Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   2   3   4   5   6   7   8   9   10   ...   33

 
36 
Sanma bədbəxtlikdən rəngim solmuşdur, 
Yoxsullar qəmilə qəlbim dolmuşdur. 
Ağıllı heç kəsi istəməz qəmli
Çünki bu, onu da edər ələmli. 
Doğrudur, bədənim sağlamdır mənim, 
Bir xəstə görəndə titrəyir tənim. 
Dərdli bir xəstənin yanında heç kəs 
Oturub ləzzətlə kef edə bilməz. 
Yanımda ac, yoxsul görsəm mən əgər, 
Yediyim tikəni sanaram zəhər. 
Bir dostu düşübsə əgər zindana, 
Kef ləzzət verərmi bağda insana. 
 
 BAĞDADDA YANĞIN 
 
Od tutub ahından bir gecə xalqın, 
Bağdad şəhərini sarmışdı yanğın. 
Biri dedi: şükür, yaxşıdır halım, 
Yanmayıb dükanım, sağ qalıb malım. 
Bir arif söylədi: ey arsız insan, 
Xalqı düşünmürsən, öz hayındasan! 
Deyirsən od tutub yansın bir şəhər, 
Mənim sarayıma dəyməsin zərər. 
Aclar mədəsinə daş basan zaman, 
Durub daş ürəkli baxar qıraqdan. 
Udsa ürək qanı əli qabarlı, 
Yağlı tikə uda bilərmi varlı? 
Görsən, bir dərdlini sən ayaq üstə, 
Demə ki, bədəni deyildir xəstə. 
Dostlardan mənzilə tez çatan qoçaq
Dalda qalanları düşünər ancaq. 
Görəndə palçığa batıb bir eşşək, 
Şahların qəlbini dərd alsın gərək. 
Səadət mülkündə olarsa hər kəs, 
 
37
Sədinin bir sözü edər ona bəs. 
Dinlə, bir nəsihət söyləyirəm mən– 
Kim tikan əkibsə, dərməz yasəmən. 
 
 KƏLLƏ VƏ ALİM 
 
Deyirlər Dəclədə bir quru kəllə 
Bir arif kişiyə söyləyib belə: 
Mən də bir zamanlar hökmdar idim, 
Ölkələr fəth edən tacdar idim. 
Bəxtim kömək etdi, diz çökdü yağı, 
Aldım qüdrətimlə bütün İraqı. 
İstədim Kirmanı tutum sonra mən, 
Əfsus kəlləm oldu qurdlara məskən. 
Uyma gəl qəflətə qoca dünyada, 
Ölən insanları sən gətir yada. 
  
 ZÜLMÜN SONU 
 
Quyuya düşmüşdü elə bir alçaq 
Ki, şirlər əlində əsirdi zağ-zağ. 
Yamanlıq etmişdi daima adət
Odur bütün gecə çəkdi əziyyət. 
İnləyib qışqırdı, kömək istədi, 
Bir nəfər başına daş vurub, dedi: 
Səndən bir köməklik görməyib heç kəs, 
Köməklik gözləmə kimsədən əbəs. 
Bu bəla özündən gəlib başına, 
Əkdiyin çıxıbdır sənin qarşına. 
Az deyil zülmündən çəkən qüssə, qəm. 
Yaralı qəlbinə kim qoyar məlhəm? 
Bizə quyu qazmaq etmişdin adət. 
Bax, özün quyuya düşdün nəhayət! 
Mərdlər quyu qazar susuzlar içsin, 


 
38 
Namərd quyu qazar adamlar düşsün. 
Yamanlıq eyləyən yaxşılıq görməz. 
Söyüd ağacları üzüm bar verməz. 
Xalqa bu dünyanı etmə qaranlıq, 
Bir yaxşılıq qalar, bir də yamanlıq. 
Payız zamanında sən arpa əksən, 
Sanma biçin vaxtı buğda biçərsən. 
Zəqqum ağacını canla bəsləsən, 
İnanma ki, ondan meyvə dərərsən. 
Bitməz xərzəhrədən heç zaman xurma
İnsan əkdiyini biçər daima. 
 
 ATA NƏSİHƏTİ 
 
Biri övladına verdi nəsihət: 
Ağıllı sözlərə eylə sən diqqət! 
Gücsüz uşaqları incitmə, bala, 
Sən də bir güclüdən çəkərsən bəla. 
Olsan xalqa ziyan verən canavar, 
Gün gələr səni də pələng parçalar. 
Vardı uşaqlıqda qolumda qüvvət, 
Acizlər çəkirdi məndən əziyyət. 
Bir gün bir güclüdən yumruq yedim mən, 
Bir də zəifləri incitmədim mən. 
 
 İKİ QARDAŞ 
 
Deyirlər ki, qərbdə bir məmləkətdə, 
İki qardaş varmış bir səltənətdə. 
Qardaşlar olubmuş fildən qüvvətli, 
Həmi çox bilikli, həm mərifətli. 
Atası görür ki, iki qəhrəman  
Layiqdir ölkədə olmağa soltaq. 
Odur məmləkəti bölür tən yarı, 
 
39
Qoyur öz yerində gənc oğulları. 
Deyir: məndən sonra bu iki qardaş 
Səltənət üstündə etməsin savaş. 
Dolanır fəsillər, keçir bir zaman, 
Qocalmış hökmdar gedir dünyadan. 
Ömür kəndirini qırıncı əcəl, 
Sönür ürəyində qocanın əməl. 
Qalır bu ölkədə iki hökmdar, 
Çatır oğullara xəznə, ordular. 
Oğullar yanaşı getmir qol-qola, 
Bunların hərəsi düşür bir yola. 
Birisi göstərir xalqa ədalət. 
O biri zülm ilə toplayır sərvət. 
Biri yoxsullara zər-zivər verir, 
Səxavət göstərir, hörmət göstərir. 
Tikir xəstəxana, yaradır ordu, 
Abad eyləməyə çalışır yurdu. 
Xəznə boşalsa da, varlanır ölkə, 
Soltanın adına gəlməyir ləkə. 
(Əbu-bəkr Sədin zamanı kimi, 
Ədalətli, gözəl dövranı kimi.) 
Yoxsullar soltandan aldıqca ənam, 
Ona səna deyir hər səhər axşam. 
Bu böyük ölkədə hələ gül qədər 
İncimir əlindən onun könüllər. 
Xalqın ehtiyacı olmur köməyə, 
Qorxmur o ölkəyə Qarun gəlməyə, 
Baş əyir əmrinə mərd qəhrəmanlar, 
Ona hörmət edir çox hökmranlar. 
Zalım qardaş isə xalqı qoyur ac, 
Yoxsul kəndlilərdən alır çox xərac. 
O sövdagərlərə gün vermir əsla, 
Yoxsulun başına yağdırır bəla. 
Təkcə yoxsullara çəkmir göz dağı, 


 
40 
Olur öz-özünə hökmdar yağı. 
Nə xalqa gün verir, nə yeyir özü
Quduz hökmdarın doymayır gözü. 
Toplayıb yığdıqca çoxlu simü zər, 
Dağılır ölkədə qalmayır ləşkər. 
Görürlər hamıya zülm edir alçaq, 
Çəkir sövdagərlər o yurddan ayaq. 
Nə ticarət qalır, nə əkin-biçin. 
Ölkə bir zindana dönür ellərçin. 
Baxtı hökmdara olmayınca yar, 
Çapır ölkəsinə onun yağılar. 
Fələk məhv eyləyir o hökmdarı, 
Tapdayır yurdunu düşmən atları. 
Kimdən vəfa umsun, adil olmayıb. 
Kimdən xərac alsın, kəndli qalmayıb. 
Yaxşılıq görərmi vəfasız məgər! 
Arxasınca nifrin yağdırır ellər. 
Yaxşıya uymayıb o qəddar olmuş, 
Yamanlıq eyləyib zülmkar olmuş. 
Yaxşı ad qazanar adil dünyada. 
Zalımı nifrətlə salarlar yada. 
Adil hökmdardan yaxşı ad qaldı. 
Cəlalı gün-gündən artdı, ucaldı. 
Zalım hökmdarsa qoydu pis adət, 
Nifrətlə yad etdi onu rəiyyət. 
 
 QIZIL ARSLANIN QALASI 
 
Göylərə baş çəkən Əlvənd dağından 
Yüksək qala tikir Qızıl Arslan. 
Yolu gəlinlərin saçı tək qıvrım, 
Sağ yanı coşqun çay, solu uçurum. 
Qala mavi göydə aya bənzərdi
Tərifi ağızda, dildə gəzərdi. 
 
41
Belə eşitmişəm babalardan mən, 
Şaha qonaq gəlirn uzaq ölkədən. 
Bu qonaq gəzmişdi bir çox diyarı, 
Ağıllı insandı, haqq tərəfdarı. 
Yüksək mərifəti, hikməti vardı, 
Natiqlikdə böyük qüdrəti vardı. 
Şah dedi: gəzmisən eldə, obada, 
Belə möhkəm qala varmı dünyada? 
Alim gülüb dedi: möhkəmdir qalan. 
Lakin demirəm ki, ona arxalan. 
Olub səndən qabaq bir çox hökmdar, 
Yaşayıb, dünyanı tərk edib onlar. 
Ey şah, qalmayacaq bu dövran sənə. 
Gələn soltanlar da məhv olar yenə. 
Atanın dövrünü bir an yad eylə, 
Qəlbi əndişədən sən azad eylə. 
Şah atan torpağın içində qalmış 
Başının altında yoxdur bir balış. 
O zaman ki gəlib çatdı son nəfəs, 
Artıq hər bir şeydən ümidini kəs. 
Ağıllı bilər ki, bu cahan heçdir, 
Ömür beş günlükdür, bu dövran heçdir. 
 
 ALP ARSLANIN ÖLÜMÜ  
 
O gün ki, Alp Arslan dünyadan getdi, 
Oğlu taxta çıxıb soltanlıq etdi. 
Çəkərək saraydan şahı məzara, 
Bir qarış yer verdi xalq hökmdara. 
Çox ayıq bir dəli söylədi: oğlan 
Atanın yerində olmuş hökmran. 
Ey fələk, dünyadan gedibdir ata, 
Oğlu əvəzinə minibdir ata. 
Belədir dünyanın işi, heç zaman 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə