Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
37 
yası nisbətən formalaşmış, cəmiyyətdə öz siması və mövqeyi ilə 
tanınmağa başlamışdır. Mədən sahiblərinin də, fəhlələrin də öz 
həyat təcrübəsi və baxışları ilə xeyli irəli getmiş nümayəndələri 
“əsrimizin qəhrəmanlarına” çevrilməkdədirlər. Ancaq hadisələrin 
inkişafından məlum olur ki, neft fontanlarının bəxş etdiyi sərvət 
Kərbəlayı Qulunun və Hacı  Kərimin xələflərinə xoşbəxtlik yox, 
sosial-mənəvi fəlakət və  bədbəxtlik gətirmişdir. Çünki qəfildən 
“süd gölünə düşən” bu adamlar hələ düşdükləri vəziyyətə mənə-
vi-əxlaqi və sosial-psixoloji cəhətdən hazır deyillər. Ona görə də 
sərvətin başgicəlləndirici parıltısı onların onsuz da zəif olan mə-
nəvi-psixoloji keyfiyyətlərini tamamilə  aşılayır. Ağa Mürsəl, 
onun ardınca oğlu Əşrəf əyyaşlıq, qumarbazlıq və əxlaqsızlıq gir-
dabına yuvarlanırlar. Ən pisi isə odur ki, hər sonrakı nəsil məhz 
pis  əməllərinə, çürük həyat fəlsəfələrinə görə özündən  əvvəlkini 
kölgədə qoyur. Ağa Mürsəl təkcə özünü yox, ailəsini də fəlakətə 
sürükləyir. O, əvvəllər bütün sərvətə sahib olmaq yanğısı ilə ata-
sının ölümünü arzulayırsa, bu arzuya çatandan sonra nə dərddən 
vərəmə tutulub gündən-günə  şam kimi əriyən arvadı  Məryəmin, 
nə də həyata yeni-yeni qədəm qoyan oğlu Əşrəfin taleyi ilə ma-
raqlanır. Nəticədə nəslin yuvarlandığı uçurum get-gedə dərinləşir, 
o isə səhvini düzəltmək əvəzinə hiss edəndə ki, oğlu ona öz anası-
nın qatili kimi baxır “bu yaralı ceyranı (Əşrəfi –A.B.) özünə ram 
etmək üçün hər gün cibini pul ilə doldurur, arabir özü ilə bərabər 
kinoya, teatra, hətta kazinoya aparırdı. Bu həyat  Əşrəfin  əhvali-
ruhiyyəsi və  əxlaqı üzərində silinməz qara izlər buraxır, dərsə 
olan eşq və  həvəsi get-gedə sönməyə başladığından məktəb ona 
bir zindan görünürdü”. Bütün bunlar səbəbsiz deyildi, çünki Əş-
rəfi, onun uşaq qəlbini bu həyatda sevgi və ülfətlə nurlandıran ye-
ganə adam anası Məleykə idi. Uşaq bu dayaqdan məhrum olan-
dan,  atasının ona göstərdiyi zərərli diqqətdən və yolverilməz tər-
biyə üsulundan sonra kəskin surətdə dəyişməyə başlayır: “Məryə-
min ölümündən beş-altı ay sonra Əşrəf çox sürətlə  dəyişilməyə, 
əxlaqındakı xəstə, zəif cəhətlər qüvvətlənməyə, daha qabarıq bir 
А б д у л л а   Шаи г
 
 
38
şəkildə üzə  çıxmağa başladı. Hər gün sinifdə beş-altı saat otur-
maq ona cəhənnəm əzabı kimi müdhiş görünürdü”. 
Beləliklə,  Əşrəf dərslərindən, məktəb həyatından soyumağa 
başlayır. Fikirləşir ki, həyatda uğur qazanmaq üçün çalışmağa eh-
tiyac yoxdur. Çünki “atasının sərvəti tükənməz bir dənizdir”. Bu 
cür düşüncələrlə o, içkiyə qurşanır. Hətta məktəbə konyak gətirib 
sinif yoldaşlarını da öz yoluna cəlb etməyə başlayır. Bütün bu iş-
lərdə isə Ağa Mürsəl həm əməlləri, həm də oğluna verdiyi üzdən-
iraq məsələhətləri ilə  zərərli rol oynayır; o, Moskvada onsuz da 
oxumaq əvəzinə əyləncə və əxlaqsızlığa, qumar və içkiyə qurşa-
nan oğlu Əşrəfə məktubunda yazırdı: “…İndi ki, oxumağa qərar 
vermisən, sözüm yox, ancaq canını çox üzmə, keçinmək üçün 
lazımınca sərvətimiz var! Elm insan özünü idarə  və  təmin edə 
bilmək üçün deyilmi? Ye, iç, kefdən qalma, dünyadan istədiyin 
qədər kam al! Sənə iki min manat göndərdim, kifayət etməsə yaz, 
yenə göndərim” (I c., s. 196). 
Ağa Mürəslin bu çürük həyat fəlsəfəsi və oğluna həddən ar-
tıq pul göndərməsi  Əşrəfi onsuz da yuvarlandığı uçruma daha 
bərk itələyir. Bütün bunlar, “Əşrəfin  əxlaqı üzərində buraxılmış 
“qara izləri” daha da dərinləşdirir, tərbiyəsinin pozulmasına, mə-
nəviyyatının eybəcərləşməsinə güclü təkan verir. Artıq varlığında 
zəhərli toxumlar cücərib boy atır və sürətlə inkişaf edib öz təsirini 
göstərir. Atası öldükdən sonra Bakıya qayıdıb onun varidatına 
sahiblənən Əşrəfin azğınlığı get-gedə şiddətlənir”.
12
 
Əşrəfin ruhuna hakim kəsilən, varlığını çulğalayan bu mənə-
vi eybəcərliyin zərərli toxumlarını povestdə göstərildiyi kimi, 
“ürəyin dərin guşələrində dəqiqə içində doğub, ağac kimi rişə ata-
raq bir anda vücudun hər tərəfinə hakim olan” məhəbbət – Sona-
nın məhəbbəti də zərərsizləşdirə bilmir. “…Çünki onun qəlbində-
ki o saf, səmimi duyğu, pak və parlaq sevgi çoxdan sönmüşdü, 
indi onun yerində qara yellər əsirdi”. Ona görə də Əşrəf dəlicəsi-
nə sevdiyi, ürəkdən vurulduğu, “…ah, qəlbimin sevinci, ruhumun 
                                                            
12
İsmayılov, Y. Abdulla Şaiqin həyatı və bədii yaradıcılığı /Yaqub İsmayılov. 
Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1962.- S.116-117. 


  Б и б ли о гр а ф и й а
 
 
39 
işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim 
yeganə gözəlimsən”, –  deyə oxşadığı Sonaya qarşı toylarından 
cəmi bir il keçəndən – qızları olandan sonra biganələşir... Qəlbi-
nin içini dolduran əvvəlki səmimiyyət və məhəbbət get-gedə sön-
məyə və boşalmağa başlayır. O, indi müxtəlif bəhanələrlə gecələr 
evə vaxtsız qayıdır, rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəl-
ki qədər səmimi görünə bilmir”. Hətta Sona ilə bərabər cəmiyyət 
içinə çıxmağı özünə yaraşdırmır. Sonanın ona dediyi “sənə olan 
eşqim” ifadəsinə Əşrəf istehza ilə “Arvad ağzından birinci dəfədir 
ki, belə söz eşidirəm. Qadında eşq olmaz, ehtiras olar” (I c., 
s.252), – deyə cavab verərək onun saf duyğularını təhqir edir, hə-
yat yoldaşına “ismətsiz qadın” deməkdən belə  çəkinmir.  Əşrəfi 
saf duyğular, ülvi hisslər deyil, şəhvət və kor ehtiraslar daha çox 
cəlb edir. Bu işdə onun varlığında kök salan əvvəlki “zəhərli to-
xumlarla” yanaşı, əhatə olunduğu mühit və Əhməd kimi dostları-
nın şirnikdirici sözləri də müəyyən rol oynayır. Beləliklə, Əşrəfi 
də atasının taleyi gözləyir və o, növbəti məşuqələrinin birinin və 
şöhrət azarlı  şəhvani bir qısqanclığın güdazına gedir; güllələnib 
öldürülür.  
Əşrəfin bu acınacaqlı ömür yolunu A.Şaiq sənətkarlıqla  əks 
etdirə bilmişdir. O, öz qəhrəmanına mühitin, pis tərbiyənin qur-
banı kimi qəlbən acıyır. 
Povestdə təsvir edilən mədən sahiblərindən fərqli olaraq, fəh-
lələrin nümayəndələri olan Məhərrəm əmi, Zəki, Nəzakət, Rəm-
ziyyə, Yelena, Saşa və b. surətlər isə özlərinin əqli, zehni, fiziki 
keyfiyyətləri, ictimai fəaliyyətləri, həyat amalları ilə xoşbəxt gə-
ləcək soraqlı insanlardır. Xüsusən əgər Məhərrəm əmi cəmiyyətin 
bütün təbəqələrində  qəbul edilən nurlu bir insan, xeyirxahlıq və 
maarif, tərəqqi, mədəniyyət daşıyıcıdırsa, Zəki həmin işıqlı əməl-
lərin təminatçılarındandır. Bu surətlərin sonrakı  hər nəsli daha 
zəkalı, əzmkar və açıqfikirli, aydın məqsədli mücahidlərdir.  
İsgəndər bəy, Əhməd isə cəmiyyətdə formalaşmağa başlayıb, 
digər təbəqə  və siniflər (ruhani, fəhlə  və sahibkarlar) arasındakı 
mədəni, mənəvi bağların möhkəmlənməsini təmin etməyə çalışan 
А б д у л л а   Шаи г
 
 
40
liberal-demokratik görüşlü adamlardır. Bu adamlarda, xüsusən 
Əhməddə yeni-yeni qazanmağa başladığı ictimai mövqedən və 
yetimliyindən doğan bəzi kölgəli cəhətlər olsa da, işıqlı keyfiy-
yətlər də az deyil. Əhmədin Zəki ilə münasibətləri və Zəkinin ona 
etibarının davamlılığını təmin edən mənəvi keyfiyyətlər fikrimizə 
dayaqdır.  
A.Şaiq yaradıcılığında qadın qəhrəmanlar da ayrıca bir yer 
tutur və öz talelərinə, xarakterlərinə, həyat, yaşamaq  əzmlərinə 
görə bir-birindən seçilməklə yanaşı, aralarında üzvi bir bağlılıq 
da var. Hətta onların  müəyyən qismi özlərindən əvvəlki bəzi su-
rətlərin tale yolunun növbəti  əsərlərdə tamamlanmasına xidmət 
edir. Məsələn, əgər Gülyaz Aslanı, Çimnaz Qoçpoladı (“Qoçpo-
lad” poeması) ürəkdən sevib, ona arxa, dayaq durur, yeri gələndə 
Çimnaz kişi paltarı geyib döyüşlərdə Qoçpolada silahdaş olursa
Ayrım qızı kimi tanınan Fatı da Kərim babaya arxadır, daim onun 
qolundan qaldırır, təsərrüfatını idarə edir. Etibarda, vəfada, dö-
züm və sədaqətdə bu xanımlar Ballının (“Dursun” povesti) sələflə-
ridir.  
Ballı əri Dursunun Güllünü onun üstünə günü gətirməsindən 
tutmuş oğlu Şərəfin tutulmasına, ərindən qalan mal-mülkün qazı, 
kəndxuda və koxalar tərəfindən öz aralarında bölüşdürülməsinə-
dək ağır fəlakətə qatlaşır. Uşaqlarını başına yığıb inləyə-inləyə 
yaşayır”. “Qoçpolad”, “İki familiyanın məhvi”, “Köç”, “Dursun” 
əsərlərində XX əsrə qədərki və XIX əsrlə XX əsrin qovuşuq illəri 
də buraya daxil olmaqla böyük bir mərhələnin tarixi-etnokulturo-
loji proseslərinin bədii mənzərələri, işıqlı və qaranlıq səhifələri ilə 
tanış oluruq. Bütün hallarda xalqımızın milli etnik-mədəni key-
fiyyətlərinə və mənəvi əxlaqi dəyərlərinə A.Şaiqin sonsuz məhəb-
bətini və vətəndaş qayğısını görürük. Eyni zamanda o, öz soydaş-
larında əcdadlarımızın qürur doğuran etnik-mədəni keyfiyyətləri-
ni, qəhrəmanlıq, mərdlik, halallıq,  əyilməzlik  keyfiyyətlərini 
daim yaşatmağı, soyumuza layiq övlad olmağımızı istəyir və bu 
tarixi dəyərlərimizi təsirli bədii vasitələrlə oxucularına təbliğ  və 
təlqin edirdi.  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə