Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə31/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   25   26   27   28   29   30   31   32   33

 
186 
 11 
 
Nə geysən yaraşar sənə, sərvnaz, 
Bez geysən əynində görünər atlas. 
Üzünə bir dəfə kim nəzər salsa, 
Yaşadıqca səni əsla unutmaz. 
 
 12 
 
Düşsə bir ahunun dalınca aslan, 
Hürküyə düşməzmi o nazlı ceyran? 
Buz suyun içində əriyib gedər, 
Qar günəş altında qalarmı bir an? 
 
 13 
 
Cananla hamama getmişdim xəlvət, 
Gil sürtdü üzünə o nazlı afət. 
Dedi: məni belə görsə kim sevər? 
Əksilməz günəşdən, dedim, lətafət! 
 
 14 
 
Yaqut dodağını görüb aynada, 
Ağzının sirrini yar salıb yada 
Ahəstə söylədi: bunu əmməkçin, 
Nə canlar dodağa gəlib dünyada. 
 
 15 
 
Şəkər dilli, pəriçöhrəli canan, 
Heyifdir üzünü eyləsən pünhan, 
Çirkinlər bürünər qara çadraya
Ay gərək siyrilsin qara buluddan. 
 
187
 


 
188 
 16 
 
Baharda dağlardan çağlayan sellər 
Ən möhkəm daşları sındırıb əzər. 
Sonsuz sellər axır göz bulağımdan, 
Neçin daş qəlbinə eyləmir əsər. 
 
 17 
 
Bu gecə açılmaq istəmir səhər, 
Quşlar da nədənsə ötmür nəğmələr. 
Sanki daşdan çıxır bu səhər günəş, 
Sübhəcən dağlara salmışam nəzər. 
 
 18 
 
Sənsiz, lalə üzlüm, laləzarım yox,  
Bahar buluduyam, növbaharım yox. 
Üzünü görməyi edirəm arzu, 
Sənsiz bir dəqiqə heç qərarım yox. 
 
 
 19 
 
Yazıq o qəlbə ki, nəğməni duymaz
Qəlbi daş olanlar sevgiyə uymaz. 
Eşqi duymayanlar nəğmə duyarmı?! 
Bir könül yanmasa tüstüsü çıxmaz. 
 
 20 
 
Hardasan, deyilsən ağuşumda yar, 
Dünən yanımdaydın, ey dilbər nigar. 
Yanımda olmasan belə, ay gözəl, 
 
189
Sanma dərdli könül səni unudar. 
 
 21 
 
Gülsəydi üxümə əgər bu dövran, 
Canımı o sərvə edərdim qurban. 
Yolunda torpağa dönərdim, ancaq 
Qorxuram üstümdən keçməsin canan. 
 
 22 
 
Bizə lazım deyil limon, heyva, nar; 
Səndə şəkər də var, püstə də, ey yar. 
Nar gözəl deyildir məmələrinən, 
Buxağında narinc kimi ətir var. 
 
 23 
 
Qəlbini qəmlərə eyləmə əsir
Başının üstünü qocalıq kəsir. 
Düşməndən şikayət etsən də dosta, 
Dostun cəfasına tapılmaz tədbir. 
 
 24 
 
Nə qədər şirinsən, duzlu, göyçəksən, 
Nə aysan, nə günəş, nazlı çiçəksən. 
Başqaları kimi sən də adamsan, 
Yox-yox, səhv edirəm, sən bir mələksən. 
 
 25 
 
Bülbülüm, səndə var şirin bir nəfəs, 
Dilindir yerini eyləyən qəfəs. 


 
190 
Darıxma, dostlara yetirər bir gün 
Səni qəlbindəki o coşqun həvəs. 
 
 
 26 
 
Qulam oşəxsə ki, sevib bir nigar
Ya canan eşqinə olub giriftar. 
O kəs ki, nə aşiq, nə məşuqədir, 
Ömür sürməyinin nə mənası var?! 
 
 27 
 
Məst edib gözünü, sevgilim, şərab, 
Ariflər susuzdur, vüsalın sərab. 
Suda, ya güzgüdə əks olar hüsnün, 
Vəsfini yazmayıb hələ bir kitab. 
 
 28 
 
Bildin neçin çıxdı ağzımdan bu raz? 
Çünki könlüm quşu eylədi pərvaz. 
Yarın cəfasından neçin inlədim,– 
Polad bədənlidə zəiflik olmaz. 
 
 29 
 
Əlin olsa əgər rəvan qanımda, 
Sanma dərd duyaram şirin canımda. 
Hardasan, deyilsən ağuşumda yar, 
Bezirsən qalanda mənim yanımda? 
 
 30 
 
 
191
Ayıq başım sənin eşqində məstdir
Xoşdur məhəbbətin qəlbimə qəsdi. 
Sənsiz bu cahanı mən heç sanardım, 
Cahan olmasa da sən varsan, bəsdir. 
 
  
31 
 
Vaizin cəzb etdi məni sözləri, 
Xirqəyə büründüm günlərdən bəri, 
Unutdum vaizin dediklərini, 
Görüncə o sərvi boylu dilbəri. 
 
 32 
 
Dedim ki, salmayım sənə mən nəzər, 
Başqa eşqə olsun ürəyim sipər, 
Nə qədər baxıram, ey gözəl pəri, 
Görmürəm mən səndən yaxşı bir dilbər. 
 
 33 
 
O qəlbi daş kimi vəfasız dildar, 
Hamıya şəm olub məni yandırar. 
Neyləyim, əzəldən bəxtim belədir, 
Yar düşməndə olsa, deyil günahkar. 
 
 34 
 
Gəldi-gedərlərə vurulsa hər kəs, 
Arifin gözündə yaxşı görünməz. 
Qazi fitva verir iki şahidlə, 
Aşiqə eyləyir bircə gözəl bəs. 
 


 
192 
 35 
 
Deyirlər, gözəldir ilk bahar olsa, 
Bülbülün nəğməsi, şən gülzar olsa. 
Bunlar xoş olardı mənimçin, əgər  
Yanımda sevimli bir nigar olsa. 
 
 
193
Q İ T Ə L Ə R 
 
Bir arif eyləyib mənə nəsihət, 
Deyirəm yadında qalsın bu hikmət: 
Nəyi ki, özünə rəva görmürsən, 
Rəva görmə başqa şəxsə də, əlbət. 
 
 –– 
 
Yarasa gündüzdən olmur xəbərdar, 
Bununçun günəşin nə qüsuru var?! 
Məncə kor yaxşıdır o gözlüdən ki, 
Göz yumub günəşi eyləyir inkar. 
 
 –– 
 
Bunu yaxşı bilir ağıllı insan, 
Yamana yaxşılıq etməkdir nöqsan. 
Edər qoyunlara böyük yamanlıq, 
Etsə canavara yaxşılıq çoban. 
 
 –– 
 
Milçək bir gün dedi: çirkin hörümçək 
Baldırın nazikdir, ayağın gödək. 
Hörümçək söylədi: Toruma düşsən, 
Dünya zülmət olar gözündə, milçək. 
 
 –– 
 
Salma həqarətlə yoxsula nəzər, 
Bil ki, daşda olur dəyərligövhər. 
Nafənin xəttini həqir sanma gəl, 
Nafədən alınır müşk ilə ənbər. 


 
194 
 
 –– 
 
Nakəs olanlarda var belə xislət, 
İki adam etsə əgər məsləhət, 
Tez bəd güman olub düşər şübhəyə
Deyər ki, eybimdən gedir bu söhbət. 
 
 –– 
 
Kiçikkən əzməsən qəddar düşməni, 
Böyüyüb sonra o, məhv edər səni, 
İlk çıxanda bulaq az olar suyu, 
Böyüsə bağlamaq olmaz çeşməni. 
 
 –– 
 
Sındırsa qəlbini bir nadan əgər, 
Arif buna görə çəkməz qəm, kədər. 
Daş zərli kasanı sındırsa, daşın 
Qiyməti artarmı, əksilərmi zər?! 
 
 –– 
 
İki kişi versə əl-ələ birdən, 
Dəyirman daşını qaldırar yerdən. 
On min adam gəlib versə əl-ələ 
Dəyişdirə bilməz ziri zibərdən. 
 
 –– 
 
Zalimin nəfsidir zəhərli arı, 
Sancmaqla incidir çox insanları, 
Gün gələr əzilər ayaq altında. 
 
195
Olmaz zalimlərin bir havadarı. 
 
 –– 
 
Bir insan qanını töksə hökmran, 
Tökülər aləmdə çaylar qədər qan. 
Gərək öldürəsən bir canavarı, 
Başqa canavarlar qaçsın qorxudan. 
 
 –– 
 
Bir böyük şəhərdə olsa bir neştər
Batar ayağına yoxsulun, deşər. 
Tərəzi düzlükçünqiyas olsa da, 
Zər olan tərəfə meyl edib düşər. 
 
 –– 
 
Arif tumarlamaz ilanı əsla, 
İlan tumarlayan çəkər dərd, bəla. 
Daş götür başını əzməyə dərhal, 
Zəhərli bir ilan çıxsa qarşına. 
 
 –– 
 
Milçəyi qovmağa deyilsən qadir. 
Ay uşaq, olarsan bir gün bahadır. 
Bil qoca atanın qədrini onda, 
Sən də qocalarsan, beş gün dünyadır. 
 
 –– 
 
Versələr hökmünə bütün dünyanı, 
Bütün aləmləri, bu asimanı. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə