Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə9/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
33 
Sitarənin uşaqlıq və yeniyetməlik dövrü təbiətin qoynunda 
keçmişdir. O, dəfələrlə “təbiətin yaşıl ormanlarda xəlq etliyi gö-
zəlliyi, lətafəti seyr etmək üçün… yaşıl, lətif otlar üzərindəki al-
maz paraları kimi parlayan şəbnəmlərdən ətəyinin, qundaralarının 
(ayaqqabılarının) bütün-bütünə islanmasının” fərqinə varmadan 
nəşəli günlər keçirmişdir. Bütün  bunlar Sitarəni “rəqiqül-qəlb” 
(incə  qəlbli) etmişdir. Ona görə Sitarənin bu sevgisindən xəbər 
tutan Rəmziyyə ona xəbərdarlıq edir ki, “əksəriyyən riqqəti-qəlb 
çox da mənfəətli olmayır. İnsanı böyük-böyük təhlükələrə düçar 
edir. Onun üçün rəqiqül-qəlb olmaqla bərabər bir az da istiqamət 
və mətanət lazımdır”. Ancaq bu nəsihətlər, qızlıq isməti və qüru-
ru qarşısında Sitarə ruhunu saran eşq atəşi qarşısında öz gücsüz-
lüyünü günbəgün etiraf etməyə və bu məhəbbətin gücü ilə hesab-
laşmağa məcbur olur… 
Cavad da “on səkkiz, on doqquz radələrində (burada: yaşla-
rında – red.) bir pəri yavrusu,… bir mələkparə” kimi qiymətlən-
dirdiyi Sitarənin  əsiridir. Ancaq evliliyi və bir uşağının olması 
onun qarşısını kəsir. Sitarəyə nisbətən Cavad özünün daha çıxıl-
maz hala düşdüyünü etiraf edir. “Bilsəniz, bu pəri yavrusundan 
(Sitarədən – red.) saçılan sevda qığılcımları  nə  qədər qəlbimi 
rahətsiz edir. Bəradər, indi isə özümə daha yazığım gəlir. Zira o 
məndən daha məsud. O yalnız bir sevda vərəminin pəncəsində 
boğulursa, mən həm sevda, həm vicdan pəncəsində  əzilməkdə-
yəm. İkincinin əzabı daha şiddətli deyilmi?” 
Nəhayət, Cavad da sevda pəncəsində öz iradi gücünü itirib 
vicdanının səsini qulaqardına vuraraq zövcəsindən və yavrusun-
dan ayrılmaq qərarına gəlir. Ancaq sevgililərin nəşəli günləri tez-
liklə reallıq tufanının fırtınalarında qərq olur; Cavidin arvadı Sita-
rəgilə  gələrək onları  məsələdən agah edir. Qıza  məlum olur ki, 
Cavad evli və üç yaşında bir qız atası imiş. O, dostuna məktubla-
rının birində özünün evliliklə sevgi arasında qalıb necə iztirablar 
keçirdiyini belə ifadə edir: “İndisə, bəradər, çox fəna bir mövqe-
dəyəm. Hər iki tərəfdən dəhşətli.  Əgər bu tərəfə meyil olursam, 
mühit, vicdan məni boğacaq və əgər o tərəfi tutursam, atəşi-sevda 
А б д у л л а   Шаи г
 
 
34
məni yaxacaq, ruhumu parçalayacaq olur. Nə edim, söyləyiniz, nə 
edim? Əlavə, zavallı zövcəciyim də mənimlə fəna müamilədə bu-
lunmamış, cocuq kimi məni sevmiş, süsləmiş. Bir dəqiqə belə 
mükəddər olmama macal verməyərək, dürlü-dürlü lətifələrlə, 
mərhəmətlərlə könlümü almış, canı, ruhu qədər sevmişdir. Bilsə-
niz indiki dalğınlığım zavallı qadına nə qədər təsir etmiş və sol-
durmuşdur. Onu indi necə atım? Vicdanımı, namusumu necə par-
çalayım? Bu üç-dörd sənə zərfində tikdiyi sıcaq yavasını necə da-
ğıdım? Vicdana yakışır şeymi? Siz söyləyiniz, bəradər, mümkün-
mü? Ah, nə isə düşünməkdən saçlarım belə ağardı»
11

Eşqinin bu atəşindən Cavad yatağa düşür. Titrətmə-qızdırma 
içində sayıqlayaraq Sitarəni çağırır. Həyat yoldaşı isə həyəcan və 
əzablarını öz içində boğmağa, Cavadı yenə nəvazişlərlə əhatə et-
məyə çalışır. Bütün bunlara baxmayaraq, nəhayət, Cavadın vicda-
nı onun “üzərinə vulkan kimi fışqıran, dağ parçası kimi yuvarla-
nan atəşi-sevda içində parçalanaraq məhv olur”. O, həyat yolda-
şından ayrılır. Bütün bunları – Cavadın evli və  uşaqlı olduğunu 
biləndə Sitarə sarsılaraq, qıyya çəkib huşunu itirir. Cavadın ona 
dediyi “Gözəl Sitarəm, indiyədək sizinlə mükaliməyə girişməyə 
vicdanca haqlı deyil idim, zira bir səbəb var idi”, - sözlərinin mə-
nasını indi başa düşür. Həm düşdüyü vəziyyət, həm də Cavadın 
arvadı və körpə qızının imdad diləyən solğun və həyəcanlı sifəti 
Sitarəni vicdan mühakiməsinə çəkərək “hər an ağır-ağır zəncirlər 
altında boğur, ruhunu xırpalayır, çox qorxunc, çox müdhiş uçu-
rumlara doğru sürükləyir». Artıq onun üçün həyat “çox müdhiş 
görünür». Ona görə də xoşbəxtliyini başqasının bədbəxtliyi üzə-
rində qurmaqdansa, “…atəşi-sevda içində  əbədiyyətə yuvarlana-
yuvarlana imrari-həyat etməyə” qərar verir. 
Sitarə vicdan və könül rahatlığı tapmaq üçün yenə şəhər hə-
yatından, cəmiyyətin eybəcərliklərindən qaçıb, təbiətin saf qoy-
nunda, ucqar bir kənddə qərar tutur. Lakin bir tərəfdən yalqızlıq, 
digər tərəfdən də payızın qəm gətirən ruzigarı ona dinclik vermir. 
                                                            
11
 Şaiq, A. Seçilmiş  əsərləri: üç cilddə /Abdulla Şaiq; tərt. ed. K.Talıbzadə.- 
Bakı: Avrasiya Press, 2005.- C.I.- S.474. 


  Б и б ли о гр а ф и й а
 
 
35 
Sitarə mülklərinin yerləşdiyi kənddə – “minlərlə bu qaranlıq və 
cəhalətin təhlükəli uçurumuna doğru yuvarlanan zavallı köy 
qızlarını” bir otağa yığıb onlara dərs keçməyə başlayır. Ancaq o 
özündən heç cürə qaça bilmir. Vaxtı ilə atalı və xoşbəxt uşaqlıq 
illərinin  şirin xatirələri də onun yaralı  qəlbini ovundura bilmir. 
Həyətlərində atasının yetişdirdiyi baxçada keçirdiyi xoşbəxt anla-
rı, onun daima öz qızını dizləri üstünə alıb ülvi nəvazişlərlə əziz-
lədiyini bildirən Sitarə sözünə belə davam edir: “Ah, zavallı ba-
bam, bircə gözlərini aç da, canlı çiçək dediyin qızına bax: necə 
solmuş, saralmış, artıq ayaqları məzara doğru titrəyir” (I c., s. 492). 
Sitarənin  əhvalına uyğun olaraq təbiət də  gərgin və qaşqa-
baqlıdır. Bir ay əvvəl bütün yaşıllığı və gözəlliyi ilə ruh oxşadığı 
halda, indi çılpaq və qəmgindir.  Sitarə öz iztirablarını son nəfəs-
lərində belə yaşayır: “Yata bilmirəm. Şamı söndürüb qaranlıq fi-
kirlər başımın kişəsində qara qarğalar kimi uçuşur. Gözəl və saf 
xatiratım söndü, məhv oldu. Burdan nerəyə qaçım? Nerəyə qaçır-
sam, o qaranlıq mazi məni təqib edir, bir an rahat buraxmayır. 
Alaca səhər pəncərədən üzünü göstərir. Dururam… Ah istəyirəm 
ki, bir kərrə yenə Cavadın üzünü görəydim, sonra öləydim…» (I 
c., s. 493) 
Uğursuz, nakam sevginin yanğısı ilə  şam kimi əriyib sönən 
Sitarə son nəfəsdə    Cavadın – sevgilisinin adını  pıçıldayıb, onu 
arzulayır. Ancaq o, həyatını qeyb etsə də, ilkin, təbii saflığını və 
vicdani təmizliyini sonadək qoruyub saxlaya bilir. 
 “İki müztərib…” romanının ideyası, üslubu, təsvir və təhkiyə 
tərzi, qəhrəmanların daxili, ruhi aləmlərinin ifadəsi baxımından 
sentimentalizm  ədəbi cərəyanının tələblərinə uyğundur. Süjetin 
və hadisələrin inkişafı qəhrəmanların ümidsizliyi, hiss və duyğu-
larının kövrəkliyi fonunda təqdim edilir.  
Romanda hər iki müztəribin məktub yazdıqları həmdərdləri – 
Rəmziyyə  və Ciddi zahirən passiv olsalar da, onlar əsər boyu 
qəhrəmanların vicdan səsi və A.Şaiqın idealının ifadəçisi  rolunda 
çıxış edirlər.  Əsərin sonunda – axırıncı  məktubda təhkiyənin 
ahəngi dəyişir. Ədib sanki birdən-birə romanın sentimental ruhu-
А б д у л л а   Шаи г
 
 
36
nu dəyişmək, “fikircə romantizm məsləkini təqib etdiyi kimi” 
əsərini də həmin ruhda, demokratik tərzdə yazdığını bildirir (Bax: 
s.494).  
A.Şaiqin yaradıcılığında sentimental keyfiyyət sonrakı  mər-
hələdə öz yerini romantizmə tərk etsə də, müəyyən məqamlarda, 
məsələn, “Əsrimizin qəhrəmanları”nda Sona, “Araz”da Almas 
obrazlarının taleyində, “Qafqaz çiçəyi” və s. əsərlərdə özünü yenə 
romantizmlə paralel şəkildə ifadə edir. Eyni zamanda ədib özü-
nün yaradıcılıq amalına sadiq qalaraq, sonrakı nəsr əsərlərində sı-
nıq könüllərə,  dərdli ürəklərə, uçuq-sökük daxmaların sakinləri-
nə daha artıq diqqət yetirir. Ancaq bu qəmgin aləmin sakinlərinin 
ağır güzəranı A.Şaiqi qəmləndirsə də onların daxili dünyalarının 
cazibəsi və ülviyyəti ədibin ruhuna qol-qanad verir. “Məktub ye-
tişmədi”, “Köç”, “Əsəbi adam”, “Dursun”, “Əsrimizin qəhrəman-
ları”, “Araz” və s. əsərlər dediklərimizə dayaqdır.  
Bir parça çörək dalınca Bakının neft mədənlərinə  işləməyə 
gələn Qurban (“Məktub yetişmədi”) daim ailəsini, balalarının gü-
zəranını, gündəlik ruzisini təmin etmək haqda düşünür, bunun 
üçün özünü oda-közə vurur. Lakin tale onun üzünə gülmür; ailə-
sinə yazdırdığı son təsəlli məktubu da ünvanına yetişə bilmir. 
Qazdıqları neft quyusu fontan vurduğu vaxt Qurban qəzaya düşüb 
həlak olur. Hekayədə qurbanların  acınacaqlı  taleyi fəhlə  Səfərin  
dili  ilə belə  ümumiləşdirilir: “…Bu  yerlərin (neft  mədənlərinin  
– red.) hər  guşəsinə  qədəm  bassan,  hər  ovuc  torpağa  çəkic  
vursan  fəhlə  sümüyü  görür,  fəhlə  fəryadı eşidirsən”. 
Ancaq mədən sahibi Kərbəlayı Qulunu və onun kimilərini bu 
insan taleləri yox, neft fantanlarının gətirdiyi gözqamaşdırıcı, 
dəbdəbəli həyatın məstedici şirinliyi maraqlandırır. A.Şaiq sonra-
kı və daha irihəcmli nəsr əsərlərində – “Əsrimizin qəhrəmanları” 
povestində və “Araz” romanında “Məktub yetişmədi” hekayəsin-
də təsvir etdiyi sosial qütblərin – qurbanların, səfərlərin və kərbə-
layı quluların sonrakı ictimai-fikri və  əxlaqi inkişaf yollarını  və 
talelərini izləməyi qarşıya məqsəd qoymuşdur. Belə ki, “Əsrimi-
zin qəhrəmanları”nda artıq həm fəhlə sinfi, həm də neft burjuazi-


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə