Microsoft Word Sadi Bustan doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/33
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#50049
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

 
54 
Azğın rəislərə tapşırma yurdu, 
Qoy gözətçi olsun ölkəyə ordu. 
Doydursa ordunu nazü nemətin
Çatar yağılara gücün, qüvvətin. 
Ordu yarpaq yesə əgər acından, 
Hərb vaxtı yolunda keçərmi candan? 
Öz qan bahasını yeyirsə əsgər, 
Çətinlik çəkməyi insafdı məgər? 
Orduya verməsə qızıl padşah, 
 Ordu hərb zamanı götürməz silah. 
Əgər bir əsgəri sıxsa ruzigar, 
Döyüş meydanında sıradan çıxar. 
Düşmənlə vuruşa igidlər göndər, 
Şirin qabağında dura bilər nər. 
Dünya görmüşlərə artır hörməti, 
Onlarının rəyinin çoxdur qiyməti. 
Qılınc vuran igid gənclərdən qorxma, 
Qocanın fəndindən sən qorun amma. 
Çox isti-soyuqdan çıxıbdır qoca, 
Olur ağlı, fikri göylərtək uca. 
Ağılı, kamalı olan bir cavan, 
Qocanın sözündən çıxmaz heç zaman. 
Təcrübəsizlərə böyük iş versən, 
Sanma ki, ölkəni abad görərsən. 
Ordunu ordular yıxana tapşır, 
Döyüşlərdə qalib çıxana tapşır. 
Kiçiyə böyük iş vermə, hökmran, 
Yumruqla sınarmı bir dəmir zindan?! 
Rəiyyətə baxmaq, orduya baxmaq, 
Deyildir sadə iş, oyun-oyuncaq. 
İstəsən ki, yaxşı keçsin ruzigar, 
Qoyma iş başına cavan adamlar. 
Ov iti bir anda cumar pələngə
Gənc aslan tülküylə girişməz cəngə. 
 
55
Oğlunu yanında bəsləsə hər kəs, 
Övladı hərb vaxtı döyüşə bilməz. 
Bərkdən-boşdan çıxıb güləşən ərlər, 
Döyüşdə göstərər böyük hünərlər. 
Naz-nemət içində bəslənən insan, 
Qorxar hərb zamanı görəndə meydan. 
Kim qalxsa köməklə əgər yəhərə, 
Onu bir uşaq da endirər yerə. 
Ordudan qaçırsa əgər bir nəfər, 
Vur onu düşməndən qabaq yerə sər. 
Kim qaçsa arvadtək hərb meydanından, 
Döyüşkən müxənnəs yaxşıdır ondan. 
 
 HİKMƏTLİ SÖZLƏR 
 
Nə xoş söyləyibdir oğluna Gorgin: 
Elə ki, düşmənlə davaya girdin, 
Qaçma qadın kimi hərb meydanından. 
Kişi ol döyüşdə, qorxma canından. 
Hərb vaxtı döyüşdən qaçan bir əsgər, 
Bütün igidləri bədnam eyləyər. 
Vuruş meydanına girməsə əgər, 
Bilinməz dostlarda sədaqət, hünər. 
Keçib bir-birinin yolunda candan, 
Dostlar dava vaxtı çıxar sınaqdan. 
Əgər qardaşını tutubsa düşmən, 
Sinəni onlara gərməlisən sən. 
Didsə bir-birini iki canavar, 
Rahat nəfəs alar çöldə qoyunlar. 
Düşmən düşməninlə vuruşanda, sən 
Dostlarla oturub kef eyləyərsən. 
Davada düşmənlə vuruşan zaman
Gərək sülhə gizlin hazırlaşasan. 
Ölkələr fəth edən şahlar həmişə  


 
56 
Sülhü qorumağı etmişlər peşə. 
Qəlbini əlinə alsan, igidlər 
Qarşında diz çöküb səcdə edərlər. 
Ordu başçısını ələ keçirsən, 
Onu öldürməyə çox tələsmə sən. 
Öldürsən, adına toxunar ləkə, 
Bəlkə də başına gələr təhlükə. 
Yaralı əsgəri məhv etsən əgər, 
Bir də əsir düşməz orduna əsgər. 
Əsiri incidən, öldürən insan, 
Bil ki, əsir edər səni də dövran! 
Kim özü çəkibsə əsirlik, zillət, 
Edər əsirlərə mərhəmət, hörmət. 
Səndən hörmət görsə əsir bir sərvər
Başqa igidlər də sənə baş əyər. 
On xəfiyyə olsa əlində əgər, 
Sənə fayda verər yüz hücum qədər. 
Gəlib dost göstərsə özünü düşmən, 
Qafil olma onun hiylələrindən. 
O yada saldıqca keçmişi, yenə  
Qəlbində bəsləyər ədavət sənə. 
Xainə inanma, desə xoş sözlər, 
Yəqin et balına qatıbdır zəhər. 
Dostun döyüş vaxtı etməsə kömək, 
Qaçmağı qənimət biləsən gərək. 
Bir qələm əhlinə eylə çox hörmət, 
Bir də igidlərə sən bəslə rəğbət. 
Bir ağıllı insan, bir də qəhrəman 
Adını yüksəldər sənin hər zaman. 
Kim qılınc ya qələm tuta bilməsə, 
Ona heç acıma yıxılıb ölsə. 
Qələm əhli bəslə, qəhrəman bəslə
Mütrüb kömək etməz sənə xoş səslə. 
Düşmənlə davada girəndə cəngə, 
 
57
Uymasan yaxşıdır mütrübə, çəngə. 
Oyuna qızışdı neçə hökmdar,  
Yurdunu oyuncaq etdi yağılar. 
Demirəm, düşmənin hərbindən çəkin, 
Sülh vaxtı düşmənin şərrindən çəkin. 
Çoxları gündüzlər sülh deyir, ancaq 
Gecə hazır tutur əlində mizraq. 
Zireh geyib yatar igidlər gecə, 
Yataq qadınlara yaraşar məncə. 
Çadırın içində döyüşkən qoçaq, 
Yatmaz qadın kimi yataqda çılpaq. 
Gizlincə davaya hazır olmasan, 
Düşmən hücum çəkər üstünə pünhan. 
Bunu yaxşı düşün, unutma ancaq, 
Kəşfiyyatçı olur orduya dayaq. 
 
 DƏYƏRLİ SÖZLƏR 
 
İki düşməninin arasında sən, 
Ağlın varsa, rahat dura bilməzsən. 
Açsa iki düşmən bir-birinə raz
Onların şərrindən canın qurtarmaz. 
Sən öz düşməninin birini aldat, 
 O biri düşmənin kökünü qır, at. 
Gördün ki birisi girişir hərbə, 
Tədbir qılıncıyla vur ona zərbə. 
Düşmən ordusunda olanda üsyan, 
Sən öz qılıncını çəkmə qınından. 
Onun düşməniylə gedib dost olsan, 
Ona öz sarayı olacaq zindan. 
Dost-düşmən bilməsə dünyada hər kəs 
Düşmənin şərrindən qurtara bilməz. 
O kəs ki tanıyır cibkəsənləri, 
Cibində qoruyur dürrü,gövhəri. 


 
58 
Tutduğun əsiri saxlama əsgər, 
Olsun ki, sənə də xəyanət eylər. 
Doğma ordusunu satan bir alçaq
Sənə də səmimi bağlanmayacaq. 
Andına inanıb işi boştutma, 
Ona göz qoymağı əsla unutma. 
Qeyidsiz buraxsan yeniəsgəri, 
Qaçar o, qayıtmaz bir daha geri. 
Döyüşdə düşmənin yurdunu tutsan, 
Qoy orda dustaqlar olsun pasiban. 
Onlar zalimlərdən intiqam alar, 
Sənin düşmənini tutub parçalar. 
Basdın düşmənini, yıxdın dövləti, 
Orda yaxşı saxla sən rəiyyəti. 
Fürsət tapıb bir də şah girsə hərbə, 
Ona rəiyyəti endirər zərbə. 
Bir şəhər tutdunmu, ehtiyat saxla
Düşmənin üzünə qapını bağla. 
Sanma ki, şəhərdən qıraqdır yağı. 
Kəsilməz şəhərdən casus ayağı. 
İşi gör vuruşan zaman tədbirlə, 
Daim niyyətini düşməndən gizlə. 
 
 AĞILLI NƏSİHƏT 
 
Hər kəsə sirrini açıb demə, sus, 
Çünki var süfrəndə çox zaman casus. 
Şərqlə girişəndə İsgəndər hərbə,  
Hər an ehtiyatla baxarmış qərbə. 
Söz yaymışdı Bəhmən Zabülüstandan 
Soldan gələcəyəm, saldırdı sağdan. 
Qəsdini bilərsə başqa kəs əgər, 
Sənin tədbirinə düşmənin gülər. 
Kinli olma, göstər səxavət, kərəm, 
 
59
Olsun fərmanında qoy bütün aləm. 
Bir iş ki xoşluqla düzəlir, qəzəb 
Ya kin göstərməyə görülməz səbəb. 
İstəsən qəlbini sarmasın kədər. 
Çalış qəmdən azad olsun dərdlilər. 
Ordunun gücüylə tapmazsan qüvvət
Get natəvanlardan sən gözlə hümmət. 
Qolugüclülərin köməyindənsə 
Xoşdur zəif sənə dua eyləsə. 
Dərvişə sığınsan, əmin ol buna, 
Sən qalib gələrsən yüz Firuduna. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə