Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə13/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   9   10   11   12   13   14   15   16   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
49 
siyyətləri haqqında müfəssəl məlumatlar verilir. Bu “Xatirələr”də 
ədibin uşaqlıq və ilk gənclik illərindən tutmuş XX əsrin 40-cı illə-
rinə  qədərki dövr əhatə olunmuşdur. Biz bu əsərdə A.Şaiqin bir 
ədəbi şəxsiyyət kimi yetişməsini təmin edib, ona bu və ya başqa 
şəkildə səbəb olan yaddaqalan detallarla tanış olur, onun ayrı-ayrı 
əsərlərinin yazılma səbəbləri və tarixi haqda məlumat alırıq.  
Məlumdur ki, A.Şaiq XX əsrin I yarısında Azərbaycan icti-
mai-ədəbi və  mədəni-maarif mühitində özgün mövqe və nüfuza 
malik olmuşdur. Bütün bunlar onun dövrünün bir çox şəxsiyyət-
ləri ilə  işgüzar yaradıcılıq və dostluq münasibətlərində olmasını 
təmin etmişdir. “Xatirələr”də yeri gəldikcə  həmin  şəxsiyyətlər, 
onların ayrı-ayrı ədəbi hadisə və proseslərdəki rolu barədə ətraflı 
məlumatlar verilir. Ədib ədəbi-mədəni mühitdə səmimi, qayğıkeş 
və obyektiv bir adam kimi tanınmışdır. “Xatirələr”in dili aydın, 
üslubu sadə, təsvirləri  əhatəli, canlı olduğu kimi onda öz əksini 
tapan fakt və hadisələr də inandırıcıdır. 
 
*** 
Abdulla Şaiq görkəmli romantik şair və dramaturq, nasir ol-
maqla yanaşı, həm də dövrünün tanınmış tənqidçi və ədəbiyyat-
şünaslarından olmuşdur. Onun elmi irsində Xaqanidən tutmuş  
XX  əsrin  əvvəllərinin görkəmli Azərbaycan, Yaxın  Şərq, Qərbi 
Avropa və Rusiya ədibləri,  şairləri haqqında yüksək elmi-nəzəri 
səviyyəsi ilə seçilən məqalə və oçerkləri vardır. Buraya tənqidçi 
və ədəbiyyatşünas ədibin “1905-ci il inqilabından sonra yetişmiş 
ədəbiyyatımıza səthi bir nəzər”, “Mirzə Fətəli Axundov haqqında 
mülahizələrimiz”, “M.F.Axundovun “Aldanmış  kəvakib”i haq-
qında mülahizələrim”, “Cavidin “İblis” nam hailəsi haqqında 
duyğularım”, “Mirzə  Ələkbər Sabirin tərcümeyi-halı”, “Dilimiz 
və ədəbiyyatımız”, “Səhhət təxəllüslü Mirzə Abbasqulu Mehdiza-
dənin tərcümeyi-halı”, “Şairi-milli və möhtərəm Sabir əfəndi”, 
“Üdəba və şairlərimizin halı” kimi sanballı məqalələrindən əlavə 
“Gülzar”, “Ədəbiyyatdan iş kitabı”, “Türk çələngi”, “Qiraət”, 
“Ədəbiyyat dərsləri”, “Türk ədəbiyyatı” dərsliklərinə yazdığı por-
А б д у л л а   Шаи г
 
 
50
tret-oçerklər daxildir. Elmi ədəbiyyatda doğru göstərilir ki, 
A.Şaiq ədəbi yaradıcılığında olduğu kimi, tənqidçilik fəaliyyətin-
də də romantikdir. Bununla yanaşı, onun həm ədəbi-nəzəri baxış-
larında, həm də bədii yaradıcılığında realist meyillər də mövcuddur.  
A.Şaiqin ədəbi-tənqidi məqalələri, ədəbiyyat tarixçiliyi kon-
sepsiyası özünün nəzəri səviyyəsini və elmi dəyərini bu gün də 
qoruyub saxlamaqdadır. Onun yaradıcılığının bu sahəsi haqqında 
akademiklər Məmməd Cəfər, Kamal Talıbzadə, Bəkir Nəbiyev, 
professorlar Məmməd Məmmədov, Əflatun Saraclı, Kamran Əliyev 
və b. öz tədqiqatlarında ətraflı söhbət açmış, filologiya üzrə fəlsə-
fə doktoru Arzu Hacıyeva ayrıca monoqrafiya  yazmışdır.  
 
*** 
Abdulla Şaiqin bədii və elmi-nəzəri irsi Azərbaycan ədəbiy-
yatı tarixinin qiymətli nümunələrindəndir. Onun poezyia və 
dramaturgiyasında olduğu kimi, nəsrində də xalqımızın müəyyən 
bir tarixi inkişaf və düşüncə mərhələsinin bədii-estetik mənzərəsi 
ilə tanış oluruq. Ədibin “İki familiyanın məhvi”, “Qoçpolad”, 
“Qafqaz çiçəyi”, “İldırım”, “Dursun” və s. əsərlərində (xanlıqlar) 
feodolizm dövrünün ictimai-tarixi mənzərəsi, məişəti, düşüncə 
tərzi, mənəvi-əxlaqi baxışları ilə qarşılaşır, “Məktub yetişmədi”, 
“Köç”, “İki müztərib, yaxud əzab və vicdan” əsərlərində real hə-
yat həqiqətlərindən doğan yangılı, sentimental təsvir və  təhkiyə 
üsulu arxasında yazıçının incə  və  həssas qəlbinin çırpıntılarını 
duyuruq. “Ovçu bağalar”, “Timsah ovu”, “Lovğa ovçu”, “Meşə 
gözətçisi” hekayələrində  ətraf aləmin cazibədarlığı müqabilində, 
qəhrəmanların bu gözəlliyə, canlılara qayğıkeş münasibəti fonun-
da oxucuda təbiətə məhəbbət və qədirşünaslıq təbliğ olunur. “Sö-
zün qiyməti”, “Usta Bəxtiyar”, “Cümənin qəzəbi”  əsərlərində 
müəllif folklor motivlərinə söykənib, xalq hikmətindən qidalanır-
sa, “Hitlerin yuxusu”nda faşizmin iç üzü, vəhşi təbiəti ifşa edilir
“Xasay”, “Vəzifə” və digər nəsr əsərlərində müəllim və cəmiyyət, 
tərbiyə və gənclərin taleyi problemləri diqqət mərkəzində dayanır.  


  Б и б ли о гр а ф и й а
 
 
51 
Ümumiyyətlə, Abdulla Şaiqin bədii və elmi-ədəbi irsi özü-
nün hərarətli vətəndaşlıq duyğusu, qanadlı  və nikbin romantik 
vüsəti, işıqlı sabaha sarsılmaz inamı, soykökə möhkəm genetik 
tellərlə bağlılığı ilə milli ruh və mənəviyyatımıza bu gün də işıq 
salır. Abdulla Şaiq sənətinin  əbədiyaşarlığının sirri, sehri də elə 
onun bu keyfiyyətlərindədir.  
 
Alxan Bayramoğlu, 
filologiya elmləri doktoru, professor 
 
А б д у л л а   Шаи г
 
 
52
 
 
Abdulla Şaiqin həyat və yaradıcılığının  
əsas tarixləri 
 
1881, 24 fevral  
-  Talıbzadə Abdulla Şaiq Mustafa oğlu 
Tiflis  şəhərində ruhani ailəsində anadan 
olmuşdur. 
 
1889-1893  
-  Altı sinifli Tiflis məktəbinə daxil olur və 
IV sinfini bitirir. 
 
1893  
- Anası Mehri xanım və qardaşı ilə birlikdə 
Xorasana köçürlər. 
 
1894-1899 
-  Əvvəlcə ruhani məktəbində, sonra isə 
Mirzə Yusif Ziya mütərəqqi məktəbində 
təhsilini davam etdirir, türk, fars və  ərəb 
dillərini öyrənir. 
 
1900  
- Yenidən Tiflisə qayıdırlar və  həmin ilin 
payızında Bakıya köçürlər. 
 
1901,  22 aprel 
-  İmperator III Aleksandır adına Bakı kişi 
gimnaziyasında N.Nərimanovun iştirak et-
diyi komissiya qarşısında  əla qiymətlə 
imtahan verib, 608  nömrəli şəhadətnaməyə 
əsasən orta məktəblərdə “Ana dili” müəlli-
mi hüququnu alır. Rus-tatar məktəbində ana 
dilindən dərs deyir. II, III və IV siniflərdə
 
ehtiyat müəllim olur.  
 
1902    
- Altısinifli şəhər məktəbinə ehtiyat müəlli-
mi  təyin olunur. 


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə