Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   2   3   4   5   6   7   8   9   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
21 
dilində keçilən sinifdə türk dilində tədris edilməsinə nail olmuş-
du. Bu tədbir o zaman çox böyük zəhmətin, vətəndaş qeyrətinin 
hesabına başa gəlmişdi. Nəzərə almaq lazımdır ki, “Şaiq Nümunə 
Məktəbi” o dövrdə milliləşdirilmiş ilk rusdilli Azərbaycan məktə-
bi idi. Şagirdlərin valideynləri ilə bir-bir, ayrılıqda görüşərək, da-
nışaraq Şaiq onlardan övladlarının türk (Azərbaycan) dilində oxu-
mağa razılığını almışdı… Gənc  Şaiq nüfuzu və ardıcıl, fasiləsiz 
əməyi sayəsində öz rəhbəri olduğu sinfi türkləşdirməyə – milli-
ləşdirməyə nail olmuşdu. Bununla Azərbaycanda ilk orta milli 
təhsilin əsasını qoymuşdu.  
Bu, Azərbaycan orta təhsilində böyük inqilab idi. Məhz bu 
təhsil mərkəzinin əsasında “Şaiq Nümunə məktəbi” yaranmışdı”.
6
  
A.Şaiq folklor və klassik yazılı  ədəbiyyatımızın motivləri 
əsasında uşaqlar üçün “Gözəl bahar”, “Çoban”, “İntiqamçı xo-
ruz”, “Danışan kukla”, “İldırım”, “El oğlu”, “Vətən”, “Fitnə”, 
“Nüşabə”, “Şah Abbas”, “Qaraca qız”, “Tapdıq Dədə” və s. pyes-
lərini qələmə almış  və  uşaq dramaturgiyası sahəsində Azərbay-
canda yeni-yeni müəlliflərin meydana çıxmasına səbəb olmuş, 
habelə gənc müəlliflərin qələmlərinin bu sahədə püxtələşməsində 
öz müəllim və  təcrübəli yazıçı qayğısını  əsirgəməmişdi.
7
 Ədibin 
uşaq və  gənclər üçün yazdığı bu pyeslərini məzmununa, ideya-
estetik xüsusiyyətlərinə görə iki qrupa ayırmaq olar: birinci qrupa 
“Gözəl bahar”, “Danışan kukla”, “İntiqamçı xoruz”, “Ürək tik-
mək, yaxud qurban bayramı” və s. pyeslər daxildir ki, onlar kiçik-
yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.  
“Gözəl bahar” A.Şaiqin uşaqlar üçün yazdığı ilk pyesdir və  
bu  əsərlə o, Azərbaycanda uşaq dramaturgiyasının  əsasını qoy-
muşdur».
8
 Əsərdə Baharla qışın timsalında həyat, ümid və xoş-
bəxtliklə zülm və əsarət törədən qüvvələr arasında gedən kəskin 
                                                            
6
Talıbzadə, K. Ön söz. Abdulla Şaiq – 20 /Kamal Talıbzadə.- Bakı: Elm, 
2001.- S.3-4.  
7
Bax: Mirəhmədov, Ə. Abdulla Şaiq /Əziz Mirəhmədov.- Bakı, 1956.- S.122-123 
8
Əsədli, M. Abdulla Şaiq və teatr (1910-1958) /Minaxanım  Əsədli.- Bakı, 
2003.- S.15-16. 
А б д у л л а   Шаи г
 
 
22
mübarizə  təsvir edilir. Nəhayət, Baharın “ordu”suna daxil olan 
Yer, Su, Qaranquş, Torpaq, Çiçəklər və s. qışın “ordusu” Boran, 
Qar və sairin üzərində qələbə çalaraq şən və xoşbəxt həyatı bər-
qərar edirlər… 
A.Şaiqin ikinci qrupa –  yeniyetmə  və  gənclər üçün nəzərdə 
tutulan pyesləri sırasına “Bir saat xəlifəlik”, “Yazıya pozu yox-
dur”, “Qafqaz çiçəyi”, “İldırım”, “El oğlu”, “Vətən”, “Ana”, “Xa-
say”, “Fitnə”, “Qaraca qız”, “Nüşabə”  əsərləri daxildir. Həmin 
əsərlərin  əksəriyyətini o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar 
Teatrının ədəbi-pedaqoji şöbəsinin müdiri işlədiyi dövrdə – 1937-
ci ildən sonra qələmə almışdır. Bu peşələrdən “Gözəl bahar”, “Da-
nışan kukla”, “Bir saat xəlifəlik”, “El oğlu”, “Vətən” və başqaları 
folklor motivləri  əsasında, “Qafqaz çiçəyi”, “İldırım”, “Fitnə”, 
“Qaraca qız”, “Aldadılmış ulduzlar”, “Nüşabə” tarixi mövzuda və 
klassik yazılı ədəbiyyatdan istifadə yolu ilə, “Xasay”, “Vəzifə” isə 
müasir həyatdan götürülərək yazılmışdır.  Ədibin uşaq pyeslərinin 
əksəriyyəti onun öz sağlığında və sonrakı dövrdə uğurla tamaşaya 
qoyulmuşdur.
9
 Həmin  əsərlər uşaqların və yeniyetmə  gənclərin 
dünyagörüşlərinin, bədii-estetik zövqlərinin püxtələşməsində, on-
larda əxlaqi keyfiyyətlərin tərbiyə edilməsində böyük rol oynamış 
və öz aktuallıqlarını bu gün də saxlamaqdadırlar. 
Abdulla  Şaiq yaradıcılığında səmimiyyət, məhəbbət və  əda-
lətlə süslənmiş işıqlı bir inam, qanadlı romantikadan və soydaşla-
rının tarixi mənəvi qüdrətindən irəli gələn ümid, əzəmət, nikbin-
lik hakimdir. Onun ilham pərisi yaşadığı əsrin qeyri-müəyyən ge-
dişlərini anlamağa çətinlik çəkərkən dərin bir vətəndaş narahatlığı 
ilə  “İyirminci  əsrə xitab”, “Hürriyyət pərisinə” müraciət edərək 
öz suallarına aydın cavab almağa çalışırdı. “İyirminci əsrə xitab”-
da şair-vətəndaş narahatlığının doğurduğu sualların poetik ifadəsi 
belədir:  
 
                                                            
9
Ətraflı bax: Minaxanım Əsədli. Göstərilən əsəri. 
 


  Б и б ли о гр а ф и й а
 
 
23 
Tufanlı ildırımlarının qəhri, hiddəti, 
Xofu ümid ilə yaşadır cümlə milləti.  
Qaldır buludlu pərdələri, anlasın cahan,  
Sönməz günəşmi, ya qara bir kölgədir doğan?  
Varmı ümid bir daha feyzü səadətə?  
Ya çəkmədə bizi yenə girdabi-zillətə?  
Bu qırmızı şəfəqlər içində nihan-nihan 
Doğmazmı nur, mehr, məhəbbət cəhan, cəhan?! 
Ey vah!.. Ənqərib bu əmvaci-kibriya,  
Bir sahilə səfinəmizi sövq edərmi ya?  
…Bilməm, bu dağlar, bu məhabətli fırtına 
Öksüz bu milləti çıxararmı o bir yana? (II c., s.13) 
 
Əsrin qeyri-müəyyənlikləri qarşısında bəzən təlaş və intizarı 
artıb ümidsizliyə çevrilən şairin “Şikayətlərim” (II c., s.17) şeirin-
də üzə çıxan vətəndaş duyğuları onun həm də millətin taleyi üçün 
narahatlıqlarını və təəssübkeşliyini ifadə edir:  
 
Yenə hər yanda hökm edir zülmət!  
Yenə söndü o nazənin ülkər! 
Gecə-gündüz tapındığım dilbər,  
Yenə qaldıq vüsalına həsrət.  
 
Bu vətəndaş narahatlığından çıxmaq üçün A.Şaiq üzünü 
müdrik və mübariz “vətən qayıqçılarına” tutaraq onları “cəhalətlə 
mübarizə”yə çağırır:  
Noldunuz, ey vətən qayıqçıları!  
Qaldı dərya üzündə yelkəniniz.  
Susdunuz, yox sədavü şivəniniz, 
Ey elin şanlı hayqırıqçıları!  
 
Bu çağırış və hayqırtıların arxasında millətin işıqlı gələcəyi-
nə, xoş, nurlu sabahına şairin sonsuz və qətiyyətli bir inamı daya-
nır. Təsadüfi deyil ki, A.Şaiqin yaradıcılığı boyu biz “Bir ul-
А б д у л л а   Шаи г
 
 
24
duz”a, “Dan ulduzu”na, “Ülkər”ə  müraciətlərin, “Bir mələk”lə, 
“Hürriyyət pərisi” ilə dialoqların  şahidi oluruq. Şair özünün 
“Hurriyyət pərisi”nin belə tez sönməsi ilə barışa bilməyib onu 
köməyə çağırır ki, işıqlı sabaha ümidini və  bu  amal  uğrunda 
mübarizə əzmini sönməyə qoymasın: 
  
Müzlim gecə, ətrafı bulud, çən bürüyərkən,  
Göz yaşlarımın bəslədiyi ey gözəl ümmid,  
Qarşımda təcəssüm edərək ver bənə təyid,  
Bu zülmət ilə sübhə qədər ta vuruşum bən! (II c., s.13) 
 
A.Şaiq bu vuruşmada qalib gəlib hürriyyət, ədalət və insanlıq 
pərisinə çatmaq üçün bütün bəşəriyyəti bir-birinə “dəsti-üxüv-
vət”, “dəsti-vəfa” uzadıb bir-birinin əlini sıxmağa, bununla da 
əsrlərdən bəri bəşəriyyəti çulğalayan qara pərdələri yırtıb dağıt-
mağa çağırır. Bu məhəbbətin ilahi, əzəli və əbədi əsasını isə şair 
 
Həpimiz bir yuva pərvərdəsiyiz!  
Həpimiz bir günəşin zərrəsiyiz! (II c., s.29) 
 
qənaətində görür. A.Şaiqə görə, bəşəriyyətin bu vəhdətini, onun 
ilahi eşq həsrətinin vahidliyini heç bir şey – nə dil, nə din, nə irq, 
nə sərhəd, nə məzhəb, nə millət fərqi ayıra bilməz. Şairin “Sevgi 
hakim olmalı” şeiri də bu fikir və ideyanın davamı kimi üzə çıx-
mışdır. Onun qənaətinə görə, insanlar və millətlərarası münasibət-
lərdə qüvvət kəlməsi və anlayışı aradan tamamilə götürülməlidir:  
 
İnsanlığa qüvvət degil, sevgi hakim olmalı,  
Qüvvət sözü insanlığın içindən həp qovulsun.  
Hətta bütün Qamuslardan silinməli büsbütün, 
İnsanlığın qəlbi, ruhu sevgi ilə dolmalı… (II c., s.72) 
 
İnsanlığı kin və  ədavət, qoluzorluluq, təkəbbür və lovğalıq 
kimi sifətlərin üstələməsi A.Şaiqin eyniadlı əsərində “İki famili-


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə