Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 
48 
Sağaldı, ağzından gəldi gül ətri. 
Dedi ki, bu pəri dildarım olsun! 
O eybimi açdı, qoy yarım olsun! 
Yolunun üstündə bilsə quyu var
Gərək desin sənə həqiqi dostlar. 
Yol azmışa yolun düzdür söyləsən, 
Sən ona çox böyük pislik edərsən. 
Eybini üzünə söyləməsələr, 
O eybi sanarsan böyük bir hünər. 
Hər kimin layiqi acı zəhərdir, 
Deməyin layiqin baldır, şəkərdir. 
Bunu yaxşı deyib bir dərman satan, 
Sağalmaq istəsən iç acı dərman! 
Əgər istəyirsən faydalı şərbət, 
Gəl eşit Sədidən acı nəsihət. 
Çünki hər sözündə mərifət vardır, 
Şəkərə qatılmış ibarət vardır. 
 
 HAQQ SÖZ 
 
Eşitdim bir yoxsul haqq söz demişdi, 
Şah onun sözündən çox incimişdi. 
Zavallı kişini salıb zindana, 
Gücünü göstərdi padşah ona. 
Yoxsula bir dostu söylədi xəlvət: 
Şahla bəhs eyləmək deyil məsləhət. 
Yoxsul dedi: gərək düz danışım mən. 
Qorxmayım bir günlük qara məhbəsdən. 
Saray xəfiyyəsi bunu eşitdi, 
Şaha yetirməkçin saraya getdi. 
Şah dedi: yanılır o sərsəm insan, 
Məzarı olacaq qaranlıq zindan. 
Bunu o yoxsula xəbər verdi qul. 
Yoxsul dedi şaha: söylə ay oğul! 
 
49
Yaralı könlümdə yoxdur mənim qəm, 
Bircə saatlıqdır bütün bu aləm. 
İstər yaxşılıq et. İstərsə öldür. 
Bu könlüm kədərsiz, qəmsiz könüldür. 
Yoxdur sənin kimi ordum, qüdrətim, 
Var mənim ailəm, böyük zəhmətim. 
Dünyadan gedincə bir həftəyə biz 
Bərabər olarıq torpaqda şəksiz. 
Beş günlük dünyaya uyma, hökmran, 
Yandırma özünü xalqın ahından. 
Səndən əvvəl gələn şəhlar da vardı. 
Zülm etdi, onları ölüm apardı. 
Çalış bu dünyada qazan yaxşı ad 
Ki, səni nifrətlə etməsinlər yad. 
Kim qoysa dünyada bir çirkin adət. 
Xalq ona yağdırar daima lənət. 
Güclünün başı da çatsa göylərə, 
Axırda girəcək bir qarış yerə. 
Eşidib padşah bundan incidi. 
Dili çıxarılsın boynundan. Dedi. 
Bundan da qorxmadı haqq sevən əsla, 
Dedi: çəkinmərəm görsəm hər bəla. 
Dilim kəsilsə də bir qəmim yoxdur
Mənim deyilməmiş sözlərim çoxdur. 
Zalım eyləsə də mənə yüz sitəm, 
Axırım uğurlu olacaq, nə qəm. 
Sənin xoş keçsə də həyatın bu gün, 
Matəmin ellərə olar toy-düyün. 
 
 HƏYATIN SONU 
 
Bir qolu güclünün qazancı azdı, 
Yeməyə naharı, şamı olmazdı.  
Yemək qazanmaqçın çəkirdi torpaq, 


 
50 
Çətindi ruzunu güclə qazanmaq. 
Yemək həsrətindən ürəyi büryan, 
Daima keçirdi halı pərişan. 
Uğursuz aləmlə gah savaşırdı, 
Kəc baxtın əlindən dərdi daşırdı, 
Görsə xalq zövq alır eyşü işrətdən, 
Ağuya dönürdü suyu möhnətdən. 
Ağır həyatından dərd çəkir başı, 
Zillətlə tökürdü acı göz yaşı. 
Deyirdi: xalq yeyir aş, toyuq-cücə, 
Acından mən yata bilmirəm gecə. 
Pişiklər əyninə kürk geyinib, bax, 
İnsafdır mən gəzim qışda lüt-çılpaq? 
Fələyin yazığı gəlsəydi mənə, 
Keçsəydi əlimə bu an xəzinə
Ayağım torpağa bataydı birdən, 
İndi bir xəzinə tapaydım yerdən. 
Kədər qubarını sovurub yelə, 
Xoş gün keçirərdim beş gün zövq ilə. 
Bir dəfə düşünüb gəzirdi yenə, 
Gördü bir ovuqda çürümüş çənə, 
Yoxdur dodağında şən gülüşləri, 
Torpağa düşmüşdü inci dişləri. 
Edərək o dilsiz ağız nəsihət, 
Dedi: yoxsulluğa döz, çəkmə möhnət! 
İçsən ürək qanı, yesən də şəkər, 
Qara yer ağzını çürüdüb tökər. 
Qəm yeyib şikayət etmə cahandan, 
Bizsiz də keçəcək bu qoca dövran. 
Ona təsir etdi deyilən sözlər, 
Silindi o anda qəlbindən kədər. 
Nəfsinə söylədi: öz yükünü çək! 
Həyatın mənası belədir gerçək. 
İstər yük daşısın başında insan, 
 
51
İstər bu dünyaya olsun hökmran. 
Çıxarar başından hər şeyi torpaq
Dünyada bir gözəl ad qalar ancaq. 
Qoy bunu düşünsün, bilsin hər xoşbəxt, 
Səxavət qalacaq, deyil tacü təxt. 
Aldatmasın səni bu cahü cəlal, 
Sənin də ömrünə gələcək zaval. 
Haqqı düşünməli varlılar hər an, 
Necə olsa keçib gedəcək dövran. 
İstəsən ki, xarab olmasın ölkən, 
Həqiqət, ədalət ara daim sən. 
Bir gün öləcəksən, saç dünyaya zər, 
Sədi sözlərilə saçmışdır gövhər. 
 
 FAYDALI NƏSİHƏT 
 
Çalış düşməninlə girişmə hərbə, 
Tədbirlə vur ona sən ağır zərbə. 
Yağıya çatmasa gücün, qüvvətin, 
Fitnəni saxlayar zərin, nemətin. 
Düşmən güclü olsa, özünü saxla, 
Səxavətlə onun ağzını bağla. 
Qüvvətli yağıya versən əgər zər, 
Onun iti dişi dərhal kütləşər. 
Düşmənin bağlayıb gərək dilini, 
Tədbirlə çalasan zəfər təblini. 
Düşmənlə dost kimi eyləyib ülfət, 
Onun dərisini soy tapsan fürsət. 
Rüstəm tədbir gördü hərbə girəndə, 
Nər İsfəndiyarı saldı kəməndə. 
Kiçik ordulardan eylə çox həzər. 
Kiçik damlalardan yaranır sellər. 
Sanma ki. qaşını çatmaq yaxşıdır. 
Düşməni dost olsa mərdin naxşıdır. 


 
52 
Kimin ki, düşməni dostundan çoxdur, 
Demək olar, onun arxası yoxdur. 
Böyük ordulara qarşı durursan, 
Elə bir nəştərə yumruq vurursan. 
Meydanda gücsüzlə vuruşsan əgər, 
İgidlər adına namərd deyərlər. 
Tutaq ki, var səndə şir kimi pəncə
Davadan sülh daha yaxşıdır məncə. 
Gördün ki, kar etmir düşmənə hiylə 
Onda qılınc olsun gərək vəsilə. 
Yağı sülh istəsə, girişmə hərbə, 
Döyüş istəyəndə, vur ona zərbə. 
Düşmənin önündə duranda mətin, 
Birə-min görünər sənin qüdrətin. 
Döyüşlə intiqam al yağılardan, 
Xətadır kinliyə olmaq mehriban. 
Mehribanlıq etsən qudurar alçaq, 
Kibri, azğınlığı çoxalar ancaq. 
Gördün ki, azğınlıq eyləyir yağı. 
Mərdlərlə vur ona sən də göz dağı. 
Xoşluqla iş keçən zamanlar fəqət, 
Kin, qəzəb göstərib işlətmə qüvvət. 
Qapından əcz ilə girəndə düşmən, 
Kini, küdurəti çıxar qəlbindən. 
Kərəmli olmağa sən peşə eylə. 
Lakin hiylələrdən əndişə eylə. 
Yaxşı tədbir tökər ağıllı qoca. 
Çünki təcrübəsi çoxdur oldüqca. 
Cavanlar qılıncla yıxar düşməni, 
Qocalar tədbirlə sıxar düşməni. 
Qoca tülkü kimi işlətsə hiylə, 
Fil yıxan cavanlar aldanar dilə. 
Ordunun qəlbində durmasan əgər
Anlaya bilməzsən kimdədir zəfər. 
 
53
Gördün ordun sənə çevirib arxa, 
Tək vuruşma səni düşmənin yıxa. 
Əsgərin min olsa düşmən iki yüz, 
Gecə yağılarla gəlmə üzbəüz. 
Beş atlı çıxanda gecə kənardan, 
Beş yüzlük əsgəri məhv edər, inan. 
Düşmənin yolunu kəsəndə gecə, 
Yoxla ətrafını incədən incə. 
Düşmən ordusundan sən uzaqda dur, 
Çadırı bir günlük yol üstündə qur. 
Əfrasiyab kimi olsa da əgər, 
Vur azğın düşməni, sarsıt, yerə sər. 
O zaman ki hədsiz özünü yordu
Meydanda dayanmaz, basılar ordu. 
Yorsa nadanlıqla özünü düşmən, 
O yorğun orduya hücum eylə sən. 
Düşmənin basıldı,qaldır bayrağı, 
Sənə təslim olsun əzilmiş yağı. 
Qaçan yağıları əgər çox qovsan, 
Sən uzaq düşərsən ordugahından. 
Gördün ki, sarmışdır göyü toz, bulut, 
Əlində qılıncı daha möhkəm tut. 
Qarət arxasınca getsə ordular, 
Meydanda arxasız qalar hökmdar. 
Zəfər istəyirsən, davadan qabaq 
Ordunu sən qoru, ona yaxşı bax. 
Orduda ərlərin sayını artır, 
İgidin haqqını, sayını artır. 
Yaxşılıq görəndə çəkinməz ərlər 
Ölümdən, göstərər meydanda hünər. 
Nə qədər ki düşmən çalmayıb təbil, 
Ərlərin əlini öpüb qədir bil. 
Sülh vaxtı orduya baxsa şəhriyar, 
Hərb zamanı ordu ölkəni saxlar. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə