Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 
42 
Əbədi qalmayır kimsəyə dövran. 
Qocalar gedincə, cavanlar gəlir
Nə canlar məhv olur, nə canlar gəlir. 
Bil ki, vəfaçsızdır gördüyün cahan, 
Gəzəyən mütrübə bənzər bu canan. 
Gündə bir mənzildə gəzir bu dilbər, 
Axtarır özünə hər gecə bir ər. 
Köçüb gedəcəksən bir gün elindən, 
Çalış ki, yaxşılıq gəlsinəlindən. 
 
 İBRƏT DƏRSİ 
 
Kəsraya söylədi bir cəsur insan: 
Ey Cəmin varisi, böyük hökmran! 
Cəmşidin olsaydı, inan ki, bəxti, 
Sənə yetişməzdi bu tacü təxti. 
Əgər Qarun kimi olsa xəzinən, 
Yenə bu dünyadan boş gedəcəksən. 
 
 
ZALIM HÖKMDARLA YOXSUL KƏNDLİ 
 
Ğurda çox zalım bir hökmdar varmış, 
Güclə kəndlilərdən ulağ alarmış. 
İşlədib verməzmiş nə ot, nə ələf. 
Ulaqlar acından olurmuş tələf. 
Dövran alçaqlara verəndə sərvət
Yoxsula çəkdirər əzab, əziyyət. 
Damı uca olsa alçağın əgər, 
Aşağı qatlara zir-zibil tökər. 
Belə eşitmişəm: zalım Şəhriyar 
Bir dəfə ovlaqda axtarır şikar. 
O bir ceyran görür, qovur ceyranı. 
Qoşundan ayrılır, gəzir səhranı. 
 
43
Axtarır, tapmayır hökmdar yol-iz, 
Gecəni bir kənddə qalır çarəsiz. 
Bu kiçik obada varmış olduqca 
Ağıllı, bilikli, kamil bir qoca. 
Qoca öz oğlunasöyləyir: səhər 
Şəhərə edəndə, ay oğul, səfər 
Ulağı aparma, əlindən çıxar. 
Bizim bu ölkədə var bir hökmdar, 
Taxtı tabut olsun, xalqı incidir. 
Div kimi insanın ətini didir. 
Bu eldə görməyib kimsə azadlıq, 
Odur olmayacaq xoş həyat, şadlıq. 
Nə qədər getməyib o cəhənnəmə, 
Zülmündən batacaq insanlar qəmə. 
Qocaya heyrətlə söyləyir oğlu: 
Piyada kim gedər bu qədər yolu. 
Ata can, bu işə bir tədbir axtar. 
Sən dünya görmüşsən, düz tədbirin var. 
Atası deyir ki, daşla vurub sən 
Gərək ulağını şikəst edəsən. 
O azğın görsə ki şikəstdir ulaq, 
O zaman əl çəkər yaxandan ancaq. 
Gəmini sındırıb Xızır peyğəmbər, 
Qoymadı keçirsin ələ düşmənlər. 
Bir il gəmi tutar quldur dəryada. 
İllərcə çirkin ad qoyar dünyada. 
Tfu bu şahlığa, belə dövlətə! 
Belə hökmranlıq gəlsin lənətə! 
Oğul atasının bu sözlərindən  
Duyur həqiqəti daha dərindən.  
Zavallı ulağı daşla vuraraq 
Qolunu, qıçını eyləyir çolaq. 
Atası söyləyir ona: ay bala, 
Bu şikəst heyvanla indi çıx yola. 


 
44 
Oğlan hökmdara lənət yağdırır, 
Söyüşlər yağdırır, nifrət yağdırır. 
Sonra bir karvanın düşür dalınca. 
Əlini qaldırır göylərə qoca, 
Deyir: haqq! Ölümdən mənə ver aman
Görüm o zalımı torpaqla yeksan. 
O azğını glmüş görməsəm, əlbət, 
İnan ki, məzarda yatmaram rahət. 
Doğmaqdansa divəbənzər bir insan, 
Doğsun boylu qadın zəhərli ilan! 
Qadından yamandır, bir nankor igid, 
Mərdümazardansa yaxşıdır bir it. 
Düşmənində olan sağlam mətadan 
Öz sınıq mətaın yaxşıdır, inan. 
Dinmədən bunları şah eşidirmiş, 
Atını bağlayıb yatağa girmiş… 
Fikirdən soltanı alır bir qayğu. 
Gözünə getməyir bu gecə yuxu. 
Xoruzlar banlayır. Açılır səhər. 
Keçir pərişanlıq, keçir qəm, kədər. 
Şahın atlıları gəzir hər yanı, 
Səhər gəlib burda tapır soltanı. 
Görürlər at üstə durub hökmdar, 
Tez atından yerə enir atlılar. 
Şaha təzim edir tamam igidlər. 
Coşur dərya kimi, qaynayır ləşkər… 
Şahın xidmətçisi bir qədim dostu, 
Yaxın adamıydı, bu həkim dostu, 
Deyir: yatmamışam gecəni bir an, 
Gözümüz. Qəlbimiz qalıb nigəran. 
Şah açıq söyləyir olan işləri, 
Bütün əhvalatı, keşməkeşləri. 
Lakin pıçıldayır dostuna pünhan: 
Gecəni sübhədək ac qaldım, inan, 
 
45
Burda mənə toyuq bişirən yoxdur, 
Ancaq ulaq qıçı sındıran çoxdur. 
Şahın əmri ilə məclis qurulur, 
Süfrələr salınıb, badə vurulur. 
Elə ki nəşədən soltan zövq alır, 
Dünənki qocanı yadına salır. 
Onun əl-qoluna bağlayıb zəncir, 
Şahın qabağında edirlər əsir. 
Zalım şah sıyırır kinlə xəncəri. 
Kəndlinin qaçmağa olmayır yeri. 
Görür həyatının son dəmidir bu, 
Açır ürəyini bilmədən qorxu. 
Bıçaq başı üstə dayanan zaman, 
Qələmin yazdığı olar çox rəvan. 
Görməyir qurtuluş qəzəbdən, kindən, 
Oxları yağdırır bir-bir tərkindən. 
Evdə ümid yoxdu yatmağa bir də, 
Bu gün yatacaqdı kəndli qəbirdə. 
Deyir: tək deyiləm mən, ey şəhriyar, 
Sənə lənət deyir bütün ruzigar. 
Qoy sənə bu sözümgəlməsin acıq, 
Xalq gizlin söyləyir, mən dedim açıq. 
Yalnız mən etmirəm cövründən nalə, 
Bütün xalq zülmündən düşüb məlalə. 
Məni öldürsən də, ancaq yaxşı bil, 
Xalqı məhv eyləmək asan iş deyil. 
Sözlərim qəlbinə toxunarsa, sən 
Zülmün rişəsini gərək kəsəsən. 
Məni məhv etməkdən nə çıxar gerçək, 
Çarə istəyirsən zülmdən əl çək! 
Olsan ömür boyu bədxah. Zülmkar, 
Sanma ellər səni xeyirxah sanar. 
Sənə bu sözlərim gəlirsə ağır, 
Sən öz vicdanını köməyə çağır. 


 
46 
Beş gün bu dövranda yaşayaram mən. 
Üç gün zövq alarsan sən də işrətdən. 
Qalmaz bu dünyada əlbət zülmkar, 
Lakin ona lənət daimi qalar. 
Dinləsən, faydalı olar nəsihət, 
Yoxsa peşmanlıq çəkərsən, əlbət. 
Məzlumlar yatmırsa ağır zülmündən, 
Bilmirəm sən necə yata bilərsən. 
O zaman soltanın olar qüdrəti 
Ki, xalqın soltana olsun hörməti. 
Bir cəhrə əyirən qarı qarğısa, 
Şahın səltənəti olar çox qısa. 
Başını qılınca eyləyib sipər, 
Kəndli şaha dedi ibrətli sözlər. 
Qəflət məstliyindən ayıldı soltan. 
Sanki qulağına dedilər bu an: 
Əlində məhv olub min insancanı, 
İncidib öldürmə gəl bu qocanı. 
Bir zaman düşünüb xəyala getdi, 
Sonra o qocanı şah azad etdi. 
Özü zəncirini açdı qolundan, 
Öpdü, qucaqladı kəndlini soltan. 
Böyük qulluq verdi, hörmət göstərdi, 
Qocanın ümidi yaxşı bar verdi. 
Qaldı bu hekayət dünyada dastan, 
Bəxtiyar yaxşı iş görər hər zaman. 
Öyrən ağıllıdan gözəl xasiyyət, 
Cahil eyb axtarmaq eyləyər adət. 
Düşməndən öyrənər eybini insan, 
Çünki dost gözündə görülməz nöqsan. 
Səni tərifləyən yaxşı dost deyil, 
Dost odur ki desin: öz eybini bil. 
Xəstəyə qənd vermək xoş deyil. İnan, 
Xəstə fayda görər acı dərmandan. 
 
47
Bir qaşqabaqlının dediyi sözlər 
Dost sözündən artıq eyləyər əsər. 
Kimsə bundan yaxşı nəsihət deməz, 
Edər ağıllıyabir işarə bəs. 
 
 MƏMUN HAQQINDA HEKAYƏ 
 
Elə ki Məmuna çatdı xilafət, 
Aldı gül bədənli incə bir afət. 
Kənizin ay kimi camalı vardı, 
Böyük dərrakəsi, kamalı vardı. 
Keçib əzizlərin qanı çənginə, 
Dönmüşdü dırnağı innab rənginə. 
Abid aldadırdı o hilal qaşı, 
Günəş yaratmışdı onu nəqqaşı. 
Vüsal gecəsində xəlvət otaqda 
Məmunla yatmadı qız bir yataqda. 
Qəzəbdən odlandı, artdı həycanı. 
Öldürmək istədi Məmun cananı. 
Qız dedi: başımı qılıcla kəssən, 
Yatmaram səninlə bir yataqda mən. 
Heyrətlə söylədi Məmun: ey nigar, 
Sənə xoş gəlməyən nə xislətim var? 
Qız dedi: ölsəm də düz deyim gərək, 
Ağzının iyindən bulanır ürək. 
Bir dəfə can verər insan xəncərə, 
Ağız qoxusundan ölər min kərə. 
Bu sözdən xəlifə tutuldu, lakin 
Qıza bəsləmədi ürəyində kin. 
Gecəni yatmayıb xəyala getdi, 
Səhər həkimlərlə o söhbət etdi. 
Bütün ölkələrin alimlərini 
Çağırıb, söylədi öz kədərini. 
Kənizdən incimiş olsa da xətri


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə