Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   2   3   4   5   6   7   8   9   ...   33

 
10 
fəUlün fəUlün fəUlün fəül) mühafizə edilmişdir. Oxuculara 
təqdim edilən M.Seyidzadənin tərcüməsi istər kəmiyyət, 
istərsəkeyfiyyətcə köhnə  tərcümə ilə müqayisəyə  gəlməz 
dərəcədə yüksəkdə durur. Həm təcrübəli şair, həm də təcrübəli 
tərcüməçi olan M.Seyidzadə «Bustan»ın tərcüməsinə böyük 
əmək sərf etmiş  və bu işin öhdəsindən müvəffəqiyyətlə 
gəlmişdir. Bu tərcümənin birinci nəşri 1958-ci ildə olmuş, xalq 
bunu hüsn-rəğbətlə qarşılamış  və  qısa müddətdən sonra 
«Bustan»ı kitab mağazalarında tapmaq mümkün olmamışdır. 
Həmin əsərin bu ikinci nəşri birinci nəşrinə nisbətən mündəricə 
etibarilə xeyli zəngindir. Birinci nəşrdən ixtisar edilmiş hekayə 
və təmsillərdən iyirmi üçü ikinci nəşrə daxil edilmişdir. Bunlar 
«Şapurun Xosrova məktubu», «Faydalı  nəsihət», «Səxavətli 
oğul», «Məhəbbət», «Paltarı yanan gözəl», «Həqiqi aşiq», 
«Susuzluqdan ölən», «Arif və  sərxoş», «Loğman haqqında 
hekayə», «Qürurlu yoxsul», «Züleyxanın eşqi», «Sərxoşluq 
bəlası» və sairədir. 
Bunlardan başqa «Bustan»ın bu yeni nəşrinə  Sədinin bir 
sıra lirik əsərləri də – bir məşhur qəsidəsi, otuz beş rübaisi, otuz 
üç qəzəli, on doqquz qitəsi–  əlavə edilmişdir. Sədinin bu 
əsərləri ilə Azərbaycan oxucuları birinci dəfə tanış olur. 
«Bustan»ın Azərbaycan dilinə  tərcüməsi üçün 1309 
(=1890)-cu ildə Bombeydə  nəşr edilmiş  Sədi külliyyatındakı 
nüsxə  əsas götürülmüşdür. Lakin redaktə prosesində 
şübhələrimizi aydınlaşdırmaq və  təsadüf edilən təhrifləri 
düzəltmək üçün biz bu göstərilən Bombey nüsxəsini 1264 
(=1847)-cü ildə  Təbrizdə  nəşr edilmiş  Sədi küliyyatındakı 
«Bustan» nüsxəsilə tutuşdurmuşuq, eyni zamanda K. Çaykinin 
1935-ci il tərcüməsinin akademik nəşrindən də, həmçinin V. 
Derjavin və A. Starostinin 1962-ci il rusca tərcümələrindən də 
vəsait kimi istifadə etmişik.  
 
 
Əkrəm Cəfər 
 
11
 


 
12 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BUSTAN 
 
 
 
 
13
 
BU KİTABIN YAZILMASININ SƏBƏBİ 
 
Dolaşdım dünyanı, səyahət etdim, 
Hər cürə insanla ünsiyyət etdim. 
Ərmağan axtarıb tapdım hər yerdən. 
Sünbüllər topladım mən xirmənlərdən… 
Görmədim şirazlı kimi xoşsifət,  
Tanrı bu torpağa yağdırsın rəhmət! 
Mən Şamda ya Rumda gəzdiyim zaman 
Şirazlı mərdləri yad etdim hər an. 
İstədim gəzdiyim bağdan, çəməndən 
Dostlar məclisinə boş dönməyim mən. 
Dedim ki, Misirdən qayıtsa hər kəs 
Ordan qənd gətirər, əliboş dönməz. 
Qəndim olmasa da, dərin sözüm var. 
Misrin qəndindən də şirin sözüm var. 
Bu o qənd deyil ki, olsun ağızda,  
Tapar ağıllılar bunu kağızda… 
Sözdən on qapılı bir saray qurdum,  
Bu qəsrə hikmətdən bəzəklər vurdum. 
Xalqı qorumaqdan danışır biri, 
Öyrədir insana elmi, tədbiri. 
İkinci söhbəti açır kərəmdən, 
Deyir şükr eyləyən uzaqdır qəmdən. 
Üçüncü danışır qəlb riqqətindən, 
Azad könüllərin məhəbbətindən. 
Verir təvazöə dördüncü qiymət. 
Açır razılıqdan beşinci söhbət. 
Altıncı deyir ki, qənaət öyrən! 
Yeddinci söyləyir: tərbiyət öyrən. 
Səkkizinci fəsil göstərir ki, sən 
Sağlam olmağınçın şükr etməlisən. 
Doqquz, təbliğ edir tövbə və savab, 


 
14 
Onuncu fəsillə qurtarır kitab. 
 
 
 
Kitabı yazmışam xoş bir əyyamda, 
İki çox mübarək gözəl bayramda. 
Altı yüz əlli beş tarixində mən 
Dəyərli gövhərlər saçdım təbimdən. 
Ətəyim doludur dürr ilə gövhər,  
Yenə xəcalət çəkirəm kədər 
Ki, dürr dənizində sədəfim də var. 
Kiçik bağçada da yetişər çinar… 
Bunu yaxşı düşün, ey arif insan! 
Hünər sahibləri aramaz nöqsan. 
İstər ipək tiksin, istər zərxara,  
Tikən sətin astar qoyar paltara. 
Paltarın astarı deyilsəipək, 
Acıqlanmayasan buna sən gərək. 
Mən öz sənətimdən deyiləm məğrur,  
Dərvişəm, neyləyim, hünərim budur. 
Nə qədər olsa da pislər günahkar, 
Tanrı yaxşılara onu bağışlar. 
Mənim sözlərimdə nöqsan görəndə, 
Kərəm et, oxucum, bağışla sən də. 
Xoşun gəlsə də min beytdən biri, 
Onun xatirinə pisləmə şeri. 
Müşkün bir dəyəri olarmı Çində? 
Şerin də qiyməti yox fars içində. 
Şerlə doludur çünki bu ellər… 
Sədinin hünəri o şəxsə bənzər 
Ki, bir gül gətirə güllü bostana
İstiot apara ya Hindistana. 
Xurma çox şirin də olsa, yenə sən 
Onun da içində çərdək görərsən. 
 
15
 


 
16 
B İ R İ N C İ     F Ə S İ L 
 
ƏDALƏT VƏ İNSAF HAQQINDA 
 
ƏNUŞİRƏVANIN VƏSİYYƏTİ 
 
Ölüm yatağında olduğu zaman 
Hörmüzə demişdir Ənuşirəvan: 
Oxşa könülləri, xalqı sal yada,  
Təkcə öz halına qalma dünyada. 
Öz rahatlığını düşünsən, heç kəs 
Ölkəndə gün görüb yaşaya bilməz. 
Ağıllı istəməz ki, yatsın, çoban, 
Olsun canavara sürüsü qurban. 
Düşün yoxsulların halını hər an. 
Şahı rəiyyətdir edən hökmran. 
Soltan bir ağacdır, rəiyyət rişə. 
Ağac kökü üstə durur həmişə. 
Xalqın ürəyini incitsənəgər
Sənin öz kökünə baltalar dəyər. 
Düz yol istəyirsən – ədalətli ol. 
Xalqına, elinə sədaqətli ol. 
İnsanı yaşadan budur doğrusu: 
Yaxşılıq ümidi, pislik qorxusu. 
Bu iki nöqtəni bilsə hökmran, 
Ölkəsində həmı yaşayar asan. 
Yoxsulu düşünsə ölkənin şahı, 
Tanrı yer üzündə olar pənahı. 
İstəyir ki, mülkü qalmasın viran, 
Şah gərək zalıma verməsin aman. 
Xalqı düşünməsə əgər hökmdar, 
Sanma ki, mülkündə xoşbəxtlik olar. 
Rəiyyət incisə hökmranından, 
Məmləkətdə bolluq olmaz heç zaman. 
 
17
Gərək rəiyyəti qorxmasın şahdan, 
Şah gərək çəkinsin böyük allahdan. 
Xalqının işini eyləsən bərbad, 
Ölkəni yuxunda görərsən abad. 
Zülmdür ölkəni dağıdan, yıxan: 
Böyüklər bu sözü unutmaz bir an: 
Gərək rəiyyəti incitməsin şah, 
Çünki rəiyyətdir ölkəyə pənah. 
Kəndlinin, muzdurun işi, zəhməti 
Verib hökmdara bunca dövləti. 
Sənə ömür boyu yaxşılıq edən  
İnsafmı yamanlıq görsünəlindən?! 
 
PƏLƏNGİ RAM ETMİŞ İNSAN 
 
Həqiqət əhlindən bir rəvayət var, 
Böyüklərdən belə bir hekayət var: 
Qamçı əvəzinə götürüb ilan, 
Minmişdi pələngə bir mahir insan. 
Heyrətlə soruşdu ondan bir nəfər: 
Nədəndir səndə bu qoçaqlıq, hünər? 
Yırtıcı heyvanı aram etmisən, 
Xoşbəxtsən, pələngi sən ram etmisən. 
Cavabında kişi dedi: bu pələng
Qüvvətli gərgədan, fil, ilan, nəhəng 
Əgər olub mənim əlimdə əsir, 
Sən heyrət eyləmə, haqqın işidir. 
Boyun qaçırmasan sən haqdan əgər, 
Çəkinməz hökmündən sənin vəhşilər. 
Bir hakim tanrının olsa hökmündə. 
Qoruyar haqq onu ən ağır gündə. 
Haqq sevərsə əgər saxlayar səni, 
Üstünə gəlməyə qoymaz düşməni. 
Birini pələngə minən görəndə. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə