədəsil gözəl yox, əsil çirkin al
Əsillik eyb örtər, gətirməz məlal. 
Pisxasiyyət olsa bir pəriçöhrə, 
Ömrünü verəcək ərin hədərə. 
Ona halva versən, sirkə sanacaq, 
Əlindən daima acıqlanacaq. 
Dilara bir qadın heç olmaz bədxah, 
Bizi pis qadından saxlasın allah. 
Tutiyə bir qarğa olsa həmnəfəs, 
Ona zindan kimi görünər qəfəs. 
Qaşqabaqlı qadın görməkdən insan
Xoşdur görsə əgər qaranlıq zindan. 
Arvadın pis olsa, bax, budur çarə: 
Ya döz, ya dünyanı dolan avarə. 
Başmaq ayağını sıxmaqdansa, sən 
Daha yaxşı olar başmaqsız gəzsən. 
Evində düşürsə hər zaman dava, 
Səfər et, görsən də əgər dərd-bəla. 
Arvadı çirkinsə, idbarsa əgər, 
Kişiyə toy-bayram sayılar səfər. 
Hər evdən yüksəlsə qadının səsi, 
O evdən uzaqdır şadlıq nəşəsi. 
Ey ər, sözlərinə baxmasa qadın, 
Sürmə çək gözünə, qadınsan qadın! 
Arvadı bazara gedirsə, kişi 
Görsün arvad kimi gərək ev işi. 
Cahillik edirsə aldığın arvad, 
Sən bəla almısan, ey evi bərbad. 
Evdən yox olursa əmanətarpa, 
İnan, qalmayacaq anbarda buğda. 
Kimin ki arvadı qəlbinə yardır, 
Haqqın ona böyük nəzəri vardır. 
 
121
Əgər yad kişiyə gülsə arvadın, 
Qalmaz el içində kişilik adın. 
Arvadı əllərdə olsa əyləncə, 
Ərinin başını əzməli məncə. 
Arvad yada baxsa, gərək kor olsun, 
Yeri ev olmasın onun, gor olsun. 
Namussuz qalmaqdan yaxşıdır ölmək. 
Arsız olma, səni qoy udsun nəhəng. 
Gördün ki, arvadın evdə deyil düz
Yaşama onunla, əlaqəni üz. 
Baxsa yad kişiyə aldığın arvad, 
İnan ki, kişilik olar sənə yad. 
Bir yükdür ərinə cəfakar qadın, 
Nə xoşdur dünyada vəfakar qadın. 
Qadının əlindən dad çəkib hər an, 
Deyib bu sözləri iki sərgərdan: 
Olmasın heç kəsə qismət pis qadın. 
Pis qadın, kaş ki sən yaranmayaydın! 
Təzə bir arvad al, ey xacə, hər yaz, 
Təzə ildə köhnə qələndər olmaz. 
Görəndə qadına vurğun bir insan, 
Ona tənə vurma, Sədi, heç zaman. 
Bir gözəl qadını alsan qoynuna, 
Sən də vurularsan könüldən ona. 
  
 GƏNCİN ŞİKAYƏTİ 
 
Bir gənc bir qocaya hekayət etdi, 
Arvadın cövründən şikayət etdi. 
Dedi: dəyirmanın alt daşı kimi,  
Yüklüyəm, incidir arvad qəlbimi. 
Qoca söylədi ki, səbr et, ey cavan! 
Xəcalətli olmaz səbr edən insan. 
Alt daşı olsan da gündüzlər əgər


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə