Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

 
92 
Aşağıda sandım sənin yerini. 
Varkən səndə belə bilik, mərifət, 
Yerin yuxarı olmalı, əlbət. 
Müərrif sarığı ona verəndə, 
Arif işarəylə söylədi: məndə 
Olmayıbdır əsla təkəbbür, qürur, 
Sarığı başıma qoyma, kənar dur. 
Görsə yoxsul dostlar sarıq başımda, 
Azad nəfəs ala bilməz qarşımda. 
Məni rəhbər bilib etsələr hörmət, 
Yoxsullar görərlər məndən həqarət. 
Zərdən ya palçıqdan düzəlsin kuzə, – 
Bulağın suyu bir görünər bizə. 
Ağıl deyil zərli sarığa bağlı, 
Kişinin başında olmalı ağlı. 
Başdan böyüksə də küdü, balqabaq, 
Başlarında beyin yoxdur heç ancaq. 
Öyünmə sarıqla, saqqalınla sən, 
Sarıq pambıqdandır, saqqalsa tükdən. 
İnsana insanlıq verməyir camal, 
Büt gözəl görünür, ancaq olur lal. 
İnsanın ölçülür yeri hünərlə 
Ucalıb nəhs olma, dönmə zühələ. 
Həsirin qəmişi ucasa əgər 
Daha faydalıdır ondan neyşəkər. 
Ardınca yüz kölə getsə də, yenə 
Ağlın yoxsa, böyük deməzlər sənə. 
Bir dəyərsiz muncuq batmışdı gilə, 
Dedi onu inci sayan cahilə: 
İpəyə sarıyıb eyləmə zərli, 
Məni səndən heç kəs almaz, ay dəli. 
Ələfin yanında olsa yüz çiçək, 
Yenə ələfliyi qalacaq, gerçək. 
Varlı varla yaxşı görünməz, bişək, 
 
93
Çulu atlas olsa eşşəkdir, eşşək. 
Arif kişi dedi öz bildiyini, 
Yudu söz suyuyla qəlbindən kini. 
Qəlbi inciyənin sözü olur bərk, 
Sarsılan düşməni vurasan gərək. 
Düşmənin beynini əz fürsət varkən
Aparar qubarı fürsət ürəkdən. 
Qazı bu sözlərin oldu əsiri, 
Gözünü yaşartdı böyük təqsiri. 
İliyinə qədər bu söz işlədi, 
Əlinin dalını möhkəm dişlədi. 
Yoxsul arif çıxıb getdi otaqdan, 
Gəzdi kimsə ondan tapmadı nişan. 
Böyüklər çəkdilər ucadan nərə; 
Kafir göyə uçdu, batdımı yerə? 
Nəqib soraqlaşıb qaçdı hər yana, 
Dedi, kim rast gəlib belə insana. 
Dedilər: elə şəxs bizim şəhərdə 
Sədidir,yazdığı bütün sözlərdə 
Vardır şirinliklə acı həqiqət, 
Ona min afərin, ona min hörmət. 
 
 ARİF VƏ SƏRXOŞ 
 
Belə söyləyirlər, sərxoş bir nadan 
Tutub bir arifin arxalığından, 
Onu yaxalayıb möhkəm vururdu, 
Arif dinməyirdi, sakit dururdu. 
Yaxınlaşıb ona dedi bir nəfər: 
Səndə heç kişilik yoxmudur məgər? 
Yumruqla cavab ver sən də azğına. 
Xoş xislətli arif söylədi ona: 
Qızğın arslan kimi sərxoşla heç kəs 
Əlbəyaxa olub vuruşa girməz. 


 
94 
 
 MƏRUF HAQQINDA HEKAYƏ 
 
Mərufda var idi böyük mərifət, 
Sadə insanlara edirdi hörmət. 
Deyirlər bərk xəstə yoxsul bir insan 
Bir dəfə mərufa gəlibmiş mehman. 
O qədər zəifmiş başı daz qonaq, 
Canı asılıbmış bir tükdən ancaq. 
Bu kişi Mərufun evində qalır, 
Gecə ahüzarı göyə ucalır. 
Naləsindən yata bilməyir heç kəs, 
Xəstə başqasını duymaz, düşünməz. 
Acıdil xəstənin söyüşlərindən  
İnciyir hamının qəlbi dərindən. 
O qədər ətrafa o hədyan saçır, 
Fəryadından bütün ev xalqı qaçır. 
Dayanmaq taqəti olmur heç kəsdə
Bu evdə bir Məruf qalır, bir xəstə. 
Gecələr yatmayır Məruf bircə an, 
Çox əziyyət çəkir öz qonağından. 
Yuxu ordu kimi hücum edincə 
Mərufu bərk yuxu tutur bir gecə. 
Yuxuya dalanda onun gözləri, 
Yağdırır xəstə bu acı sözləri: 
Belə alçaqlara olsun yüz lənət, 
Namussuzdur, onda yoxdur mərhəmət. 
Əynində olsa da zahid paltarı, 
Nə etiqadı var, nə də ilqarı. 
O sərxoş ki, alır yuxusundan həzz 
Yuxusuz insanın dərdini bilməz. 
Bircə an gözünü tutmuşdu yuxu, 
Xəstə donquldanıb söydü Mərufu. 
Məruf sükut edib vermədi cavab, 
 
95
Çəkdi hərəm əhli xeyli iztirab. 
Arvadı Mərufa dedi: ay kişi, 
Gördünmü nanəcib xəstə dərvişi. 
Qov getsin. Rədd olsun, başqa bir yerdə 
Ölsün, biz qalmayaq qəmdə, kədərdə. 
Yaxşılıq, mərhəmət yerində xoşdur, 
Pislərə yaxşılıq eyləmək boşdur. 
Heyifdir azğınçın yerin, yatağın, 
Balışı daş olsun gərək alçağın. 
Yamana yaxşılıq etmə heç zaman, 
Şoranlıq torpaqda bağ salar nadan. 
Demirəm yaxşıya etmə mərhəmət, 
Əclaf adamlara eyləmə hörmət. 
Qaba adamlarla etmə xoş rəftar, 
İtə pişik kimi çəkilməz tumar. 
Nanəcib insanın üstə qələm çək, 
Qədir bilməyəndən yaxşıdır köpək. 
Alçaq yaxşılığı duymaz, anlamaz, 
Nə versən alçağa, onu buza yaz. 
Elə bir alçağa məncə heç bir kəs 
Mərhəmət göstərib yaxşılıq etməz. 
Mərufa arvadı edəndə tənə, 
Dedi: bu sözləri demə gəl mənə. 
Onun söyüşünü dinləmə, get yat, 
Xəstəlikdən yazıq olmayıb rahat. 
Dərd ona üz verir, danışır belə, 
Dinmərəm, məndə var böyük hövsələ. 
Xəstəlik eyləyib onu biqərar, 
Neyləyək, belədir xəstə olanlar. 
Keyfin kök olanda, halın xoş, gərək 
İnsan xəstələrçin yandırsın ürək. 
Cansız surət olsan sən tilisim tək, 
Ölsən, adın qalmaz cansız cisim tək. 
Kərəm ağacını əkən adamlar, 


 
96 
Gün gələr, götürər əkdiyindən bar. 
Kim təkəbbür tacı qoymasa əgər 
Həyatda hər zaman o xeyir görər. 
Hər kəsdə olarsa qürur. Nadanlıq, 
Xar olar o, görməz heç mehribanlıq. 
Varsa da Kərxdə çox məzarıstan, 
Mərufun qəbridir dillərdə dastan. 
 
 LOVĞA ŞAGİRD 
 
Bir az nücum elmi bilirdi biri, 
Lakin vardı onun çox təkəbbüri. 
Qəlbində lovğalıq, başında qürur, 
Uzaq yoldan gəlib o məğrur-məğrur. 
Guşiyardan bilik almaq istədi, 
Onun məktəbində olmaq istədi. 
Lakin qürurunu görüb müəllim, 
Ona bircə hərf də etmədi təlim. 
Səfərdən faydasız geri dönəndə, 
Böyük alim ona dedi ki, səndə 
Yaman lovğalıq var, bədgümanlıq var. 
Bilikdən mərhumdur bütün lovğalar. 
Bilikdən başını dolu sanırsan, 
Odur boş qayıdıb sən aldanırsan. 
Özünü Sədi tək biliksiz bilsən, 
Mərifət yığarsan sən xirmən-xirmən. 
 
 HATƏM HAQQINDA HEKAYƏ 
 
Belə söyləyirlər ki, Hatəm kardı, 
Sanma bu sözlərdə həqiqət vardı. 
Vızıltı qoparıb milçək ilişdi, 
Bir səhər hörümçək toruna düşdü. 
Pusquda durmuşdu sakit hörümçək, 
 
97
Toru qənd düşünüb gəlmişdi milçək. 
Hatəm baxıb ona dedi: tamahkar! 
Sanma ki, hər yerdə şəkər var, qənd var, 
Axmaqlar aldanar şirniyə qəndə, 
Görməz toru, gedib düşər kəməndə. 
Biri söylədi: ey haqq sevən insan! 
Belə eşitmişdim, guya sən karsan. 
Duydun bir milçəyin səsini belə. 
Bizim hamımızdan daha diqqətlə. 
Kiçik vızıltıdan oldun xəbərdar, 
Sənə bundan sonra deyilərmi kar? 
Hatəm gülüb dedi: əzizim məncə, 
Kar ol, qulaq asma ancaq bivecə. 
Özümü karlığa vurmasaydım mən, 
Xəbərdar olmazdım əsla eybimdən. 
Evimdə kim olsa mənə həmsöhbət
Məni kar biləndə itməz həqiqət. 
Bütün nöqsanımı deyər, çəkinməz, 
Kar olmasam yaltaq eybimi deməz. 
Bilsəm xislətimdə var hansı nöqsan, 
Dərk edib düzəldə bilərəm asan. 
Pis söz dinləyəndə edərəm həzər, 
Nadan məclisinə etmərəm güzər. 
Hatəm kimi kar ol yaltağa uyma, 
Nalayiq sözləri dərk edib duyma. 
 
 LOĞMAN HAQQINDA HEKAYƏT 
 
Deyirlər ki, Loğman qara sifətdi, 
Kobud görünürdü, zahiri bəddi. 
Biri öz köləsi sanıb Loğmanı. 
Tutub işə salır arif insanı. 
Loğman çox əziyyət, çox zəhmət çəkir, 
Bir ildə kişiyçin bir saray tikir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə