Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə4/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   2   3   4   5   6   7   8   9   ...   102

  Б и б ли о гр а ф и й а
 
 
13 
olar. Müəllim  Şaiq də, nasir və  şair  Şaiq də ilk gündən bir ata 
qayğısı ilə “cocuqluğa” ana dili öyrədirdi. İndi bu nəcib xidmətin 
ən yaxşı yadigarı yaradılmasında və inkişafında  Şaiqin canla-
başla iştirak etdiyi böyük uşaq ədəbiyyatıdır”
3
.  
A.Şaiq XX əsr uşaq  ədəbiyyatımızın yaradılması  və inkişaf 
etdirilməsində ardıcıl və məqsədyönlü şəkildə çalışmış, öz fəaliy-
yəti ilə bu sahədə bir məktəb yaratmışdır. “…O, müntəzəm və ar-
dıcıl  şəkildə  həmişə  uşaq  ədəbiyyatı ilə yaşamış, nəfəs almışdır. 
Azərbaycan uşaq şeiri və nəsri, dramaturgiyası bütöv və müstəqil 
bir klassik məktəb səviyyəsində məhz onun yaradıcılığında kama-
la çatmışdır”.  
Abdulla  Şaiqin ilk mətbu  şeiri də  uşaqlar üçün yazılmışdır. 
“Ananın öz oğluna lay-lay deməsi” başlıqlı bu şeirdə Ana öz öv-
ladına onun ulu və şöhrətli soykökə, gözəl və zəngin, əsrarəngiz 
təbiətli vətənə bağlı olduğunu belə başa salır:  
 
Lay-lay mələkim, sevdicigim, yavrucuğum, yat!  
Bir də ələ düşməz bu cocuqluq dəmi, heyhat!  
Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfraz,  
İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.
4
 
  
Həyata qədəm qoyuduğu ilk anlardan ana öz övladının mənə-
vi-əxlaqi tərbiyəsi ilə yanaşı, həm onun fiziki sağlamlığı qayğısı-
na qalır, həm də yavrusuna parlaq günəşli bir səhər arzulayır.  
A.Şaiq uşaq psixologiyasına, onun maraq dairəsi və anlaq sə-
viyyəsinə  bələd olan incə zövqlü, həssas duyğulu sənətkar idi. 
Uşaqların nağıl və əfsanə qanadlı fantaziyası, gördükləri, müşahi-
dələri qarşısında duyduğu heyrət və təəccüb onun şeir və hekayə-
lərində romantik bir vüsətlə  əks etdirilmişdir. Bu əsərlərdə ro-
mantizmə xas zahiri sadəlövhlük, ilkinlikdən doğan saflıq, heyrət 
                                                            
3
Qarayev, Y. Min ilin sonu… (XXI əsr və  Şərq dəyərləri) /Yaşar Qarayev.- 
Bakı: Elm, 2001.- S.78. 
4
Şaiq, A. Seçilmiş  əsərləri: üç cilddə /Abdulla Şaiq.- Bakı: Avrasiya Press
2005.- C.II.- S.21. 
А б д у л л а   Шаи г
 
 
14
və varlığı  dərk etmək cəhdləri sanki uşaq dünyasının sirli-sehrli 
aləmindən güc alır. Uşağın ilkin olaraq ətraf aləmə, təbiətə, canlı-
lara göstərdiyi diqqət və maraq şairin “Xoruz”, “Keçi”, “Uşaq və 
dovşan”, “Yetim cücə” və s. şeirlərində öz əksini həyatdan doğan 
romantik heyrətin poetik ifadəsi şəklində tapmışdır.  
Xoruzun hərəkət və əlamətlərindən təəccüblənib bütün bun-
ların sirrini anlamağa çalışan uşaq ona deyir:  
 
Ay pipiyi qan xoruz,  
Gözləri mərcan xoruz! 
Sən nə tezdən durursan,  
Qışqırıb banlayırsan.  
Qoymayırsan yatmağa 
Ay canım, məstan xoruz!
5
 
 
Hər birimizin uşaqlıqdan əzbər bildiyimiz bu kiçik şeirdə ifa-
də olunan heyrət və saflıq dolu məna və məzmun dərinliyi, bütün 
bu cəhətlərin böyük ustalıqla uşaq marağına uyğun ifadəsinin 
nəticəsidir ki, o, uşaq poeziyamızın klassik nümunələri sırasına 
daxil olmuşdur. Yaxud “Keçi” şeirində keçinin hərəkətləri ilə 
yanaşı, onu gözləyən təhlükədən narahat olan uşağın hiss və hə-
yəcanlarını görürüksə, başqa bir şeirdə “Uşaq və dovşan”ın (III, s. 
7) dialoqu vasitəsilə digər canlılarla insanın ünsiyyət yaratmaq 
cəhdinin  şahidi oluruq. Dovşanın ondan qaçmasını istəməyən 
uşaq onu özü ilə dostluğa çağırır:  
 
Dovşan, dovşan, a dovşan:  
Qaçma, dayan, a dovşan! 
Qaçma səni sevəndən,  
Can kimi bəsləyəndən.  
                                                            
5
Şaiq, A. Seçilmiş  əsərləri: üç cilddə /Abdulla Şaiq.- Bakı: Avrasiya Press, 
2005.- C.III.- S.10. 
Qeyd: Bundan sonra üçcildlikdən gətirilən sitatların yeri mötərizədə ancaq cild 
və səhifə ilə göstəriləcək. 


  Б и б ли о гр а ф и й а
 
 
15 
Dovşan isə uşaqdan qaçmasının səbəbini belə izah edir:  
 
Dura bilmərəm, dadaş,  
Yanında var Alabaş.  
Xəbərdaram işindən,  
Qurtarmaram dişindən.  
 
Bu izahatın özündə insan qayğı  və  həssaslığından doğan 
məhrəmanə bir münasibət var.  
A.Şaiqin uşaq şeirləri həm də uşaqları müxtəlif canlılar, eyni 
zamanda təbiət hadisələri, çiçəklər, bitkilərlə yaxından tanış et-
mək, onların xüsusiyyətləri və ətraf aləmdəki yeri barədə anlayış, 
məlumat və bilik vermək məqsədi daşıyır. Yuxarıda haqqında söz 
açdığımız  şeirlərdən başqa “Quzu”, “Bülbül”, “Yetim cücə”, 
“Arı”, “Kəpənək”, “Qızılgül”, “Bənövşə”, “Zanbaq”, “Qərənfil” 
və s. şeirlər deyilənlərə misaldır. “Səhər”, “Payız gecəsi”, “Ba-
har”, “Ülkər”, “Tonqal” və s. şeirlər balaca oxucularda həm də tə-
biətə, onun gözəlliklərinə məhəbbət hissi aşılamaq məqsədi daşı-
yır. Məsələn, dillər  əzbəri olan “Bənövşəyəm, bənövşə, düşmü-
şəm dilə, dişə” misraları ilə başlayan  şeirdə bu bahar çiçəyinin 
xüsusiyyəti barədə – nə vaxt açıb, solması haqda deyilir:  
 
Bahar oldu açaram
Qar, borandan qaçaram;  
Başqa güllər açanda  
Mən quş olub uçaram (III, s. 27).  
 
Burada bənövşə çiçəyinin digər çiçəklərdən tez açıb az ömür 
sürməsi bilərəkdən solub getmək yox, “quş olub uçmaq” kimi ifa-
də olunur. Bununla şair bənövşənin əbədiyaşarlığı, sadəcə olaraq 
uçub harayasa getməyi və  nə vaxtsa qayıdacağı haqda oxucuda 
təsəvvür yaradır. Balaca oxucu intizarla bənövşənin “qayıdacağı” 
günü gözləyir.  
 
А б д у л л а   Шаи г
 
 
16
Qərənfiləm mən, 
Gözəl güləm mən;  
Yaşıl saplaqlı  
Bir sünbüləm mən (III, s. 26).  
 
Yaxud “Zanbaq” şeirində oxuyuruq:  
 
Zanbağam mən, Zanbağam,  
Ay işığından ağam,  
Açdığım hər ağ çətir 
Ətrafa yayır ətir.  
 
Ağ atlazdan donum var. 
Gümüş kimi parıldar.  
Mən də gözəl çiçəyəm,  
Toxunma, ağ ipəyəm (III, s.27).  
 
Bu misraların hərəsində zanbağın bir əlaməti haqda məlumat 
verilir. Təsvirlər sona çatanda zanbağın portreti  tamamlanır. Şei-
rin özü kimi onun yaratdığı təsəvvur də yığcam və poetikdir. Ya-
ratdığı təəssürat çiçəyin özü qədər zərifdir.  
A.Şaiq təkcə gülləri, çiçəkləri vəsf etmir. O, başqa nəsnə və 
hadisələrdə də təbiət gözəllərinin və gözəlliklərinin bir əlamətini 
tapır. Digər  şeirlərdə olduğu kimi, şairin həmin  şeirlərindəki  
müşahidə və bənzətmələri də incə və poetik olduğu qədər həm də 
həyatidir. Məsələn, “Tonqal” şeirində olduğu kimi:  
 
Bir qırmızı güldür tonqal,  
Bir dəstə sünbüldür tonqal. 
Bağdan dərilmiş lalədir,  
İçilməz al piyalədir.  
 
Bir xonçadır al günəşdən,  
Həyat gəlir bu atəşdən.  


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə