Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə18/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

 
104 
İpəyə batmadı dəmir nizəmiz. 
Tale üz döndərib olmasa yavər
Qəza oxlarına neyləyər sipər? 
Taqrı bəxş etməsə əgər səadət 
Neyləyər qolunda olan güc, qüvvət. 
Əgər bəxt olmasa, inan ki, səndə, 
Nə mümkün fələki salmaq kəməndə? 
Qarışqa məhv olmur zəifliyindən, 
Şir güclü olsa da əzilər bəzən. 
Hər kəsin fələyə çatmayır əli, 
Onun gərdişinə boyun əyməli. 
Ömür qalsa, səni nə sancar ilan, 
 Nə də parçalayar vəhşi bir aslan. 
Ömür bitsə, sənə dərman neyləyər? 
Olar bircə anda şərbətin zəhər. 
Rüstəmin bitmişdi ömrü dünyada, 
Gücsüz Şəğad verdi ömrünü bada. 
 
 ƏRDƏBİLLİ PƏHLƏVAN 
 
Bir dəmir pəncəli gənc Ərdəbildə 
Hədəfi deşməklə məşhurdu eldə. 
Bəhrami-Gur kimi kəmənd atardı, 
Bir dağ keçisini dərhal tutardı. 
Bir keçə geyimli meydana gəldi, 
Onun qarşısında cövlana gəldi. 
Ərdəbilli gördü o pəhləvanı, 
Ox alıb, tərkindən çəkdi kamanı. 
Keçə geyimliyə əlli ox atdı, 
Oxların hamısı hədəfə çatdı. 
Biri də deşmədi keçəniancaq, 
O keçə geyimli tərpənib qıvraq, 
Ansızın əl atdı uzun kəməndə, 
Saldı ərdəbilli igidi bəndə. 
 
105
Birbaş ordugaha gətirib onu, 
Əlini bağlayıb əydi boynunu. 
Ərdəbilli gecə yatmadı bir an, 
Səhər bir gözətçi dedi: pəhləvan, 
Oxun dəmir deşər, bunda nə sirr var 
Keçə geyimliyə oldun giriftar? 
İgid ağlayaraq dedi: heç bir kəs 
Əcəlin əlindən qurtara bilməz. 
Bir pəhləvandım ki, girəndə hərbə 
Zal oğlu Rüstəmə vurardım zərbə. 
Bəxtimin gücüylə fili yıxardım, 
Bütün döyüşlərdən qalib çıxardım. 
Parlaq bəxtim oldu qaranlıq gecə, 
Döndü dəmir oldu adi bir keçə. 
Əcəl çatsa, deşər nizə cövşəni, 
Çatmasa, bir köynək qoruyar səni. 
Əcəl qılıncını siyirən zaman, 
Cövşən geyinsə də çılpaqdır insan. 
Bəxtiyar bir adam olsa da çılpaq, 
Onun bədəninə işləməz bıçaq. 
Əcəli çatmasa, məhv olmaz nadan, 
Arif də qurtarmaz əcəl oxundan. 
 
 XƏSTƏ VƏ HƏKİM 
 
Bir kürd xəstələnib yatmadı gecə; 
Həkim baxıb ona söylədi: məncə 
Çox meynə yarpağı yeyibdir kişi, 
Bu gecə, yəqin ki, bitəcək işi. 
Dəysə bir sinəyə iti ox əgər, 
Deyil pis yeməkdən mədəyçin betər. 
Pis yemək ağrıdıb pozar mədəni, 
Xəstəlik illərcə incidər səni. 
Həkim həmən gecə dünyadan getdi
O xəstə sağalıb qırx il ömr etdi. 


 
106 
 
 ÇİRKİNLİK VƏ BƏZƏK 
 
Çirkin arvadına qoca bir dərviş  
Görün bu sözləri nə gözəl demiş: 
Çirkin yaratmışdır səni təbiət, 
Dəyişməz boyaqla o çirkin surət. 
Güclə mümkün deyil olmaq bəxtiyar, 
Sürmənin kor gözə nə faydası var? 
Yaxşılıq gözlənməz əsla ifritdən, 
Mərdlik görünməyib dünyada itdən. 
Gəlsə filosoflar Yunandan, Rumdan, 
Bal düzəldə bilməz acı zəqqumdan. 
Sən daşla silərsən, tutsa güzgü pas, 
Lakin daşdan güzgü düzəltmək olmaz. 
Tərbiyə versən də vəhşi hevana, 
Xisləti dəyişib dönməz insana. 
Söyüddə gül açan bir budaq olmaz, 
Zəncini yumaqla üzü ağ olmaz. 
 
 ÇALAĞAN VƏ TƏRLAN 
 
Bir dəfə çalağan dedi: a tərlan, 
Mən tək uzaqgörən tapılmaz, inan. 
Tərlan dedi: yaman uzaqgörənsən? 
Bax, söylə o çöldə sən nə görürsən? 
Bir günlük yol qədər havaya qalxdı, 
Çalağan yüksəkdən aşağı baxdı. 
Çalağan söylədi: mən o səhrada, 
İnan ki, görürəm bir dənə buğda. 
Bu sözə təəccüb eylədi tərlan
Yerə şığıdılar çəkmədən bir an. 
Elə ki, çalağan yerə yanaşdı, 
Caynağına uzun bir ip dolaşdı. 
Çalağan düşünüb bilmədi ki, dən 
 
107
Tələyə salacaq onu qəfildən. 
Nə inci alınar hər cür sədəfdən, 
Nə də keçə bilər hər ox hədəfdən. 
Tərlan dedi: gördün uzaqdan dəni, 
Nə fayda, seçmədin ancaq düşməni. 
Belə cavab verdi ona çalağan: 
Sayıqlıqla qaçmaq olmaz qəzadan. 
Birinin qanını tökəndə əcəl, 
Qəza göz açmağa verməyir macal. 
Üzgüçü nə qədər məğrur olsa da, 
Yenə üzə bilməz sahilsiz suda. 
 


 
108 
A L T I N C I    F Ə S İ L 
 
QƏNAƏT HAQQINDA 
 
QAŞQABAQLI ADAM 
 
Bir ağıllı kişi yatırdı xəstə. 
Dedilər: filandan get şəkər istə. 
Dedi: qaşqabaqlı adamdan dərman 
Almaqdansa, ölsə yaxşıdır insan. 
Yüz ili xəstəlikdən görsəm əziyyət
Tutqun üzlülərdən çəkmərəm minnət. 
Könül istəyənin ardınca getmə, 
Sən öz təmkinini saxla, məhv etmə. 
Uyma nəfsə əgər ağlın , huşun var, 
Nəfs edir kişini bu dünyada xar. 
Qarınqulu olsan, gün gələr ki, sən 
Yemək tapmayanda əzab çəkərsən. 
Çörəyi bolluqda yesən əgər az, 
Çətinlik vaxtında rəngin saralmaz. 
Çox yeyən, qarından yük çəkir hər dəm, 
Çörək tapmayanda çəkir qüssə, qəm. 
Çox yeyən daima xəcalət çəkmiş
Qarın dar olmalı, ürəyin geniş. 
Arvada həddindən çox yaxın durma, 
Ağlın var özünü qılınca vurma. 
Hədsiz olsa əgər işrətə rəğbət, 
Səni məhv eyləyər axırda şəhvət. 
 
 QARINQULU HAQQINDA 
 HEKAYƏ 
 
Bu xurmadan şirin hekayəti mən 
Ərməğan gətirdim sizə Bəsrədən. 
 
109
Bir dəfə Bəsrədə olduğum zaman, 
Dostlarla keçirdik bir xurmalıqdan. 
Yolçular içində bir nəfər vardı, 
Çox yeyəndi, sanki qarnı anbardı. 
Xurma ağacını görüb dırmaşdı, 
Birdən budaq sındı, ağacdan aşdı. 
Çıxdı bircə anda bədəndən canı, 
Kəndxuda görüncə artdı həycanı. 
Dedi: bu kişini kimdir öldürən? 
Dedim ki, danışma çox qəzəblə sən, 
Qarnıdır ömrünü verən zavalə, 
Qarınqululuqdan düşüb bu halə. 
Hər xurma ağacdan dərilməz asan
Bəzən xurma üçün məhv olar insan. 
Qarın bir zəncirdir bağlayır qolu, 
Olmaz qarınqulu allahın qulu. 
Qarışqa əməkdən alır çox ləzzət, 
Çox yeyən çəyirtkə çəkməyir zəhmət. 
Qəlbini pak elə dünyada ancaq, 
İnsanın gözünü doyurar torpaq. 
 
 ŞƏKƏR SATAN 
 
Bir dəfə bazarda dayanıb səhər, 
Tabaqda satırmış biri ney-şəkər. 
Deyir bir arifə: gəl nisyə al sən, 
Əlinə düşəndə pulu verərsən. 
Arif verir ona gözəl bir cavab: 
Mən şəkər yeməsəm çəkmərəm əzab, 
Lakin sən borcunu istəyən zaman, 
Ürəyim sıxılar iztirabdan. 
Ağıllı istəməz elə qənd, şəkər 
Ki, olsun axırda onunçun zəhər. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə