Microsoft Word shaiq 13 oktyabr a doc



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix19.11.2017
ölçüsü0,86 Mb.
#11273
1   2   3   4   5   6   7   8   9   ...   102

  Б и б ли о гр а ф и й а
 
 5 
 
Abdulla Şaiq 
(1881-1959)
 
 
Abdulla Şaiqin həyat və yaradıcılığı ədəbiyyat tarixinin həm 
akademik nəşrlərində, həm ali və ortaixtisas məktəblərinin dərs-
liklərində, həm də digər müxtəlif nəşrlərdə özünə yer almaqdadır. 
Bundan başqa müxtəlif almanaxların, müntəxəbatların tərtibində 
ədibin əsərlərindən istifadə edilir. Oxucu və mütəxəssislər bütün 
bu və digər çoxçeşidli, zəngin nəşrlərdən onlara lazım olan hər 
hansı  əsərin və ya ona həsr edilmiş elmi-nəzəri xarakterli ədə-
biyyatın əldə edilməsində müxtəlif çətinliklərlə üzləşirlər. Həmin 
çətinliklərin aradan qaldırılıması, axtarılan hər hansı  ədəbi və 
elmi əsərin tezliklə əldə edilməsi, vaxt itkisinin maksimum azal-
dılması ilə yanaşı işin səmərəliliyinə şərait yaradılması üçün ayrı-
ayrı yazıçılara həsr edilmiş biblioqrafik nəşrlərin xüsusi əhəmiy-
yəti vardır. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxa-
nasının Abdulla Şaiqin həyat və yaradıcılığına həsr etdiyi biblioq-
rafiya bu baxımdan son dərəcə böyük əhəmiyyətə malikdir. 
Biblioqrafik nəşrin başa gətirilməsi üçün onun tərtibçi müəl-
lifləri hər bir faktın orada öz lazımi yerini tapmasına qüsursuz 
nail olmaq naminə son dərəcə  səbr və diqqətlə onlarla, yüzlərlə 
qəzet, jurnal, kitab, təqvim və s. nüsxələrinə, onların səhifələrinə, 
kitabxana kataloqlarına, arxiv materiallarına, məktub və xatirələr-
də verilən qeydlərin, edilən işarələrin izi ilə şəxsi fondlara, ev və 
xatirə muzeylərinə  və s. müraciət etməli,  əldə etdikləri faktları 
dönə-dönə bir-biri ilə tutuşdurmalı olurlar. İşin çətinliyinə səbəb 
olan amillər sırasına bizdə ümumən arxiv mədəniyyətinin zəif ol-
ması, yəni hər bir yaradıcı adamın öz əsərlərinin taleyi ilə bağlı 
əvvəldən narahatlıq keçirib onların qorunması, sistemli şəklə 
salınması ənənəsinin barmaqla sayılacaq qədər adamda müşahidə 
edilməsi, obyektiv və subyektiv səbəblər ucbatından  əlifbamızın 
bir neçə dəfə (ərəb, latın, kiril, yenə latın) dəyişdirilməsi, müəllif-
lərin müxtəlif (gizli və açıq) imzalardan istifadə etmələri də 
А б д у л л а   Шаи г
 
 
6
daxildir. Bütün bunlar həmin əlifba qrafiklərinə bələd olmaq, on-
ları səhvsiz oxuya bilmək zərurətini də ortaya çıxarır. 
A.Şaiqin biblioqrafiyasını hazırlayan müəlliflər iş prosesində 
bütün bu göstərilən və qeyd edilən çətinliklərlə qarşılaşmışlar. 
Ancaq onların vətəndaşlıq fədəkarlıqları, iş  təcrübələri, səriştə, 
səbr və elmi-nəzəri hazırlıq keyfiyyətləri, məsuliyyət və öz əmə-
yinə hörmət hissi həmçinin oxucu və  tədqiqatçıların dadına 
çatmaq, onların  əməklərini yüngülləşdirmək duyğusundan aldıq-
ları zövq və mənəvi-əxlaqi rahatlıq duyğusu və s. bütün bu mane-
ələrin aradan qaldırılaraq uğurlu bir nəşrin  ərsəyə  gətirilməsinə 
stimul olmuşdur. 
Biblioqrafiyada Abdulla Şaiqin həyat yoluna, yaradıcılıq fəa-
liyyətinə dair əsas fakt və tarixlərlə yanaşı əsərlərinin ilk və növ-
bəti nəşr mənbələri, onların yer aldığı çap məhsullarının çeşidləri 
(kitab, qəzet, jurnal, məcmuə və s.), haqqında yazan müəlliflərin 
əsərlərinin çapdan çıxdığı nəşrlər, onların təsviri və s. yerli-yataq-
lı  şəkildə öz əksini tapmışdır. A.Şaiq haqqında yazan müəllif-
lərin, onun əsərlərində yer alan şəxs, obraz və şairin adlar göstə-
ricisi əlifba sırası ilə olmaqla, biblioqrafiyanın hansı səhifələrində 
yer alması da nəzərə çatdırılmışdır. Bütün hallarda mövcud 
biblioqrafik prinsiplər lazımi qaydada gözlənilmişdir. 
Nəşrin  əvvəlində  tərtibçilərdən və redaktordan verilən yazılar 
da oxucuların biblioqrafiyadan istifadələrini daha da asanlaşdır-
mağa xidmət edir. 
“Abdulla  Şaiq. Biblioqrafiya” adlı bu mötəbər nəşrin bütün 
məziyyətləri ilə onun istifadəçiləri və mütəxəssislər tərəfindən 
maraqla qarşılanacağına, onların stolüstü kitabları  sırasına daxil 
olacağına inanırıq. 
Abdulla Şaiq Talıbzadə Azərbaycan ictimai ədəbi və mədəni 
fikri tarixində görkəmli romantik şair, nasir, dramaturq, ədəbiy-
yatşünas-alim, tərcüməçi və müəllim kimi özgün yer tutur. Yara-
dıcılığının çoxşaxəliliyi onun əsərlərinin ideya-bədii keyfiyyətlə-
rinə  səmərəli təsir göstərmiş, bütövlükdə A.Şaiq yaradıcılığının 
yüksək sənət nümunəsi kimi ümumxalq məhəbbəti qazanıb əbədi-


  Б и б ли о гр а ф и й а
 
 7 
yaşarlığına səbəb olmuşdur. Bu işdə ədibin ailəsi, böyüyüb boya-
başa çatdığı elitar ziyalı mühitinin də rolu danılmazdır. Yazıçının 
oğlu akademik Kamal Talıbzadənin yazdığına görə, onların soy-
adları XVII əsrdən məlumdur. Həmin  əsrdə ulu babaları Molla 
Talıb qardaşları ilə bərabər Şəmsəddindən Sarvana köçərək bura-
da məskunlaşmışlar. Hazırda Gürcüstan Respublikasının Marneu-
li adlanan həmin bölgəsində bu nəslin törəmələri yaşamaqdadırlar.  
Abdulla Axund Mustafa oğlu Talıbzadə – Abdulla Şaiq 
1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində ana-
dan olmuşdur. Onun valideynləri – Axund Mustafa və Mehri 
xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. 
Abdulla böyük qardaşı Yusifdən sonra ailənin ikinci övladı idi. 
Onun əkiztayı olan qız uşağı doğulandan az sonra tələf olmuşdu. 
Sonralar Abdulla Şaiq kimi məşhurlaşıb Azərbaycan ictimai-
mədəni fikrinin inkişafına və ədəbiyyatına böyük xidmətlər gös-
tərən Abdullanın uşaqlıq və  gənclik illəri mədəni bir muhitdə, 
qabaqcıl fikirli, dərin bilikli ziyalıların  əhatəsində  və  nəzarəti, 
himayəsi altında keçmişdir. Atası Axund Mustafa Süleyman oğlu 
dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis 
şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının 
müavini işləmişdi. Oğlanları Yusiflə Abdulla da ilk təhsillərini 
Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani 
məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. 
Onun tədris proqramı o zamankı rus-tatar (Azərbaycan) məktəb-
lərinin layihəsinə uyğun idi. Odur ki, bu məktəbdə Abdullanın 
atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının 
məzunlarından Baxşəli bəy və Paşa bəy də  dərs deyirdilər. 
Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən 
maarifçilik hərəkatının ideyaları ilə silahlanan bu ziyalı cavanlar 
gənc nəslin qabaqcılgörüşlü və  vətəndaşlıq duyğuları ilə  nəfəs 
alan fədailər kimi yetişdirilməsi üçün əllərindən gələni edirdilər. 
A.Şaiq 1889-93-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan 
sonra  Xorasana ziyarətə gedən anası qardaşı Yusiflə birlikdə onu 
da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasanda davam 
А б д у л л а   Шаи г
 
 
8
etdirirlər. Burada dövrun qabaqcıl fikirli gənclərindən olan, 
Urmiyədən köçüb gəlmiş  Yusif    Ziya  adlı bir müəllim də  dərs 
deyirdi. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata, yaradıcılı-
ğa və azad düşüncəyə olan sonsuz həvəs və yanğının qüvvətlən-
məsində xüsusi rolu və təsiri olmuşdur. Təkcə bir faktı qeyd edək 
ki, böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi sonsuz ehti-
rama əsasən özünə “Ziya” təxəllüsü götürmüşdür.  
1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birgə Tiflisə 
qayıdır. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cu ilin payı-
zınadək Xorasanda bir tanışlarının evində qalaraq burada bakılı 
Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, 
habelə  ərəb  şeirinin tarixinə dair dərs alır. Payızda anası Mehri 
xanım gedib Abdullanı da Tiflisə  gətirir. Bir neçə ay burada 
qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.  
O, gənc yazıçı  Nəriman Nərimanovun və Qori Müəllimlər 
Seminariyasının məzunu, qabaqcıl maarif xadimi Abbas bəy Mi-
nasazovun köməyi ilə müəllimlik hüququ almağa hazırlaşır və az 
sonra Bakıdakı Aleksandriyski gimnaziyada xüsusi komissiya 
qarşısında imtahan verərək 25 aprel 1901-ci il tarixli müəllimlik 
şəhadətnaməsi alır.  
Bakıda 5-ci şəhər məktəbində ehtiyatda olan müəllim kimi pe-
daqoji fəaliyyətə başlayan Mirzə Abdulla 1903-cü ildən Sabunçu-
dakı altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illər-
də o, görkəmli ədib və maarif xadimləri Ə.Haqverdiyev, H.Zərda-
bi, N.Vəzirov, H.Mahmudbəyov, S.S.Axundov, S.Hüseyn, habelə 
Ə.Hüseynzadə, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, H.Cavid və başqa-
ları ilə yaxından tanış olub dostlaşır. A.Şaiqin milli-mənəvi inki-
şafında, onda milli ideal və türkçülük düşüncəsinin formalaşma-
sında böyük qardaşı Yusif Ziya ilə yanaşı, qovuşduğu bu qaynar 
ədəbi-mədəni mühit də mühüm  rol oynamışdır.  
A.Şaiq həm bədii  əsərləri, həm elmi-pedaqoji, həm də müəl-
limlik fəaliyyəti ilə bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə
əsl vətəndaş, layiqli övlad kimi yetişdirilməsinə  həsr etmişdir. 
Tezliklə  ədəbi aləmdə  və  mədəni-maarif mühitində tanınan Ab-


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə