Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə30/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   25   26   27   28   29   30   31   32   33

 
178 
 
Cövrünlə olum xəstə, yanında ölüm ancaq
Öldürməsin, ey dilbər, bu aşiqi hicranın. 
 
Ey badiyeyi hicran,canan bizə yar olsa, 
Aşiqləri qorxutmaz heç xari-müğilanın. 
 
Bundan sonra qorxum yox, yüz fitnə-fəsad olsa, 
Salmış məni qovğaya, yar, qaməti-fəttanın. 
 
Bilməzsən ölüm artıq, Sədi, qoca dünyada, 
Canındı sənin çünki bundan sora cananın. 
 
 * 
 
Nə qanad qalıbdı məndə, nə könüldə uçmaq halı, 
Hara üz çevirsəm əsla yenə yox ümid məcalı. 
 
Nə edirsən aşinalıq, nə də qaçmağa yolum var
Qəmə düşməyən bilərmi nə olur qəm ehtimalı. 
 
Nədir hasilim, desəm də qəmi ruzigarı yarə, 
Onun olmayıb mənimtək gecəsi bir il misalı. 
 
Mənə xoşdur ayrılıqda bütün ömrü sərfedərsəm, 
Əgər olsa bir müyəssər yenə dövləti vüsalı. 
 
Nə bilir zavallı dərdli nə çəkib ömür boyünca 
O kəsin ki olmayıbdır kədəri, qəmi, məlalı. 
 
Mənə bircə kəlmə söz de, elə eşqinə əsirəm 
Ki, vücudumin mənimlə daha yoxdu iştiğalı. 
 
Nə dayanmısan qiyamət, bizə göstər öylə qamət 
 
179
Ki, sənubərin çəməndə gedə əldən etidalı, 
 
Dəfi qoy kənarə, çal ki, gələ bərbət ehtizazə, 
Ürəyi açan səsilə ola məclisin cəlalı. 
 
Günəş üzlü sevgilim yar, üzünü görəndə göylər, 
Sınar ay, olar səmadə səhərin zəif hilalı. 
 
O qara xəti, o xalı elə bil qələm çəkibdir, 
Süzülüb olubdu nöqtə ay üzündə incə xalı. 
 
Demə, Sədi bir günahdır bizə ay cəmalə baxmaq, 
O adam günahlıdır ki, görə bilmir ay cəmalı. 
 
 * 
 
Biz bu şəhr içrə qəribik, bu mülk içrə fəqir, 
Olmuşuq qeydi kəməndinlə giriftarü əsir. 
 
Hamı dünyada gəzir qəlbi açıq, köksü açıq, 
Zülfünü eyləmisən könlümüzə sən zəncir. 
 
Göz çəkə bilmirəm əsla o gözəl hüsnündən
Nə üçün məndən o şirin gözəlim gendə gəzir. 
 
Varsa məndən gözəl aşiqlərin, əmma deyirəm 
Hüsnüdə sən kimi dünyadə gözəl yar nə gəzir. 
 
Vardı könlümdə edim canımı cananə fəda, 
Sonra sandım canımı sevgili canançın həqir. 
 
Dediyim sözləri dərddən sizə şərh eyləyirəm, 
Atəşə düşməsə verməz xoş ətir mişki əbir. 
 
Deməsəm də biləcək hali pərişanımı yar, 


 
180 
Rəngi ruxsarıma baxdıqda görər qəlbim əsir. 
 
Çəkmərəm göz o xumar gözlə kəman qaşlardan, 
Gözümü ovsa da xoşdur mənə yar atsın tir. 
 
Mənə kim etsə nəsihət, edirəm çox heyrət, 
Deyirəm aşiqə etməz dediyin söz təsir. 
 
Gözəl üz, Sədi, yaranmış ona göz baxmaq üçün, 
Göz gözəl görməsə dünyada könül olmaz əsir. 
 
 * 
 
Şəm yanır, sən hələ getmə, dayan, ey qulam, 
Sübh açıla bir görüm surətini mən tamam. 
 
Saqi yatıb, mütrübə qalmadı məclis daha, 
Dilbərimiz burdadır, məclisim eylər dəvam. 
 
Bülbül edir naləni, sübh açılıbdır daha, 
Gün saçıb ətrafə nur, keçdi daha getdi şam. 
 
Varımızı tərk edib, tək sənə uyduq bu gün, 
Hər nə pəsənd eyləsən, aləmə olsunharam. 
 
Bağla məni istəsən, istəsən azad elə, 
Sən kimi bir ovçuda möhkəm olar hiylə, dam. 
 
Düşməsə hər kəs oda, bizdən olar bixəbər, 
Yanmış olanlar bilər kim, nədi sövdayi-xam. 
 
Düşdüm o əndişəyə, olmaya çirkin adım, 
Daş mənə qorxunc deyil, çünki daha sındı cam. 
 
 
181
Sədi, əgər getsə ad sevgili canan üçün, 
Qəm yemə, aşiq ölər, şöhrəti ölməz müdam. 
 
 * 
 
Keçmiş gecə, ya rəb nə mübarək səhər oldu, 
Yar gəldi mənim kuyimə, bu xoş güzər oldu. 
 
Bundan sonra hicran acısı qəlbimi sıxmaz, 
Bir meyvə ki səbr ilə yetişdi, şəkər oldu. 
 
Var yarda sədaqət, mənə baxdı yenə munis, 
Yarın baxışı üstümüzə bir nəzər oldu. 
 
Yanlışdı sənə ay deyim, ey sevgili canan, 
Ay hüsnünü gördü gecələr dərbədər oldu. 
 
Bir bağı-gülüstandı sənin hüsnü cəmalın, 
Hər şaxəsinin meyvəsi parlaq qəmər oldu. 
 
Dünyanı unutdum özümü bilmədim əsla, 
Yardan o zaman ki mənə bir xoş xəbər oldu. 
 
Mən istədim aləmdə yayım vəsfini, ey yar, 
Ancaq iki aləm gözümə müxtəsər oldu. 
 
Yarımla mən olsam, daha kimsə nəyə lazım, 
Yar gəlmədi, dünya gözümə bisəmər oldu. 
 
Kəskindi gözəl dilbərimin nazı qılıncdan, 
Səbr etmək ilə könlüm ona bir sipər oldu. 
 
Sədi, daha göz çəkmək olarmı o gözəldən, 
Bir qəlb gedə əldən biləcəkmi nələr oldu?! 


 
182 
 
 
183
RUBAİLƏR 
 

 
Sən qonaq gələndə gecələr bizə, 
Dönür gecələrim aydın gündüzə. 
Deyirəm: şam sönsün, ay göydə batsın, 
Günəş qonaq gəlib məclisimizə. 
 2 
 
Boyunla ucalıb sərvü sənubər, 
Dənizlər ağzından alıbdır gövhər. 
Bənövşə görəndə sanıram, sənin 
Saçını gətirib çölə küləklər. 
 
 3 
 
Dostluq ilqarını pozanda dildar, 
Tutdum ətəyindən onun biqərar. 
Dedi: get, yuxuda görərsən məni. 
Dedim: sənsiz yuxum olarmı, ey yar? 
 
 4 
 
Söz verdi bir gecə məni şad etsin
Qüssədən qəlbimi yar azad etsin. 
O gündən nə qədər gecələr keçdi, 
Yar bir də verdiyi sözü yad etsin. 
 
 5 
 
Madamki yarından dönmürsən, könül, 
Hər dərdə edəsən gərək təhəmmül. 
Ya əl çəkməlisən çəməndə güldən, 


 
184 
Ya tikən görəsən dərəndə bir gül. 
 
 6 
 
Deyirlər: yarında tünd xasiyyət var, 
Layiqmi sevəsən elə bir nigar? 
Deyirəm: girməyin araya, billah, 
Yaxşı da, yaman da olsa, xoşdu yar. 
 
 7 
 
Sanmayın dərdimi təbiblər bilər, 
Məhəbbət dərdini həbiblər bilər. 
Məni sevgilimin dərdi öldürür
Bu sirri açmayın, qəriblər bilər. 
 
 8 
 
Yüz yol tapşırıramhər axşam, səhər, 
Yanında saxlama güzgü, ey dilbər. 
Sən öz-özünə heyran olarsan, 
Əgər ayinəyə salsan bir nəzər. 
 
 9 
 
Gözümün önündən o sərv ötəndə, 
Şux gözü qəlbimi saldı kəməndə. 
Kimsəyə sən könül verməsən, gərək 
Gözünü yumasan gözəl görəndə. 
 
 10 
 
Yazıq o insan ki. sənə məftundur, 
Qəlbi qanla dolu sankiCeyhundur. 
 
185
Əbədi ayrılsa səndən neyləyər, 
Bir an ayrılanda səndən məhzundur. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə